Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4587/2022 13.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə məhkəməyə müraciət edərək, onu boş qalan aylara görə əmək haqqı və kompensasiya ödəyərək işinə bərpa edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1985-ci ildən xx.xx.2021-ci il tarixədək "xxxx" ASC-də müxtəlif vəzifələrdə, quraşdırıcı, iş ustası, iş icraçısı, sahə rəisi vəzifələrində işləmişdir. Şirkətin o vaxtkı “100 nömrəli Körpü-Tikinti Dəstəsi” olub. Sonradan "xxxx" Firması, daha sonra isə "xxxx"xxxx"xxxx" ASC-yə dəyişdirilmişdir. Lakin 2018-ci il avqustun 11-də onu dəvət edib bildirdilər ki, "xxxx" ASC-nin təsisçiliyi ilə onun tərkibində "xxxx" MMC yaranır, onun müqaviləsində dəyişikliklər edəcəklər. O, etiraz etdikdə isə kadrlar şöbəsində təkidlə izah etmişlər ki, bunun heç bir fərqi yoxdur. MMC-nin təsisçisi "xxxx" ASC-dir. Adları müxtəlif cür göstərilsə də eyni təşkilatdır. O, isə inanaraq məcburi olaraq razılaşmışdır. Müqaviləni imzalamışdır. Həmin “AM kanalının yenidənqurulması” obyektinin tikintisində həmin adamlarla-işçilərlə çalışmağa davam etmişdir. Yəni heç bir şey dəyişməmiş, obyekt, insanlar, sifarişçilər, hətta həmin MMC-dən maaş kartı və maaş da almamışdır. Maaşlarını "xxxx"xxxx"xxxx" ASC-nin ABB-dən onun üçün aldığı maaş kartına vurmuşlar. Yəni MMC-nin heç bir fəaliyyəti olmamışdır. Daha sonra yenidən əmək müqaviləsinə qol çəkdirib, MMC-nin təsisçisi olan "xxxx" ASC-yə qaytarılmış və yenə həmin obyektdə həmin işini davam etdirmişdir. 2021-ci ilin oktyabr ayında məzuniyyətdə olarkən "xxxx" ASC-nin ofisinə çağırılmışdır. Təcili Moldova Respublikasında uzun illər tikintisi davam edən obyektə getmək olduğunu demişlər. ASCnin direktor müavini Hacıyev Vaqif bildirmişdir ki, Azərbaycanda aldığın miqdarda maaş alacaqdır. O etiraz etmişdir ki, əlavə ezamiyyət xərcləri də ödənsin, lakin razı olmamışlar. O isə getməyə etiraz etmişdir. Çünki onun sağlamlığında problemlər olmuş və vaxtaşırı həkim müayinəsindən keçməli olmuşdur. Məzuniyyətini davam etdirərkən 20 oktyabr 2021-ci ildə teleqram vasitəsilə bildirildi ki, 25 oktyabr 2021-ci il tarixdən əmək müqaviləsinə xitam verilir. O, yenidən rəhbərliyin qəbulunda (direktor müavini Hacıyev Vaqif) olub bildirmişdir ki, o, bu təşkilatda adlarının, formasının müxtəlif cür dəyişməsinə baxmayaraq 1985-ci ildən çalışır, həmişə də rəhbərləri Əfəndi İsmiyev olub, nəyə əsasən onu işdən azad edirlər? O isə cavabında bildirmişdir ki, o, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixə qədər "xxxx"xxxx"xxxx" ASC-yə müvəqqəti işə girmişdir. O, isə bildirmişdir ki, bəs onlar o vaxt ona izah etmişlər ki, bu MMC "xxxx" ASC-yə aiddir. O isə bildirmişdir ki, elə deyil. Təxminən 37 ilə qədər eyni bir təşkilatda çalışmağına baxmayaraq onu aldadaraq işdən azad etmişlər. Belə ki, onunla eyni vaxtda təxminən 1600 nəfər işçini də bu cür çıxardıb, yenidən işə qəbul etmişlər ki, əmək müqaviləsində fasilə yaransın ki, lazım olanda azad etmək asan olsun. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində qeyd etdiyi məzmunda izahat verərək bildirdi ki, o 1985-ci ilin mart ayından “100 nömrəli Körpü-Tikinti Dəstəsi”nə işə düzəlmişdir. 1991-1992-ci illərdə həmin şirkətə "xxxx" adı verilmişdir. 2011-2012-ci illərdən isə "xxxx" kimi adlanmağa başlamışdır. 2018-ci ilin avqust ayında da “Melorasiya” şirkəti yaradılmış və onlara ərizə yazdırıb, imza atdırıb həmin şirkətin tərkibinə keçirmişlər. Onlara deyilmişdir ki, “Melorasiya” şirkəti elə "xxxx" şirkətidir. Noyabr ayında isə onları yenidən "xxxx" ASC-yə qaytarmışlar. “Melorasiya” şirkəti onlara əmək haqqı verməmişdir, onlar bütün maaşları yenə "xxxx"un kartı ilə almışlar. 2021-ci ilin avqust ayında o, korona virusuna yoluxmuşdur. Oktyabr ayında məzuniyyətdə olduğum dövrdə onu Moldovaya göndərmək üçün çağırmışlar. O, xəstə olduğunu bildirmişdir. 21 avqustda ona belə bir mesaj gəlmişdir ki, onların müqavilə müddəti ayın 25-də bitir, əmək kitabçasını gəlib götürə bilər. Necə ola bilər ki, onun 1985ci ildə işlədiyi şirkətdə əmək müqaviləsi müddətli olur. 1985-ci ildən işlədiyi şirkətlə əmək müqaviləsi müddətli olmamalıdır. 2018-ci ildə ola bilsin ki, aldadılaraq ona müqaviləyə imza atdırılıb. Həmin müqavilənin müddəti yadında deyil. Hesab edir ki, onun işdən çıxarılmağı qanunsuzdur, o aldadılmışdır. 2021-ci ilin oktyabrın 25-də o, işdən çıxmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında qeyd etdi ki, iddiaçı öz iddia ərizəsində qeyd edir ki, 20 oktyabr 2021-ci il tarixdə ona əmək müqaviləsinin müddətinin 25 oktyabr 2021-ci il tarixdə bitməsi ilə bağlı məlumat verilib. Daha sonra o bununla bağlı şirkətə gedib, şirkətdə qəbul edilib, onunla müzakirələr aparılıb. Beləliklə, məlumatı olub ki, 2021-ci il oktyabr ayının 25-də əmək müqaviləsi xitam olunacaq. Bu məsələ ilə bağlı düşünürlər ki, şəxslə bağlanan əmək müqaviləsi pozuntu ilə xitam olunmamışdır, yəni şəxs işdən qanunsuz şəkildə azad edilməmişdir. Belə ki, 2021-ci ilin 25 oktyabrında şəxslə əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq, hansı ki işə bərpa ilə bağlı iddia müddəti 1 aydır, 2022-ci ilin 15 avqust tarixində, yəni təxminən 10 ay sonra İddiaçı işə bərpa ilə bağlı iddia qaldırmışdır. Hesab edir ki, iddiaçının işdən qanunsuz olaraq azad olunmasına dair hər hansı bir hala yol verilməmişdir. İşçi ilə əmək müqaviləsinin müddətli olaraq yəni 1 ay müddətinə bağlanması onların şirkətinin strategiyasıdır. Onun özü ilə də əmək müqaviləsi 1 ay müddətinə bağlanmışdır. Eyni zamanda da tərəf iddia müddətini ötürərək məhkəməyə müraciət etmişdir. İddiaçının əmək müqaviləsinə müqavilənin müddəti bitdiyi üçün xitam verilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. İş materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı “X1 "xxxx"” ASC ilə əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixdə "xxxx"” ASC-dən İddiaçı ünvanlanmış teleqramda qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixində onunla bağlanmış müvəqqəti əmək müqaviləsinə xitam veriləcək. İş materiallarında olan “X1 "xxxx"” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli 14549 saylı əmək müqaviləsinə əsasən İddiaçı əsas iş yeri olmaqla sahə rəisi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək 1 ay müddətinə əmək müqaviləsi bağlamışdır. Müqavilənin hər iki tərəfi müqaviləni imza etməklə təsdiq etmişlər. İş materiallarında olan “X1 "xxxx"” ASC-nin ia-179 saylı, xx.xx.2021-ci il tarixli əmrindən görünür ki, İddiaçı cəmiyyətin sahə rəisi ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir (əsas xx.xx.2018-ci il tarixli 14549 saylı müqavilə). İş materiallarında olan cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4-Əfəndiyeviçin Elektron qaydada məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsində qeyd edilmişdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. İddia müddətini tətbiq edib iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsində qeyd edilmişdir ki,
1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.
3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndində qeyd edilmişdir ki, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 73.1-ci və 73.2-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, “X1 "xxxx"” ASC-nin ia- 179 saylı, xx.xx.2021-ci il tarixli əmrindən görünür ki, İddiaçı ilə “X1 "xxxx"” ASC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. Hazırda İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə məhkəməyə müraciət edərək, onu boş qalan aylara görə əmək haqqı və kompensasiya ödəyərək işinə bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, ilk növbədə iş materiallarında olan “X1 "xxxx"” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli 14549 saylı əmək müqaviləsinə əsasən İddiaçı xx.xx.2018-ci il tarixdən tərəflərin qarşılıqlı razılığı ilə “X1 "xxxx"” ASC-də sahə rəisi vəzifəsinə təyin edilmişdir və müqavilədə əmək müqaviləsinin xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək 1 ay müddətinə, yəni müddətli bağlandığı qeyd olunmuşdur. Həmin müqavilə İddiaçı tərəfindən imzalanmışdır. İddiaçı imzası onun müddətli əmək müqaviləsinin bağlanılmasına razılığının ifadəsidir. Bundan sonra ia-179 saylı, xx.xx.2021-ci il tarixli əmrə əsasən müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş “X1 "xxxx" ASC-də sahə rəisi vəzifəsində çalışan İddiaçı ilə xx.xx.2018-ci il tarixində bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “b” bəndi rəhbər tutularaq əmək müqaviləsinin müddətinin qurtarmasına əsasən 25 oktyabr 2021-ci il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375-ci maddısindı isə iddia müddətinin tətbiqi qaydası öz əksini tapmıdır: hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsində əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən:
1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, İddiaçı ilə “X1 "xxxx"” ASC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. Lakin buna baxmayaraq iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulmuş 1 təqvim ayı iddia müddəti çərçivəsində məhkəməyə müraciət edərək bu barədə hər hansı tələb irəli sürməmişdir. İddiaçının əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilməsinə baxmayaraq o mövcud iddia tələbi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Belə ki, iş materiallarında olan cavabdeh "xxxx"” ASC-nin nümayəndəsi X4-Əfəndiyeviçin Elektron qaydada məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsində qeyd edilmişdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. İddia müddətini tətbiq edib iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının mövcud iddia tələbi ilə qanunvericiliklə müəyyən olunmuş müddətlər daxilində məhkəməyə müraciət etmək imkanını araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən müddət ötürülmüşdür. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddia ərizəsi əsassız olduğundan, həmçinin iddiaçı mövcud iddia tələbi ilə qanunvericiliklə müəyyən olunmuş müddətlər daxilində məhkəməyə müraciət etmək imkanını itirdiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia ərizəsi təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Məmmədli