Məhkəmə qərarları › İş №2(004)-4595/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4595/2022

28.09.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4595/2022 28.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı “əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin məhkəmə qaydasında ləğv edilməsi, işə bərpa və 7 ay müddətində işdən kənarlaşdırılmağı nəticəsində ona dəymiş ziyan ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı “əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin məhkəmə qaydasında ləğv edilməsi, işə bərpa və 7 ay müddətində işdən kənarlaşdırılmağı nəticəsində ona dəymiş ziyan ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təşkilatdan əmək müqaviləsinə xitam verilməsi haqqında Cavabdeh MMC-nin X3 filialının 1240 nömrəli əmrinin məhkəmə qaydasında ləğv edilməsi, işə bərpa barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 01 oktyabr 2013-cü il tarixdən Cavabdeh MMC-nin Bərdə rayon, Telekommunikasiya qovşağının k\ə 59 nömrəli əmri ilə Mehtixanlı kənd ateistində ektrik mantyoru vəzifəsində işə qəbul olunmuşdur. O işlədiyi müddətdə nümunəvi işçi olmuşdur, nə şifahi, nə də yazılı xəbərdarlıq almamışdır. Lakin Cavabdeh MMC-nin X3 filialının, o cümlədən Cavabdeh MMC-nin Bərdə filialının strukturunda tutduğu elektrik montyor vəzifəsi ştatının ixtisar olunması adı ilə CavabdehMMCnin04oktyabr 2021-ci il tarixli 1240 nömrəli əmrinə əsasən onunla bağlanmış əməkmüqaviləsinəxx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin«b»bəndi ilə xitam verilmişdir. Ancaq o Cavabdeh MMC-nin həmin əmri ilə razı deyil. Belə ki, onun pensiya yaşının son həddinə cəmi bir neçə ay qalmışdı. Bundan əlavə işlədiyi elektrik montyor vəzifəsi ştatının ixtisar olunması bildirilməsinə baxmayaraq onun əmək müqaviləsinə xitam verildikdən sonra həmin ştata başqa şəxs təyin edilmişdir. Belə ki, Mehtixanlı kənd ateisində elektrik mantyoru ştatı deyil,elektrik mühəndisi vəzifəsi ştatı ixtisar edilmiş və onun əmək müqaviləsinə xitam veriləndən sonra mühəndis onun işlədiyi ştata, elektrik mantyoru vəzifəsinə təyin edilmişdir. Bundan əlavə onun pensiya yaşına bir neçə ay qalmış müəssisə tərəfindən əmək müqaviləsinə xitam verilmiş, bugünə qədər əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti, son haqq-hesab, əmək kitabçası və sairə ona təqdim edilməmişdir. Bununla da onun qanunla qorunan hüquqları pozulmuşdur. Odur ki, o Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndiiləəmək müqaviləsinin ləğv edilməsi haqqında 1240 nömrəli əmrin ləğv edilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Daha sonra İddiaçı ilə məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək, 7 (yeddi) ay müddətində işdən kanarlaşdırıldığı məticəsində ona dəymiş ziyanın ödənilməklə iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndasi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, ştat ixtisarı ilə bağlı təqdim etdikləri sənəddən də aydın olduğu kimi İddiaçı ştat ixtisarı ilə işdən azad edilmiş və əmək haqqının iki misli miqdarında müavinət ödənilməsi əmrdə qeyd olunmuşdur. İddiaçı ona heç bir ödəniş edilmədiyini bildirir, ancaq son hazırlıq iclasında ona son haqqhesabın və əmək haqqının iki misli miqdarında müavinətin ödənildiyini etiraf etmişdir. Ştatın ixtisarına səbəb Nazirliyin əmrinə əsasən aparılan struktur dəyişikliyi olmuşdur. Rayonlarda olan Cavabdeh MMC-yə tabe olan qovşaqlar regionallaşmışdır. Əvvəl Bərdə telekommunikasiya qovşağında ştat cədvəlində 77 nəfər olmuşdur. Hazırki cədvəl üzrə bu say 66 nəfərdir. İddiaçının həmin 66 nəfər içərisində olmaması işəgötürənin səlahiyyətidir. Həmkarlara müraciət olunmuş, iclas keçirilmiş, iclas protokolu tərtib olunmuşdur. Bu zaman üstünlük hüququ olan şəxslər nəzərə alınıb. İddiaçının üstünlük hüququnun olması müəyyən olunmamışdır. Xəbərdarlıq müddəti də gözlənilmişdir. Bununla yanaşı iddia ərizəsi iddia müddəti ötürülməklə verilmişdir. İlkin olaraq xx.xx.2022-ci il tarixində Bərdə Rayon Məhkəməsinə iddia ərizəsi göndərilmiş və məhkəmə işi müvafiq ərazi aidiyyəti üzrə göndərilmişdir. Göründüyü kimi iddia ərizəsi əmək müqaviləsinə xitam veriməsi ilə bağlı əmrdən xeyli müddət (təxmini altı ay) keçdikdən sonra verilmişdir. İddiaçı "xxxx" MMC-yə qarşı iddiasını həm əsassız olması səbəbindən, həm də iddia müddəti tətbiq edərək iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Mehdixanlı kənd inzibatı ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixli 459 nömrəli arayışdan görünür ki, vətəndaş İddiaçı Bərdə rayonu Hacalı kəndində yaşayır. İş materiallarında olan İddiaçı məxsus 130 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 01 oktyabr 2013-ci il tarixdə Bərdə Telekommunikasiya qovşağında tam ştat cədvəli əsasında 138,90(yüz otuz səkkiz manat doxsan qəpik) manat aylıq əmək haqqı ilə Mehdixanlı kənd EHTS-da 3-cü dərəcəli elektrik montyoru vəzifəsinə təyin edilmişdir. 04 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (xx.xx.2021-ci il tarixli ixtisarla əlaqədar) uyğun olaraq Əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan əmək kitabçaları sənədlərinin təqdim edilməsi barədə çıxarışdan görünür ki, İddiaçı əmək kitabçası xx.xx.2021-ci il tarixdə təqdim edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli 1-xx-xx/8442-21 saylı məktubun surətindən görünür ki, aparılan araşdırma zamanı "xxxx" MMC ilə işçilər arasında əmək münasibətlərinin tənzimlənməsi zaman hər hansı hüquq pozuntusu halına yol verilməmişdir. 2021-ci ilin sentyabr ayında Cəmiyyətin X3 filialının Bərdə şöbəsinin audit yoxlaması keçirilmiş, yoxlama nəticəsində müəyyən olunmuş uyğunsuzluqların aradan qaldırılması üçün tədbirlər planı hazırlanaraq icra olunmağa başlanmışdır. İş materiallarına əlavə edilmiş Aztelecom MMC-nin X1 (indiki Bərdə filialının) xx.xx.2021-ci il tarixli İddiaçı ünvanladığı məktubdan müəyyən olunur ki, Aztelecom MMCnin Bərdə filialının strukturunda tutduğu elektrik montyoru vəzifəsi ştatı ixtisar olunmuşdur. Xəbərdarlıq alındığı gündən 6 (altı) təqvim həftəsindən sonra tərəflə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC tərəfindən İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli 102-2-102/1388- 22 saylı məktubun surətindən görünür ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olan qurumlarla “X4” MMC arasında əməkdaşlıq çərçivəsində vətəndaşın ictimai iş yerində işlə təmin olunmağı məqsədilə zəruri tədbirlərin görülməsi nəzərdə tutulduğunu bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC Bərdə TKQ,HİK-in sərdri Mənsum Mansurava ünvanladığı xx.xx.2021-ci il tarixli 102-2-102/10013-21 saylı məktubun surətindən görünür ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Ə-118/21/1 saylı xx.xx.2021-ci il tarixli əmrinə əsasən "xxxx" MMC-nin fəaliyyətində səmərliyinin və operativliyin təmin edilməsi məqsədi ilə Tərtər, Goranboy, Mingəçəvir, Bərdə, Ağdam, Yevlax, Naftalan şöbələrinin tabe olduğu X3 Filialının strukturu təsdiq edilmişdir. X3 Filialında və onun tabehliyində olan struktur bölmələrində işləyən işçilərin sayının və ştatların həmin əmrlə təsdiq edilmiş ştat cədvəlinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədi ilə adları qeyd olunan işçilərin tutduğu vəzifə ştatlarının ixtisarı ilə əlaqədar həmin işçilər ilə bağlanmış əmək müqavilələrinə xitam verilməsinə münasibət bildirilməsi zərurəti yaranmışdır. Cədvəldə 22 nömrəli işçi İddiaçı-xx.xx.1957-ci il təvəllüdlüdür, orta-ixtisaslıdır (Bərdə pambıqçılıq texnikumu, texnik-mexanik), 2-ci qrup əlildir. xx.xx.2013-cü il tarixində X1 elektrik montyoru vəzifəsinə işləyir. Qanunvericilikdə nəzərdə tutulan xəbərdarlıq müddəti bitdikdən sonra qeyd olunan işçilər ilə bağlanmış əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən xitam verilməsi məsələsinə münasibət bildirməyini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 1240 nömrəli əmrin surətindən görünür ki, İddiaçı - Bərdə TKQ-nin elektrik montyoru xx.xx.2021-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı ilə əlaqədar olaraq) işdən azad edilməsini və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Bərdə TKQ-nin HİK-nin heyəti tərəfindən keçirilən 13 avqust 2021-ci il tarixli 16 saylı protokolun surətindən görünür ki, "xxxx" MMC-nin Bərdə TKQ-nin Həmkarlar İttifaqı Komitəsi qanunvericiliyə uyğun olaraq ixtisarın olunmasına etiraz edilmədiyi qərara almışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli şikayət ərizəsindən müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikası Həmkarlar İttifaqı Komitəsinə təxirə salınmaz yoxlamaların aparılması və işə qayıtmağına zəruri köməklik göstərilməsinin xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı 01 oktyabr 2013-cü il tarixdən Cavabdeh MMC-nin Bərdə rayon, Telekommunikasiya qovşağının k\ə 59 nömrəli əmri ilə Mehtixanlı kənd ateistində elektrik mantyoru vəzifəsinə işə qəbul olunmuşdur. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 1240 nömrəli əmri ilə İddiaçı - Bərdə TKQ-nin elektrik montyoru üzrə xx.xx.2021-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatları ixtisarı ilə əlaqədar olaraq) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı cavabdeh təşkilatdan əmək müqaviləsinə xitam verilməsi haqqında Cavabdeh MMC-nin X3 filialının 1240 nömrəli əmrinin məhkəmə qaydasında ləğv edilməsi, işə bərpa barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının müvafiq tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüququ işəgötürənin əsas hüquqlarından biridir. Həmin Məcəllənin 70-ci maddəsinin «b» bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71.1-ci maddəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 77.1-77.3-cü maddələrinin tələblərinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. Həmin Məcəllənin 78.1 və 78.2-ci maddəsinə əsasən, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Həmin Məcəllənin 79-cu maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşına çatmamış uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqı təşkilatının və ya hər hansı siyası partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ qrup əlil ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Həmin Məcəllənin 80.1-ci və 80.2-ci maddələrinin tələblərinə görə bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli şəkildə təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan əmək münasibətlərinə xitam verilə bilməz. Beləliklə, iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə ştatın ixtisar edilməsi əsası ilə xitam verilmişdir. Məhkəmə araşdırması zamanı əmək müqaviləsinə xitam verilməsində cavabdeh-təşkilat tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, işçi-iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, iddiaçı cavabdeh tərəfindən ştatın ixtisar edilməsi səbəbi ilə əmək münasibətlərinə xitam veriləcəyi barədə xəbərdarlıq edilmiş, həftənin bir iş günü əmək funksiyasının icrasından azad edilməklə yeni iş yeri axtarmağa ona şərait yaradılmış, həmkarlar ittifaqı təşkilatına müraciət edilmiş və iddiaçının işdən azad edilməsinə qabaqcadan razılığı alınmışdır. İddiaçının eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78, 79-cu maddələrində qeyd olunan işçinin işdə saxlanmaq üçün üstünlük hüququna malik olub-olmaması yoxlanılmışdır. Tərəflər arasında bağlanmış əmək müqaviləsi Cavabdeh MMC -nin xx.xx.2021-ci il tarixli əmrinə əsasən ləğv edilmiş, əmək müqaviləsinin ləğv edilməsi barədə məlumat verilməklə onunla son haqq-hesab aparılmışdır. Göründüyü kimi İddiaçı ştatların ixtisarı ilə əlaqədar olaraq işdən azad edilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. Eyni zamanda iddiaçı iddia ərizəsində bugünədək əmək kitabçası, son haqq-hesabı vaxtında almadığını qeyd etsə də, bu hal iş üzrə sübutlarla, eyni zamanda iddiaçının öz izahatı ilə öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı hazırlıq iclasında əmək kitabçasını və son haqq-hesabını vaxtında aldığını bildirmişdir. Bundan əlavə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibət bildirərək, məhkəmə qeyd edir ki, İddiaçı xx.xx.2021-ci il tarixli 1240 nömrəli əmr ilə işdən azad edildikdən sonra əmək kitabçasını xx.xx.2021-ci il tarixdə alsa da xx.xx.2022-ci il tarixdə Bakı 11 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Bununla da, İddiaçı tərəfindən əmək qanunvericiliyi ilə fərdi əmək mübahisələri üçün müəyyən edilmiş iddia müddəti üzrsüz səbəbdən ötürülmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin maddənin 2-ci bəndinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Bu maddənin 3-cü hissəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. R.Cavadov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu 29 iyun 2007-ci il tarixli qərarında qeyd edir ki, bu norma yalnız şəxsin onun güman edilən hüququnun pozulmasına aid faktları bilib-bilməməsi ilə bağlıdır. Həmin norma şəxsin öz hüquqlarına və bu hüquqların qorunmasına dair qanunları bilməməsi ilə əlaqələndirilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi əmrin ləğvi və işə bərpa hissədə təmin edilmədiyindən, 7 (yeddi) ay müddətində işdən kanarlaşdırıldığı məticəsində ona dəymiş ziyanın ödənilməsi hissəsində də iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-nə qarşı “əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin məhkəmə qaydasında ləğv edilməsi, işə bərpa və 7 ay müddətində işdən kənarlaşdırılmağı nəticəsində ona dəymiş ziyan ödənilməsi”nə dair iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı “əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin məhkəmə qaydasında ləğv edilməsi, işə bərpa və 7 ay müddətində işdən kənarlaşdırılmağı nəticəsində ona dəymiş ziyan ödənilməsi”nə dair iddia tələbi təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar