Məhkəmə qərarları › İş №2(004)-450/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-450/2023

12.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-450/2023 12.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 Cavabdeh2 qarşı “müqavilənin ləğvi və pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə v qarşı “müqavilənin ləğvi və pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh2 təmsil etdiyi Cavabdeh1 MMC arasında xx.xx.2021-ci il tarixində bağlanmış müqavilənin ləğv edilməsi, həmin müqaviləyə əsasən ödədiyi 15500 manatın və 138 manat dövlət rüsumunun Cavabdeh1 MMC-dən alınaraq ona verilməsi barədə qətanmə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, bankdan pul götürüb ailəsinin normal şəraitdə mənzillə təmin olunması üçün “Baku Həyat MMC” tikinti şirkətini təmsil edən Cavabdeh2 aralarında bağlanmış xx.xx.2021-ci il tarixli podrad müqaviləsinə əsasən, cavabdeh tikinti şirkəti 39.500 manat dəyərində olan ünvan 1, döngə 1-də yerləşən 150 kv torpaq sahəsində ümumi sahəsi 71 kv olan 1 mərtəbəli, 3 otaqlı kürsülü dəhlizi olan evi təmirli yaşayış üçün hazır vəziyyətdə xx.xx.2021-ci il tarixdə ona təhvil verməyi öz öhdəsinə götürmüşdür. O isə, 39.500 manat puldan 15000 manat pulu müqavilə bağladığı gün notariusun depozit hesabı vasitəsi ilə ödəmis, qalan 24.500 manat pul vəsaiti isə hər ay 400 manat ödəmək şərti ilə xx.xx.2026-cı il tarixə kimi ödəməyi öhdəsinə götürmüşdür. Lakin müqavilənin bağlanmasından uzun müddət keçməsinə baxmayaraq, ev tikilməmiş, hər dəfə ev niyə tikilmədiyini soruşanda, ona müxtəlif bəhanələr gətirmişdirlər. Axırıncı dəfə isə telefronlarına da cavab verməməyə başlamışdırlar. Prosesin gedişində iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixində bağlanmış müqavilənin ləğv edilməsi, həmin müqaviləyə əsasən ödədiyi 15500 manatın və 138 manat dövlət rüsumunun Cavabdeh2 alınaraq ona verilməsi barədə qətanmə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə AR Mülki Məcəlləsinin 21, 385.1, 386.1, 1096-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, icraçı Cavabdeh2 ilə sifarişçi X3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli podrat müqaviləsinə əsasən icraçı öz materiallarından istifadə etməklə ünvan 1, döngə 1-də yerləşən 150 kv torpaq sahəsində ümumi sahəsi 71 kv olan 1 mərtəbəli, 3 otaqlı kürsülü dəhlizi olan evi təmirli yaşayış üçün hazır vəziyyətdə xx.xx.2021-ci il tarixdə ona təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini qəbul edərək, müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürür. Podratçı tərəfindən icra olunan işin ümumi dəyəri muzd da daxil olmaqla 39500 manat təşkil edir. Sifarişçi həmin məbləğin 15500 manatını müqavilə bağlandığı gün notariusun depozit hesabı vasitəsi ilə ödəyir. Qalan 24000 manat pul vəsaitini isə hər ay 400 manat olmaqla xx.xx.2026-cı il tarixədək ödəməyi öhdəsinə götürür. İcraçı sifariş edilmiş fərdi yaşayış evini müqavilə bağlandığı gündən xx.xx.2021-ci iı il tarixdə yaşayış üçün hazır edərək sifarişçiyə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini təhvil almağı öhdəsinə götürür. Beləliklə, iş materiallarından müəyyən olunur ki, ünvan 1 ünvanında fərdi yaşayış evini tikintisi üçün iddiaçı X3 ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli podrat müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə uyğun ilkin ödəniş qismində iddiaçı tərəfindən notariusun depozit hesabı vasitəsi ilə 15500 manat məbləğində pul cavabdehə ödənilmişdir. Göründüyü kimi, Cavabdeh2 tərəfindən iddiaçı X2 15500 manat maddi ziyan vurulduğu iş materialları ilə birmənalı şəkildə təsdiq olunmuşdur. Mülki Məcəllənin tələblərinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 759.2-ci maddəsinə görə əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 765-ci maddəsinə görə, məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2021-ci il tarixli podrat müqaviləsi ləğv edilməklə, Cavabdeh2 15500 manat məbləğində pul və 138 manat dövlət rüsumu tutularaq, iddiaçı X2 ödənilməlidir. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh2 ilə X3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli podrat müqaviləsi ləğv edilsin. Cavabdeh2 15500 (on beş min beş yüz) manat məbləğində pul və 138 (yüz otuz səkkiz) manat dövlət rüsumu tutularaq, iddiaçı X2 ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar