Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-451/2020 17.02.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, Ərizəçinin nümayəndəsi x3, Maraqlı şəxs2, Yasamal Rayon Prokrorluğunun nümayəndəsi x1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Maraqlı şəxs1, Maraqlı şəxs2 və Yasamal rayon Prokrorluğuna qarşı şəxsin fəaliyyət qabiliyyətli hesab edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və üçüncü şəxs Yasamal Rayon Prokrorluğuna qarşı şəxsin fəaliyyət qabiliyyətli hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs1 fəaliyyət qabiliyyətli şəxs hesab edilməsi və onun üzərində müəyyən edilmiş qəyyumluğun ləğv edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümaəndəsi x5 ərizəni müdafiə edərək Maraqlı şəxs1 fəaliyyət qabiliyyətli şəxs hesab edilməsi və onun üzərində müəyyən edilmiş qəyyumluğun ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs2 ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Yasamal Rayon Prokrorluğunun nümayəndəsi x2 ərizənin təmin edilməsinə etiraz etmədiyini bidirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxs1 saxlanıldığı Bakı İsitintaq Təcridxanasına lazımi qaydada məlumat verilməsinə baxmayaraq şəxsin iştirakı məhkəmə iclasında təmin edilməmişdir. Belə olan halda məhkəmə Maraqlı şəxs1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan sübutlara əsasən məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Maraqlı şəxs1 xx.xx.1953-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan Yasamal rayon Məhkəməsinin 2(004)-6776/2015-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilir ki, 18 avqust 1953-cü il təvəllüdlü Maraqlı şəxs1 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilmiş və onun üzrəində qəyyum təyin edilməsi məsələsinin həlli Ərizəçi Qəyyumluq və Himayəçilik Komissiyasına tapşırılmışdır. İş materiallarında olan Bakı şəhər Ərizəçi Başçısının 21.12.2015-ci il tarixli sərəncamına əsasən müəyyən edilir ki, fəaliyyət qabilliyəti olmayan xx.xx.1953-cü il tarixli Maraqlı şəxs1 mülkiyyətlərinə hüquqi olmadan arvadı Maraqlı şəxs2 qəyyum təyin edilmişdir. İş materiallarında olan Ambulator Məhkəmə Psixiatrik ekspertizasının 28.01.2020-ci il tarixli 163 saylı rəyində qeyd edilir ki, Maraqlı şəxs1 hal-hazırda üzvi emosional-labil (asfenik) pozuntusu aşkar olunur, Maraqlı şəxs1 qeyd edilən psixi pozuntu onu öz hərəkətlərinin mənasını dərk etmək, onları idarə etmək qabiliyyətindən məhrum etmir. Bu səbəbdən hal-hazırda Maraqlı şəxs1 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi üçün əsaslar yoxdur. Maraqlı şəxs1 fəaliyyət qabiliyyəti olan şəxs hesab edilməlidir. Beləliklə, məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sübutlara əsasən hesab edir ki, ərizə qismən təmin edilməli, Maraqlı şəxs1 fəaliyyət qabiliyyətli şəxs hesab olunmalıdır. Belə ki, iş materiallarında olan Ambulator Məhkəmə Psixiatrik ekspertizasının 28.01.2020-ci il tarixli 163 saylı rəyindən də göründüyü kimi Maraqlı şəxs1 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi üçün əsaslar yoxdur və buna görə də o, fəaliyyət qabiliyyəti olan şəxs hesab edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.1953-cü il tarixdə Bakı şəhərində anadan olmuş Maraqlı şəxs1 fəaliyyət qabiliyyətli şəxs hesab edilməli, ərizə qalan hissədə isə məhkəmənin səlahiyyətinə aid olmadığı üçün təmin ediməməlidir. Həmçinin məhkəmə qeyd edir ki, məhkəmənin qətnaməsi xx.xx.1953cü il tarixdə Bakı şəhərində anadan olmuş Maraqlı şəxs1 üzərində təyin edilmiş qəyyumluğun ləğvi üçün əsas hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual 322.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda məhkəmə müvafiq icra hakimiyyəti orqanının, ailə üzvlərinin, psixiatriya (psixonevroloji) müəssisəsinin, qəyyumluq və himayəçilik orqanının ərizəsi üzrə, məhkəmə-psixiatriya ekpertizasının müvafiq rəyinə əsasən şəxsin fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında qətnamə çıxarır. Məhkəmənin qətnaməsi əsasında onun üzərində müəyyən edilmiş qəyyumluq ləğv edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Qət etdi: Ərizə qismən təmin edilsin. xx.xx.1953-cü il tarixdə Bakı şəhərində anadan olmuş Maraqlı şəxs1 fəaliyyət qabiliyyətli şəxs hesab edilsin. Məhkəmənin qətnaməsi xx.xx.1953-cü il tarixdə Bakı şəhərində anadan olmuş Maraqlı şəxs1 üzərində təyin edilmiş qəyyumluğun ləğvi üçün əsas hesab edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-451/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-451/2020
17.02.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver