Məhkəmə qərarları › İş №2(004)-4608/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4608/2020

20.10.2020 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4608/2020 20.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “şəxsin ölmüş elan edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “şəxsin ölmüş elan edilməsi” tələbinə dair ərizə xx.xx.2020-cu ildə məhkəməyə müraciət edərək, onun əri - xx.xx.1958ci ildə Bakı şəhərində doğulmuş və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli 2(004)-15144/2016 nömrəli qətnaməsi ilə xx.xx.1996-cı il tarixdən xəbərsiz itkin düşmüş hesab edilmiş Dolxanov Nazim Şöhlət oğlunun ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə etdi və izahatında bildirdi ki, o, xx.xx.1958-ci ildə Bakı şəhərində doğulmuş Dolxanov Nazim Şöhlət oğlu ilə xx.xx.1985-ci ildə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Birgə nikahdan onların xx.xx.1987-ci il təvəllüdlü Emil və xx.xx.1990-cı il təvəllüdlü Ziya adlı iki övladı doğulmuşdur. Onlar 1985-ci ildən 1990-cı ilə kimi Almaniyada yaşamışlar. Dolxanov Nazim Şöhlət oğlu hərbi həkimdermatoloq olmuşdur, 1990-cı ildə Bakı şəhərinə köçmüşlər. Bir müddətdən sonra ehtiyata buraxılmışdır. Dolxanov Nazim Şöhlət oğlu xx.xx.1996-cı ildə Almaniyaya getmək adı ilə evdən çıxmışdır. Həmin vaxtdan sonra ərindən heç bir xəbər ala bilməmişlər, hər yeri axtarsalar da, onu tapa bilməmişlər. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli qətnaməsi ilə Dolxanov Nazim Şöhlət oğlu xx.xx.1996-cı il tarixdən xəbərsiz itkin düşmüş hesab edilmişdir. Bundan sonra da, hər hansı xəbər ala bilməmişlər, ərini tapa bilməmişlər. Odur ki, onun ölmüş elan edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, xx.xx.1961-ci ildə Bakı şəhərində doğulmuş Ərizəçi ilə xx.xx.1958-ci ildə Bakı şəhərində doğulmuş Dolxanov Nazim Şöhlət oğlu xx.xx.1985-ci ildə 632 nömrəli akt qeydi ilə rəsmi nikah bağlayaraq ailə qurmuşlar, birgə nikahdan onların xx.xx.1987-ci il təvəllüdlü Emil və xx.xx.1990-cı il təvəllüdlü Ziya adlı iki övladı doğulmuşdur. Dolxanov Nazim Şöhlət oğlu xx.xx.1996-cı ildə Almaniyaya getmək adı ilə evdən çıxmışdır. Həmin vaxtdan sonra ərizəçi ərindən heç bir xəbər ala bilməmiş, hər yeri axtarsa da, onu tapa bilməmişlər. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-15144/2016 nömrəli qətnaməsi ilə Ərizəçi əri Dolxanov Nazim Şöhlət oğlu xx.xx.1996-cı il tarixdən xəbərsiz itkin düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsinin X1 rəisi Tərxan Əhmədov xx.xx.2020-ci il tarixli 043-3809-140 nömrəli məktubla məhkəmənin xx.xx.2020ci il tarixli sorğusuna cavab verərək bildirmişdir ki, Nazim Dolxanovun itkin düşməsi ilə bağlı Ərizəçi, onun ailə üzvləri və ya digər şəxslər tərəfindən Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə hər hansı müraciət daxil olmamış, bu istiqamətdə heç bir əməliyyat-axtarış tədbirləri həyata keçirilməmişdir. xx.xx.1958-ci il təvəllüdlü Dolxanov Nazim Şöhlət oğlu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin PORTAL və İAMAS sistemləri vasitəsilə yoxlanılmış, lakin müsbət nəticə əldə edilməmişdir. Bakı şəhəri Yasamal RPİ 27-ci PB-nin rəisi Cavid Usubov xx.xx.2020-ci il tarixli 093- 20583-1220 nömrəli məktubla məhkəmənin xx.xx.2020-ci il tarixli sorğusuna cavab verərək bildirmişdir ki, DİN-in müvafiq əmrinə əsasən Bakı şəhəri Yasamal RPİ 27-ci PBdə sənədlərin saxlama müddəti 5 il olduğundan Ərizəçi və yaxud digər ailə üzvlərinin Dolxanov Nazim Şöhlət oğlunun itkin düşməsi ilə əlaqədar 1996-cı ildə müraciətin olubolmaması barədə hər hansı bir məlumat vermək imkan xaricindədir. Eyni zmanda bildirmişdir ki, xx.xx.1958-ci il təvəllüdlü Dolxanov Nazim Şöhlət oğlununxəbərsiz itkin düşmüş şəxs kimi axtarışı ilə əlaqədar Bakı şəhəri Yasamal RPİ 27-ci PB-də axtarış işi yoxdur. Azərbaycan Respublikası MPM-in 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Azərbaycan Respublikası MPM-in 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Mülki Məcəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi əri - xx.xx.1958-ci ildə Bakı şəhərində doğulmuş və xx.xx.1996-cı il tarixdən xəbərsiz itkin düşmüş hesab edilmiş Dolxanov Nazim Şöhlət oğlu ölmüş elan edilməli, qətnamənin qanuni qüvvəyə mindiyi gün - Dolxanov Nazim Şöhlət oğlunun ölüm günü sayılmalıdır. Ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 312-315, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi əri - xx.xx.1958-ci ildə Bakı şəhərində doğulmuş və xx.xx.1996-cı il tarixdən xəbərsiz itkin düşmüş hesab edilmiş Dolxanov Nazim Şöhlət oğlu ölmüş elan edilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi gün - Dolxanov Nazim Şöhlət oğlunun ölüm günü sayılsın. Dolxanov Nazim Şöhlət oğlunun adına ölüm haqqında şəhadətnamə verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar