Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4597/2024 25.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə, “doğum faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə, “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Babayeva Xədicənin doğum tarixinin xx.xx.2013-cü il, doğum yerinin Bakı şəhəri, ana və atanın naməlum olması göstərilməklə doğum faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 fevral tarixli 1599 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (bundan sonra - Nazirlik) həvalə edilmiş səlahiyyətlərdən irəli gələrək sosial xidmət müəssisələrində olan uşaqlarla aparılan işlər çərçivəsində “Ümid Yeri” Xeyriyyə Cəmiyyəti İctimai X3 (bundan sonra - Sığınacaq) məskunlaşmış Babayeva Xədicənin (ata adı məlurn deyildir) doğum haqqında şəhadətnaməsinin olmadığı müəyyən edilmişdir. Aparılmış qiymətləndirmə zamanı adıçəkilən uşağın X6 adlı şəxs tərəfindən dünyaya gətirildiyi bildirilsə də, onun uşağın anası olmasını təsdiq edən heç bir hüquqi sənədin mövcud olmadığı, həmçinin sözügedən şəxs tərəfindən işgəncələrə məruz qaldığından xx.xx.2020-ci il tarixində Sabunçu Rayon İcra Hakimiyyəti və Şüvəlan Uşaq və X7 tərəfindən akt əsasında Sığınacağa yerləşdirildiyi, F.Babayevanın isə hazırda cəzaçəkmə müəssisəsində olduğu müəyyən edilmişdir. Uşağın yaşının müəyyən edilməsi məqsədi ilə Xəzər Rayon Polis İdarəsinin 3cü Polis İdarəsinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X5” X8 müraciəti əsasında tərtib edilmiş xx.xx.2021-ci il tarixli 123 nömrəli ekspert rəyində sümük yaşının təxmini olaraq 7-8 ilə uyğun gəldiyi qeyd edilmişdir. Adıçəkilən uşağın doğumunun qeydə alınması üçün Nazirlik tərəfindən xx.xx.2024-cü il tarixli, 3-17/2-7184/2024 nömrəli məktubla Maraqlı şəxsnə müraciət olunmuşdur. Maraqlı şəxs Nazirliyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3- 16-5/8-17-786/24 nömrəli cavab məktubunda doğum haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün doğumun qeydiyyata alınmasının mümkün olmadığı bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Bildirmişlər ki, hazırda uşağın şəxsiyyətini təsdiq edən heç bir sənəd olmadığı üçün təhsildən yayındığını nəzərə alaraq və aşağıda qeyd edilən müddəaları rəhbər tutaraq, uşağın doğum faktının müəyyən olunması zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə məktub ünvanlayaraq, işin çoxluğu ilə əlaqədar olaraq işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Maraqlı şəxsnə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17/2-7184/2024 nömrəli doğumun qeydə alınması haqqında məktubundan görünür ki, sosial xidmət müəssisəsində məskunlaşmış Babayeva Xədicənin doğumun qeydə alınması üçün köməklik göstərilməsini xahiş edilmişdir. - Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16-5/8-17-786/24 nömrəli cavab məktubunda, doğum haqqında şəhadətnaməsi təqdim edilmədiyindən, doğumun qeydiyyata alınmasının mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X5” PHŞ-nin 123 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən Babayeva Xədicənin müəyyən edilmiş yaşı 7-8 ilə uyğun gəlir. - “Ümid Yeri” Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin 04 noyabr 2020-ci il tarixli təhvil-təslim aktına əsasən Babayeva Xədicə anası xx.xx.1994-cü il təvəllüdlü X6 tərəfindən işgəncələrə məruz qalması və azyaşlının həyatının təhlükədə olması səbəbindən 04 noyabr 2020-ci il tarixdə “Ümid Yeri” Uşaq Sığınacağına təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2, 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladılğa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 114.1-ci maddəsinə əsasən, valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən sosial xidmət müəssisələrindən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Ailə Məcəlləsinin 159.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Ailə Məcəlləsinin 166.1-ci maddəsinə əsasən, doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Ailə Məcəlləsinin 166.2-1-ci maddəsinə əsasən, doğum faktının müəyyən edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarın 4-cü bəndinə əsasən, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarın 4.3-cü bəndinə əsasən, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixində Sabunçu Rayon İcra Hakimiyyəti və Şüvəlan Uşaq və X7 tərəfindən akt əsasında Sığınacağa yerləşdirildiyi, F.Babayevanın isə hazırda cəzaçəkmə müəssisəsində olduğu müəyyən edilmişdir. Uşağın yaşının müəyyən edilməsi məqsədi ilə Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis İdarəsinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X5” X8 müraciəti əsasında tərtib edilmiş xx.xx.2021-ci il tarixli 123 nömrəli ekspert rəyində sümük yaşının təxmini olaraq 7-8 ilə uyğun gəldiyi qeyd edilmişdir Adıçəkilən uşağın doğumunun qeydə alınması üçün Nazirlik tərəfindən xx.xx.2024-cü il tarixli, 3-17/2-7184/2024 nömrəli məktubla Maraqlı şəxsnə müraciət olunmuş, Maraqlı şəxs tərəfindən doğum haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün doğumun qeydiyyata alınmasının mümkün olmadığı bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Hazırda uşağın şəxsiyyətini təsdiq edən heç bir sənəd olmadığı üçün təhsildən yayındığını nəzərə alaraq, uşağın doğum faktının müəyyən olunması zərurəti yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, Babayeva Xədicənin xx.xx.2013-cü il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilməli, doğum haqqında akt qeydləri kitabında Babayeva Xədicənin doğum tarixi xx.xx.2013-cü il, doğulduğu yer - “Bakı şəhəri”, “ana” və “ata” qrafası naməlum olmaqla məlumatlar göstərilməklə ona doğum haqqında şəhadətnamənin verilməsi qeydiyyat şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və AR MPM-in 216-220, 307-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Babayeva Xədicənin xx.xx.2013-cü il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında Babayeva Xədicənin doğum tarixi xx.xx.2013-cü il, doğulduğu yer - “Bakı şəhəri”, “ana” və “ata” qrafası naməlum olmaqla məlumatlar göstərilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən Babayeva Xədicənin adına göstərilən məlumatlar əsasında doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-4597/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4597/2024
25.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver