Məhkəmə qərarları › İş №2(004)-4555/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4555/2022

02.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4555/2022 02.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi ilə İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən və iddiaçının icarəyə götürdüyü əmlakın istifadə olunmasına cavabdeh tərəfindən yaradılmış məhdudiyyətin aradan qaldırılması və bu məsələ ilə bağlı gələcəkdə, yəni icarə müddətinin bitəcəyi xx.xx.2025-ci il tarixədək hər hansı bir maneənin yaradılmasının cavabdehə qadağan edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi tərəfindən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməmişdir. İddiaçı dövlət rüsumunun ödənilməməsini iddia ərizəsində iddianın predmetinin əmək mübahisəsi olması və əmək fəaliyyəti ilə bağlı tələblər üzrə iddiaçıların “Dövlət rüsumu haqqında” Qanuna əsasən məhkəməyə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumundan azad olmaları ilə izah etmişdir. İddianın predmetinin tərəflər arasında icarə münasibətlərindən yaranmış mübahisənin olmasını və belə tələblərə dair iddia ərizələrinin verilməsinə görə iddiaçıların dövlət rüsumunun ödənilməsindən azad olunmamasını nəzərə alaraq məhkəmə mülki iş üzrə məhkəmə baxışı iclasının xx.xx.2022-ci il tarixə təyin edilməsi barədə xx.xx.2022-ci il tarixli məhkəmə bildirişində iddiaçı və onun nümayəndəsinə dövlət rüsumunun ödənilməsini təklif etmişdir. Lakin buna baxmayaraq, iddiaçı və onun nümayəndəsi tərəfindən dövlət rüsumu ödənilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edirək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaçı tərəfindən dövlət rüsumu ödənilmədiyindən iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işi araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddianın predmetini icarə münasibətlərindən yaranmış mübahisə təşkil edir və həmin mübahisə Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə tənzimlənmir. Bundan əlavə iddia qiymətləndirilməyən iddiadır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Mülki Prosessual Məcəllənin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. Həmin Məcəllənin 259.0.12–ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etmədiyindən və hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanı aradan qaldırmadığından iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində şikayət verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar