Məhkəmə qərarları › İş №2(004)-4510/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4510/2020

14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4510/2020 14.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Qanuni nümayəndə, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “xxxxxxxxxxx” MMC cəlb olunmaqla “zaminliyə xitam verilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “xxxxxxxxxxx” MMC cəlb olunmaqla “zaminliyə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh QSC arasında bağlanılmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə İddiaçı zaminliyinə xitam verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Cavabdeh" QSC-nin "xxxxxxxxxxx” MMC ilə bağladığı xx.xx.2014-cü il tarixli, 02L000012240 saylı X9nə əsasən 120 ay müddətinə 5.000.000 ABŞ dollar kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Lakin bu müqavilədə veriləcək kreditin faiz dərəcəsi göstərilməmişdir. İddiaçı ilə Cavabdeh QSC arasında xx.xx.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə İddiaçı “Cavabdeh" QSC-nin "xxxxxxxxxxx” MMC ilə bağladığı xx.xx.2014cü il tarixli, 02L000012240 saylı X5 icrasına zamin olmuşdur. Lakin qeyd olunan X9ndə şərtlər göstərilərkən həmin məbləğ çərçivəsində vəsaitin "xxxxxxxxxxx” MMC-ə hansı faiz dərəcəsi ilə veriləcəyi göstərilməmişdir. İddiaçı da növbəti dəfə kredit götürülərkən zamin olduğu üçün onun fikrinin öyrəniləcəyini gözləmişdir. Sonradan məlum olmuşdur ki, iddiaçının xəbəri olmadan X9 üzrə "xxxxxxxxxxx” MMC Cavabdeh QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli, 02R000034105 saylı kredit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1.125 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1.650.000 ABŞ dolları məbləğində kredit götürülmüşdür. Həmin müqavilə bağlanan zaman İddiaçı razılığı alınmamış, onun bu barədə ümumiyyətlə məlumatı olmamışdır. X9ndə isə faiz dərəcəsi göstərilmədiyindən onun zamin kimi götürdüyi risk də yalnız gələcəkdə bağlanacaq müqavilələrdə ona bildirilməli idi. Onun məlumatı olmadan “xxxxxxxxxxx” MMC ilə Cavabdeh QSC arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 02L000012240 saylı X9 üzrə İddiaçının zaminlik müqavilələrinin əsaslılığına qanunvericiliyin tələbləri çərçivəsində hüquqi qiymət verilməlidir.Odur ki, İddiaçı məlumatı olmadan “Cavabdeh" QSC-nin "xxxxxxxxxxx” MMC ilə bağladığı xx.xx.2014-cü il tarixli, 02L000012240 saylı X9 üzrə onun zaminliyinə xitam verilməlidir. X9nə görə bağlanmış zaminlik müqaviləsi sonradan ağlanmış kredit razılaşmasının təminatı ola bilməz. Belə ki, kreditorun borcalanla bağladığı kredit razılaşmasına və həmin razılaşmaya dəyişiklik və əlavələr edilməsi barədə razılaşmaya dair zaminlər ilə heç bir müqavilə bağlanılmamışdır. Zaminlərin kredit razılaşması üzrə öhdəliyi üzərlərinə götürmələrinə dair digər formada razılığı alınmadığından və həmin müqavilə üzrə onların öhdəliyi yaranmadığından bu öhdəliyə görə borc məbləği tələb oluna bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsini müdafiə edərək yuxarıda qeyd edilən izahata uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, iddia ərizəsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərarına istinad edilmişdir. Lakin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sonradan qəbul olunan qərardadına əsasən, qeyd olunan qərar həmin qərarın qəbul edilməsindən sonra verilmiş iddialara tətbiq edilmir. Bundan əlavə, iddiaçı kredit razılaşması bağlanarkən, həmçinin də həmin razılaşmaya dəyişiklik edilərkən məbləğ, faiz, müddət, valyuta və s. barədə xəbərdarlıq edilmiş və imzası ilə təsdiq edərək razılıq vermişdir. Həmçinin, biz borcun ödənilməsi və tələbin ipoteka predimetinə yönəlilməsi ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmişik. Həmin iş üzrə iddiaları qismən təmin edilmişdir. Həmin qətnamədən “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti apelyasiya şikayəti verilmiş və X6 hazırki mülki işə baxılana qədər icraatın dayandırılması barədə vəsatət vermiş və icraat dayandırılmışdır. Göstərilənlərə əsasən, o, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan “Cavabdeh" QSC-nin "xxxxxxxxxxx” MMC ilə bağladığı xx.xx.2014-cü il tarixli, 02L000012240 saylı X9nə əsasən 120 ay müddətinə 5.000.000 ABŞ dollar kredit xətti açılmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 02L000012240 saylı X9nə üzrə bağlanmış 02R000034105 saylı Kredit razılaşmasına əsasən Bank məbləği 1,650,000 ABŞ dolları olan krediti aylıq faiz dərəcəsi 1,125 % olmaqla 60 ay müddətinə Kredit Alana verir. Kredit Alan bu Kredit Razılaşmasının ayrılma hissəsi olan 1 saylı əlavədə göstərilmiş Ödəniş Planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öz öhdəsinə götürür. Həmin Kredit razılaşmasına əlavə edilmiş ödəniş planından görünür ki, Məmmədov Kamadar xx.xx.2014-cü il tarixdə Ödəniş planı ilə tanış olmuş və bunu öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 02R000034105S, 02R000034105SA, 02R000034105SB, 02R000034105SC, 02R000034105SD, 02R000034105SE, 02R000034105SF, 02R000034105SG sayl Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişlərə əlavə edilmiş ödəniş planlarından görünür ki, Məmmədov Kamadar Ödəniş planları ilə tanış olmuş və bunu öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan zaminlik müqaviləsinə əsasən İddiaçı ilə Cavabdeh QSC arasında xx.xx.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilə xx xxxxxx 2014-cü il tarixdə bağlanmış 02L0QQQ12240 saylı X9 və bu X5 ayrılmaz hissəsi olan «Kredit Razılaşması», «Bank qarantiyası verilməsi haqqında müqavilə» və «Akkreditiv açılması üçün razılaşma» formasında bağlanan ayrıca Razılaşmalar üzrə Borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-1030/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Azər İsmayılov) iddiaçı “xxxxxxxxxxx" qapalı səhmdar cəmiyyətinin cavabdehlər “xxxxxxxxxxx” məhdud məsuliyyətli cəmiyyətinə, İddiaçı, X2, İddiaçı və X8 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi barədə ilk iddiası qismən təmin edilmiş, “xxxxxxxxxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə “xxxxxxxxxxx” qapalı səhmdar cəmiyyəti arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 02L000012240 saylı X9nə, xx.xx.2014-cü il tarixli, 02R000034105 saylı kredit razılaşmasına, xx.xx.2015-ci il tarixli, 02R000034105S saylı, xx.xx.2015-ci il tarixli, 02R000034105SA saylı, xx.xx.2015-ci il tarixli, 02R000034105SB saylı, xx.xx.2016-cı il tarixli, 02R000034105SC saylı, xx.xx.2016-cı il tarixli 02R000034105SD saylı, 18.11,2016-cı il tarixli, 02R000034105SE saylı, xx.xx.2016-ci il tarixli, 02R000034105SF saylı, xx.xx.2017-ci il tarixli, 02R000034105SG saylı sazişlərə xitam verilməsi,cavabdehlər “xxxxxxxxxxx” məhdud məsuliyyətli cəmiyyətindən, İddiaçı, İddiaçı, X4 müştərək qaydada iddiaçı “xxxxxxxxxxx” qapalı səhmdar cəmiyyətinin xeyrinə 1419499,88 ABŞ dolları kredit borcu, 352025,04 ABŞ dolları faiz borcu, 10000 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 1781524,92 ABŞ dolları məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu və 84 manat xidmət haqqının tutulması, tələbin İddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 27 nömrəli mənzilinə, İddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, Azadlıq prospektində yerləşən 2 girişli, 92,05 kv.metr ümumi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasına, X7 mülkiyyətində olan Sumqayıt şəhəri, 1-ci paralel küçəsi, İnşaatçılar qəsəbəsində 0,6001 ha torpaq sahəsinə, İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən 1,74757 ha torpaq sahəsi və onun üzərində yerləşən 14 A saylı əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitdən 1781524,92 ABŞ dollar məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetlerinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu və 84 manat xidmət haqqının ödənilməsi, ipoteka predmetləri olan Sumqayıt şəhəri, 30-cu məhəllə, 5/13 saylı evin 27 nömrəli mənzilinin ilkin satış qiymətinin 95000 manat, Sumqayıt şəhəri, 1-ci Paralel küçəsi, İnşaatçılar qəsəbəsi ünvanında xüsusi mülkiyyətdə olan 0,6001 ha torpaq sahəsinin ilkin satış qiymətinin 425000 manat, Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində xüsusi mülkiyyətdə olan 1.74757 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 2174.3 kv.metrdən ibarət olan 14 A nömrəli əmlak kompleksinin ilkin satış qiymətinin ******* manat və Sumqayıt şəhəri, Azərbaycan prospekti ünvanında xüsusi mülkiyyətdə olan ümumi sahəsi 92,05 kv.metrdən ibarət olan qeyri-yaşayış binasının ilkin satış qiymətinin isə 100000 manat məbləğində müəyyən edilməsi, açıq hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin "xxxxxxxxxxx" məhdud məsuliyyətli cəmiyyətindən, İddiaçı, İddiaçı, X4 iddiaçı "xxxxxxxxxxx" qapalı səhmdar cəmiyyətinin xeyrinə müştərək qaydada tutulması, İddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 30-cu məhəllə, 5/13 saylı evin 27 nömrəli mənzilinə, X7 mülkiyyətində olan Sumqayıt şəhəri, 1-ci paralel küçəsi, İnşaatçılar qəsəbəsində 0,6001 ha torpaq sahəsinə, İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, Y.Məmmədov küçəsində yerləşən 1,74757 ha torpaq sahəsi və onun üzərində yerləşən 14A saylı əmlak kompleksi kimi müəssisəsinə və İddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, Azadlıq prospektində yerləşən 2 girişli 92,05 kv.metr ümumi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin əmlakların boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, ilk iddia tələbinin qalan hissədə və “xxxxxxxxxxx” məhdud məsuliyyətli cəmiyyətinin “xxxxxxxxxxx” qapalı səhmdar cəmiyyətinə qarşı xx.xx.2014-cü il tarixli, 02R000034105 saylı krediti razılaşmasının ləğv edilməsi tələbinə dair qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2464/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı “xxxxxxxxxxx” MMC qətnamədən apellyasiya şikayəti vermişdir. “xxxxxxxxxxx” QSC-nin cavabdehlər “xxxxxxxxxxx" MMC-nə, X3, X2, İddiaçı və X8 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi barədə ilk, “xxxxxxxxxxx” MMC-nin Cavabdeh QSC-nə qarşı xx.xx.20014-cü il tarixli, 02R000034105 saylı krediti razılaşmasının ləğv edilməsi barədə qarşılıqlı iddialarına dair mülki iş üzrə icraat Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçı X1 cavabdeh “xxxxxxxxxxx” QSC-nə qarşı zaminlik müqaviləsinə xitam verilməsi tələbinə dair iş üzrə məhkəmə aktının qanuni qüvvəyə minənə qədər dayandırılması barədə qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mənasına görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəllənin 269.11 və 307.4-cü maddələrinin "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx xxx 2018-ci il tarixli Qərarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən X9 niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinin mənasına görə, X9nə əsasən kreditor kredit alana pulu təqdim etməyi öhdəsinə götürür. Müqavilənin “bu müqavilə bankın kredit vermək vədini ifadə etmir” qeydi məhkəmələr tərəfindən yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-cı maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir. Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün X9ndə mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. X9ndə faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx xxxx 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, X5 təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Bu qayda X9 üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, “Cavabdeh" QSC-nin "xxxxxxxxxxx” MMC ilə bağladığı xx.xx.2014-cü il tarixli, 02L000012240 saylı X9nə əsasən 120 ay müddətinə 5.000.000 ABŞ dollar kredit xətti açılmışdır. İş materiallarında olan Zaminlik müqaviləsinə əsasən İddiaçı ilə Cavabdeh QSC arasında xx.xx.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilə xx xxxxxx 2014-cü il tarixdə bağlanmış 02L0QQQ12240 saylı X9 və bu X5 ayrılmaz hissəsi olan «Kredit Razılaşması», «Bank qarantiyası verilməsi haqqında müqavilə» və «Akkreditiv açılması üçün razılaşma» formasında bağlanan ayrıca Razılaşmalar üzrə Borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli qərarından da görünür ki, Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün X9ndə mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. X9ndə faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. İş materialarında olan olan xx.xx.2014-cü il tarixli 02R000034105 saylı kredit razılaşmasına əlavə edilmiş ödəniş qrafiklərində zamin və ipoteka qoyan İddiaçı imza edərək razı olduğunu bildirmişdir. Ona görə də məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslanaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarına dair xx xxxxxxx 2019-cu il tarixli Qərardadına görə Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. Hazırki iddia ərizəsi xx.xx.2020-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Zaminlik müqaviləsi isə xx.xx.2014-cü il tarixdə bağlanmış, yəni hüquq münasibətləri həmin tarixdə yaranmışdır. Zamin duran şəxsin kredit razılaşması və ona dəyişikliklər edilərkən razılığı alınmasaydı belə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli və xx xxxx 2019-cu il tarixli qərarları hazırki münasibətlərə şamil olunmamalıdır. Odur ki, İddiaçı iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: İddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar