Məhkəmə qərarları › İş №2(004)-4589/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4589/2023

17.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4589/2023 17.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı "şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktın müəyyən edilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı "şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu - X7 və oğlu - Maraqlı şəxs onun - X1 övladları olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o İran vətəndaşı, ünvan 1 ünvanında yaşayan X2, 1943-cü ildə Təbriz şəhərində anadan olmuşdur. Orta məktəbi orada bitirib. 1962-ci ildə atası Cəbrayıl rayonundan olduğu üçün ailəsi ilə birlikdə İrandan Bakıya köçmüşdür. 1963-cü ildə BDU-ya daxil olub. 1968-ci ildə oranı bitirmişdir. Qeyd edir ki, ailəsi Azərbaycana gələrkən atası öz əvvəlki soyadını (Əsgərova) götürdü. Onun də soyadı Əsgərova oldu. 1969-cu ildə ailə qurarkən yoldaşının soyadını götürdü. Yəni, Əsgərova soyadından Məmmədova soyadına keçdi. 1968-ci ildən 1994-cü ilə qədər Azərbaycan Elmlər Akademiyasının tarix insititunda baş elmi işçi vəzifəsində işləyib, tarix elmləri doktoru elmi dərəcəsini almışdır. Lakin, anası İranda tək olduğuna görə 1994-cü ildə daimi yaşayış üçün İrana köçmüş və orada iran passportu almışdır. İki övladı var: X7 və Maraqlı şəxs. Hal-hazırda o müvəqqəti yaşamaq üçün icazə vəsiqəsiylə Azərbaycanda yaşayır. Əsgərova soyadına görə Miqrasiya idarəsi Ramin və Mehranın onun övladları olduğunu təsdiq etmir və ondan Məhkəmə qətnaməsini vacib bilirlər. Əsgərova soyadlı passportu nikahdan sonra dövlətə təhvil verilib və heç yerdə tapılmır. Məhkəmə iclasında iştriak edən Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 305.1.1, 307.1, 307.2.5, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsindən görünür ki, xx.xx.1943-cü il tarixdə İran İslam Respublikasında doğulan Ərizəçi xx.xx.2023-cü il tarixdən Dövlət Miqrasiya Xidməti tərəfindən icazə verilmişdir. A3 seriyalı 141198 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Ərizəçi arasında 07 mart 1969-cu il tarixdə nikah bağlanmış və 251 nömrə ilə qeydə alınmışdır. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X6 ilə Ərizəçi birgə nikahından xx.xx.1970-ci il təvəllüdlü X7 və xx.xx.1978-ci il təvəllüdlü Maraqlı şəxs anadan olmuşdur. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1943-cü il tarixdə İran İslam Respublikasında doğulmuş və X6 ilə 07 mart 1969-cu il tarixdə nikaha daxil olmuşdur. Həmin nikahdan xx.xx.1970-ci il təvəllüdlü X7 və xx.xx.1978-ci il təvəllüdlü Maraqlı şəxs anadan olmuşdur. Daha sonra xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasında yaşaması üçün icazə verilmişdir. Hazırda Ərizəçi X7 və Maraqlı şəxs onun övladları olması faktının müəyyən edilməsini məhkəmədən xahiş edir. Məhkəmənin gəldiyi qənaətə görə, iş materiallarının məcmusu ərizənin əsaslılığını təsdiq etmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı və qanuni olub təmin edilməlidir. xx.xx.1970-ci il tarixdə anadan olan X7 və xx.xx.1978-ci il tarixdə anadan olan Maraqlı şəxs Ərizəçi övladları olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 307-311-ci və 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1970-ci il tarixdə anadan olan X7 və xx.xx.1978-ci il tarixdə anadan olan Maraqlı şəxs Ərizəçi övladları olması faktı müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar