Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4634/2020 15.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə icarə müqaviləsinə görə 250 manat, yol hərəkəti qaydalarının pozulmasına görə 60 manat cərimə, notariat xərcinə görə 17 manat və dövlət rüsumuna görə 20 manat, 81,25 manat dəbbə pulu olmaqla, cəmi 428,25 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək göstərmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında “Hyundai İX-35” markalı **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixədək 1 günü 50 manat olmaq şərtilə 1 gün müddətinə icarəyə verilməsinə dair xx.xx.2020-ci il tarixdə 461316 nömrəli nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanılaraq yol vərəqəsi və təhvil - təslim aktı verilmişdir. Müqavilənin 1 gün müddətinətərtib edilməsinə baxmayaraq, cavabdehi tələbi ilə yol vərəqəsində ümumi müddət 10 gün göstərilmişdir. Cavabdeh icarə haqqını ödəmədiyi üçün idarə etdiyi avtomaşın icarə müddətinin 7-ci günü ondan alınmışdır. Respublikada sərt karantin rejimi olduğu, icarə müqaviləsinin 2 günü şənbə və bazar gününə dəlalət etdiyi üçün cavabdehdən 5 günün pulunu - 250 manat məbləği tələb etməyi qərara almışdır. Sonradan məlum olmuşdur ki, cavabdeh avtomobili idarə edən zaman ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə müvafıq cərimələr tətbiq edilmişdir. Avtomobilin icarə haqqına görə 250 manat və avtomobili idarə edən zaman xx.xx.2020-ci il tarixdə AR İXM-nin 329.1-ci maddəsinə əsasən 40 manat (protokol EQ 3821814), xx.xx.2020-ci il tarixdə AR İXM-nin 328.1-ci maddəsinə əsasən 10 manat (protokol EQ 3831601) və xx.xx.2020-ci il tarixdə AR İXM-nin18.1-ci maddəsinə əsasən 10 manat (protokol EQ 3831504) məbləğində cərimələndiyinə və ümumilikdə cəriməyə görə 60 manat məbləğində borcun tələb edilməsinə dair cavabdehə xx.xx.2020-ci il tarixdə 24 nömrəli pretenziya ilə müraciət edilmişdir. Cavabdeh evdə olmadığı və həmin ünvanda təmir işləri aparıldığı üçün, Royal Ekspress sürətli poçt daşıma xidməti xx.xx.2020-ci il tarixdə akt tərtib etmişdir. Bir neçə dəfə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh ödəniş etməmişdir. Nəqliyyat vasitəsinin icarə müqaviləsinin 3.4-cü bəndinə əsasən icarəçinin icarəyə verənə borcu yaranarsa, həmin məbləğ dərhal qaytarılmalıdır. Əks halda hər gecikdirilmiş gün üçün borc məbləğinin 0.5% həcmində dəbbə pulu (penya) ödəməlidir. 250 manat borcun hər gecikdirilmiş gün üçün 0.5 % məbləğində dəbbə pulu 81,25 manat təşkil edir. MMCnin nizamnaməsinin, VOEN-nin və kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının iddia notarial qaydada təsdiqi üçün 17 manat rüsum ödənilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 461316 nömrəli nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən icarəyə verən “Hyundai İX-35” markalı **- NZ-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 1 günü 50 manat olmaq şərtilə 1 gün müddətinə icarəçinin icarəsinə verməyi, icarəçi isə icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş yol vərəqəsinin surətindən görünür ki, yol vərəqəsi xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək verilmiş, icarəçi avtomobili saz vəziyyətdə aldığını qeyd edərək, sürdüyü müddətdə yol hərəkəti qaydaları pozuntusuna görə cavabdehliyi öhdəsinə götürmüşdür. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2020-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2020-ci il tarixli 461316 nömrəli nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən ödənilməmiş 250 manat, 10 manat cərimə, 17 manat notariat xərclərivə ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 297 manat pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi tələb olunan 81,25 manat dəbbə pulu hissəsində əsaslı deyildir. Belə ki, dəbbənin məbləği əsas borca mütənasib deyildir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə borcu tənasübsüz olduğu üçün azaldılmalı, 10 manat məbləğində müəyyən edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi yol hərəkəti qaydalarının pozulmasına görə 60 manat cərimə hissəsində təmin edilməməlidir. Belə ki, inzibati xətalar məcəlləsində başqasının törətdiyi inzibati xətaya görə hüquqi şəxsin inzibati tənbehin götürülməsinə dair prosesur qaydası müəyyən edilmişdir ki, bu hüququndan da iddiaçı istifadə etməmişdir. Mülki qanunvericiliyin tələblərinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi qismən təmin edilsin. Cavabdeh icarə müqaviləsinə əsasən 250 manat əsas borc, notariat xərcinə görə 17 manat, dəbbə puluna görə 10 manat və ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 297 (iki yüz doxsan yeddi) manat pul vəsaiti tutularaq iddiası İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-4634/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4634/2020
15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver