Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4506/2020 12.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçı nümayədəsi Nümayəndə Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh azyaşlı övladı xx.xx.2008-ci il təvəllüdlü X1 ilə birlikdə onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Quliyev küçəsində yerləşən 35 saylı mənzilə dair istifadə hüquqularının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Quliyev küçəsində yerləşən 35 saylı mənzili xx.xx.2020-ci il tarixdə, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi ilə cavabdehdən almış və ona verilmiş xx.xx.2020-ci il tarixli çıxarışla mülkiyyət hüququ tanınmışdır. Cavabdeh onun mənzilinin keçmiş sahibidir və o özü iddiaçının hazırda mülkiyyətində olan Bakı şəh., Yasamal rayonu, Ə.Quliyev küçəsində yerləşən 35 saylı mənzilindən xx.xx.2020-ci il tarixinədək pasport qeydiyyatından çıxmağı öhdəsinə götürsədə pasport qeydiyyatından çıxmamış və övladı xx.xx.2008-ci il təvəllüdlü X1 ilə qeydiyyatda qalmaqdadır. Cavabdehin və azyaşlı övladının iddiaçının evində qeydiyyatda qalması ona maddi və hüquqi cəhətdən ziyan vurur və mülkiyyət hüququnu pozaraq mülkiyyətində olan mənzilin sərbəst idarə edilməsinə, sərbəst şəkildə sərəncam verməsinə maneə yaradır. Ona görə də cavabdeh və azyaşlı övladı ona məxsus mənzildən qeydiyyatdan çıxarılmalıdırlar. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək və yuxarıda qeyd edilmiş izahata uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı etiraf edərək bildirdi ki, İddiaçı ona qarşı olan iddia tələbini qəbul edir və iddianın təmin olunmasına etiraz etmir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci qeydiyyat tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir və bu daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 300 saylı xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh (yetkinlik yaşına çatmamış ailə üzvü olan olan X1) 1997-ci ildən ünvan 2 ünvanında yerləşən mənzildə qeydiyyatdadır. İş materiallarında olan AN-İ ******* nömrəli alqı-satqı müqaviləsindən müəyyən olunur ki, alıcı İddiaçı və satıcı Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanında yerləşən ü/s 19.5 kv.m, y/s 14.5 kv.m olan 1 otaqlı mənzilə dair alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ərizədən müəyyən olunur ki, Cavabdeh İddiaçı ona qarşı olan iddia tələbini qəbul edir və iddianın təmin olunmasına etiraz etmir. Beləliklə məhkəmə iclasında mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir. Məhkəmə iclasında həmçinin tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh (yetkinlik yaşına çatmamış ailə üzvü olan olan X1) mübahisələndirilən mənzildə yaşamır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda qalması onun mənzil üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzil üzərində istifadə hüquqları itirilmiş hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzildə istifadə hüququ saxlana bilməz. Odur ki, iddia təmin edilərək, cavabdehin mübahisəli mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh (yetkinlik yaşına çatmamış ailə üzvü olan X1 ilə birlikdə) Bakı şəhəri, Yasamal rayonu, Ə.Quliyev küçəsində yerləşən 35 saylı mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-4506/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4506/2020
12.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver