Məhkəmə qərarları › İş №2(004)-4590/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4590/2020

08.10.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4590/2020 08.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçı və eyni zamanda digər iddiaçıların nümayəndəsi Rəcəbov Fı̇krət Əlı̇musa oğlunun iştirakı ilə, İddiaçılar Rəcəbov Fı̇krət Əlı̇musa oğlu, İddiaçı2 Əlı̇musa qızı, Alışova Sevı̇l Əli Musa qızı, İddiaçı4 Əlimusa qızının cavabdehlər Nəsı̇rova Sevı̇l Xanbala qızı, Cavabdeh2, Cavabdeh3 qarşı “mənzildən çıxarılma tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Rəcəbov Fı̇krət Əlı̇musa oğlu, İddiaçı2 Əlı̇musa qızı, Alışova Sevı̇l Əli Musa qızı, İddiaçı4 Əlimusa qızı cavabdehlər Nəsı̇rova Sevı̇l Xanbala qızına, Cavabdeh2, Cavabdeh3 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Nəsı̇rova Sevı̇l Xanbala qızı, Cavabdeh2 və Cavabdeh3 xüsusi mülkiyyətlərində olan Bakı şəhəri, V.Əliyev küçəsi, 189 saylı evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli və xx.xx.2018-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəh., Yasamal ray., Vasif Əliyev küç. 189 saylı ev xüsusi mülkiyyət hüququ əsasında iddiaçılara məxsusdur. Lakin uzun müddətdir Cavabdeh1 və onun övladları Cavabdeh2, Cavabdeh3 müvəqqəti olaraq qalacağlarını bildirmələrinə baxmayaraq, bu günədək evlərindən çıxmırlar. Cavabdehlər iddiaçılara məxsus evdə qalmaqla onların mülkiyyət hüquqlarının həyata keçirilməsinə ciddi maneələr yaradır. Dəfələrlə cavabdehlərdən qeyd olunan evdən çıxmalarını xahiş və tələb etsələr də, onlar, açıq şəkildə bundan imtina etmişdirlər. Məhkəmə iclasında iştirak edən iddiaçı və eyni zamanda digər iddiaçıların nümayəndəsi Rəcəbov Fı̇krət Əlı̇musa oğlu izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. Belə ki, qeyd olunan mənzildə qardaşının keçmiş həyat yoldaşı yaşamışdır. Sonradan o, evdən çıxıb getmişdir. Ondan sonra evdə cavabdehlər yaşayır. Cavabdehlərlə onun heç bir qohumluğu və tanışlığı yoxdur. Həmin şəxslər evdə qeydiyyatda deyildir və onların hansı əsasla həmin evdə yaşamaları ona məlum deyildir. O, cavabdehlərdən evdən çıxmalarını tələb etsə də, onlar onu təhqir etmişdirlər və evdən çıxmamışdırlar. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişidir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməmələrinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışlarından görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 ünvan 1 ünvanında, Cavabdeh3 isə Bakı şəh., Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsi, 87 nömrəli inzibati binada qeydiyyatdırlar. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli və xx.xx.2018-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən, Bakı şəhəri, Yasamal rayonu, Vasif Əliyev küçəsi, 189 saylı ev Rəcəbov Fı̇krət Əlı̇musa oğlunun, İddiaçı2 Əlı̇musa qızının, Alışova Sevı̇l Əli Musa qızının, İddiaçı4 Əlimusa qızının paylı mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, V.Əliyev küçəsi, 189 saylı ev iddiaçılar Rəcəbov Fı̇krət Əlı̇musa oğlunun, İddiaçı2 Əlı̇musa qızının, Alışova Sevı̇l Əli Musa qızının, İddiaçı4 Əlimusa qızının adlarına qeydiyyatdan keçib və hazırda onların paylı mülkiyyətində olsa da, hazırda həmin mənzildə cavabdehlər Nəsı̇rova Sevı̇l Xanbala qızı, Cavabdeh2, Cavabdeh3 Baladai oğlunun istifadəsindədir. İş materiallarında olan DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışlarına əsasən də, cavabdehlərin qeyd olunan mübahisəli evdə qeydiyyatda olmadığı müəyyən edilmişdir. Cavabdehlərin mübahisəli evdə qanunsuz yaşamaları iddiaçıların bir mülkiyyətçi kimi hüquqlarını pozur. Belə ki, cavabdehlərin müvafiq evdə yaşamaları üçün hər hansı bir hüquqi əsas məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, mübahisəli mənzil iddiaçıların xüsusi mülkiyyətində olduğundan, cavabdehlərin həmin mənzildən istifadə hüquqlarının yaranması üçün tərəflər arasında hər hansı bir müqavilə və digər qanuni əsas olmadığından, ddiaçılar haqlı olaraq, cavabdehlərin evdən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbi təmin edilməli, cavabdehlər mübahisəli evdən çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdehlər Nəsı̇rova Sevı̇l Xanbala qızı, Cavabdeh2, Cavabdeh3 Baladai oğlu iddiaçıların mülkiyyətində olan Bakı şəhəri, Vasif Əliyev küçəsi, 189 saylı evdən çıxarılsınlar. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar