Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4561/2020 14.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı ̇Fərəc oğlunun, Cavabdeh iştirakları ilə, İddiaçı ̇Fərəc oğlunun Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ̇Fərəc oğlu Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh bacısı X5 ondan 2018ci ilin iyununda 2000 manat almış, lakin, 2019-cu ilin aprel ayına qədər qaytarmaqdan imtina etmişdir. İddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə iddianı təmin etmiş və Yasamal Rayon İcra və Probasiya şöbəsinə göndərmişdir. X1 qardaşı Cavabdeh icra şöbəsinə gələrək yazılı şəkildə izahat yazaraq bacısının imkanı olmadığına görə onun 2000 manat borcunu hər ay 200 manat olmaq şərti ilə ona ödəməyi üzərinə götürmüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçı ̇Fərəc oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə ərizə təqdim edərək İddiaçı ̇Fərəc oğluna 2000 manat borcunun olduğunu etiraf etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli “icraata başlamaq haqqında qərardan görünür ki,Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)- 3362/2019 saylı icra sənədinə əsasən borclu X2 2000 manat tutularaq İddiaçı ̇Fərəc oğlunun xeyrinə ödənilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ərizədən görünür ki,Əlizadə X4 Rayon İcra və Probasiya şöbəsinə müraciət edərək bacısı Əliyeva Əminə isirxan qızının 2000 manat borcunuhər ay 200 manat olmaq şərti ilə İddiaçı ̇Fərəc oğluna ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Cavabdeh bacısı X3 məhkəmə qətnaməsinə əsasən İddiaçı ̇Fərəc oğluna olan 2000 manat məbləğində borcunu hər ay 200 manat olmaqla qaytarmağı öhdəsinə götürsə də, üzərinə düşən öhdəliyi pozmuş, bugünə kimi borc məbləği üzrə heç bir ödəniş etməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilib iş materiallarına əlavə edilən ərizədən görünür ki, o, iddiaçıya 2000 manat məbləğində borcunun olmasını etiraf etmişdir. Prosessual qanunvericiliyin tələblərinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 2000 manat məbləğində borc pul tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 522.1-ci maddəsinə görə kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh 2000 (iki min) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ̇Fərəc oğlunun xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-4561/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4561/2020
14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver