Məhkəmə qərarları › İş №2(004)-455/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-455/2024

19.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-455/2024 19.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X9 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs cəlb edilməklə “doğum faktının müəyyən edilməsi” tələbinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs cəlb edilməklə “doğum faktının müəyyən edilməsi” tələbinə ərizə ilə məhkəməyə müraciət edərək, oğlu X4 25 yanvar 1975-ci il tarixdə Ukrayna Respublikası Donetsk Vilayətində doğulması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlarına toxunulan şəxs X6 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs qismində cəlb olunmuş Maraqlı şəxsnə lazımi qaydada məlumat verilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat bildirməmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən X2 və X7 ərizədə qeyd olunan xüsusatları təsdiq etməklə X4 əmisi oğlu olduğunu, onun 25 yanvar 1975-ci il tarixdə Ukrayna Respublikası Donetsk Vilayətində anadan olmasını məhkəməyə bildirmişlər. İş materiallarına X4 doğum haqqında şəhadətnaməsinin surəti əlavə edilmişdir (əsli mövcud deyildir). Müvafiq sənədə əsasən müəyyən edilir ki, X4 əmisi oğlu olduğunu, onun 25 yanvar 1975-ci il tarixdə Ukrayna Respublikası Donetsk Vilayətində anadan olmuşdur. İş materiallarına Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs müvafiq imtina məktubu əlavə edilmişdir. Məhkəmə, hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin doğum faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Araşdırma zamanı müəyyən edilmişdir ki, X6 1996-cı il tarixdə məhkum olunmuş, həmin vaxtı şəxsiyyətini təsdiq edən hüquq müəyyən edici sənədlər olsa da, həmin sənədlər sonra itmiş və yenidən bərpa edilməsi mümkün olmamışdır. Vətəndaşın hüquq müəyyən edici sənədinin bərpa olunması dövlətin həm vəzifəsi, həm də xüsusi marağındadır. Məhkəmə iş materiallarına məcmu haında qiymət verərək, ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyərək hesab edir ki, ərizə təmin olunmalı, X4 25 yanvar 1975-ci il tarixdə Ukrayna Respublikası Donetsk Vilayətində doğulması faktı müəyyən edilməlidir. X1 təkrar doğum haqqında şəhadətnamənin verilməsi üçün hüquqi əsas təşkil etməlidir. Belə ki, X4 25 yanvar 1975-ci il tarixdə Ukrayna Respublikası Donetsk Vilayətində doğulması ərizəçinin izahatı, şahidin ifadəsi, iş materialları ilə sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs cəlb edilməklə “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilsin. X4 25 yanvar 1975-ci il tarixdə Ukrayna Respublikası Donetsk Vilayətində doğulması faktı müəyyən edilsin. X1 təkrar doğum haqqında şəhadətnamənin verilməsi üçün hüquqi əsas təşkil etsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elekton məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar