Məhkəmə qərarları › İş №2(004)-4564/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4564/2020

28.09.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4564/2020 28.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət X2rşı “xx.xx.2019-cu il tarixli 248-K nömrəli əmrin ləğv edilməsi və onun institutun qarderobçusu vəzifəsinə bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət X2rşı “xx.xx.2019-cu il tarixli 248-K nömrəli əmrin ləğv edilməsi və onun institutun qarderobçusu vəzifəsinə bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət X3 rektorunun xx.xx.2019-cu il tarixli 248-K nömrəli əmrinin ləğv edilməsini, onun institutun qarderobçusu vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, Cəbrayıl rayonundan məcburi köçkündür, 2019-cu ildə Bakı şəhəri Qaradağ oayonu “Qobu Park-2” yaşayış massivindəki 18 nömrəli evin 37 nömrəli mənzilinə köçmüşdür. O, xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət X1rderobçu işləyir. Onun razılığı alınmadan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət X3 rektorunun xx.xx.2019-cu il tarixli 218-K nömrəli əmri ilə istehsalat zərurəti ilə əlaqədar olaraq xx.xx.2019-cu il tarixdən bir ay müddətinə institutun yataqxanasına xadimə vəzifəsinə keçirilmişdir. Bir ay müddət başa çatandan sonra əvvəlki işinə qaytarılmamış və yenidən onun razılığı olmadan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət X3 rektorunun xx.xx.2019-cu il tarixli 248-K nömrəli əmri ilə xx.xx.2019-cu il tarixdən bir ay müddətinə institutun yataqxanasına xadimə işləməyə göndərilmişdir. O, səbrlə öz işinə qaytarılmasını gözləmiş, lakin bir ildən artıq vaxt keçməsinə baxmayaraq hələ də öz iş yerinə, yəni institutun qarderobçusu vəzifəsinə qaytarılmamışdır. Onun səhhəti xadimə işləməyə imkan vermir, həmçinin xadimə işlədiyi müddət ərzində əlavə ödəniş kimi ona verilən 50 manat ödəniş dayandırılmışdır. Bu səbəblərdən əvvəlki işinə qayıtmaq istəyir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət X5 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı Cəbrayıl rayonundan məcburi köçkündür, 2019-cu ildə Bakı şəhəri Qaradağ oayonu “Qobu Park-2” yaşayış massivindəki 18 nömrəli evin 37 nömrəli mənzilinə köçmüşdür. Tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə əsasən İddiaçı xx.xx.2016-cı il tarixdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət X3 təsərrüfat hissəsinə xadimə işinə qəbul edilmişdir, xx.xx.2016-cı il tarixli 79-K nömrəli əmrlə xx.xx.2016-cı il tarixdən tərəflərin razılığına əsasən 0,5 ştat vahidiqarderobçu vəzifəsinə keçirilmiş, xx.xx.2017-ci il tarixdən 1,0 ştat vahidi qarderobçu vəzifəsinə keçirilmişdir. Əmək Məcəlləsinin 43-cü maddəsinin 1-ci hissəsinin əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Əmək Məcəlləsinin 43-cü maddəsinin 3-cü və 4-cü hissələrinə əsasən əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz. Bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz. Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. Əmək Məcəlləsinin 60-cı maddəsinə əsasən işçi, onun razılığı olmadan istehsalat zəruriyyəti və boşdayanma hallarının qarşısını almaq məqsədi ilə bir ay müddətinə, müvəqqəti olaraq başqa işə keçirilə bilər. Bu halda işçi onun səhhətinə mənfi təsir edən, habelə aşağı ixtisaslı işə keçirilə bilməz. Başqa işə keçirilmə müddətində işçinin əməyi görülən işin müqabilində, lakin əvvəlki orta əmək haqqından aşağı olmamaqla ödənilir. İddiaçı razılığı alınmadan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət X3 rektorunun xx.xx.2019-cu il tarixli 218-K nömrəli əmri ilə institutun qarderobçusu İddiaçı istehsalat zərurəti ilə əlaqədar olaraq xx.xx.2019-cu il tarixdən bir ay müddətinə institutun yataqxanasına xadimə vəzifəsinə keçirilmişdir. Bir ay müddət başa çatandan sonra İddiaçı əvvəlki işinə qaytarılmamış və yenidən onun razılığı olmadan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət X3 rektorunun xx.xx.2019-cu il tarixli 248-K nömrəli əmri ilə istehsalat zərurəti ilə əlaqədar olaraq xx.xx.2019-cu il tarixdən bir ay müddətinə institutun yataqxanasına xadimə vəzifəsinə keçirilmiş institutun qarderobçusu İddiaçı, yataqxanada xadiməyə ehtiyac olduğuna görə yenə xx.xx.2019cu il tarixdən bir ay müdətinə xadimə işləməyə göndərilmişdir. Azərbaycan Dövlət X3 rektorunun xx.xx.2019-cu il tarixli 248-K nömrəli əmrində göstərilmiş əlavə bir aylıq müddət xx.xx.2019-cu il tarixdə başa çatmasına baxmayaraq İddiaçı əvvəlki işinə, yəni institutun qarderobçusu vəzifəsinə qaytarılmamışdır. İddiaçı bir ildən artıq müddətdə öz razılığı olmadan başqa işdə çalışdırılır. Həmçinin Elmi-tədqiqat travmatologiya institutunun xx.xx.2020-ci il tarixli 7420/4264 nömrəli arayışından müəyyən edilir ki, həkim müayinəsi zamanı İddiaçı sağ diz oynağında olan problemlə əlaqədar fiziki gərginliklərdən azad edilməsi məsləhət görülmüşdür. İddiaçı bir ildən artıq müddətdə öz razılığı olmadan başqa işdə çalışdırıldığına və səhhəti xadimə işləməyə yol vermədiyinə, ən əsası isə cavabdehin xx.xx.2019-cu il tarixli əmrində göstərilmiş əlavə bir aylıq müddət xx.xx.2019-cu il tarixdə başa çatdığına görə, İddiaçı əvvəlki işinə, yəni institutun qarderobçusu vəzifəsinə geri qaytarılmalıdır. Cavabdeh xx.xx.2019-cu il tarixli əmrlə iddiaçını bir ay müddətinə onun razılığı olmadan xadimə işinə keçirərkən Əmək Məcəlləsinin 60-cı maddəsinin tələbinə uyğun olaraq səlahiyyətli olsa da, ikinci dəfə xx.xx.2019-cu il tarixli əmri ilə yenidən xx.xx.2019-cu il tarixdən bir ay müddətinə xadimə işinə göndərilməsi barədə əmr verərkən səhvə yol vermiş, Əmək Məcəlləsinin 60-cı maddəsinin tələblərini pozmuşdur. Məhkəmə qeyd edir ki, cavabdehin xx.xx.2019-cu il tarixli əmrində göstərilmiş əlavə bir aylıq müddət xx.xx.2019-cu il tarixdə başa çatdığına görə, həmin əmrin ləğv edilməsinə zərurət qalmamışdır. Bu səbəbdən əmrin ləğv edilməsi hissəsində iddia rədd edilməlidir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət X3 rektorunun xx.xx.2019-cu il tarixli 248-K nömrəli əmri ilə istehsalat zərurəti ilə əlaqədar olaraq xx.xx.2019-cu il tarixdən 01 (bir) ay müddətinə institutun yataqxanasına xadimə işləməyə göndərilmiş institutun qarderobçusu İddiaçı əvvəlki işinə, yəni institutun qarderobçusu vəzifəsinə qaytarılmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət X3 rektorunun xx.xx.2019-cu il tarixli 248-K nömrəli əmri ilə istehsalat zərurəti ilə əlaqədar olaraq xx.xx.2019-cu il tarixdən 01 (bir) ay müddətinə institutun yataqxanasına xadimə işləməyə göndərilmiş institutun qarderobçusu İddiaçı əvvəlki işinə, yəni institutun qarderobçusu vəzifəsinə qaytarılsın. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar