Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4550/2025 13.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Cavabdeh qarşı "müqavilənin ləğv edilməsi və mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Cavabdeh qarşı "müqavilənin ləğv edilməsi və mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "Turan" yataqxanasında yerləşən və Müdafiə Nazirliyinin mənzil fonduna aid olan xidməti yaşayış sahəsindən "mənzillə təmin edilmədən" məcburi çıxarılmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, "Qırmızı Şərq-1", Ş.Mehtiyev küçəsi, ev 136A nömrəli binada 34 nömrəli mənzildə yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Dövlət Fonduna aid ümumi sahəsi 66.7 kv.m-dən ibarət 3 otaqlı yaşayış sahəsi kirayə haqqı ödənilməklə, müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və Müqavilə ilə müəyyən edilmiş şərtlərlə kirayəçinin sahibliyinə və istifadəsinə verilir. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanunun 12.1ci maddəsinə əsasən hərbi qulluqçu xidmət yerinə gəlməsindən ən gec 3 ay keçənədək ona onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalarına uyğun gələn xidməti mənzil verilir. Mənzil komissiyasının müvafiq protokolu ilə xüsusi təyinatlı yaşayış sahəsinin N aprel 2018-ci il tarixli 877 nömrəli kirayə müqaviləsi əsasında ehtiyyatda olan polkovnik Cavabdeh, ailə üzvləri həyat yoldaşı X7, oğlu X8, qızı X9) ilə birlikdə ünvan 1 ünvanında yerləşən 3 otaqlı yaşayış sahəsi verilmiş və sonuncu ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayırlar. Cavabdeh 1993-cü ildə xidməti orderlə Yasamal rayonu İcra hakimiyyətinin 051/1 nömrəli sərəncamı ilə mənzillə təmin olunub və həmin mənzili özəlləşdirmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 05.042014-cü il tarixli 2 saylı Qərarının 2411 oğluna yaşadığı xidməti mənzilin təhvil verilmesi ilə əlaqədar xəbərdarlıq göndərilmişdir. Cavabdeh Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçulara verilən güzəşt və imtiyazlardan kifayət qədər istifadə etdiyindən müqavilə asasında kirayəyə verilmiş xüsusi təyinatlı yaşayış sahəsini şərtsiz olaraq boşaltmalıdır. Azərbaycan Ordusunun hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli 28 dekabr 2011-ci il tarixli Fərmanının Preambulasında qeyd edilmişdir ki, Azərbaycan iqtisadiyyatının sürətli inkişafı nəticəsində ölkəmizin hərbi qüdrətinin artırılması və ordu quruculuğu tədbirləri uğurla davam etdirilir. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin əhəmiyyətli dərəcədə artiniması ölkənin müdafiə potensialının gücləndirilməsi və ordumuzun maddi texniki bazasının müasirləşdirilməsinə imkan vermişdir. Ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərlə yanaşı, Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların əmək haqlarının davamlı olaraq artırılması, verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi onların ailə üzvlərinin də sosial müdafiəsinin gücləndirilməsinə, mənzil-məişət problemlərinin həll edilməsinə təkan vermişdir. Nəzərə alınmalıdır ki, sosial məzmunu həyata keçirilməsi və s. Sosial-təminat xarakterli məsələlərlə bağlı qanunverici tərəfindən müvafiq tənzimləmə müəyyən edilərkən, dövlətin iqtisadi vəziyyətinin, cəmiyyətinin yaxud onun müəyyən bir hissəsinin dövlət yardımına və dəstəyinə ehtiyacının olub-olmaması kimi məqamların nəzərə alınması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçulara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi davamlı olaraq artırılır. Cavabdeh ona verilən güzəşt və bütün imtiyazlardan kifayət qədər istifadə edərək 1993-cü ildə xidməti orderlə Yasamal rayonu İcra hakimiyyətinin 051/1 nömrəli sərəncamı ilə mənzillə təmin olunub və həmin mənzili özəlləşdirmişdir. O, artıq yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların kateqoriyasına aid edilə bilməz. Məhkəmə prosesinin gedişində iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddia tələbinə dəqiqləşdirmə verərək, mənzil-İstismar İdarəsinin rəisi polkovnik Mirzəyev Fikrət ilə Cavabdeh arasında N aprel 2018-ci il tarixli 883 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi"nin ləğv edilməsi, Cavabdeh, ailə üzvləri (həyat yoldaşı X7, oğlu X8, qızı X9) ilə birlikdə ünvan 1 ünvanında yerləşən 3 otaqlı 66.7 kv/m yaşayış sahəsindən başqa yaşayış sahəsi verilmədən həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tələbinə daha bir dəqiqləşdirmə verərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Cavabdeh arasında bağlanmış 5 aprel 2018-ci il tarixli 883 nömrəli kirayə müqaviləsinin ləğv edilməsi, həmçinin cavabdeh və onun ailə üzvlərinin "Turan" yataqxanasında yerləşən və Müdafiə Nazirliyinin mənzil fonduna aid olan xidməti yaşayış sahəsindən mənzillə təmin edilmədən məcburi çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən idddiaçının nümayəndəsi Nümayəndə3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin olunması barədə qətnamə çıxaırlmasını məhkəmədən xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, hərbi qulluqçu yalnız bir dəfə siyahıya alınaraq mənzillə təmin edilir. 1994-cü ildə cavabdehə mənzil ayrılıb, lakin orada yaşamır. Cavabdeh xidməti mənzildə yaşayır. Mənzil çəraitinin yaxşılaşdırılması isə mənzilin sahəsinin artırılması demək deyil. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəməyə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq bildirmişdir ki, ünvan 3 işi üzrə xx.xx.2025-ci il tarixə, saat 15:00-a təyin edilmiş məhkəmə iclasında iştirak edəcəyindən hazırkı iş üzrə məhkəmə iclasında iştirakı qeyri-mümkündür. Məhkəmə cavabdehin və onun nümayəndəsi və vəkilinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, Bakı qarnizonu üzrə mənzil komissiyasının 26 mart 2018-ci il tarixli, 16 saylı protokolundan çıxarışda cavabdehə mənzil verildiyi göstərilsə də,mənzil verilməmişdir. Cavabdeh uzun illər xidmət göstərmiş və təltif olunmuşdur. İddiaçının nümayəndəsinin istinad etdiyi normativ aktın geriyə qüvvəsi yoxdur. Cavabdehin həmin mənzilə ehtiyacı vardır. Bununla bağlı məktub da mövcuddur. Onun mənzil şəraitinin yaxşılaşdırılmasına da ehtiyac vardır. Müdafiə Nazirliyi zabitləri mənzillə təmin etməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh ona mənzil verildiyi halda hazırkı mənzildən çıxmağa razıdır. Müdafiə Nazirliyi cavabdehin vəziyyətinin yaxşılaşdırılmasına ehtiyacı olduğunu qəbul edir. Odur ki, cavabdehin ailə üzvlərinin sayının və yaşayış vəziyyətinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. İş materiallarında olan: Yasamal rayon X12 tərəfindən verilmiş 020324 nömrəli, xx.xx.1993-cü il tarixli orderin surətindən görünür ki, Cavabdeh və onun ailə üzvlərinə (arvadı Pənahova K.İ.) Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi ev 95 ünvanında yerləşən 2 otaqlı sahəsi 28,8 kv.m olan 77 saylı mənzildə yaşamaq hüququ verilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı, 186499 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi ev 95 ünvanında yerləşən 77 saylı mənzil X4 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 17 mart 1999-cu il tarixdə 153352 nömrəli qeydiyyat aparılmışdır. Bakı Qarnizonu üzrə Mənzil Komissiyasının 26 mart 2018-ci il tarixli 16 nömrəli qərarına əsasən, Xidməti yaşayış sahəsini almaq üçün təminata qoyulmuş, mənzilsiz, kirayədə yaşayan və yaşayış şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçuların siyahılarına baxıldı. Qarnizonun yaşayış fondunda boşaldılmış xidməti yaşayış sahələrinin (mənzillərin) alınması üçün komissiyaya təqdim olunan sənədlər öyrənildi, fikir mübadiləsi aparılaraq komissiya cədvəldə göstərilən qaydada xidməti yaşayış sahələri (mənzillər) verilməsi, həmçinin Bakı qarnizonu üzrə mənzil komissiyasının 15 nömrəli protokolun 2-ci, 8-ci və 15-ci (tibb xidməti polkovniki X2, mayor X3 və mayor X1 xidməti mənzillərin verilməsi haqqında) bəndləri həyata keçmədiyi üçün qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır. Həmin qərara əsasən, N nömrəli hərbi hissəsinin polkovniki Cavabdeh və ailə üzvlərinə Bakı şəhəri, Yasamal rayonu, “Qırmızı Şərq-1” hərbi şəhərciyi, Şəfayət Mehdiyev küçəsi, ev 136 “A”, mənzil 34 ünvanında yerləşən 3 otaqlı, 66,7 kv.m xidməti yaşayış sahəsinin verilməsi nəzərdə tutulmuşdur. Kirayəverən MN Mənzil-İstismar İdarəsi ilə kirayəçi Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 883 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, kirayəverən Bakı Qarnizonunun 26 mart 2018-ci il tarixli 16 nömrəli qərarı əsasında Müdafiə Nazirliyinin mənzil fonduna aid olan Bakı şəhəri, Yasamal rayonu, “Qırmızı Şərq-1” hərbi şəhərciyi, Şəfayət Mehdiyev küçəsi, ev 136 “A”, mənzil 34 ünvanında yerləşən 3 otaqlı, 66,7 kv.m xidməti yaşayış sahəsini AR Mənzil Məcəlləsi və bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə kirayəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Cavabdeh N nömrəli hərbi hissəyə verdiyi N aprel 2018-ci il tarixli yazılı iltizamda ona ayrılmış yuxarıda sözügedən xidməti təyinatlı yaşayış sahəsi fonduna aid olan Bakı şəhəri Yasamal rayonu Qırmızı-Şərq -1 hərbi şəhərciyi Şəfayət Mehdiyev küçəsi 136A saylı evin 34 saylı mənzili xidməti yerini dəyişdikdə, hərbi xidmətdən buraxıldıqda, eləcə də iş yerindən (vəzifəsindən) azad edildiyi təqdirdə şərtsiz olaraq MN Mənzil İstismar Xidmətinə yararlı vəziyyətdə təhvil verəcəyini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu 3 nömrəli Mənzil İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, ünvan 4 ünvanında həyat yoldaşı X7, oğlu-X8 və qızı-X9 ilə qeydiyyatdadır. 04 iyun 2024-cü il tarixli 254 nömrəli xəbərdarlıqdan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2014-cü il tarixli 2 saylı Qərarinin 2.4.11 yarım bəndinə əsasən yaşadığı xidməti mənzilin təhvil verilməsi ilə bağlı xəbərdarlıq olunaraq, Müdafiə Nazirliyinin Mənzil-İstismar xidməti rəisinin 08 may 2024-cü il tarixli 2124 nömrəli məktubunun icrası ilə əlaqədar olaraq yaşadığı Bakı şəh., Yasamal ray Ş.Mehdiyev küç., ev 136A, mənzil 34 xidməti mənzilin xx.xx.2024-cü il tarixinə kimi Mənzil-İstismar Xidmətinə təhvil verilməsi tələb olunuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Ordusunun hərbi qulluqçularının dövlət vəsaiti hesabına yaşayış sahəsi ilə təmin edilməsi üzrə komissiyanın sədrinə dövlət vəsaiti hesabına daimi mənzil təminatı ilə bağlı ünvanladığı müraciətinə aidiyyəti üzrə baxılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında Azərbaycan Ordusu sıralarında 20 (iyirmi) təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Sözügedən Fərmanın ikinci hissəsi ilə yaradılmış Komissiyaya əvvəllər Müdafiə Nazirliyi tərəfindən şəxsi mülkiyyətinə mənzil verilmiş hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması həvalə olunmamışdır. Eyni zamanda bildirilmişdir ki, mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı adı siyahıya daxil edilərək, qərar qəbul edilməsi üçün müvafiq Fərmanın ikinci hissəsi ilə yaradılmış Komissiyaya təqdim olunmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məhkəmənin sorğusuna xx.xx.2025ci il tarixli məktubla cavab ünvanlayaraq bildirmişdir ki, E.İ. Pənahov xx.xx.1993-cü il tarixdə Müdafiə Nazirliyinin yaşayış fondundan dövlət vəsaiti hesabına ünvan 5 ünvanında (Order № 020324, 1999-cu ildə özəlləşdirilib) yaşayış sahəsi ilə təmin edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Bakı Şəhəri, Yasamal Rayonu, X6 küçəsi, ev 95a, mənzil 77 (Yasamal Rayonu, X15, Giriş 283, M5, M2) ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər aşağıdakılardır: X9, xx.xx.2009; X7, xx.xx.1971; X8, xx.xx.1993; X10, xx.xx.1992; X5, xx.xx.2022. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məhkəmənin sorğusuna xx.xx.2025ci il tarixli məktubla cavab ünvanlayaraq bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanında dövlət vəsaiti hesabına Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən şəxsi mülkiyyətinə mənzil verilmiş hərbi qulluqçularının mənzil şəraitinin yaxşılaşdırılması nəzərdə tutulmamışdır. Bununla bağlı xidmətdə və ehtiyatda (istefada) olan hərbi qulluqçuların çoxsaylı müraciətlərini nəzərə alaraq, məsələyə aydınlıq gətirilməsi üçün yuxarıda qeyd edilən Fərmanın ikinci hissəsi ilə yaradılmış komissiya qarşısında vəsatət qaldırılmış və müvafiq rəy verilməsi xahiş olunmuşdur. Komissiyanın 26 dekabr 2024-cü il tarixli 25 nömrəli Protokolunun 4.7-ci bəndində əvvəllər Müdafiə Nazirliyi tərəfindən şəxsi mülkiyyətinə mənzil verilmiş hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması, o cümlədən yeni mənzilin verilməsinin Fərmanda nəzərdə tutulmadığı göstərilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Cavabdeh adının dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların adlı siyahısına daxil edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclasının protokolundan 25 nömrəli, xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, Komissiya üzvlərinin qərarının 4.7-ci bəndinə əsasən, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 2011-ci ci 28 dekabr tarixli 569 nömrəli Fərmanında Komissiyaya Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş, əvvəllər Müdafiə Nazirliyi tərəfindən mənzillə təmin olunmuş hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması, o cümlədən yeni mənzilin verilməsi həvalə olunmadığından bununla bağlı Komissiyaya ünvanlanmış müraciətlərin təmin olunmaması və bu barədə müraciət müəlliflərinin müvafiq qaydada məlumatlandırılması qərara alınmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 92-ci maddəsinə əsasən Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. 98.1-ci maddəsinə əsasən, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 98.2-ci maddəsinə əsaəsn xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. 99.1-99.2-ci maddələrinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. 101.1-ci maddəsinə görə, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə həmin yaşayış sahəsinin məhv olması ilə əlaqədar və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olduqda xitam verilir.101.2-ci maddəsinə əsasən xidməti yaşayış sahəsinə və ya yataqxanada yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına səbəb olur. Bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi verilmiş dövlət (bələdiyyə) orqanının həmin xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara şamil edilmir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun: 2.1-ci bəndinə əsasən, Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. 3-cü bəndinə əsasən, Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. 12-ci maddəsinə əsasən Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. 12.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. “Azərbaycan Respublikası Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən, həqiqi hərbi xidmətdə olan generallar, admirallar, zabitlər, gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (mülki işçilər) və onlarla birlikdə yaşayan ailə üzvləri (əri və ya arvadı, uşaqları, valideynləri, eyni zamanda hərbi qulluqçuların (mülki işçilərin) himayəsində olan digər şəxslər) bu əsasnamənin 1.6-cı bəndinə əsasən, göstərilmiş hallardan başqa Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı mənzil fondu hesabına xidmət yeri üzrə xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunurlar. Həmin əsasnamənin 1.13-cü bəndinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələri ilə xidməti münasibəti olmayan şəxslərə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fondu hesabına yaşayış sahəsinin verilməsi qadağandır. Həmin əsasnamənin 5.2-ci bəndinə əsasən, bir qarnizonda yerləşən tabeli hərbi hissələr arasında yaşayış sahələrinin bölüşdürülməsi planı qarnizon mənzil komissiyası tərəfindən tərtib edilir, müvafiq rayon, MİH, HDQ-nin Dəniz Mühəndis Xidməti, Müdafiə Nazirliyinin MİŞ rəisi ilə razılaşdırılır, qarnizon mənzil komissiyası sədri tərəfindən imzalanır və həmin qarnizonun rəisi tərəfindən təstiq edilir. Həmin əsasnamənin 5.7- 5.11-ci bəndlərinə əsasən, yaşayış sahəsinin bölüşdürülməsi üçün hərbi hissənin mənzil komissiyasının iclası keçirilir və protokol tərtib olunur. Hərbi hissənin mənzil komissiyasının tərtib etdiyi hərbi hissə üzrə yaşayış sahəsinin bölüşdürülməsi siyahısını komissiyanın sədri və üzvləri imzaladıqdan sonra hərbi hissə komandiri təstiq edir. Yaşayış sahəsinin bölüşdürülməsi siyahısı və hərbi hissənin mənzil komissiyasının protokolundan çıxarış ryonun MİH rəisinə təqdim olunmalı, digər sənədlər isə hərbi hissənin mənzil komissiyasında saxlanılmalıdır. Təqdim olunan sənədlər əsasında tərtib olunan qarnizon üzrə yaşayış sahəsinin bölüşdürülməsi siyahısı rayon MİHnin rəisi ilə razılaşdırılır, qarnizon üzrə mənzil komissiyasında baxılır, protokollaşdırılırvə təstiq edilməsi üçün qarnizon rəisinə təqdim olunur. Qarnizon rəisi tərəfindən təstiq edilmiş siyahı xüsusi təyinatlı yaşayış sahəsinə kirayə müqaviləsi bağlanması üçün hüquqi əsasdır. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında” Əsasnamə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və onlarla birlikdə yaşayan ailə üzvlərinin xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunması, yaşayış şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçota alınması qaydalarını müəyyən edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Kirayəverən MN Mənzil- İstismar İdarəsi ilə kirayəçi Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 883 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, kirayəverən Bakı Qarnizonunun 26 mart 2018-ci il tarixli 16 nömrəli qərarı əsasında Müdafiə Nazirliyinin mənzil fonduna aid olan Bakı şəhəri, Yasamal rayonu, “Qırmızı Şərq-1” hərbi şəhərciyi, Şəfayət Mehdiyev küçəsi, ev 136 “A”, mənzil 34 ünvanında yerləşən 3 otaqlı, 66,7 kv.m xidməti yaşayış sahəsini AR Mənzil Məcəlləsi və bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə kirayəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. İddiaçı cavabdehin cavabdehin yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçular kateqoriyasına aid edilə bilməməsini əsas göstərərək, kirayə müqaviləsinin ləğv edilməsi və cavabdehin mənzildən çıxarılmasına dair iddia tələbini irəli sürmüş və iddia tələbinin əsası kimi qeyd olunan hallara istinad etmişdir. İş materiallarında olan xx.xx.1993-cü il tarixli order və 17 mart 1999-cu il tarixli qeydiyyat vəsiqəsi ilə sübut olunur ki, Cavabdeh və ailəsi 1993-cü ildə ünvan 7 ünvanında yerləşən 2 otaqlı mənzillə təmin edilmiş və bu mənzili şəxsi mülkiyyətinə özəlləşdirmişdir. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı ilə yaradılan Komissiyanın 26 dekabr 2024-cü il tarixli 25 nömrəli Protokolundan da görünür ki, əvvəllər Müdafiə Nazirliyi tərəfindən şəxsi mülkiyyətinə mənzil verilmiş hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması, o cümlədən yeni mənzilin verilməsi Fərmanda nəzərdə tutulmayıb. Bu fakt cavabdehin artıq yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçular kateqoriyasına aid edilməməsi və cavabdehin təkrar mənzil təminatı tələb etmək hüququnun olmamasına dəlalət edir. X17 Nazirliyinin xx.xx.2025-ci il tarixli arayışı Cavabdeh və ailəsinin Bakı şəhəri, Yasamal rayonu, X6 küçəsi, ev 95a, mənzil 77 ünvanında qeydiyyatda olduğunu təsdiqləyir. Bu isə o deməkdir ki, onlar hazırda faktiki olaraq yaşamaq üçün başqa bir yaşayış sahəsinə malikdirlər. Cavabdeh ilə Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin rəisi arasında bağlanmış xx.xx.2018-ci il tarixli 883 nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə” xitam verilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 100.1-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi tərəflərin razılaşması ilə istənilən vaxt ləğv edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi istənilən vaxt xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsini ləğv edilə bilər. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən, Yaşayış sahəsinin sosial kirayə müqaviləsi tərəflərin razılığı ilə istənilən vaxt ləğv edilə bilər. Həmin Məcəllənin 82.2-ci maddəsinə əsasən, Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsinin kirayəçisi onunla birlikdə yaşayan ailə üzvlərinin yazılı razılığı ilə istənilən vaxt sosial kirayə müqaviləsini ləğv etmək hüququna malikdir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, Kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən, Kirayəyə verənin tələbi ilə yaşayış sahəsinin sosial kirayə müqaviləsinə məhkəmə qaydasında xitam verilməsinə aşağıdakı hallarda yol verilir: 82.4.1. kirayəçi altı aydan artıq müddətdə yaşayış sahəsinə və (və ya) kommunal xidmətlərə görə haqq ödəmədikdə; 82.4.2. kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini dağıtdıqda və ya korladıqda; 82.4.3. kommunal mənzildə birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda; 82.4.4. yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə. Həmin Məcəllənin 82.5-ci maddəsinə əsasən, Sosial kirayə müqaviləsinə yaşayış sahəsinin itirilməsi (sökülməsi), yaşayış sahəsində tənha yaşayan kirayəçinin vəfatı ilə bağlı xitam verilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 may 2010-cu il tarixli 866 nömrəli qərarı ilə təsdiq edilmiş "Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası"nın 3.5-ci bəndinə əsasən, aşağıdakılar kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır: 3.5.1. bu Qaydanın 1.5-ci bəndində göstərilən əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı; 3.5.2. xidməti yaşayış sahəsinin məhv olması; 3.5.3. xidməti yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi (bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi verilmiş dövlət (bələdiyyə) orqanının həmin xidməti yaşayış sahəsinin kirayəçisi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara şamil edilmir). 3.6. Xidməti mənzil sahəsindən çıxarılma halları və qaydası Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə tənzimlənir. Göründüyü kimi Cavabdeh ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasındakı xidməti kirayə müqaviləsinə AR Mənzil Məcəlləsinin 103.3-cü maddəsinə əsasən, xitam verilmişdir, məhkəmə qaydasında sözügedən müqavilənin ləğv edilməsinə bir zərurət qalmamışdır. Belə ki, müqaviləyə inzibati orqan tərəfindən artıq xitam verilmiş, həmin protokol-qərar mübahisələndirilməmişdir. Eyni zamanda, məhkəmə qeyd edir ki, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və xitam verilməsi əsasları bir-birindən fərqləndirilmiş və Mənzil Məcəlləsində dairəsi dəqiq müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi qanunvericilikdə müəyyən edilmiş əsaslardan hər hansı birinə aid edilmir. Odur ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh vaxtilə, yəni xx.xx.1993-cü il tarixdə Müdafiə Nazirliyinin yaşayış fondundan dövlət vəsaiti hesabına ünvan 5 ünvanında yaşayış sahəsi ilə təmin edilməsini, sonradan həmin mənzili özgəninkiləşdirməsini, onunla olan “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”nə xitam verilməsini nəzərə alaraq hesab edir ki, Cavabdeh, həyat yoldaşı X7, oğlu X8 və qızı X9 birlikdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fonduna daxil olan, ünvan 9 ünvanında yerləşən, 3 otaqlı, sahəsi 66,7 kv.m olan xidməti mənzildən başqa yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Mənzil Məcəlləsinin 102.1-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Həmin Məcəllənin 102.2-ci maddəsinə əsasən Sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: 102.2.1-ci maddəsinə görə hərbi xidmət vəzifələrinin və ya xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin, əməkdaşlarının ailə üzvləri; 102.2.2-ci maddəsinə görə yaşa görə pensiyaçılar; 102.2.-ci maddəsinə görə. xidməti yaşayış sahəsi və ya yataqxanada yaşayış sahəsi verilmiş ölmüş işçinin ailə üzvləri; 102.2.4-ci maddəsinə görə işəgötürənin təqsiri üzündən baş vermiş əmək xəsarəti nəticəsində əlilliyi müəyyən edilmiş İ və ya İİ dərəcə əlilliyi olan şəxslər, əmək vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar peşə xəstəliyinə tutulma nəticəsində əlilliyi müəyyən edilmiş İ və ya İİ dərəcə əlilliyi olan şəxslər, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində İ və ya İİ dərəcə əlilliyi müəyyən edilmiş hərbi qulluqçular. Həmin məcəllənin 103.3-cü maddəsinə əsasən Xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh, həyat yoldaşı X7, oğlu X8 və qızı X9 birlikdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fonduna daxil olan, ünvan 9 ünvanında yerləşən, 3 otaqlı, sahəsi 66,7 kv.m olan xidməti mənzildən başqa yaşayış sahəsi verilmədən çıxarılsınlar. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-4550/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4550/2025
13.11.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver