Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4511/2020 13.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X6, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh QSC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxxxxxxxxx” MMC-yə qarşı “zaminliyə xitam verilməsi” tələbinə dair mülki işə baxaraq məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh QSC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxxxxxxxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə zaminliyə xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X8 iddia tələbinə uyğun izahat verərək bildirmişdir ki, “Cavabdeh" QSC-nin "xxxxxxxxxxxx” MMC ilə bağladığı xx.xx.2014-cü il tarixli, 2L000012240 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 5.000.000 ABŞ dollar kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. İddiaçı ilə Cavabdeh QSC arasında xx.xx.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə o xx.xx.2014-cü il tarixli, 32L000012240 saylı kredit xətti müqaviləsinin icrasına zamin olmuşdur. Lakin kredit xətti müqaviləsində şərtlərində vəsaitin "xxxxxxxxxxx” MMC-yə hansı faiz dərəcəsi ilə veriləcəyi göstərilməmişdir. İddiaçı kredit götürülərkən zamin kimi onun fikrinin öyrəniləcəyini gözləmişdir. Sonradan məlum olmuşdur ki, kredit xətti müqaviləsi üzrə “xxxxxxxxxxx” MMC Cavabdeh QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli, 02R000034105 saylı kredit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1.125 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1.650.000 ABŞ dolları məbləğində kredit götürülmüşdür. Həmin müqavilə bağlanan zaman İddiaçı razılığı alınmamış, onun bu barədə ümumiyyətlə məlumatı olmamışdır. Kredit xətti müqaviləsində isə faiz dərəcəsi göstərilmədiyindən onun zamin kimi götürdüyi risk də yalnız gələcəkdə bağlanacaq müqavilələrdə ona bildirilməli idi. Azərbaycan Respublikası Konstitusıya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli Qərarına əsasən, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin vəya ipoteka qoyanın razılığı alınmalıdır. Hesab edir ki, kredit xətti müqaviləsinə görə bağlanmış zaminlik müqaviləsi sonradan bağlanmış kredit razılaşmasının təminatı ola bilməz. Belə ki, kreditorun borcalanla bağladığı kredit razılaşmasına və həmin razılaşmaya dəyişiklik və əlavələr edilməsi barədə razılaşmaya dair zaminlə ilə heç bir müqavilə bağlanılmamışdır. Zaminin kredit razılaşması üzrə öhdəliyi üzərlərinə götürməsinə dair digər formada razılığı alınmadığından və həmin müqavilə üzrə onun öhdəliyi yaranmadığından bu öhdəliyə görə borc məbləği tələb oluna bilməz. Mülki Məcəllənin 477.0.1-ci maddəsinə əsasən, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli Qərarında göstərilmişdir ki, “Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallanna: - kreditin ümumi məbləğinin artırılması; - kreditin faizinin artırılması; - kreditin valyutasının dəyişdirilməsi; - kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər.” Həmin qərarda o da qeyd edilmişdir ki, “Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir.” Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 məhkəməyə verdiyi izahatında iddia tələbinin tam əsassız olduğunu bildirmiş və qeyd etmişdir ki, İddiaçı zamin olduğu müqavilə üzrə kredit xətti müqaviləsi açılıb və müxtəlif məbləğlərdə kredit verilmişdir. Kredit xətti müqaviləsi əsasında borc yarandığından məhkəməyə müraciət edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh QSC-nin cavabdehlər “xxxxxxxxxxx” MMC-yə, X4, X5, X2 və İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi təiəbinə” dair ilkin iddia ərizəsi qismən təmin edilmiş, “xxxxxxxxxxx” MMCnin Cavabdeh QSC-yə qarşı “xx.xx.2014-cü il tarixli, 02R000034105 saylt krediti razılaşmasının ləğv edilməsi tələbinə” dair qarşılıqlı iddia ərizəsi rədd edilmişdir. Hazırki mülki iş üzrə iddiaçı tərəfindən Sumqayıt Şəhər Məhkəməsində zaminlik müqaviləsi mübahisələndirilməmişdir. Hazırki mülki iş üzrə məqsəd yalnız qətnamənin icra olunmasına maneə yaratmaqdan ibarətdir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “xxxxxxxxxxx” MMC-yə Cavabdeh QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli, 02L000012240 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 5.000.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə “xxxxxxxxxxx” MMC Cavabdeh QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli, 02R000034105 saylı kredit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1.125% olmaqla, ödəniş planı üzrə hıssə-hissə qaytarmaq şərti ilə 1.650.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 02S000025260 saylı zaminlik müqaviləsindən görünür ki, kredit xətti müqaviləsi üzrə “xxxxxxxxxxx” MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Əhmədov llham Veys oğlu bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borcalanla birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəlıklərini icra etməlidir. Həmçinin, kredit xətti müqaviləsi üzra “xxxxxxxxxxx” MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə öhdəlikiərinin icrasını təmin etmək məqsədi ilə ipoteka qoyan Əhmədov llham Veys oğlunun Cavabdeh QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli, 02M000001947 saylı sonrakı ipoteka müqaviləsi əsasında Sumqayıt şəhəri, 1-ci paralel küçəsi, İnşaatçılar qəsəbəsində İddiaçı oğiunun mülkiyyətində olan 0.6001 ha torpaq sahəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, Daşınmaz Əmlakın Dövtət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tarəfindən 34 nömrəli reyestr kitabının 44 nömrəli vərəqində qeydiyyata alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(060)-1030/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh QSC-nin cavabdehlər “xxxxxxxxxxx” MMC-yə, X4, X5, X2 və İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi təiəbinə” dair ilkin iddia ərizəsi qismən təmin edilmiş, “xxxxxxxxxxx” MMC-nin Cavabdeh QSC-yə qarşı “xx.xx.2014-cü il tarixli, 02R000034105 saylt krediti razılaşmasının ləğv edilməsi tələbinə” dair qarşılıqlı iddia ərizəsi rədd edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsi”nə dair xx xxx 2018-ci il tarixli qərarına əsasən Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Göründüyü kimi, iddiaçı müvafiq kredit xətti müqaviləsi üzrə həm zamin, həm də ipoteka qoyandır. O, müvafiq kredit razılaşmaları üzrə tərtib edilmiş ödəniş planlarını ipoteka qoyan qismində imza etmişdir. Odur ki, iddiaçının kredit razılaşmalarından məlumatlı olmaması barədə iddiası iş materialları ilə öz təkzibini tapmışdır. Məhkəmə onu da qeyd edir ki, hazırki mübahisə üzrə, iddiaçının ipoteka qoyan olaraq, məlumatlandırılıb, razılığının alınmasının yetərli olmaması, əlavə olaraq, zamin qismində də razılığının alınmasının tələb edilməsi sonuncu üçün hüququndan sui-istifadə ilə nəticələnə bilər. Belə ki, kredit razılaşmaları barəsində məlumatlandırılaraq, razılığı alınmış şəxsin formal olaraq, zamin qismində razılığının alınmaması məsələnin faktiki halını dəyişdirmir. Məhkəmə bu əsasla zaminlik müqaviləsinə xitam verilməsini məqbul saymır. Həmçinin, məhkəmə qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə kredit xətti müqaviləsinə və kredit razılaşmalarına xitam verilmişdir. Mülki Məcəllənin tələbinə əsasən əsas öhdəliyə xitam veriləndə əlavə öhdəliklərə də xitam verilir. Bu halda İddiaçı xitam verilmiş zaminlik müqaviləsi üzrə onun zaminliyinin xitam olunmasını tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinin tələblərinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. AR Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddiaçı ilə Cavabdeh QSC arasında xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə zaminliyə xitam verilməsinə dair İddiaçı iddia tələbi rədd edilsin. İddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-4511/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4511/2020
13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver