Məhkəmə qərarları › İş №2(004)-4609/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4609/2025

06.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4609/2025 06.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər qismində Bakı şəhəri Maraqlı şəxs1 və Maraqlı şəxs2 cəlb edilməklə “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs1 cəlb edilməklə “doğum faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il təvəllüdlü X2 İraqda doğulması, xx.xx.2016-cı il təvəllüdlü X3 Suriyada doğulması, xx.xx.2023-cü il təvəllüdlü X1 Türkiyə Respublikasında doğulması ata bəndində Maraqlı şəxs2, milliyəti azərbaycanlı, ana bəndində Ərizəçi, milliyyəti azərbaycanlı yazılmaqla doğum faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi Maraqlı şəxs2 ilə xx.xx.2013-cü il tarixdə 1148 nömrəli akta əsasən Maraqlı şəxs1ndə nikaha daxil olmuşlar. Birgə nikahdan 4 övladları vardır. Uşaqlardan birinin yəni X5 doğumunu xx.xx.2013-cü il tarixdə 3643 nömrəli akt ilə Yasamal qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır. Lakin digər uşaqlarına doğum haqqında şəhadətnamə müəyyən səbəblərdən ala bilməmişdir. 2015-ci il tarixdə yoldaşı ilə birlikdə Suriyaya getmişlər. 7 il olar ki, Türkiyədə yaşayır. 2025-ci il tarixdə Azərbaycan Respublikasına qayıtmışlar. Hal-hazırda uşaqlarına doğum haqqında şəhadətnamə və vəsiqə ala bilmir. Doğumun qeydiyyata alınması üçün xx.xx.2025-ci il il tarixdə Maraqlı şəxs1nə müraciət etmişdir. Qeydiyyat şöbəsi tərəfindən ona doğumun qeydiyyata Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən doğumun qeydə alınması üçün, doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma köməklik göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim olunmalıdır. Göstərilən əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Göründüyü kimi, doğum faktının müəyyən edilməsi qeydiyyat şöbəsində qeyri-mümkündür. Məhkəmənin təşəbbüsü ilə Maraqlı şəxs2 maraqlı şəxs qismində cəlb olunmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, maraqlı şəxslər məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Maraqlı şəxs2 izahatında Ərizəçi onun arvadı olduğunu, 2010-cu ildə Azərbaycanda nikaha daxil olduqlarını, birgə nikahdan Ömər, Sevda, İmara və Məryəm adlı 4 uşağının olduğunu, Ömərin Azərbaycanda, İmaranın 2015-ci ildə İraqın Mosul şəhərində, Sevdanın 2016-cı ildə Suriyanın Əlbəb şəhərində, Məryəmin isə 2023-cü ildə Türkiyənin Kocaəli şəhərində doğulduğunu bildirdi. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs1 tərəfindən xx.xx.2025-ci il tarixində verilmiş, AZ-T 073076 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən Maraqlı şəxs2 və Ərizəçi xx.xx.2013-cü il tarixində nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1148 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Həziyev, arvada Həziyeva soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs1 tərəfindən xx.xx.2025-ci il tarixində verilmiş, AZ-T 312076 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X10 xx.xx.2011-ci il tarixində doğulmuşdur və bu barədə doğum haqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixində 3643 nömrə ilə qeyd edilmişdir. Atası Maraqlı şəxs2, anası X4r. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs1 xx.xx.2025-ci il tarixli, 3165/8-15- 1872/25 nömrəli müraciətə cavab məktubuna əsasən doğum haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən doğumun qeydiyyata alınmasının imkanları xaricində olduğu, Maraqlı şəxs1 tərəfindən aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ankaradakı Səfirliyi tərəfindən xx.xx.2025-ci il tarixində verilən AA0281137 nömrəli Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinə əsasən X8 xx.xx.2015-ci il tarixində İraqda doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ankaradakı Səfirliyi tərəfindən xx.xx.2025-ci il tarixində verilən AA0281138 nömrəli Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinə əsasən X9 xx.xx.2016-cı il tarixində Suriyada doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ankaradakı Səfirliyi tərəfindən xx.xx.2025-ci il tarixində verilən AA0281139 nömrəli Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinə əsasən X6 xx.xx.2023-cü il tarixində Türkiyədə doğulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli T.C X12 Raporundan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Ərizəçi xx.xx.2023-cü il tarixində Kocaeli ili, Gölcük ilçesi, X16 Gölcük-də 2.590 gr ağırlığında, 48,0 cm uzunluğunda qız övladı dünyaya gətirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli, 5-10/2-1392/2025 nömrəli müraciətə cavab məktubuna əsasən sözügedən müraciətin araşdırılması məqsədi ilə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının müdafiəsi üzrə komissiyanın üzvləri tərəfindən xx.xx.2025-ci il tarixdə vətəndaş Ərizəçi yetkinlik yaşına çatmayan övladları və valideynləri ilə birlikdə yaşadıqları Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, N.Səmədov küçəsində yerləşən fərdi yaşayış evində olmuş, həm Ərizəçi həmdə onun övladları ilə fərdi qaydada söhbətlər aparılmış, qeyd olunan məsələ barədə ananın fikri öyrənilmişdir. Söhbət zamanı müəyyən edilmişdir ki, Maraqlı şəxs2 və Ərizəçi 2011-ci ildə rəsmi nikahla ailə həyatı qurmuş və bir müddət Ərizəçi valideynlərinin yaşadığı mənzildə onlarla birlikdə yaşamışlar. 2015-ci ildə Türkiyəyə köçən ailə 2016-cı ildə isə Suriya Ərəb Respublikasına getmiş ailə 2019-cu ilədək orada yaşamış və 2019-cu ildə qaçaq yolu ilə Türkiyə Respublikasının Kocaeli şəhərinə qaçan ailə üzvləri orada yerləşmiş, 2025-ci ilin iyun ayının əvvəllərinədək orada yaşamış və Azərbaycan Respublikasına geri dönərək valideynlərinin yaşadığı evdə yaşamağa başlamışlar. Ərizəçi Suriya Ərəb Respublikasından qaçan zaman sənədlərini itirdiklərini, hazırda övladlarının vəsiqələrinin olmadığını və bu səbəbdən də onları hər hansı bir məktəbə yerləşdirilmələrində çətinliklərlə üzləşdiyini qeyd edərək ona köməklik göstərilməsini xahiş etmişdir. Qeyd olunan məsələ iə bağlı bildirirlər ki, aparılan araşdırma zamanı həm vətəndaş Ərizəçi həm də valideynləri Yasamal rayonu pasport qeydiyyatında olduqları üçün Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya Ərizəçi qeyd olunan məsələnin həlli ilə bağlı Yasamal Rayon Qeydiyyat İdarəsinə müraciət etməsini məqsədəuyğun hesab edir. Məsələnin araşdırılmasının nəticəsi barədə nəzərə çatdırırlar ki, Ərizəçi ailənin hansı ehtiyaclarının olduğu barədə məlumat almaq istədikdə o, övladlarının yenidən tibbi müayinədən keçirilməsində, övladları üçün lazımi sənədlərin hazirlanmasında və uşaqların yaxın məktəblərdən birinə yerləşdirilməsində ona köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 4-cü bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Ərizəçi ilə Maraqlı şəxs2 arasında xx.xx.2013-cü tarixdə Bakı şəhəri Maraqlı şəxs1ndə nikah bağlanmışdır. Birgə nikahlarından 4 (dörd) övladları dünyaya gəlmişdir. İlk övladları X10 xx.xx.2011-ci il tarixində Bakı şəhərində doğulmuşdur. Daha sonra onlar İraq, Suriya, Türkiyədə yaşamış və digər 3 uşaq həmin ölkələrdə doğulmuşdur. Hazırda Ərizəçi məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il təvəllüdlü X2 İraqda, xx.xx.2016-cı il təvəllüdlü X3 Suriyada, xx.xx.2023-cü il təvəllüdlü X1 Türkiyədə doğulması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olunur ki, X8 xx.xx.2015ci il tarixində İraqda, X9 xx.xx.2016-cı il tarixində Suriyada, X6 xx.xx.2023-cü il tarixində Türkiyədə doğulmuşdur. Ataları Maraqlı şəxs2, anaları Ərizəçidır. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, X2 xx.xx.2015-ci il tarixdə İraqda doğumunun, X3 xx.xx.2016-cı il tarixində Suriyada doğumunun, X1 xx.xx.2024-cü il tarixdə Türkiyədə doğumunun qeyd edilməsi faktı müəyyən edilməli, doğum haqqında akt qeydləri kitabında X2 doğum tarixi xx.xx.2015-ci il, doğulduğu yer İraq, ata qrafasında – Maraqlı şəxs2 (milliyyəti azərbaycanlı), ana qrafasında – Ərizəçi, doğum haqqında akt qeydləri kitabında X3 doğum tarixi xx.xx.2016-cı il, doğulduğu yer Suriya, ata qrafasında – Maraqlı şəxs2 (milliyyəti azərbaycanlı), ana qrafasında – Ərizəçi (milliyyəti azərbaycanlı), doğum haqqında akt qeydləri kitabında X1 doğum tarixi xx.xx.2023-cü il, doğulduğu yer Türkiyə, ata qrafasında – Maraqlı şəxs2 (milliyyəti azərbaycanlı), ana qrafasında – Ərizəçi (milliyyəti azərbaycanlı) kimi məlumatlar göstərilməklə onlara yeni doğum haqqında şəhadətnamənin verilməsi qeydiyyat şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X2 xx.xx.2015-ci il tarixdə İraqda doğumunun, X3 xx.xx.2016-cı il tarixində Suriyada doğumunun, X1 xx.xx.2024-cü il tarixdə Türkiyədə doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında X2 doğum tarixi xx.xx.2015-ci il, doğulduğu yer İraq, ata qrafasında – Maraqlı şəxs2 (milliyyəti azərbaycanlı), ana qrafasında – Ərizəçi (milliyyəti azərbaycanlı), yazılsın. Doğum haqqında akt qeydləri kitabında X3 doğum tarixi xx.xx.2016-cı il, doğulduğu yer Suriya, ata qrafasında – Maraqlı şəxs2 (milliyyəti azərbaycanlı), ana qrafasında – Ərizəçi (milliyyəti azərbaycanlı), yazılsın. Doğum haqqında akt qeydləri kitabında X1 doğum tarixi xx.xx.2023-cü il, doğulduğu yer Türkiyə, ata qrafasında – Maraqlı şəxs2 (milliyyəti azərbaycanlı), ana qrafasında – Ərizəçi (milliyyəti azərbaycanlı), yazılsın. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X2, X3, X1 adına göstərilən məlumatlar əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar