Məhkəmə qərarları › İş №2(004)-4494/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4494/2020

01.10.2020 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4494/2020 01.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, Ərizəçi X2 iştirakı ilə, Ərizəçi X2 maraqlı şəxs qismində Bakı Şəhəri Maraqlı şəxs cəlb edilməklə “şəxsin ölmüş elan edilməsi barədə” xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X2 maraqlı şəxs qismində Bakı Şəhəri Maraqlı şəxs cəlb edilməklə “şəxsin ölmüş elan edilməsi barədə” xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 1989-cu il tarixdə Quba şəhərində doğulmuş X1 2015-ci ildən Suriya Dövlətində itkin düşməsi ilə əlaqədar ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırılmışdır ki, oğlu X3 xx.xx.1989-cu il tarixdə Quba rayon Amsar kəndində anadan olmuşdur. 2012-ci ildə Dövlət proqramı əsasında Almaniya Respublikasında rezidentura kursu keçməyə getmişdi. 2014-cü ildə təhsilini başa vurub Azərbaycan Respublikası Bakı şəhərinə qayıdıb 2015-ci ilin 18 aprel tarixində heç bir məlumat vermədən evdən çıxıb getmişdir. O, müxtəlif orqanlara müraciət etmişdir. Təxminən 1 aydan sonra MTN-dən ona nömrəsi məlum olmayan telefonla zəng vurulub bildirilmişdir ki, oğlu Ərizəçi Türkiyə Dövlətindən Suriyaya dini cihad adı ilə getmiş və həmin vaxtdan bu günə kimi oğlunun sağ olması və yaxud da ölməsi, itkin düşməsi barədə heç bir məlumat yoxdur. Hal-hazırda müəyyən hüquq sənədlərində oğlu Ərizəçi mülkiyyətçi kimi qeyd olunmuşdur. Ona görə oğlunun ölüm haqqında şəhadətnaməsi tələb olunur. O, oğlu Ərizəçi ölümünün qeydə alınması barədə Quba Rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin qeydiyyat şöbəsi xx.xx.2020-ci il tarixli məktubu ilə oğlu X1 ölümünün qeydə alınmasının qeyri-mümkün hesab etmişdir. Quba Rayon Qeydiyyat Şöbəsindən imtina əldə etməyinin səbəbi oğlunun Quba rayonu, Amsar kəndində pasport qeydiyyatında olmasıdır. Ələkbər Orucovun itkin düşdüyü vaxtdan artıq 5 ildən artıq vaxt ötüb keçməsinə baxmayaraq, onun sağ-salamat olması barədə heç bir məlumat yoxdur. Məhkəmə iclasında iştirak edən ərizəçi izahat verərək bildirdi ki, oğlu X3 2015-ci ildə aprelin 15-də evdən çıxıb getmişdir. Həmin gün həftənin şənbə günü idi. O, həftənin bazar ertəsi günü MTN-ə ərizə yazmışdır. 15-20 gün sonra oğlunun Suriyaya getdiyini, 3 gün orada qaldığını, sonra isə İraqa keçdiyini və dini qruplaşmalara qoşulduğunu öyrənmişlər. Oğlu İraqda olarkən onunla əlaqə saxlamışlar. Oğlu onlara İraq İslam dövlətinin yarandığını və onun da orada yaşamaq istədiyini bildirmişdir. Noyabr ayının axırından onunla olan əlaqələri kəsilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxslər Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPMnin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X4 ifadəsində bildirmişdir ki, oğlu X3 2015-ci ildə aprelin 15-də evdən çıxıb getmişdir. Əvvəl Suriyaya sonra isə İraqa getmişdir. 6 ay onunla telefonla əlaqə saxlamışlar. Noyabr ayından isə əlaqə tamamilə kəsilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini və iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx xxxx 1989-cu il tarixdə Quba şəhərində anadan olmuş, atası X5, anası X4 göstərilmişdir. İş materiallarında olan X9 Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü X1 xx.xx.2015-xx.xx.2020-ci illərdə ölümün qeydə alınması ilə bağlı Quba Rayon Qeydiyyat Şöbəsinə ünvanladığı ərizənizə mahiyyəti üzrə baxılmışdır. Cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarının müvafıq bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (feldşer arayışı, həkim arayışı ilə) təsdiq edilməlidir. Lakin ərizəçi həmin ölümü təsdiq edən arayışı onlara təqdim edə bilməmişdir. Eyni zamanda Azərbaycan Respublika Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş ’’Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”-ın 13-16-ci maddələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat orqanı tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat orqanı tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edilən sənədlərə əsasən bərpa edilir. Yuxarıda göstərilən sənədlərin heç birini qeydiyyat şöbəsinə təqdim etmədiyinizə görə onlar tərəfindən X1 ölümünün də alınması və ya bərpası qeyrimümkündür. Ona görə də ərizəçiyə bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan Quba Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X3 barəsində ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə xx.xx.2015-xx.xx.2020-ci ilədək yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan 19 saylı MKİS tərəfindən verilmiş Arayışdan görünür ki, Ərizəçi Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-1, ev 6, 124 saylı mənzildə qeydiyyatdadır, oğlu X3 atasının mənzilində 2015-ci ilə qədər qeydiyyatsız yaşayıb. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti rəisinin müavini tərəfindən verilmiş arayışdan görünür ki, X3 xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikasından çıxmış və geri qayıtmamışdır. Azərbaycan Respublikası MPM-nin 305.1.2-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 312.1-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1.-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.2-ci maddəsinə əsasən hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 9.5-ci bəndinə əsasən şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1989-cu il tarixdə Quba şəhərində anadan olmuş X1 2015-ci ildən Suriya Dövlətində itkin düşməsi ilə əlaqədar ölmüş elan edilməsi iş materiallarında olan sübutlarla təsdiq olunduğundan, xüsusi icraat qaydasında verilmiş ərizə təmin olunmalı, qətnamənin qanuni qüvvəyə mindiyi gün xx.xx.1989-cü il tarixdə anadan olmuş X1 ölüm günü hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1989-cu il tarixdə Quba şəhərində anadan olmuş X1 2015-ci ildən Suriya Dövlətində itkin düşməsi ilə əlaqədar ölmüş elan edilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi gün xx.xx.1989-cü il tarixdə anadan olmuş X1 ölüm günü hesab edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar