Məhkəmə qərarları › İş №2(004)-4542/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4542/2022

12.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4542/2022 12.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X13 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Bakı Şəhərı Maraqlı şəxsnə cəlb edilməklə “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı Şəhərı Maraqlı şəxsnə qarşı doğum akt qeydinin bərpası tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Ərizəçi xx.xx.1947-ci ildə Bakı şəhəri, Yasamal rayonunda doğumunun qeyd edilmə faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamədə ata qrafasında X15, ana qrafasında X2 göstərilməklə doğum haqqında akt qeydinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Ərizəçi xx.xx.1947-ci ildə Bakı şəhərində anadan olmuşdur və hal-hazırda da qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən mənzildə ailəsi ilə birlikdə yaşayır. O, atasından qalan miras əmlaka payların müəyyən edilməsi üzrə vərəsəlik işi ilə əlaqədar və digər sənədlərin alınması üçün aidiyyəti orqanlara müraciət etmişdir və bu zaman ondan doğum haqqında şəhadətnamə istədirlər və o, doğum haqqında şəhadətnaməsini axtarıb tapa bilmədi. Daha sonraa doğum haqqında şəhadətnamənin təkrar alınması üçün yaşadığı yer üzrə Maraqlı şəxsnə müraciət etdi, lakin onun doğum haqqında akt qeydləri aşkar edilməmişdir. Lakin maraqlı şəxs olan Maraqlı şəxs onun doğum haqqında şəhadətnaməsinin akt qeydlərinin bərpa edilməsi üçün müəyyən edən sənəd olmadığından doğum haqqında şəhadətnaməsinin akt qeydinin bərpa edilməsindən imtina etdilər və aidiyyəti üzrə məhkəməyə müraciət etməsini bildirdilər. Bu səbəbdən də o, aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə müraciət edir. Onun xx.xx.1947-ci ildə Bakı şəhərində anadan olmasını təqdim etdiyi Sovet və hazırda olan şəxsiyyət vəsiqələrinin surəti və məhkəməyə təqdim edəcəyi şahidləri də təsdiq edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək məhkəmədən təmin olunması baradə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş şahid X7 izahat verərək bildirmişdir ki, Ərizəçi doğma bacısıdır. Aralarında 13 yaş fərqi var. Ərizəçi ali savadlıdır, dövlət məmurudur. Ərizəçi xx.xx.1947-ci ildə Bakı şəhəri, C.Cabbarlı 48 ünvanında anadan olmuşdur. Məhkəmə iclasına şahid qismində dindirilən X3 izahatında bildirmişdir ki, o, ərizəçinin doğma bacısıdır. Doğum haqqında şəhadətnaməsini itirmişdir. Ərizəçi xx.xx.1947-ci ildə anadan olmuşdur. Ailədə 3 bacıdırlar, qardaşları dünyasını dəyişib. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı 04 avqust 2022ci il tarixli, xx/xx-2491/15 saylı məktubundan görünür ki, doğum akt qeydinin bərpa edilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə daxil olmuş müraciətə baxılmışdır. Doğum akt qeydinin bərpa edilməsi üçün həmin qeydin əvvəllər olmasını təsdiq edən sənədlər təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalər”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Nikah haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyat faktı məhkəmə qaydasında müəyyən edilir. Doğum haqqında akt qeydinin əvvəllər olmasını təsdiq edən sənədin əslini təqdim etmədiyi üçün xahiş təmin edilməsi imkanları xaricindədir. Yasamal Rayon Qeybiyyat Şöbəsi aidiyyatı üzrə məhkəməyə müraciət etməyi məsləhət görür. İş materiallarında olan əmək kitabçası vərəqinin surətindən görünür ki, Ərizəçi xx.xx.1947-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1947-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan 08 iyun 2022-ci il tarixli 05/Q-1348/69 saylı arayışa əsasən görünür ki, X4 barəsində Maraqlı şəxsndə doğum haqqında akt qeydi aşkar olunmadı. Arxiv məlumatları Bakı Şəhəri Maraqlı şəxsndə 1946-1952-ci illərdə dair ilkin, 1948-1954cü illərə dair bərpa akt qeydi yoxlanılmışdır. İş materiallarında olan B 67255 nömrəli tələbə vəsiqəsinin surətindən görünür ki, X4 1967-ci ildə Kimya texnologiya fakültəsinə daxil olub. İş materiallarında olan 11 nömrəli Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Vəsiqəsinin surətindən görünür ki, Hüseynova Zemfira Bakı şəhərində aparıcı iqtisadçı vəzifəsinə malikdir. Vəsiqə işlədiyi müddətdə etibarlıdır. İş materiallarında olan Xİİİ-ЖГ 594465 nömrəli Sovet Sosialist Respublikalar İttifaqı vətəndaşının pasportunun surətindən görünür ki, X4 xx xxxx 1947-ci ildə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan İ-ЖГ 402634 nömrəli Nikah bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1947-ci il təvəllüdlü X5 ilə xx.xx.1947-ci il təvəllüdlü X4 arasında 18 noyabr 1976-cı ildə nikah bağlanmışdır. İş materiallarında olan 283557 nömrəli diplomun surətindən müəyyən olunur ki, X4 1967-ci ildə M.Əzizbəyov adına X18 ordenli Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş və 1973-cü ildə Rezin texnologiyası ixtisasın üzrə tam kursu bitirmişdir. İş materiallarında olan İİ-ИЕ 027125 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1960-cı ildə anadan olmuşdur. X20 Əli, anası Əliyeva X1r. İş materiallarında olan Xİİİ-ЖГ 288972 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1953-cü ildə anadan olmuşdur. X20 Əli, anası Əliyeva X1r. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2, 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində qeyd edilmişdir ki, “Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər”. Həmin qərarın 4.1-ci bəndinə qeyd edilmişdir ki, “Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər”. Beləliklə, məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını tədqiq edib əldə olunmuş sübutlara qiymət verərək hesab edir ki, Ərizəçi xx xxxx 1947-ci il tarixdə Bakı şəhərində rayonunda doğumunun qeyd edilmə faktı müəyyən edilməli, doğum haqqında akt qeydi bərpa edilməli, doğum haqqında şəhadətnamədə Ərizəçi atasının adı qrafasında – “X15”, anasının adı qrafasında – “X2” göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 307.2.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxx 1947-ci il tarixdə Bakı şəhərində doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Doğum haqqında akt qeydi bərpa edilsin. Doğum haqqında şəhadətnamədə Ərizəçi atasının adı qrafasında – “X15”, anasının adı qrafasında – “X2” göstərilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar