Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-458/2024 17.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" X20 MMC-nin nümayəndələri Nümayəndə3 və Nümayəndə4, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxracı İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" X20 MMC və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxracı İdarəsinə qarşı “işə bərpa” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" X20 MMC, Bakı şəhəri X7 Xidməti və Socarın “Qaz İxrac” İdarəsi Astara X9 sahəsinə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ƏƏSMN-in Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi X19 onu işdən azad edilməsi qanunsuz və əsassız olduğundan əmək müqaviləsinin xitamın ləğv olunmasını, işə bərpa olunmağını və məcburi iş buraxmaya görə əmək haqqının verilməsini təmin edilməsi və mediyasiya təşkilatına ödənilmiş 55 manat rusumun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Biləsuvar rayonu, Ovçubərə Kəndində yaşayır. O, əmək müqavilələrinə əsasən xx.xx.2021-ci il tarixdə Socar «Qaz İxrac» idarəsinin Astara magistiral X10 Ovçubərə qaz paylayıcı stansiyasında sosial işçisi kimi işləmişdir. Belə ki, bu sosial işçi kimi işlədiyi vaxta kimi əmək və icra intizamına əməl etməklə, nöqsanlarla barışmamağa, obyektivliyə, qərəzçilikdən uzaq olmağa, vətəndaşlarla səmimi ünsiyyət qurmağa və intizamsızlıqlara qarşı mübarizə aparmağa çalışmış, dövlətin mənafeyini və maraqlarını müdafiə etmişdir. Lakin Socar «Qaz İxras» idarəsinin X15 kəmərləri sahəsi tərəfindən qərəzli olmaqla onun barəsində X20nə yalnış məlumat verməklə, akt tərtb etməklə onu işdən azad etməklə aralarında olan müqaviləyə xitam verilmişdir. O, həmin əmək müqafiləsinin xitami barədə idarə müraciət etsə də, bu vaxta kimi ona verilməmişdir. O, işindən azad edilməyi barədə lazımı orqanlara müraciət etsə də, cavabında göstərmişlər ki, o, 17,19,23,24,26 yanvar 2023-cü il tarixlərində işə mənfi davamiyəti olmuşdur. Halbu ki, həmin tarixlərdə o, 66 saylı X14 Komissiyasının 31 saylı Ovçubərə məntəqə seçki komisiyasının üzvü idi. Göstərilən tarixlərdə işdə onunla bağlı olmamışdır ki, o, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 38.1-ci maddəsinə əsasən 12 yanvar 2023-cü il tarixdən 31 yanvar 2023-cü il tarixə kimi seçici siyahılarının hazırlanması ilə əlaqədar məntəqə seçki komissiyasının işində iştirak etmişdir. Bu barədə DSK-si tərəfindən 11 yanvar 2023-cü il tarixdə 51 saylı məktubla X21 idarəsi Astara MQKS-nin Göytəpə XİX-nin rəisinə rəsmi məlumat verilmişdir. Bu rəsmi məktuba baxmayaraq onun barəsində qərəzli olaraq X20nə yalnış məlumat verərək onu işindən azad etdirmişlər. Onu işdən azad etmək üçün əvvəlcədən xəbərdalıq etməlidilər sonra işdən azad etməlidilər. Bunların heç biri olmamışdır. Onlar ona akt tərtib edəndə o, onlara subut etdi ki, akt tərtib etdikləri vaxt o, işdə olmuş, o, işdə olmağını sübut edəndən sonra ona imtina aktı tərtib edildi və o, işində qalmaqla işinə davam etmişdir. Ancaq bunlar onunla qərəzli olmaqla bəhanə axdararaq onu işdən azad etmişdilər. Onu işdən azad etməklərinin səbəbin soruşanda onu qaniedici cavablarla başa sala bilmirlər, bax bu işdə əsassız azad olunmağını o, sübuta yetirir ki, bunların hamısının səs yazmaları onun telefonunda vardır məhkəmə gedişi zamanı lazım gələrsə dinlənilə bilər. X20 MMC-si ona qarşı qanunsuz akt tərtib etmişlər və onu işdə mənfi davamiyyətçi kimi göstərmişlər, bu barədə o, dəfələrlə X20 MMC-ə məktub yazımışdır ki, onu qanunsuz işdən azad ediblər, çünki o, həmin vaxt seçki məntəqəsində olmuş və seçki məntəqəsində olmağı barədə arayışıda X20nə rəsmi qaydada göndərmiş və onun məktubuna cavab olaraq ünvanladıqları məktubu da və həmin müddət seçki məntəqəsində olmağı barədə arayışı da iddia ərizəsinə əlavə etmişdir. X20 heç bir araşdırma aparmamış, Qaz ixrac idarəsinin aktına əsasən onu işdən azad etmişlər. Buna görə də bunların ona qarşı qərəzli mövqeydə olmasına görə ona qarşı işdən çıxarılmağına görə əmrlərin ləğv edilməsində ona köməklik göstərilməlidir. O, bu barədə də iddia ərizəsinə Azərbaycan Respublikası Mərkəzi Seçki komissiyası 66 saylı X4 dairə seçki komissiyasının arayışında əlavə etmişdir. Lakin o, təmkinlik və səbr göstərməklə etik davranış qaydalarına əməl etmiş, əsassız işindən azad edilməyi ilə bağlı cavabdeh idarəyə şikayət etmişdir. Halbu ki, həmin fakt üzrə iddia ərizəsində göstərdiyi halları X20 tərəfindən heç bir araşdırma aparılmamış, zərurətlə əlaqədar xidməti yoxlama təyin edilməmişdir. O, işdən azad edilərkən əmək müfəttişlərinə rəsmi məktub yazmaqla bərabər həttda teleqramda göndərmişdir ki, onu qanunsuz işdən azad edirlər, bu barədə ona köməklik göstərilməsi və onun hüquqlarının pozulması barədə tədbirin görülməsini xahiş etmiş, bu barədə də əmək müfəttişi araşdırma aparıbaparılmaması barədə ona məlumat verilməyib Bunların heç birinin ona köməklik göstərmək niyyətləri olmamışdır. Bundan sonra o, məcbur olaraq bu cavabdehlərin qanunsuz hərəkətlərinə görə məhkəməyə vermək məcburiyyətində olmuşdur. Çünki onun hüquqları bu cavabdehlər tərəfindən pozulmuşdur. Əmək müfəttişlərinin ona niyə köməklik göstərməməsinin səbəbini məhkəmədə izah edilməli və onun hüquqlarının bərpa olunmasına köməklik göstərilməlidir. Hazırki iddia tələbi ilə bağlı ilkin olaraq mediyasiya şurasına müraciət etmişdir. Lakin cavabdeh təyin edilmiş ilkin mediyasiya sessiyasında iştirak etməmişdir. Mediator tərəfindən ilkin mediyasiya sessiyasından sonra prosesin davam etdirə bilməməsi barədə arayış vermişdir. İşə məhkəmədə baxılan zaman iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh ƏƏSMN-in Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi X19 onu işdən azad edilməsi qanunsuz və əsassız olduğundan əmək müqaviləsinin xitamın ləğv olunmasını, Qaz İxrac idarəsi Astara Magistiral X10 onun barəsində tərtib etdikləri aktların ləğv olunması və işə bərpa olunmağını və məcburi iş buraxmaya görə əmək haqqının verilməsinin təmin edilməsi və mediyasiya təşkilatına ödənilmiş 55 manat rusumun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin cavabdehlər siyahısından çıxarılmasını və əsl olmayan cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxracı İdarəsi Astara X9 Sahəsinin, əsl cavabdeh X21 İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı məhkəməyə təkrarən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh ƏƏSMN-in Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi X19 onu işdən azad edilməsi qanunsuz və əsassız olduğundan əmək müqaviləsinin xx.xx.2023-cü il tarixli xitamın ləğv olunmasını, Qaz İxrac İdarəsi Astara Magistiral X10 onun barəsində tərtib etdikləri xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli aktların ləğv olunması və işə bərpa olunmağını və məcburi iş buraxmaya görə əmək haqqının verilməsinin təmin edilməsi və mediyasiya təşkilatına ödənilmiş 55 manat rusumun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə protokoluna qeyd edilməklə Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti cavabdehlər siyahısından çıxarılmış, əsl olmayan Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxracı İdarəsi Astara X9 Sahəsi əsl cavabdeh X21 İdarəsi ilə əvəz edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxracı İdarəsi iddia tələbinə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin X20nə (bundan sonra “DOST” iş Mərkəzi), X7 Xidmətinə və SOCAR-ın “Qaz İxrac” İdarəsinin Astara X9 sahəsinə (bundan sonra Astara MQKS) qarşı “işə bərpa və məcburi iş buraxılmasına görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin X19 onu işdən azad etməsinin qanunsuz və əsassız olduğundan əmək müqaviləsinin xitamının ləğv olunması, işə bərpa olunmasını və məcburi iş buraxmaya görə əmək haqqının verilməsi və mediasiya təşkilatına ödənilmiş 55 manat dövlət rüsumun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda qeyd olunanlara əsasən qeyd edir ki, hazırkı iddia tələbinin SOCAR-ın “Qaz İxrac” İdarəsinə qarşı yönəldilməsinin heç bir hüquqi əsası yoxdur və iddia tələbi təmin edilə bilməz. Bildirmişdir ki, iddiaçı daha əvvəl xx.xx.2023-cü il tarixində eyni tələblə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Həmçinin qeyd etmişdir ki, iddia tələbini İddiaçı əmək münasibətlərində olmuş X20nə qarşı deyil, əsassız olaraq SOCAR-ın “Qaz İxrac” İdarəsinə ünvanlamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin üçüncü hissəsinə əsasən, tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs işəgötürən hesab olunur. Həmin Məcəllənin 42-ci maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. SOCAR-ın “Qaz İxrac” İdarəsi, o cümlədən İdarənin strukturuna daxil olan Astara X9 Sahəsi İddiaçıla heç bir zaman əmək münasibətlərində olmamışdır. Eyni zamanda bildirmişdir ki, İddiaçıla əmək münasibətlərində olan X20 İddiaçı kimi digər sosial işçilərlə bağlanmış əmək müqavilələrinin bağlanmasını, dəyişdirilməsini və ya ləğv edilməsini SOCAR-ın “Qaz İxrac” İdarəsi ilə razılaşdırmadan həyata keçirir. Belə olan halda SOCAR-ın “Qaz İxrac” İdarəsinə qarşı iddia tələbi konkret nədən ibarət olduğu bəlli olmur. Nəzərə alınmalıdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi 2(004)-5469/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadla İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin X20nə, X7 Xidmətinə və SOCAR-ın “Qaz İxrac” idarəsinin Astara X9 sahəsinə qarşı “işə bərpa və məcburi iş buraxılmasına görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsinə əsasən icraata qəbul edilmədən geri qaytarılmışdır. Qaytarma səbəbi isə iddia ərizəsinin Azərbaycan Respublikası MPMin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən, ona heç bir dəyişiklik edilmədən, yəni cavabdehlərin hər birinə ünvanlanan tələb aydın şəkildə göstərilmədən, işdən çıxarılmasına dair əmr iddia ərizəsinə əlavə edilmədən yenidən məhkəməyə müraciət edilməsi kimi qeyd edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Buna baxmayaraq iddiaçı tərəfindən qərardadda göstərilən nöqsanları (yəni cavabdehlərin hər birinə ünvanlanan tələb aydın şəkildə göstərilmədən) aradan qaldırılmadan yenidən Məhkəməyə müraciət etməsinə baxmayaraq iddia ərizəsi Məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Həmçinin bildirmişdir ki, iddiaçı “DOST” iş Mərkəzi ilə əmək müqaviləsini bağlanmış və Astara X9 Sahəsinin (MQKS) Göytəpə XİXnin Ovçubərə QPS-nin ətrafındakı magistral qaz kəmərində təhkimolunma əsasında ictimai işləri yerinə yetirmişdir. Yəni İddiaçı işəgötürən tərəf “Qaz İxrac” İdarəsinin Astara MQKS-i deyil, “DOST” İş Mərkəzi olmuşdur. Belə olan halda iş üzrə “Qaz İxrac” İdarəsi və ya onun strukturuna daxil olan qurum Astara MQKS cavabdeh qismində ola bilməz. Bundan başqa, iş materiallarında olan İddiaçı “Elektron Məhkəmə” sistemi vasitəsilə məhkəməyə təqdim etdiyi iddia ərizəsi məhkəmə tərəfindən icraata qəbul edildiyi zaman Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini 149-153-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə baxışının hazırlıq mərhələsinə qədər lazımi şəkildə öyrənilməmiş, iddiaçının cavabdehə yönəltdiyi tələbin və ya tələblərinin əsası kimi istinad etdiyi fakt və halların və onları təsdiq edən sübutların siyahısı göstərilmədiyinə və ərizəyə əlavə edilmədiyinə baxmayaraq ərizə icraata qəbul edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 31 mart 2011ci il tarixli, 3 nömrəli Qərarının 1.2-ci bəndinə uyğun olaraq, məhkəmələr nəzərə almalıdırlar ki, məhkəməyə daxil olan ərizə Azərbaycan Respublikası MPM-nin 153.1-ci maddəsinə əsasən hökmən daxil olduğu gün qeydiyyatdan keçməlidir. Ərizə hakimin icraatına verildikdən sonra iş üzrə materiallar Azərbaycan Respublikası MPM-nin 149-153cü maddələrinin tələblərinə müvafiq olaraq məhkəmə baxışının hazırlıq mərhələsinə qədər öyrənilməlidir. Qeyd edilən qaydalara əməl edilməməsi gələcəkdə ərizənin baxılmamış saxlanılması və ya icraata xitam verilməsinə əsas yaradır. Həmin Qərarın 13-cü bəndinə uyğun olaraq, məhkəmələrə xatırladılır ki, iddia ərizəsində (ərizədə, şikayətdə) Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində müəyyən olunmuş məlumatlar dəqiq göstərilməli və ərizəyə 150-ci maddədə göstərilən sənədlər əlavə edilməlidir. Məhkəməyə müraciət edən şəxs ərizənin qanunla müəyyən edilmiş məzmununa əməl etmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 259.0.12 –ci maddəsinə müvafiq olaraq hakim iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması və yaxud Azərbaycan Respublikası MPM-nin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində nəzərdə tutulmuş sənədlərin ərizəyə əlavə edilməsi üçün ərizəçiyə vaxt verə bilər. Ərizəçi ona təyin olunan müddətdə işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, SOCAR-ın Qaz İxrac İdarəsi İddiaçı “işə bərpa və məcburi iş buraxılmasına görə əmək haqqının ödənilməsi” iddia tələbinin yönəldiyi şəxs olmadığına görə, eləcə də iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələbin nədən ibarət olması iddia ərizəsindən müəyyən edilmədiyindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin X20nə, X7 Xidmətinə və SOCAR-ın “Qaz İxrac” İdarəsinin Astara X9 sahəsinə qarşı “işə bərpa və məcburi iş buraxılmasına görə əmək haqqının ödənilməsi” barədə iddia tələbinin “Qaz İxrac” İdarəsinin Astara MQKS-ə münasibətdə mümkün sayılmaması və “Qaz İxrac” İdarəsinin Astara MQKS-nin cavabdehliyinə xitam verilməsi barədə və ya iddia tələbinin baxılmamış saxlanmasına dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" X20 MMC iddia tələbinə etiraz ərizəsi verərək bildirmişdir ki, İddiaçı iddia tələbi əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikasının Prenzidentinin 2018-ci il 30 oktyabr tarixli 602 nömrəli Sərəncamı ilə 2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası təsdiq edilmişdir. “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prenzidentinin Sərəncamı sosial cəhətdən həssas əhali qruplarının əmək bazarında iştirakının artırılmasına yönəldiyindən “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” məşğulluğun inkişafına dair işçi qüvvəsinin bacarıqlarının yüksəldilməsi, əmək məhsuldarlığının artırılması, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi təmin edilir. Sözügedən sərəncamın 4.4.5-ci maddəsinə əsasən işsiz və işaxtaran vətəndaşların müvəqqəti məşğulluğunun çevik və səmərəli təşkili məqsədilə əmək birjalarının və haqqı ödənilən ictimai işlərin təşkili mexanizminin yeniləşdirilməsi əsas prioritetlərdən biridir. Bu dövlət proqramı 2019- 2030-cu illəri əhatə etdiyindən, həmçinin sosial layihə olduğundan müvəqqəti xarakter daşıyır. Bu proqramdan irəli gələn məsələrin həll edilməsi və ən əsas da proqramdan hər bir vətəndaşın yaralanması əsas prioritetlərdən biridir. Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən 2019-cu ilin əvvəlindən ictimai işlərin təşkili ilə bağlı yeni mexanizmi nəzərdə tutan “İşsizin DOSTu” proqramına başlanılmışdır. Həmin proqram X20 tərəfindən icra olunur. Proqramın icrası çərçivəsində X20 hal-hazırda 50 minə yaxın işsiz vətəndaş ilə əmək müqaviləsi bağlayaraq işlə təmin etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 84 nömrəli Qərarı ilə təsdiqlənmiş “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydalarf’nın 1.2-ci bəndinə əsasən haqqı ödənilən ictimai işlər işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun olaraq təşkil edilən ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir. “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 2.6-cı bəndinə əsasən isə ictimai işlər, bir qayda olaraq, 2 aya qədər müddətə təşkil olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “e” bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Yuxarıda qeyd olunan Qanunların tələbləri nəzərə alınaraq tərəflərin qarşılıqlı razılığı ilə İddiaçıla Cavabdeh2 MMC arasında xx.xx.2021 -ci il tarixində müddətli əmək müqaviləsi bağlanılmış və İddiaçı SOCAR-ın "Qaz İxrac" İdarəsi Astara X9 Sahəsinə ictimai işlər üzrə köməkçi vəzifəsinə təhkim olunmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” (əmək müqaviləsinin müddətinin qurtarması) bəndinə əsasən iddiaçı ilə X20” MMC arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində xitam verilmiş və son haqq-hesab ödənilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73.1-ci maddəsində qeyd olunur ki, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir, lakin müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Qanunverici “əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur” ifadəsini maddəyə daxil etməklə məsələyə aydınlıq gətirmişdir. Bu maddəyə əsasən müddətli əmək müqaviləsinin uzadılmasının tərəflərin iradə ifadə etməsindən əlavə cəmi bir yolu vardır. Yəni işçi heç bir etiraz olmadan müddətli əmək müqaviləsi müddəti bitməsindən sonra da əvvəl olduğu kimi maneəsiz işləməlidir və işəgötürən bu hala etiraz etməməlidir. Bu halda müqavilə uzadıla bilər. Qanunverici müqavilənin uzadılmasının digər halını müəyyən etməmişdir. Yuxarıda göstərilən hal müqavilə azadlığı hüququ və tərəflərin bərabərliyi prinsipi baxımından da yolverilməzdir. Belə ki, iddia təmin edildiyi halda məhkəmə işəgötürənin üzərinə öhdəlik qoyur ki, işçi ilə yenidən müqavilə bağlasın. Halbuki müqavilə azadlığı hüququ və tərəflərin bərabərliyi prinsipi bazar iqtisadiyyatının ən ümdə prinsiplərindən biridir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 1 və 5-ci hissələrinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsasıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Bundan başqa ilkin mediasiya sessiyası “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət edilmədən keçirilmişdir. İddiaçı mübahisənin məhkəməyədək həll edilməsi üçün Lənkəran 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş, mediasiya prosesi xx.xx.2023-cü il tarixində Biləsuvar rayonunda keçirilmiş və həmin tarixdə müvafiq arayış verilmişdir, lakin mediasiya prosesinin keçirilmə yeri və vaxtı barədə Cavabdeh2 MMC-ə məlumat verilmədiyindən nümayəndələrinin iştirakı təmin edilməmişdir. İddia ərizəsində qeyd olunan “cavabdehin ilkin mediasiya sessiyasında iştirak etməməsi” faktına münasibətdə diqqətinizə çatdırırıq ki, sözügedən məsələyə dair ilkin mediasiya sessiyasında iştirak barədə Cavabdeh2 MMC-ə heç bir müraciət daxil olmamışdır. Mediasiya haqqında Azərbaycan Respublikası Qanunun 28.3-cü maddəsinə əsasən tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.4-1ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsinin qaytarılmasına əsasdır. İddiaçı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 28.3-cü maddəsinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.4-1-ci və 152.1.6-1 maddələrinin tələblərinə riayət etməyərək məhkəməyə müraicət etmişdir. Həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən “Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər”. İddiaçı isə qanunvericiliklə müəyyən edilmiş iddia müddətini buraxaraq ilkin olaraq Şirvan inzibati Məhkəməsinə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Göründüyü kimi qanunvericiliyin tələblərinə uyğun olaraq işə bərpa olunmaq üçün məhkəməyə iddia qaldırmaq müddətini İddiaçı ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 38-ci maddəsinin 1-ci bəndinə əsasən seçici siyahılarının hazırlanması dövründə müvafiq işlərə İddiaçı cəlb olunmağı ilə bağlı Cavabdeh2 MMC-ə hər hansı müraciət daxil olmamışdır. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən də görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının 66 saylı X4 Dairə seçki komissiyası tərəfindən Cavabdeh2 MMC-ə hər hansı sənəd ünvanlanmamışdır. İş materiallarına əlavə edilmiş SOCAR-ın “Qaz İxrac” İdarəsi Astara X9 Sahəsinin xx.xx.2023-cü il tarixli RN-04/132 nöməli məktubda qeyd olunur ki, İddiaçı 2023-cü ilin yanvar ayında 5 gün işdə olmamış və işdə olmadığı günlərdə seçki komissiyasınında iştirakı ilə bağlı heç bir sənəd daxil olmamışdır. Həmçinin iddia ərizəsində əlavə edilmiş qoşmalarda həmin və ya bu tipli məlumat qeyd edilmiş məktubun Cavabdeh2 MMC-ə göndərilməsi barədə sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddəti ilə bağlı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”. Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının tələbi fərdi əmək mübahisəsinin həlli ilə bağlı olduğu üçün qeyd edilən tələbə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulmuş bir aylıq iddia müddəti şamil edilməlidir. Bununla yanaşı, əmək mübahisələrindən irəli gələn tələblərin qanuni həlli baxımdan iddia müddətinin axımının başlanmasının müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir və bu zaman Əmək Məcəlləsi ilə yanaşı, Mülki Məcələsinin müddəaları da nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Hesab edir ki, yuxarıda qeyd edilən Qanunların tələblərinə əsasən İddiaçı iddia müddətini ötürdüyündən iddia tələbi iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11, 45, 47, 68, 73, 296.2-ci, MPM-in 77-ci maddələrini və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı” iş üzrə 07 iyul 2009-cu il tarixli qərarını rəhbər tutaraq, məhkəmədən İddiaçı Cavabdeh2 MMC-ə qarşı İddiaçı əmək müqaviləsinin xitamının ləğv olunması, işə bərpa olunması və məcburi iş buraxmaya görə əməkhaqqının verilməsinin təmin edilməsi və mediasiya təşkilatına ödənilmiş olan 55 manat rüsumun ona ödənilməsinə dair iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin cavabdeh "xxxx" X20 MMC iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı iddia müddətini buraxmış, həmçinin iddia tələbi əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” (əmək müqaviləsinin müddətinin qurtarması) bəndinə əsasən İddiaçı ilə X20 MMC arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində xitam verilmişdir. İddiaçı mübahisənin məhkəməyədək həll edilməsi üçün Lənkəran 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş, mediasiya prosesi xx.xx.2023-cü il tarixində Biləsuvar rayonunda keçirilmiş və həmin tarixdə müvafiq arayış verilmişdir, lakin mediasiya prosesinin keçirilmə yeri və vaxtı barədə Cavabdeh2 MMC-ə məlumat verilmədiyindən nümayəndələrinin iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən “Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər”. İddiaçı isə qanunvericiliklə müəyyən edilmiş iddia müddətini buraxaraq ilkin olaraq Şirvan İnzibati Məhkəməsinə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Göründüyü kimi qanunvericiliyin tələblərinə uyğun olaraq işə bərpa olunmaq üçün məhkəməyə iddia qaldırmaq müddətini İddiaçı ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddəti ilə bağlı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001ci il tarixli Qərarında qeyd etmişdir ki, “İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”. Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdı. İddiaçının tələbi fərdi əmək mübahisəsinin həlli ilə bağlı olduğu üçün qeyd edilən tələbə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulmuş bir aylıq iddia müddəti şamil edilməlidir. Bununla yanaşı, əmək mübahisələrindən irəli gələn tələblərin qanuni həlli baxımdan iddia müddətinin axımının başlanmasının müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir və bu zaman Əmək Məcəlləsi ilə yanaşı, Mülki Məcələsinin müddəaları da nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Hesab edir ki, yuxarıda qeyd edilən Qanunların tələblərinə əsasən İddiaçı iddia müddətini ötürdüyündən iddia tələbi iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmədən iddia müddəti tətbiq edərək İddiaçı Cavabdeh2 MMC-ə qarşı İddiaçı əmək müqaviləsinin xitamının ləğv olunması, işə bərpa olunması və məcburi iş buraxmaya görə əməkhaqqının verilməsinin təmin edilməsi və mediasiya təşkilatına ödənilmiş olan 55 manat rüsumun ona ödənilməsinə dair iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" X20 MMC-nin nümayəndələri Nümayəndə3 və Nümayəndə4 iddia tələbinə etiraz edərək, etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxracı İdarəsinin nümayəndəsi Nümayəndə2 iddia tələbinə etiraz edərək, etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb tədqiq edərək, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, o, 2020-ci ildən tutduğu vəzifədə çalışır. Ona iddiaçının hər hansı seçki məntəqəsinin işinə cəlb edilməsi barədə məktub gəlməmişdir. İddiaçını telefon nömrəsi onda olmuşdur. İşçilər saat 9-a qədər işə gəlirlər, sonra çıxıb gedirlər. O vaxt operator onlarda idi, onlar ondan işçinin işə nə vaxt gəlməsi barədə məlumat alırdılar. Operator məlumat verirdi ki, hansı işçilər işdədir, hansılar isə yox. Aktlar tək Əli müəllim barəsində tərtib edilməmişdir. O, Əli müəllimdən işə niyə gəlməməsini soruşmayıb. Ona rəsmi məktub gəlməmişdir. O, bildirmişdir ki, “WhatsApp”-dan elə də istifadə etmir. Ayın 24-ü “WhatsApp”-dan məktubu almışdır. “WhatsApp”-dan göndərilən sənəd rəsmi sənəd deyil. Ona rəsmi sənəd gəlməmişdir. O, iddiaçıya sənədin rəsmi təqdim etməsini deməmişdir. Məktub ona çatmamışdır. “WhatsApp” vasitəsilə məktub 24 yanvar tarixdə göndərilmişdir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası 66 saylı X4 Dairə Seçki Komissiyasının sədri X11 Qaz İxrac İdarəsi Astara MQKS-nin Göytəpə XİX-nin rəisi cənab Xəqanu Nurəliyevə ünvanladığı 51 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 38.1-ci maddəsinə əsasən 2023-cü il üçün seçici siyahılarının hazırlanması ilə əlaqədar 31 saylı Ovçubərə məntəqə seçki komissiyasının üzvü İddiaçı 12 yanvar 2023-ci il tarixdən 31 yanvar 2023-cü il tarixədək iş yerində əmək haqqı saxlanılmaqla komissiyanın işində iştirakının təmin edilməsi xahiş edilmişdir. - Göytəpə XİX-in rəisi Xəqani Nuraliyev, mühəndisi Nadir Əzimli, xətti baxıcıları Cabir Əliyev, Bəylər Zamanov, Niyaməddin Sayılov, Ziya Hüseynov, çilingərləri Siyasət Mahmudov və Qadir Əliyev tərəfindən tərtib edilmiş xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli aktlara əsasən 26 yanvar 2023-cü il tarixdə saat 15:00-da ərazidə baxış keçirilərkən adları çəkilən sosial işçilər iş yerlərində olmamışlar: Rəşad Mehdiyev, Əli Əzizov, Elməddin Mehdiyev, Ələkbər Məmmədov, Qoşqar Hüseynov, Etibar Məcidzadə, Araz Bəşirov, Vüqar Şirinov, Hüseyn Süleymanov, Etibar Məcidov, Hikmət Hacızadə, Sadiq İsmayılov, Süleyman Hüseynov və İddiaçı. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "xxxx" X19 ictimai işlər üzrə koməkçi vəzifəsinə işə qəbul olunmuş işçilərin əmək müqavilələrinə xitam verilməsi haqqında 3-17-7/3-2-1193/2023 saylı, 06 fevral 2023-cü il tarixli əmrinə əsasən Cavabdeh2 MMC-də müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti nəzdində Qaz İxrac İdarəsinin Astara X9 Sahələri üzrə Biləsuvar rayonu ərazisində ictimai işlər üzrə köməkçi vəzifəsində çalışan, əlavədə adları qeyd edilmiş işçilərin əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “b” (əmək müqaviləsinin müddətinin qurtarması) bəndinə əsasən xx.xx.2023-cü il tarixindən xitam verilməsi, maliyyə departamentinə əlavədə adları qeyd olunmuş işçilərin xx.xx.2023-cü il tarixinə qədər olan son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, ödənilməli olan əməkhaqqı və digər ödəmələr) ödənilməsinin tapşırılması, əmrin icrasına nəzarətin direktor müavini X2 tapşırılması əmr edilmişdir. Siyahıda İddiaçı adı qeyd olunmuşdur. - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası 66 saylı X4 Dairə Seçki Komissiyasının 3-11-69/2-14/2024 saylı, 16 aprel 2024-cü il tarixli məktubuna əsasən Biləsuvar rayon 31 saylı Ovçubərə məntəqə seçki komissiyasının üzvü İddiaçı 12 yanvar 2023-cü il tarixdən 31 yanvar 2023-cü il tarixədək iş yerində əmək haqqı saxlanılmaqla komissiyanın işində iştirakının təmin olunması barədə X21 idarəsi Astara MQKS-nin Göytəpə XİX-nin rəisi cənab Xəqani Nurəliyevə xx.xx.2023-cü il tarixdə 51 saylı məktub yazılmışdır. Dairə seçki komissiyasına məktubların poçtla göndərilməsinə vəsait ayrılmadığı üçün komissiya üzvlərinin seçki komissiyasının işində iştirakı barədə onların iş yerlərinə yazılan məktubların çatdırılması hər bir komissiya üzvünün özünə həvalə edilir. Həmişəki kimi qeyd olunan məktub işlədiyi idarəyə təqdim olunmaq üçün İddiaçı verilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "xxxx" X19 İddiaçı ünvanladığı 20 aprel 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, onunla Mərkəz arasında xx.xx.2021-ci il tarixində əmək müqaviləsi bağlanılaraq SOCAR-ın “Qaz İxrac” İdarəsi Astara X9 Sahəsinə ictimai işlər üzrə köməkçi vəzifəsinə təhkim olunmuşdur. Bildirmişlər ki, Astara X9 Sahəsi üzrə haqqı ödənilən ictimai işlərə qəbul olunan işçilərlə əmək münasibətlərində tərəflərin hüquqları, məsuliyyəti, səlahiyyət və vəzifə bölgüsü SOCAR-ın “Qaz İxrac” İdarəsi və X20 arasında xx.xx.2020-ci il tarixində bağlanmış “İşçi qüvvəsinin təmin edilməsinə dair Saziş”lə müəyyən edilmiş qayda və prinsiplərə əsasən tənzimlənir. “Saziş”ə edilmiş Əlavə 1-də Astara X9 Sahəsi İcraçı qurum kimi müəyyən olunmuşdur. “Sazişin 4.2-ci bəndinə əsasən İcraçı qurum işçi qüvvəsini ictimai işlərə cəlb edərkən iş yerində əmək şəraiti şərtlərini (əməkhaqqı ödənişi istisna olmaqla) əmək qanunvericiliyi normalarına uyğun təmin edir, qanunvericiliyə uyğun olaraq işçi qüvvəsinin peşə vərdişlərini, təcrübəsini, yaşını, eləcə də iş rejimini (iş və istirahət vaxtını) və digər zəruri əmək şəraitini (əməyin təhlükəsizliyi, təlimatlandırma və sair) nəzərə alır. “Saziş”in 4.4-cü bəndinə əsasən işçi qüvvəsi Mərkəzin rəsmi işçiləri hesab olunmasına baxmayaraq, onların iş yerlərinin təşkilinə, əmək nizam-intizamına və gündəlik fəaliyyətinə İcraçı qurum birbaşa cavabdehdir. Bütün işçilər İcraçı qurumun tapşırığı və onun birbaşa nəzarəti altında fəaliyyət göstərirlər. Bildirmişlər ki, onun 17, 19, 23, 24, 26 yanvar 2023-cü il tarixlərində işə mənfi davamiyyəti ilə bağlı tərtib edilmiş aktlar İcraçı qurumun xx.xx.2023-cü il tarixli RM-04/08 nömrəli müşayiət məktubu ilə Mərkəzə daxil olmuşdur. Qeyd etmişlər ki, ictimai işçilərin əməkhaqları təhkim olunduqları İcraçı qurum tərəfindən Mərkəzə təqdim edilən işə davamiyyət cədvəllərinə (tabelə) əsasən ödənilir. İcraçı qurum tərəfindən Mərkəzə təqdim edilən ictimai işçilərin işə davamiyyət cədvəllərinə (tabellərə) əsasən cari ilin yanvar ayı üçün ona 13 iş günü hesablanaraq 235,47 manat əməkhaqqı bank hesabına köçürülmüşdür. Qeyd etmişlər ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 38 maddəsinin 1-ci bəndinə əsasən seçici siyahılarının hazırlanması dövründə müvafiq işlərə cəlb olunmağı ilə bağlı mərkəzə hər-hansı müraciət daxil olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 84 nömrəli Qərarı ilə təsdiqlənmiş “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 1.2 bəndinə əsasən haqqı ödənilən ictimai işlər işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkil edilən ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir. Yuxarıda qeyd edilənlər nəzərə alınaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) uyğun olaraq onunla bağlanılmış əmək müqaviləsinə xx.xx.2023cü il tarixində xitam verilmiş və son haqq-hesab olaraq 19,62 manat bank hesabına köçürülmüşdür. X5 filiallarında işsiz kimi qeydiyyatda olan şəxslərin növbəlilik şərtlərinə əsaslanaraq vakant yerlər mövcud olduğu təqdirdə işə qəbulunu təmin edir. Yenidən işlə təmin olunmaq üçün müvafiq Regional Məşğulluq filialına müraciət etməyi tövsiyə olunmuşdur. Mediasiya haqqında Azərbaycan Respublikası Qanunun 27-ci maddəsinə əsasən əmək münasibətlərindən irəli gələn mübahisələr bu Qanuna uyğun olaraq, mediasiya vasitəsilə həll oluna bilər. Mediasiya haqqında Azərbaycan Respublikası Qanunun 24.4-cü maddəsinə əsasən gələcəkdə mediator tərəfindən aparılan mediasiya sessiyasına iştirak ilə bağlı “DOST İş” Mərkəzi dəvət edildiyi təqdirdə Mərkəzin nümayəndəsinin iştirakı təmin ediləcəkdir. İddiaçı bundan öncəki Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanladığı xx.xx.2023-cü il tarixli müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixli, 3-17-7/2-M-17054/2023 nömrəli məktub poçt vasitəsilə qeydiyyatda olduğu ünvana göndərilmişdir. - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası 66 saylı X4 Dairə Seçki Komissiyasının 97 saylı, 19 may 2023-cü il tarixli arayışına əsasən İddiaçı həqiqətən 31 saylı Ovçubərə məntəqə seçki komissiyasının üzvüdür və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 38.1-ci maddəsinə əsasən 12 yanvar 2023-cü il tarixdən 31 yanvar 2023-cü il tarixədək seçici siyahılarının hazırlanması ilə əlaqədar məntəqə seçki komissiyasının işində iştirak etmişdir. Bu barədə DSK tərəfindən 11 yanvar 2023-cü il tarixdə 51 saylı məktubla X21 İdarəsi Astara MQKS-nin Göytəpə XİX-nin rəisi cənab Xəqani Nurəliyevə müraciət olunmuşdur. - Biləsuvar rayon İcra Hakimiyyəti başçısının Ovçubərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fəzail İsmayılov tərəfindən tərtib edilmiş xasiyyətnaməyə əsasən Mikayılov X6 rayonun Ovçubərə kəndində daimi qeydiyyatda olmaqla Biləsuvar rayonun Ovçubərə kəndində yaşayır. İddiaçı ailəlidir, üç övladı var. İki övladı hərbi sahədə çalışır. Biləsuvar rayonunun Ovçubərə kəndində ailəsi ilə birlikdə şəxsi mülkiyyətində olan pay və həyətyanı torpaq sahəsini əkib becərməklə öz şəxsi təsərrüfatını inkişaf etdirməklə məşğuldur. Dövlətə və dövlətçiliyə sadiq bir vətəndaşdır. X17 adına tam orta məktəbin valideyin komitəsinin sədridir. Seçki komissiyasının üzvidir. Kənd ağsaqqalar şurasının üzvidür. Kənddə ictimai tədbirlərdə yaxından iştirak edir. İddiaçı yaşadığı Ovçubərə kəndində kənd sakinləri, həmyaşıdları, işlədiyi müəssədə və qonşuları ilə münasibəti çox yaxşıdır. İddiaçı haqqında Ovçubərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə şifahi və yazılı şikayət daxil olmamışdır. Mikayılov X1 inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Məhkəmə baxışı zamanı cavabdeh tərəf yazılı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin iddia müddətinin ötürülməsi ilə verildiyindən rədd edilməsini xahiş etmiş və vəsatətini onunla əsaslandırmışdır ki, iddiaçı 3 aydan artıq müddət keçdikdən sonra hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, hesab edir ki, iddia tələbi iddia müddətinin ötürülməsi ilə verildiyindən rədd edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci bəndində göstərilən haldan başqa qalan bütün hallarda işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdən Socar «Qaz İxrac» idarəsinin Astara magistiral X10 Ovçubərə qaz paylayıcı stansiyasında sosial işçisi kimi işləmişdir. 3-17-7/3-2-1193/2023 saylı, 06 fevral 2023-cü il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarmasına görə əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli «Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair» Qərarına əsasən iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktaybr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. «E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin Məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). Məhkəmə qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə çıx surətdə bağlıdır. Vətəndşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə, iddiaçı tərəfindən iddia müddəti ötürülməklə məhkəməyə müraciət edildiyindən və cavabdeh tərəfidən iddia müddətinin təqbiqinə dair ərizə verildiyindən, iddianın hüquqi əsaslarının müzakirəsini məqsədə müvafiq saymır. Bundan başqa məhkəmə iddia tələbinin Qaz İxrac İdarəsi Astara Magistiral X10 onun barəsində tərtib etdikləri xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli aktların ləğv olunması hissəsinə münasibət bildirərək hesab edir ki, digər hissədə iddia rədd edildiyindən və eləcə də, bu hissədə də, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, mübahisələndirilən aktlar yalnız iddiaçının həmin günlər işdə olmamasını təsdiq edir ki, bu hal iş materialları, eləcə də, iddiaçının özünün etirafedici izahatı ilə öz təsdiqini tapmış və həmin aktlar heç bir hüquqi nəticə törətməyərək iddiaçının işdən azad olunmasına səbəb və ya əsas olmamışdır. İddiaçının işdən azad olunmasına əsas, əmək müqaviləsinin müddətinin bitməsi və işəgötürən tərəfindən uzadılmaması olmuşdur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək iddia tələbinin əsassız olması səbəbindən rədd edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 360- 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" X20 MMC və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxracı İdarəsinə qarşı “işə bərpa” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-458/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-458/2024
17.05.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver