Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4572/2021 02.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundov Toğrul Bəhruz oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 23 saylı Notariat Ofisinə qarşı vərəsəliyə uyğun payın müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 23 saylı Notariat Ofisinə qarşı vərəsəliyə uyğun payın müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28.06.2020-ci il tarixdə vəfat etmiş atası X1 miras qalmış əmlakların Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Hacı Məmmədov küçəsi ev 5 a (fərdi yaşayış evi); Bakı şəhəri Yasamal rayonu Sadıx Dadaşov küçəsi 47 saylı mənzil; Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Tolstoy küçəsi (indiki Hacı Məmmədov) 54 saylı bağ evi; Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 523-cü məhəllədə yerləşən (58 saylı mağaza) torpaq sahəsi ilə birlikdə, həmin əmlaklar; NİSSAN ALMERA markalı ** KP *** dövlət qeydiyyat nişanlı, 2016-cı il buraxılışlı avtomobil; ** CM *** dövlət qeydiyyat nişanlı, TOYOTA RAV-4 minik, buraxılış 2001 olan avtomobil; ** ML *** dövlət qeydiyyat nişanlı, NİSSAN X TRAİL minik, buraxılış ili 2011 olan avtobillərin üzərində qanun üzrə vərəsəliyə uyğun olaraq payının müəyyənləşdirilməsi, bu barədə ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edilir ki, iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. İddiaçı vərəsəliyə uyğun payın müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbi barədə ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etməklə haqlı olmamışdır. Belə ki, iş materialları və iddia ərizəsi ilə müəyyən edilmişdir ki, iddiaçının müraciəti əsasında Bakı şəhəri 23 saylı Notariat Ofisi tərəfindən vərəsəlik işi açılmış, Notariat Ofisi tərəfindən qanun üzrə vərəsəlik işinin açılmasından və vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilməmişdir. Göründüyü kimi iddiaçı hazırki tələblə bağlı artıq Bakı şəhəri 23 saylı Notariat Ofisinə müraciət etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, ərizəçinin eyni məzmunlu ərizəsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3133/2021 saylı, 22.04.2021-ci il tarixli qərardadı ilə geri qaytarılmış, iddiaçı tərəfindən müvafiq məhkəmə qərardadında göstərilmiş nöqsanlar tam olaraq aradan qaldırılmadan yenidən məhkəməyə müraciət edilmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikasının MPM-nin 153.5-ci maddəsinin tələbləri izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 153, 263-264, 268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 23 saylı Notariat Ofisinə qarşı vərəsəliyə uyğun payın müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sərdlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-4572/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4572/2021
02.07.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver