Məhkəmə qərarları › İş №2(004)-4538/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4538/2020

19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4538/2020 19.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi ilə, Cavabdeh QSC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı “zaminlik müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı “zaminlik müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh QSC ilə onun arasında bağlanmış xx.xx.2013-cü il tarixli 02S000019474 nömrəli zaminlik müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildiriş verilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinin tələbinə uyğun olaraq iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh QSC-nin nümayəndəsi X7 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, xx.xx.2007-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh QSC ilə X3 48 ay müddətinə 10.000 ABŞ dolları kredit xətti açmışdır. Kredit xətti müqaviləsi üzrə Həsənova Şərəbanı Bayram qızına Cavabdeh QSC ilə bağlanmış xx.xx.2014-cü il tarixli kredit razılaşması əsasında 30 ay müddətinə aylıq faiz dərcəsi 2,25 olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 30.000 ABŞ dolları kredit verilmişdir. Bank öhdəliyin icrasını təmin etmək məqsədilə xx.xx.2013-cü ildə X8, xx.xx.2014-cü ildə X14, xx.xx.2010-cu ildə X5, xx.xx.2007-ci və xx.xx.2010-cu ildə X15, xx.xx.2014cü və xx.xx.2015-ci ildə X9, xx.xx.2014-cü ildə X6, xx.xx.2013-cü ildə X10 ilə zaminlik müqavilələri bağlamışdır. xx.xx.2015-ci il tarixli sazişə əsasən kredit razılaşması və ödəniş planına dəyişiklik edilmiş, Həsənova Şərəbanı Bayram qızının götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq banka ödəməyi öz öhdəsinə götürmüşdür. Borc ödənilmədiyinə görə “xxxxxxxxxxx” QSC borcalan Həsənova Şərəbanı Bayram qızına və zaminlərə qarşı məhkəmədə borc tələbinə dair iddia qaldırmışdır. Hazırda qanuni qüvvəyə minmiş qətnamələrlə borcalan və zaminlik müqavilələrinə qiymət verilmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Belə ki, xx.xx.2007-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh QSC ilə X3 48 ay müddətinə 10.000 ABŞ dolları kredit xətti açmışdır. Kredit xətti müqaviləsi üzrə Həsənova Şərəbanı Bayram qızına Cavabdeh QSC ilə bağlanmış xx.xx.2014-cü il tarixli kredit razılaşması əsasında 30 ay müddətinə aylıq faiz dərcəsi 2,25 olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 30.000 ABŞ dolları kredit verilmişdir. Bank öhdəliyin icrasını təmin etmək məqsədilə xx.xx.2013-cü ildə X8, xx.xx.2014-cü ildə X14, xx.xx.2010-cu ildə X5, xx.xx.2007-ci və xx.xx.2010-cu ildə X15, xx.xx.2014-cü və xx.xx.2015-ci ildə X9, xx.xx.2014-cü ildə X6, xx.xx.2013cü ildə X10 ilə zaminlik müqavilələri bağlamışdır. xx.xx.2015-ci il tarixli sazişə əsasən kredit razılaşması və ödəniş planına dəyişiklik edilmiş, Həsənova Şərəbanı Bayram qızının götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq banka ödəməyi öz öhdəsinə götürmüşdür. Borc ödənilmədiyinə görə “xxxxxxxxxxx” QSC borcalan Həsənova Şərəbanı Bayram qızına və zaminlərə qarşı məhkəmədə borc tələbinə dair iddia qaldırmışdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(010)-8709/2016 nömrəli qətnaməsi ilə iddiaçı “xxxxxxxxxxx” QSC-nin cavabdehlər Həsənova Şərəbanı Bayram qızı, X8, X16, X5, X15, X9, İddiaçı və X4 qarşı “borcun tutulması” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər Həsənova Şərəbanı Bayram qızı, X8, X16, X5, X15, X9, İddiaçı və X1 müştərək qaydada “xxxxxxxxxxx” QSC-nin xeyrinə 23.783,55 ABŞ dolları əsas kredit borcu, 3.182,40 ABŞ dolları faiz borcu, 1.000 ABŞ dolları cərimə olmaqla, cəmi 27.911,95 ABŞ dolları borcun ödəniş gününə manat məzənnəsinə uyğun olaraq, ödənilmiş 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. İddita tələbi qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(103)-1060/2018 nömrəli qətnaməsi ilə cavabdeh Həsənova Şərəbanı Bayram qızının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(010)-8709/2016 nömrəli qətnaməsinin - “cavabdehlər X8, X5, X15 və İddiaçı pulun tutulması, digər cavabdehlərdən əsas və cərimə borcunun tutulması” hissəsində ləğv edilmiş, əsas borc məbləğinin 23.675,74 ABŞ dolları, cərimə borcunun 789,73 ABŞ dolları müəyyən olunması, cavabdehlər X8, X5, X15 və İddiaçı münasibətdə iddia rədd edilmiş, Həsənova Şərəbanı Bayram qızına münasibətdə qalan mübahisələndirilən hissələrində qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)- 1246/2019 nömrəli qərarı ilə iddiaçı “xxxxxxxxxxx” ASC-nin kassasiya şikayəti qismən təmin edilmiş, cavabdeh Həsənova Şərəbanı Bayram qızının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(103)-1060/2018 nömrəli qətnaməsi qismən - iddia tələbinin cavabdehlər X8, X5, X15 və İddiaçı qarşı rədd edilməsi hissəsində ləğv edilmiş və mülki işin həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-7207/2019 nömrəli qətnaməsi ilə cavabdeh Həsənova Şərəbanı Bayram qızının apellyasya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(010)-8709/2016 nömrəli qətnaməsi dəyişdirilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(103)-1060/2018 nömrəli qətnaməsi ilə “xxxxxxxxxxx” ASC-nin xeyrinə tutulması qət edilmiş 23.675,74 ABŞ dolları, 789,73 ABŞ dolları cərimə borcu (ödəniş günü Azərbaycan manatına olan məzənnəsi ilə) cavabdehlər Həsənova Şərəbanı Bayram qızından və X8, X16, X5, X15, X9, İddiaçı və X1 müştərək qaydada tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)- 7214/2019 nömrəli qərarı ilə cavabdeh Həsənova Şərəbanı Bayram qızının kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-7207/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 471-ci maddəsinə əsasən paminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Məhkəmə qeyd edir ki, Cavabdeh QSC ilə İddiaçı arasında xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə əməl edilmişdir. Müqavilənin etibarsız hesab edilməsi üçün qanuni əsaslar mövcud deyildir. Qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə zaminlik müqaviləsinin qanuniliyinə qiymət verilmiş və borcun borclu və zaminlərdən müştərək qaydada tutulmasına qərar verilmişdir. Nəhayət, məhkəmə belə qənaətə gəlir ki, iddia rədd edilməli, ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı “Cavabdeh QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013cü il tarixli 02S000019474 nömrəli zaminlik müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar