Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4520/2020 26.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi İddiaçı, Cavabdeh və onun vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X5 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən verilmiş avtomobilin qeydiyyat şəhadətnaməsinin, həmin qeydiyyat şəhadətnaməsi əsasında avtomobilin alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında əldə edilmiş pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh AD163612 seriyalı şəhadətnaməsi üzrə əldə etdiyi “Mercedes Benz 200” minik markalı, 1995-ci il buraxılışlı, gümüşü metalik rəngli ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə satılması nəticəsində əldə etdiyi pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinin tələbinə uyğun olaraq iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Bakı şəhəri 1 saylı Notariat Kontoru tərəfindən xx.xx.2017-ci il tarixdə Cavabdeh verilmiş 2V-3/2196 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən “Mercedes 200” markalı ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair verilmiş AD 163612 saylı şəhadətnamənin etibarsız hesab edilməsi, həmin AD 163612 saylı şəhadətnamə əsasında ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında əldə etdiyi pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, xx.xx.2014-cü il tarixli qeydiyyat şəhadətnaməsinə əsasən “Mercedes 200” markalı, 1995ci il buraxılışlı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətində olmuşdur. O, həmin avtomobili xx.xx.2016-cı il tarixdə X5 5300 ABŞ dollarına, yəni 9.000 manata nisyə satmışdır. X8 ona avtomobilin dəyərini ayda 300-500 manat olmaqla bir il ərzində tam ödəməli idi. O, X5 avtomobili idarə etmək üçün xx.xx.2016-cı il tarixdə bir il müddətinə etibarnamə vermişdir. Onun tanışı X10 avtomobili X5 nisyə satmağı təklif etmişdir. Həmin vaxt onun maddi imkanı yaxşı olduğuna görə avtomobili nisyə satmağa razı olmuşdur. Sonradan Zaur dələduzluq cinayətini törətdiyinə görə həbs edilmişdir. İslam Quliyev avtomobilin pulunu vermədiyinə görə, o, avtomobilin qaytarılması üçün İslam Quliyevə qarşı məhkəmədə iddia qaldırmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-1819/2018 nömrəli qətnaməsi ilə onun iddiası təmin edilmiş, “Mercedes 200” markalı, 1995-ci il buraxılışlı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilin X2 alınaraq ona qaytarılması qət edilmişdir. Həmin qətnamədən maraqlı şəxs Məmmədov Samir Mövsüm oğlu apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-7310/2019 nömrəli qətnaməsi ilə Məmmədov Samir Mövsüm oğlunun apellyasiya şikayəti təmin edilmiş, onun iddiası rədd edilmişdir. Sonradan öyrənmişdir ki, Bakı şəhəri 1 saylı Notariat Kontoru tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş 2V-3/2196 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən avtomobil xx.xx.2018-ci ildə Cavabdeh adına sənədləşdirilmiş, xx.xx.2018-ci ildə Əmirov Abasın adını keçirilmiş, sonra isə xx.xx.2018-ci il tarixdə Məmmədov Samir Mövsüm oğluna satılmışdır. O, Cavabdeh tanımır və ona avtomobil satmamışdır. Avtomobilin 5300 ABŞ dolları pulunu İslam Quliyev ona ödəməli idi. Avtomobili qanunsuz olaraq əlindən çıxdığına görə, iddiasının təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, o, İddiaçı tanımır və ondan avtomobil almamışdır. Onun qardaşı Hacaliyev Vasif Mövsüm oğlu “Mercedes 200” markalı, 1995-ci il buraxılışlı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobili yararsız, əzik vəziyyətdə X2 2.700 manata almışdır. Qardaşı Sabirabad rayonunda qeydiyyatda olduğuna görə avtomobili onun adına sənədləşdirmişdir. Onlar avtomobili sənədləşdirmək üçün BDYPİ-yə getmişlər, avtomobilin qeydiyyat şəhadətnaməsini və İslamın adına olan etibarnaməni, İslamın zəng etdiyi mülki geyimdə olan bir şəxsə təqdim etmişlər. Bir neçə saatdan sonra BDYPİ-də imza edərək, avtomobilin qeydiyyat şəhadətnaməsini əldə etmiş və avtomobilin qeydiyyat nişanını dəyişdirmiş, ** MZ *** qeydiyyat nişanı əldə etmişdir. Avtomobili təmir etdirmişlər, lakin teztez xarab olduğuna görə 3.700 manata satmışlar. Turbo.az saytı vasitəsilə satmışdır. Onun adına hazırlanmış və Bakı şəhəri 1 saylı Notariat Kontoru tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş 2V-3/2196 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən məlumatı yoxdur. O, BDYPİ-də yalnız ərizəyə imza etmişdir. Onun belə bir sənəddən məlumatı yoxdur. Onun İddiaçı qarşısında heç bir öhdəliyi yoxdur. Hesab edir ki, İddiaçı avtomobilin pulunu ondan deyil, İslamdan tələb etməlidir. Odur ki, iddianın rədd edilməsini xahiş edir. X11 Mövsüm oğlu məhkəmə iclasında ifadəsində bildirdi ki, o, İddiaçı tanımır və ondan avtomobil almamışdır. O, “Mercedes 200” markalı, 1995-ci il buraxılışlı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobili yararsız, əzik vəziyyətdə X2 2.700 manata almışdır. Özü Sabirabad rayonunda qeydiyyatda olduğuna görə avtomobili qardaşı Asifin adana sənədləşdirmişdir. Onlar avtomobili sənədləşdirmək üçün BDYPİ-yə getmişlər, avtomobilin qeydiyyat şəhadətnaməsini və İslamın adına olan etibarnaməni, İslamın zəng etdiyi mülki geyimdə olan bir şəxsə təqdim etmişdir. Bir neçə saatdan sonra BDYPİ-də qardaşı Asif imza edərək, avtomobilin qeydiyyat şəhadətnaməsini əldə etmiş və avtomobilin qeydiyyat nişanını dəyişdirərək ** MZ *** qeydiyyat nişanı əldə etmişlər. Avtomobili təmir etdirsələr də, tez-tez xarab olduğuna görə 3.700 manata satmışlar. Qardaşı Asifin adına hazırlanmış və Bakı şəhəri 1 saylı Notariat Kontoru tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən məlumatı yoxdur. Nə o, nə də qardaşı Asif BDYPİ-yə belə bir sənəd təqdim etməmişlər. O, İddiaçı tanımır və ondan avtomobil almamışdır. İddiaçı avtomobilin pulunu Asifdən deyil, İslamdan tələb etməlidir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X8 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məhkəmə bildirişi göndərilmiş, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq üçüncü şəxsin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, xx.xx.2014-cü il tarixli qeydiyyat şəhadətnaməsinə əsasən “Mercedes 200” markalı, 1995-ci il buraxılışlı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətində olmuşdur. İddiaçı avtomobilini xx.xx.2016-cı il tarixdə X5 5300 ABŞ dollarına, yəni 9.000 manata nisyə satdığını, X4 avtomobilin dəyərini ayda 300-500 manat olmaqla bir il ərzində ona tam ödəməli olduğunu, X5 avtomobili idarə etmək üçün xx.xx.2016-cı il tarixdə bir il müddətinə etibarnamə verdiyini, həmçinin Cavabdeh tanımadığını, ona avtomobil satmadığını bildirir. Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2019-cu il tarixli 016-91164-1219 nömrəli məktubundan və avtomobilin qeydiyyat hərəkətləri barədə məlumatların kompyuter çıxarışından müəyyən edilir ki, xx.xx.2014-cü il tarixli qeydiyyat şəhadətnaməsinə əsasən “Mercedes 200” markalı, 1995-ci il buraxılışlı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətində olmuşdur. İddiaçı həmin avtomobilə dair xx.xx.2015-xx.xx.2016, xx.xx.2015-xx.xx.2021, xx.xx.2015-xx.xx.2016-ci illər üçün X6 adına; xx.xx.2015-xx.xx.2016, xx.xx.2016-xx.xx.2016, xx.xx.2016-xx.xx.2017-ci illər üçün X4 adına etibarnamə vermişdir. Bakı şəhəri 1 saylı Notariat Kontoru tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş 2V-3/2196 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən avtomobil xx.xx.2018-ci ildə Cavabdeh adına sənədləşdirilmiş və dövlət qeydiyyat nişanı dəyişdirilərək ** MZ *** qeydiyyat nişanı verilmişdir. xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən “Mercedes 200” markalı ** MZ *** qeydiyyat nişanlı avtomobil Cavabdeh adından X9 adına keçirilmiş, sonra isə xx.xx.2018-ci il tarixli alqısatqı müqaviləsinə əsasən X9 adından Məmmədov Samir Mövsüm oğlunun adına keçirilmiş və dövlət qeydiyyat nişanı dəyişdirilərək ** MU *** qeydiyyat nişanı verilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-1819/2018 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh X5 qarşı “əmlak” tələbinə dair iddiası təmin edilmiş, X2 “Mercedes 200” markalı ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilin alınaraq İddiaçı qaytarılması qət edilmişdir. Həmin qətnamədən maraqlarına toxunan şəxs Məmmədov Samir Mövsüm oğlu apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)- 7310/2019 nömrəli qətnaməsi ilə Məmmədov Samir Mövsüm oğlunun apellyasiya şikayəti təmin edilmiş, İddiaçı cavabdeh X5 qarşı “X2 “Mercedes 200” markalı ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilin alınaraq İddiaçı qaytarılması” tələbinə dair iddiası rədd edilmişdir. Qətnamə ilə müəyyən edilmişdir ki, Məmmədov Samir Mövsüm oğlu “Mercedes 200” markalı ** CR *** (** MU ***) dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2018-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən X1 almışdır. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “S.N.Məmmədovanm şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan qərarında xüsusi olaraq onu da vurğulamışdır ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİUMK-nın xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarında da Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. Məhkəmə qeyd edir ki, Məmmədov Samir Mövsüm oğlu avtomobili vicdanlı əldə edən şəxsdir və alqı-satqı müqaviləsinin ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Çünki, İddiaçı özü bildirir ki, mülkiyyətindəki “Mercedes 200” markalı, 1995-ci il buraxılışlı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2016-cı il tarixdə X5 5300 ABŞ dollarına, yəni 9.000 manata nisyə satmışdır. X8 avtomobilin dəyərini ayda 300-500 manat olmaqla bir il ərzində ona tam ödəməli idi. Həmçinin, İddiaçı Cavabdeh tanımadığını və ona avtomobil satmadığını bildir. Göründüyü kimi, İddiaçı bildirdiyinə görə X8 ilə onun arasında avtomobilin nisyə alqısatqısı baş tutmuşdur. Hazırda avtomobil üçüncü şəxslərin mülkiyyətinə keçmişdir. Bu səbəbdən İddiaçı avtomobilin razılaşdırılmış dəyərinin ödənilməsini X2 tələb edə bilər. Bakı şəhəri 1 saylı Notariat Kontoru tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş 2V- 3/2196 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin Cavabdeh tərəfindən hazırlanmasına dair məhkəməyə hər hansı bir sənəd təqdim edilməmişdir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X5 qarşı “Bakı şəhəri 1 saylı Notariat Kontoru tərəfindən xx.xx.2017-ci il tarixdə Cavabdeh verilmiş 2V-3/2196 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən “Mercedes 200 markalı” ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair verilmiş AD 163612 saylı şəhadətnamənin etibarsız hesab edilməsi, həmin AD 163612 saylı şəhadətnamə əsasında ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında əldə etdiyi pulun Cavabdeh alınaraq İddiaçı verilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-4520/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4520/2020
26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver