Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-461/2024 27.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “məcburi pay hüququndan məhrum edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qanun üzrə vərəsəlik hüququndan və məcburi pay hüququndan məhrum edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ona münsaibətdə qanun üzrə vərəsəlik hüququndan və məcburi pay hüququndan məhrum edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə sonradan xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1971-ci ildə Bakı şəhərində doğulmuş Cavabdeh anası - xx.xx.1940-cı ildə Qazax rayonunda doğulmuş İddiaçı münasibətdə məcburi pay hüququndan məhrum edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, xx.xx.1940-cı ildə Qazax rayonunda doğulmuş İddiaçı xx.xx.1971-ci ildə Bakı şəhərində doğulmuş Cavabdeh doğma anasıdır. Cavabdeh anası İddiaçı qarşı heç bir əxlaqa sığmayan, birgə yaşayış qaydalarına, milli xüsusiyyətlərə uyğun gəlməyən, valideyninə qarşı mütəmadi olaraq qeyri-qanuni hərəkətlər törətmiş, ona qarşı əxlaqsız hərəkətlər etmiş və cinayət törətmişdir. Hazırda da cavabdeh bu əməllərindən əl çəkmir, iddiaçıya əl qaldırır, onu təhdid edərək döyür. Belə ki, cavabdehin yaşlı, qoca anasının qayğısına qalmaq, onun sağlamlığını qorumaq, ona can sağlığı arzulamaq, nəsihətləri ilə durub-oturmaq, hörmətini saxlamaq əvəzinə, cavabdeh tərəfindən yalnız təhqir, nalayiq sözlər, döyülməyə və cinsi zorakılığa məruz qalmaq, ölümünü arzulamaq kimi hərəkətlərə bu vaxta qədər dözsə də, iddiaçı artıq bu vəziyyətlə barışa bilmir. Cavabdeh tərəfindən iddiaçı dəfələrlə döyülmüş, işgəncəyə məruz qalmışdır. Bu barədə cavabdehin iddiaçıya qarşı hərəkətləri nəticəsində cavabdehə Azərbaycan Respublikası CM-nin 150.2.4-cü və 177.1-ci maddəsi ilə cinayət işi açılmış və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə ona 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilmişdir. Bundan əlavə olaraq cavabdeh 2003-cü ildə Azərbaycan Respublikası CM-nin 234.1-ci və 2009-cıı ildə isə 177.2.2-ci maddəsi ilə cinayət işi açılmış və hökmlə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cavabdeh azadlığa çıxdıqdan sonra yenə əməllərindən çəkinməmiş və anasına qarşı öz niyyətindən əl çəkməyərək xəsarətlər yetirmişdir. Bu səbəbdən də hazırda şikayəti üzrə Binəqədi rayon Polis Şöbəsində araşdırma aparılır. Cavabdeh həbs olunmamışdan əvvəl anası ilə birgə ünvan 1 ünvanda yaşamışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(001)-1124/2023 nömrəli qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.1- 1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs Cavabdeh barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bütün bunlara görə iddiaçı belə bir ləyaqətsiz övladının gələcəkdə ona məxsus əmlaklardan məcburi pay almasını istəmir. Odur ki, iddia tələbinin təmin edilməsini, xx.xx.1971-ci ildə Bakı şəhərində doğulmuş Cavabdeh anası xx.xx.1940-cı ildə Qazax rayonunda doğulmuş İddiaçı münasibətdə məcburi pay hüququndan məhrum edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(001)-1124/2023 saylı qərarı ilə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs Cavabdeh barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Cavabdeh hazırda Bakı İsintaq Təcridxanasında həbsdə saxlanıldığına görə iddia ərizəsinin surəti və məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş ona təqdim edilməsi və yazılı etiraz avə mülahizələrinin məhkəməyə göndərilməsi üçün Bakı İsintaq Təcridxanasına göndərilmişdir. Lakin cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz və mülahizələrini məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Mülki Məcəllənin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Mülki Məcəllənin 1203.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. 1203.2. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. 1203.3. Məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qərar mirasın açıldığı andan qüvvədə olur. Miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət etdiyi, lakin qərarın onun ölümündən sonra qəbul edildiyi halda da bu cür nəticə baş verir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin “vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəası həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən halları əhatə edərək nəinki miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları da ehtiva edir. İşdə olan sənədlərdən müəyyən edilir ki, xx.xx.1940-cı ildə Qazax rayonunda doğulmuş İddiaçı xx.xx.1971-ci ildə Bakı şəhərində doğulmuş Cavabdeh doğma anasıdır. Cavabdeh anası İddiaçı ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ünvan 3 ünvanda yaşamışdır. 2013-cü ildə həbsdən çıxandan sonra tüfeyli həyat tərzi keçirtmiş, spirtli içkilər içmiş, anası ilə münaqişə yaratmışdır. Cavabdeh xx.xx.2017-ci ildə saat 14:30 radələrində yaşadıqları Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Füzuli küçəsi 4 nömrəli evdə 1940-cı il təvəllüdlü anası İddiaçı müqavimət göstərmək imkanının olmadığından, yəni köməksiz vəziyyətdə olmasından istifadə edərək, ona fiziki ağrılar yetirərək xüsusi amansızlıqla sifət və baş nahiyyəsinə yumruq və sillə zərbələri ilə vuraraq ona sağ və sol gözətrafı nahiyələrinin yumşaq toxumasının əziyi və qançır, sol göz almasının ağlı qişasının qansızması, alt dodağın sol hissəsinin yumşaq toxumasının əziyi, qançırı və selikli qişasının qansızması, baş beyin silkələnməsi ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yungül zərər vurmaya aid olan bədən xəsarətləri yetirmiş, İddiaçı döşəməyə uzadaraq alt paltarını cırmış, sonra isə özü lüt soyunaraq öz cinsiyyət orqanını onun arxa anal dəliyinə sürtərək, anası İddiaçı qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(101)-1290/2017 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.4 və 177.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.4-cü maddəsi ilə 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə ona qəti olaraq 08 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 05 nömrəli məktubundan müəyyən ediliri ki, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2017-ci il tarixli 1(103)- 1867/2017 nömrəli qərarına əsasən zərərçəkmiş şəxs İddiaçı Pəri qızının nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(101)-1290/2017 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə xitam verilmiş və Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə dair müddəalar hökmdən xaric edilmişdir. Hökm Cavabdeh Cinayət Məcəlləsinin 150.2.4-cü maddəsi ilə təqsirli bilinib 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi hissəsində dəyişdirilmədən saxlanılmış və qərar elan olunduğu andan qanuni qüvvəyə minmişdir. Hökm xx.xx.2018-ci il tarixdə icraya yönəldilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2018-ci il tarixli 1(102)-412/2018 nömrəli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarından müdafiəçi X1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş və Cavabdeh Cinayət Məcəlləsinin 150.2.4-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 06 ilə endirilmiş və qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(001)-1124/2023 nömrəli qərarı ilə ********* nömrəli cinəyət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Cavabdeh barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəlii xx.xx.2023-cü il tarixdən saat 00:45-cən hesablanmışdır. Qərarın icrası Bakı İstintaq Təcridxanasına həvalə edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi, cavabdehin doğma anası olan iddiaçıya qarşı qəsdən cinayət törətməsi və əxlaqsız hərəkət etməsi məhkəmə araşdırması zamanı məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə öz təsdiqini tapmışdır. Cavabdehin iddiaçıya qarşı qəsdən cinayət törətməsi və əxlaqsız hərəkətlər etməsi, cavabdehin iddiaçıya münasibətdə məcburi pay hüququndan məhrum edilməsi üçün əsasdır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.1971-ci ildə Bakı şəhərində doğulmuş Cavabdeh (FİN:xxxxxxx) anası xx.xx.1940-cı ildə Qazax rayonunda doğulmuş İddiaçı (FİN:xxxxxxx) münasibətdə məcburi pay hüququndan məhrum edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-461/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-461/2024
27.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver