Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4622/2023 27.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh “Kəngərli və Partnyorları” Vəkil Bürosuna qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Kəngərli və partnyotları” Vəkil Bürosuna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Kəngərli və partnyotları” Vəkil Bürosundan 2700 (iki min yeddi yüz manat) məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının tapşırığına əsasən qardaşı X7 “Kəngərli və partnyotları” Vəkil Bürosuna getmişdir. Həmin büro vasitəsilə ona yüksək keyfiyyətli hüquqi yardım göstərilməsinə dair xx.xx.2021-ci il tarixli 207 nömrəli müqavilə bağlanmış 2700 manat pul vəsaiti büronun hesabına ödənilmişdir. “Kəngərli və partnyotları” Vəkil Bürosu tərəfindən hüquqlarının müdafiəsi üçün təyin edilmiş vəkil Emil Bədəlov eyni zamanda həmin büro müqavilənin mühüm və zəruri olan şərtlərinə və vəkilə həvalə olunmuş tapşırığın icrasını, öz hüquq və vəzifələrini layiqincə icra etməmişdir. Belə ki, qurum rəhbəri tərəfindən vəkilə müqavilə üzrə göstərdiyi hüquqi yardımla bağlı order vermək, həmin işlə bağlı sorğular vermək vəkil tərəfindən müqavilə şərtlərini yetirilməsinə nəzarət etmək, vəkilin təqdim etdiyi hesab əsasında görülmüş işlərə görə vəkilə haqqın hesablanıb ödənilməsini təmin etmək kimi hüquqlarını layiqincə icra etməmişdir. Bununla da qurumun rəhbəri tərəfindən öz hüquq və vəzifələrinə, müqavilə öhdəliklərinin şərtlərinə əməl etmədiyinə görə iddiaçıya yalan vədlər verərək və ailə üzvlərini aldadaraq aldığı 2700 manat pul vəsaiti civarında maddi ziyanın büro tərəfindən ödənilməsini istəyir. Cavabdeh “Kəngərli və partnyotları” Vəkil Bürosu iddai ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, iddia ilə bağlı qeyd etmək istəyirlər ki, İddiaçı iddiası tamamilə əsassızdır və buna görə də, təmin olunmamalıdır. Belə ki, vətəndaş X7 2021-ci ilin may ayında telefonla vəkil X13 zəng edərək qardaşı İddiaçı barəsində Gəncə Ağır Cinayətlər Məhkəməsində AR-nın Cinayət Məcəlləsinin 149.1-ci maddəsi ilə cinayət işinin məhkəmə istintaqının aparıldığını və bu işdə onlara kömək etməyini, hüquqlarını məhkəmədə qorumağı xahiş etmişdir. Bədəlov Emil də bu məqsədlə onun “Kəngərli və Partnyorları” vəkil bürosuna yaxınlaşmağını bildirmişdir. İyun ayının ortalarında, daha dəqiq deyilsə, xx.xx.2021-ci il tarixdə, Ramin Məmmədrzayev bir neçə tanımadıqları şəxslərlə “Kəngərli və Partnyorları” vəkil bürosuna gəlmişlər. Bundan sonra Gəncə Ağır Cinayətlər Məhkəməsində X3 qardaşının hüquqlarını müdafiə etmək məqsədilə vəkillə razılaşdıqları 2700 manat dəyərində müqavilə imzalanmışdır, daha sonra isə o, həmin pul məbləğini Büronun hesabına köçürmüşdür. Bundan sonra, vəkil X1 Rasim Nizami oğluna hüquqi yardım göstərmişdir, dəfələrlə Gəncə Ağır Cinayətlər Məhkəməsində, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən məhkəmə iclasında iştirak etmişdir, təqsirləndirilən şəxs İddiaçılə Gəncə şəhərində yerləşən müvəqqəti saxlama yerində bir neçə dəfə görüşmüşdür, məhkəmə iclaslarında vəsatətlərlə çıxış etmişdir. Cinayət işi ilə bağlı təqdim olunan vəsatətlərin surəti, həmçinin Penitensiar Xidmətə görüş üçün ünvanlanmış vəkil sorğusunun surəti hazırkı etiraza əlavə olunur. xx.xx.2022-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası CM-nin 149.1-ci maddəsi ilə təqsirli bilinərək məhkəmənin hökmü ilə 05 il 06 müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən vəkil X18 tərəfindən apelyasiya şikayəti verilmişdir, daha sonra yenə də təqsirləndirilən şəxsin qardaşı X7 ilə aralarında dəyəri 1000 manat olan xx.xx.2021-ci il tarixli müqavilə imzalanmışdır. X20 Məhkəməsində, hakim Elçin Xasməmmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında bir neçə dəfə baxılaraq, Məhkəmənin xx.xx.2021- ci il tarixli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Həmin qərardan da göründüyü kimi vəkil tərəfindən həqiqətən də apelyasiya şikayəti verilmişdir. X18 məhkəmə iclasında iştirak edərək, apelyasiya şikayətininin məzmununa uyğun çıxış etmiş və şikayətin təmin edilərək təqsirləndirilən şəxs haqqında bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Bundan sonra, tərəflərlə aralarında olan söhbət əsnasında vəkilə həmin qərardan kassasiya şikayəti verməyini xahiş etmişdirlər, Emil Bədəlov da bunun üçün aralarında müqavilə imzalanmalı olduğunu bildirmişdir. Bundan sonra onlar pullarının olmadığını, onsuz da vəkilin onlar üçün heç bir iş görmədiyini əsas gətirərək şikayəti verməyəcəyi halda ondan bütün qurumlara şikayət edəcəklərini bildiriblər. Daha sonra ümumiyyətlə ondan ödədikləri pulu tələb ediblər, Emil Bədəlov da bunun mümkün olmadığını onlara izah etmişdir. İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlar həqiqəti əks etdirmir, tamamilə qərəzli şəkildə yazılmışdır, vəkil ona hər hansı vədlər verməmişdir. Bundan əlavə, xx.xx.2021-ci il tarixli, 207 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilənin şərtlərinə diqqət yetirdikdə görünür ki, müqavilənin 2.1-ci bəndinə əsasən “Hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 2700 (sözlə: iki min yeddi yüz) manat müəyyən olunur və başqa razılaşma yoxdursa bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilir. Hüquqi yardıma görə ödənilən məbləğ vəkilə həvalə edilən işin haqqıdır və tapşırığın nəticəsindən asılı deyil. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən isə “Müraciət edən şəxs təsdiq edir ki, bu müqavilənin bütün şərtlərilə tanış olmuş, həvalə etdiyi işin hüquqi prespektivi, bu tapşırığın icra edilməsinin onun üçün doğura biləcəyi ehtimal edilən bütün risklər vəkil tərəfindən ona izah edilmiş, vəkil işin uğurlu nəticəsinə dair vəd vermədiyini bildirmiş və bundan sonra tərəflər qarşılıqlı surətdə razılığa gələrək bu müqaviləni bağlamışlar.” Hazırki etiraza əlavə olunan sənədlərdən də göründüyü kimi vəkil X18 müqavilənin bütün şərtlərini lazımi qaydada icra etmişdir. Məhkəmə işinin İddiaçı xeyrinə olmamasının isə göstərilən hüquqi yardımın keyfıyyətsizliyi ilə heç bir əlaqəsi yoxdur. Müqavilənin şərtlərindən də göründüyü kimi vəkilə ödənilən məbləğ işin nəticəsindən asılı deyil və müraciət edən şəxsin də müqaviləni imzaladığı zaman bununla bağlı məlumatı olmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı ilə vəkil Emil Bədəlov arasında hüquqi yardımın göstərilməsi barədə müqavilə bağlanmış və müqavilənin şərtlərinə əsasən iddiaçının qardaşı tərəfindən birdəfə ödəmək şərti ilə 2700 manat məbləğində büronun hesabına pul köçürülmüşdür. Sonradan iddiaçının anası X16 tərəfindən şikayət olunmuşdur. Vəkil Emil Bədəlov barəsində töhmət verilmişdir, lakin töhmət orderin tarixlərində fərq olduğu üçün verilmiş 3 ay müddətinə vəkilik fəaliyyəti dayandırılmışdır. Bu təsadüf edir 2022-ci ilin sentyabr-dekabr aylarına. Vəkil Emil Bədəlov bütün məhkəmə proseslərdə iştirak etməklə vəsatətlər vermişdir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sədrlik edənin suallarına cavab olaraq cavabdehin nümayəndəsi bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə, Ramin Məmmədrzayev bir neçə şəxslərlə «Kəngərli və Partnyorları» vəkil bürosuna gəlmişlər. Bundan sonra Gəncə Ağır Cinayətlər Məhkəməsində X4 qardaşının hüquqlarını müdafiə etmək məqsədilə vəkillə razılaşdıqları 2700 manat dəyərində müqavilə imzalanmışdır. Vəkil X2 Rasim Nizami oğluna hüquqi yardım göstərmişdir. Vəkil Emil Bədəlov dəfələrlə Gəncə Ağır Cinayətlər Məhkəməsində, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən məhkəmə iclasında iştirak etmişdir, təqsirləndirilən şəxs İddiaçılə Gəncə şəhərində yerləşən müvəqqəti saxlama yerində bir neçə dəfə görüşmüşdür, məhkəmə iclaslarında vəsatətlərlə çıxış emişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası CM-nin 149.1-ci maddəsi ilə təqsirli bilinərək məhkəmənin hökmü ilə 05 il 06 müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən vəkil X18 tərəfindən apellyasiya şikayəti verilmişdir. Daha sonra yenə də təqsirləndirilən şəxsin qardaşı X7 ilə aralarında dəyəri 1000 manat olan xx.xx.2021-ci il tarixli müqavilə imzalanmışdır. X20 Məhkəməsində, hakim Elçin Xasməmmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında bir neçə dəfə baxılaraq, Məhkəmənin xx.xx.2021-il tarixli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, onun saxlanıldığı Bakı İstintaq Təcridxanasına məhkum olunmuş şəxsin məhkəmə iclasına gətirilməsi barədə bildiriş göndərilmiş, lakin iddiaçı məhkəmə iclasında iştirak etməkdən imtina etmiş, buna görə məhkəmə iclasına gətirilməmiş və bu barədə hakim, məhkəmə iclas katibi və qarol rəisi tərəfindən xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyərək, həmin izahatı iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Belə ki, məhkəmə iclasında şahd qismində ifadə verən X18 bildirmişdir ki, o «Kəngərli və Partnyorları» vəkil bürosunun vəkilidir. İddiaçının qardaşı 2019-2020-ci ildə ona zəng edərək bildirmişdir ki, qardaşı İddiaçı Şəmkir Rayon Prokrorluğunda cinayət işi vardır və onun vəkil kimi iştirak etməyini xahiş etmişdir. Ondan E.Bədəlovu hardan tanımasını soruşduqda onu televizor verlişlərində gördüyünü bildirmişdir. Qardaşı bildirib ki, onu ancaq E.Bədəlov müdafiə etsin. O, bildirmişdir ki, problem yoxdur. Lakin sonradan həmin adamdan bir xəbər çıxmamışdır. Üstündən 7-8 ay keçmiş yenidən ona zəng edib bildirmişlər ki, onunla müqavilə bağlamaq istəyirlər. Artıq pandemiyadan sonra idi. 5-6 kişi onun yanına gəlmiş və bildirmişlər ki, 3000 manat yox 2700 manat ödəyə bilərlər, elə 2700 manat müqavilində müqavilə bağlansın. O, Gəncə Ağır Cinayətlər Məhkəməsində iştirak etmişdir. Onunla müqavilə bağlayanda artıq iş məhkəmədə idi. Soruşanda ki, istintaqda niyə ona müraciət etməmişlər, onlar bildirmişlər ki, qardaşı axtarışda olmuş, istintaqdan yayınmış, həmin vaxt vəkillə müqavilə bağlamağa zərurət görməmişdir. Qarşılıqlı razılıq əsasında 3000 manat müqavilində hüquqlarını təmsil etmək üçün Gəncə Ağır Cinayətlər Məhkəməsində iştirak edəcəyini bildirdikdə onlar demişlər ki, 3000 manat yox 2700 manata imkan çatır. O, 2700 manat müqavilində Gəncə Ağır Cinayətlər Məhkəməsində vəkil qismində çıxış etməyi üçün iddiaçının qardaşı Ramin Məmmədrzayevlə müqavilə bağlamışdır. O, Gəncə Ağır Cinayətlər Məhkəməsində prosesə qoşulmuş, tərəfindən məhkəmədə bütün hüquqi tədbirlər görülmüşür. X6 iddiaçı ilə 2 və ya 3 dəfə görüşmüş, bir neçə dəfə Gəncə Ağır Cinayətlər Məhkəməsində prosesləri olmuşdur. Sübutlarla bağlı vəsatətlər verilmişdir. Anten dairələri çıxarılmışdır. Prosesdə nə olursa bu barədə tərəfə məlumat verilmişdir. Hər vəsatət verilən zaman əvvəl iddiaçı ilə danışıb məsləhətləşmiş, ondan sonra vəsatətlər vermişdir. Vəsatətlər iddiaçı ilə birlikdə hazırlanmışdır. İddiaçının özü də ondan əlavə vəsatətlər vermış və şikayətlər etmişdir. Vəsatətlər barədə ayrıca qərardad verilmirdi, onlara məhkəmə iclas protokolunda münasibətlər bildirilirdi. Hətda müdafiə çıxışını da yazılı formada vermişdi ki, bunu da istiyirlər. Sonradan həmin hökümdən apellyasiya verilmişdir. Apellyasiya şikayəti verilərkəndə qardaşı obubla 1000 manat müqavilində müqavilə bağlanmışdır. Apellyasiya şikayəti hazırlanmış və apellyasiya məhkəməsində də yenə vəsatətlər hazırlanıb təqdim olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsi sonunda Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökümünü qüvvədə saxlamışdır. Müqavilə üzrə ödənilmiş məbləğlər ona deyil, büronun hesabına köçürülmüş, daha sonra ardaşı qəbzi votsap vasitəsilə ona atmış, onlar həmin qəbzi çıxarıb işin arxasına tikmişlər. Bildirmək istəyir ki, onlar tərəflə müqavilə bağlasa da ödənişi gec etmişdilər. Müqavilə bağlanan gün proses olduğundan o məcbur olub order götürüb iclasda iştirak etmişdir. Ona qardaşı müqavilə bağlayan zaman bildirmişdir ki, gedir ödəniş etməyə. Həmin gün Rasimin işindən başqa onun barəsində başqa bir şikayətdə getmişdir. Kollegiya isə bunu pozuntu kimi qiymətləndirmiş və barəsində üç ay vəkillik fəaliyyətinin dayandırılması qərara alınmışdır. Sırf iddiaçının anasının şikayətinə görə olmuşdur. Düzdü o bununla razı olmamışdır, çünki iddiaçının anası ilə o müqavilə bağlamamışdır. Anası şikayətində bildirirdi ki, vəkilə beş min manat pul ödəmişlər işi uduzduğuna görə bütün məbləği qaytarmalıdır. O tərəflə müqavilə bağlayarkən onlara bildirmişdir ki, əlindən gələni edəcək, lakin nəticə nə olacaqsa ona qarant verə bilməz. İş materiallarından və ekspertin rəyindən işin müsbət həlli mümkün kimi görsənirdi. Lakin məhkəmə tərəfindən iddiaçının nömrəsinin anten dairəsi çıxarılmışdır. Anten dairələrində onun telefonun əhatə dairəsi digər, hadisı olan kənddə çıxmışdır. İddiaçı bildirmişdir ki, həmin vaxt telefonu, başqa adamın cibində həmin kənddə qalmışdır. Lakin məhkəmə bunu real hesab etməmişdir. Sədrlik edənin suallarına cavab olaraq şahid bildirmişdir ki, iddiaçının qardaşı 2019-2020ci ildə ona zəng edərək bildirmişdir ki, qardaşı İddiaçı Şəmkir Rayon Prokrorluğunda cinayət işi vardır və onun vəkil kimi iştirak etməyimi xahiş etmişdir. Onunla müqavilə bağlayanda artıq iş məhkəmədə olmuşdur. O, 2700 manat müqavilində Gəncə Ağır Cinayətlər Məhkəməsində vəkil qismində çıxış etməyi üçün iddiaçının qardaşı Ramin Məmmədrzayevlə müqavilə bağlamışdır. Sonradan həmin hökümdən apellyasiya verilmişdir. Apellyasiya şikayəti verilərləndə qardaşı onunla 1000 manat müqavilində müqavilə bağlamışdır. X6 iddiaçı ilə 2 və ya 3 dəfə görüşmüşdür. Bir neçə dəfə Gəncə Ağır Cinayətlər Məhkəməsində proseslər olmuş, tərəfindən sübutlarla bağlı vəsatətlər verilmişdir. Müqavilə bağlanan gün apellyasiya məhkəməsində artıq proses olduğundan o məcbur olub order götürüb iclasda iştirak etmişdir. Ona qardaşı müqavilə bağlayan zaman bildirmişdir ki, ödəniş etməyə gedir və pul da sonradan yeneədə büronu hesabına ödənilmişdir. İş materiallarında olan “Hüquqi yardım göstərilməsi haqqında” xx.xx.2021-ci il tarixli 207 saylı müqavilədən görünür ki, tərəflər X12 Gəncə Ağır Cinayətlər Məhkəməsində İddiaçı hüquqlarını müdafiə etməsi barədə razılığa gəlmişlər. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən “Hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 2700 (sözlə: iki min yeddi yüz) manat müəyyən olunur və başqa razılaşma yoxdursa bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilir. Hüquqi yardıma görə ödənilən məbləğ vəkilə həvalə edilən işin haqqıdır və tapşırığın nəticəsindən asılı deyil. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən isə Müraciət edən şəxs təsdiq edir ki, bu müqavilənin bütün şərtlərilə tanış olmuş, həvalə etdiyi işin hüquqi prespektivi, bu tapşırığın icra edilməsinin onun üçün doğura biləcəyi ehtimal edilən bütün risklər vəkil tərəfindən ona izah edilmiş, vəkil işin uğurlu nəticəsinə dair vəd vermədiyini bildirmiş və bundan sonra tərəflər qarşılıqlı surətdə razılığa gələrək bu müqaviləni bağlamışlar. İş materiallarında olan ******************** saylı, xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı “Kəngərli və partnyotları” Vəkil Bürosunun hesabına 2700 manat pul köçürtmüşdür. İş materiallarında olan “Hüquqi yardım göstərilməsi haqqında” xx.xx.2021-ci il tarixli 339 saylı müqavilədən görünür ki, tərəflər X12 Gəncə Apellyasiya Məhkəməsində İddiaçı hüquqlarını müdafiə etmək barədə razılığa gəlmişlər. Hüquqi yardıma görə haqq 1000 manat müəyyən edilmişdir. İş materiallarında olan ******************** saylı, xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı “Kəngərli və partnyotları” Vəkil Bürosunun hesabına 1000 manat pul köçürtmüşdür. İş materiallarında olan vəkil sorğusundan görünür ki, Emil Bədəlov AR ƏN Penitensiar Xidmətinə İddiaçı ilə görüşməsi üçün icazə verilməsini xahiş etmişdir. İş materiallarında olan AR ƏN Penitensiar Xidməti tərəfindən Emil Bədəlova ünvanlanmış məktubdan görünür ki, onun İddiaçı ilə görüşməyinə icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vəkillər X5 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən İddiaçı ünvanlanmış 867 saylı, xx.xx.2023-cü il tarixli məktubuna əsasən bildirilmişdir ki, müraciətlə əlaqədar vəkil X19 verdiyi izahatında ona yüksək keyfiyyətli hüquqi yardım göstərdiyini, bütün məhkəmə iclaslarında iştirak etdiyini, dəfələrlə X10 gedərək onunla görüşdüyünü, hüquqlarını müdafiə etmək üçün qardaşı Ramin Məmmədrzayevlə bağİanmış müqavilənin sürətini ona təqdim etdiyini göstərmişdir. Həmçinin, vəkil Emil Bədəlov qeyd etmişdir ki, hüquqi yardım göstərilməsinə dair qardaşı X7 ilə xx.xx.2021 və xx.xx.2021-ci il tarixli iki müqavilə bağlanmış və müqavilələr üzrə müvafiq olaraq 2700 və 1000 manat məbləğində vəsait büronun hesabına mədaxil edilmiş, müqavilələrdən kənar heç bir əlavə pul vəsaiti də alınmamışdır. Eyni zamanda bildirilmişdir ki, 2022-ci ildə X14 oxşar məzmunlu müraciət ilə vəkil Emil Bədəlov barəsində şikayət etmiş, həmin şikayətdə göstərilənlərlə bağlı Vəkillərin İntizam Komissyası tərəfindən hüquqi qiymət vermək mümkün olmamış, yalnız müqavilə üzrə razılaşdırılmış haqq ödənilmədən order əldə edildiyindən vəkilin hərəkətində pozuntu müəyyən edilmişdir. Vəkillər X5 26 sentyabr 2022-ci il tarixli, 15 saylı iclasında həmin rəyə əsasən başlanmış intizam icraatı üzrə peşə fəaliyyətini həyata keçirərkən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinin İİİ hissəsinin və 16-cı maddəsinin İ hissəsinin tələblərini pozduğuna görə “Kəngərli və partnyorları” Vəkil Bürosunun vəkili X13 töhmət verilmişdir. Bununla bağlı X11 müvafiq cavab verilmişdir. Bundan başqa müraciətindən, vəkilin izahatından və təqdim edilən sənədlərin surətindən gorunür ki, müraciətdə qeyd edilən məsələlər 2021-ci ilə təsadüf edir ki, bununla da qanunla müəyyən edilmiş qaydada vəkilin intizam məsuliyyətinə cəlb edilməsi muddəti keçmişdir. Belə ki, “Vəkillər və Vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin İİİ hissəsinə əsasən Vəkil haqqında intizam tənbehi intizam pozuntusunun aşkar edildiyi gündən altı ay törədildiyi gündən isə bir il müddətində tətbiq edilə bilər. Həmin maddənin Vİ-cı hissəsinə əsasən isə vəkilin hərəkətində pozuntu müəyyən edilmədikdə və ya icraata başlama müddəti keçdikdə intizam icraatına xitam verilir. Odur ki, yuxarıda göstərilənlərə əsasən vəkil X18 barəsində icraatının başlanılması üçün əsas müəyyən edilməmişdir. Vəkillər və vəkillik fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 5-ci hisəsinə əsasən Vəkilin ədalət mühakiməsində iştirakı yalnız hüquqi yardım üçün müraciət edən şəxslə fərdi qaydada fəaliyyət göstərən vəkil və ya bu maddənin V hissəsində göstərilən vəkilin daxil olduğu qurum arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.https://e-qanun.az/framework/257 İşin mahiyyəti əsasında vəkil hüquqi yardım üçün müraciət etmiş şəxsə həmin tapşırığın icra edilməsinin ehtimalı ilə əlaqədar olan bütün şərtləri bildirir və tərəflər razılığa gəldikdə yazılı surətdə müvafiq müqavilə tərtib edilir. Vəkil qurumu vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan vəkil (vəkillər) tərəfindən yaradılmış, bu qurumda fəaliyyət göstərən vəkillə hüquqi yardım göstərilən şəxs arasında müqavilə münasibətlərini əlaqələndirən hüquqi şəxsdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsinə əsasən Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarındandır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Qanunvericiliyə əsasən işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən və Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, iddiaçılar öz hüquqi mövqelərini sübut edilə bilməmiş, bununla bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmiş, cavabdehlər tərəfindən onların hüquqlarının pozulmasına dair irəli sürdüyü dəlilləri isə mülahizə xarakterli olmaqla əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə işin halları ilə müəyyən edilmişdir ki, “Kəngərli Vəkil Bürosu və Partnyorları” ilə iddiaçının qardaşı arasında hüquqi yardım göstərilməsi barədə müqavilə imzalanmış və Emil Bədəlovun iddiaçıya hüquqi yardım göstərməsi qarşılığında 2700 manat ödənilməsi barədə razılıq əldə edilmiş, qeyd olunan məbləğ iddiaçının qardaşı tərəfindən ödənilmişdir. Emil Bədəlov iddiaçının hüquqlarını məhkəmədə müdafiə etmiş, bununla bağlı müxtəlif vəsatətlər vermişdir. İşin bu halları iş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(104)-473/2021 saylı, 17 dekabr 2021ci il tarixli qərarı ilə öz təsdiqini tapmışdır. İddiaçı hazırkı büronun müqavilənin mühüm və zəruri olan şərtlərinə əməl etmədiyini və vəkilə həvalə olunmuş tapşırığın icrasını, öz hüquq və vəzifələrini layiqincə icra etmədiyini, həmçinin qurumun rəhbəri tərəfindən öz hüquq və vəzifələrinə, müqavilə öhdəliklərinin şərtlərinə əməl etmədiyi və onun ailə üzvlərini aldadaraq 2700 manat məbləğdə pul vəsaitini aldığını bildirsə də iş materialları ilə həmin hallar öz təsdiqini tapmır. Belə ki, 2700 manat məbləğində pul vəsaitinin ödənilməsinə əsas olmuş müqavilədən göründüyü kimi hüquqi yardıma görə ödənilən məbləğ vəkilə həvalə edilən işin haqqıdır və tapşırığın nəticəsindən asılı deyil. Bundan başqa müraciət edən şəxs (hazırkı halda iddiaçının qardaşı) təsdiq edir ki, bu müqavilənin bütün şərtlərilə tanış olmuş, həvalə etdiyi işin hüquqi prespektivi, bu tapşırığın icra edilməsinin onun üçün doğura biləcəyi ehtimal edilən bütün risklər vəkil tərəfindən ona izah edilmiş, vəkil işin uğurlu nəticəsinə dair vəd vermədiyini bildirmiş və bundan sonra tərəflər qarşılıqlı surətdə razılığa gələrək bu müqaviləni bağlamışlar. Göründüyü kimi müqavilə üzrə vəkilin və ya vəkil bürosunun işin uğurlu nəticəsinə dair öhdəlik götürməsi müəyyən edilməməklə yanaşı, sözügedən müqavilədə ödənilmiş məbləğin işin nəticəsindən asılı olmadığı qeyd edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməli, iddia rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı cavabdeh “Kəngərli və Partnyorları” Vəkil Bürosuna qarşı pul tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-4622/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4622/2023
27.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver