Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4636/2020 18.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinin xitam olunmuş hesab edilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə aralarında bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh MMC rəhbərliyinin tərkibində olan “GYMBOREE PLAY MUSİC” adlı bağçada təmizlikçi kimi çalışmışdır (2016-2017-ci illərdə). Daha sonra ona işdən bildirmişlər ki, o evdə qalsın, lazım olduqda onu işə çağıracaqlar. 1 aydan sonra o, həmin ünvana getdikdə bağçanın işləmədiyini və qapıların bağlı olduğunu görmüş və ona məlum olmuşdur ki, bağça fəaliyyətini dayandırmışdır. Hal-hazırda başqa yerə işə qəbul olmaq istəyir, lakin kompyuter sistemində elektron portalda onun həmin şirkətdə işləməsi barədə məlumat göstərilir. O, işdən azad edilməyi və işdən azad olunmağı barədə əmrin surətini onun ünvanına göndərilməsini xahiş etsə də, ona heç bir cavab verilməmişdir. Ona vaxtında işdən azad olunması barədə məlumat və əmr verilmədiyinə görə bu gün o, başqa işlə təmin oluna bilmir və buna görə də ona xeyli miqdarda maddi ziyan dəymişdir. Bu səbəbdən də, onun cavabdeh arasında bağlanmış əmək müqaviləsi 2017-ci il tarixdən xitam olunmuş hesab olunmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsini müdafiə edərək, yuxarıda qeyd edilmiş izahata uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixdə İddiaçı tərəfindən Cavabdeh MMC rəhbərliyinə ünvanlanmış ərizədən görünür ki, o, başqa yerə işə qəbul olmaq istəyir, lakin kompyuter sistemində elektron portalda onun həmin şirkətdə işləməyi barədə məlumat göstərilir. Bu səbədən o, işdən azad edilməsini və işdən azad olunmağı barədə əmrin surətinin onun ünvanına göndərilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixdə İddiaçı tərəfindən Cavabdeh MMC rəhbərliyinə təkrar ünvanlanmış ərizədən görünür ki, o, başqa yerə işə qəbul olmaq istəyir, lakin kompyuter sistemində elektron portalda onun həmin şirkətdə işləməyi barədə məlumat göstərilir. Bu səbədən o, işdən azad edilməsini və işdən azad olunmağı barədə əmrin surətinin onun ünvanına göndərilməsini xahiş etmişdir. İş materiallarında olan Əmək Müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən də görünür ki, İddiaçı ilə xx.xx.2016-cı ildən müddətsiz əmək müqaviləsi bağlanmış və hazırda da onun adı portalda xadimə kimi qeydiyyatdadır. İş materiallarında olan Vergilər Nazirliyinin Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin rəis müavini baş vergi xidməti müşaviri İlkin Həsənov tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2020-ci il tarixə olan vergi ödəyicilərinin uçot baza məlumatlarına əsasən Cavabdeh (VÖEN **********) hüquqi ünvanının "AZ1065, Bakı şəhəri Yasamal rayonu, Cəfər Cabbarlı ev.44" olması və fəaliyyətinin aktiv olması barədə məlumat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 4 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən iddiaçıya ünvanlanmış məktubdan görünür ki, iddiaçının müraciətinə baxılmış, onlar tərəfindən müəssisə rəhbərinin qeydiyyatda olduğu ünvana (ünvan 2 l.ev 5A) məktub ünvanlanmış, lakin həmin ünvanda yaşamadıqlarından məktub geri qayıtmışdır. Eyni zamanda Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər X1 məktubla müraciət olunsa da, bu günə qədər bununla əlaqədar cavab məktubu daxil olmamışdır. Ona görə də müraciətin baxılması mümkün olmamışdır. Odur ki, iddiaçıya problemin həlli məqsədilə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh MMC rəhbərliyinin tərkibində olan “GYMBOREE PLAY MUSİC” adlı bağçada təmizlikçi kimi işləmişdir. Bağça fəaliyyətini müvəqqəti dayandıraraq, işçilərə, onlara xəbər etdiklərində işə gəlmələirini bildirmişdir. Lakin iddiaçı başqa iş yerinə keçmək istəyindən xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə Cavabdeh MMC rəhbərliyinə ərizə ünvanlayaraq başqa yerə işə qəbul olmaq istədiyini, lakin kompyuter sistemində elektron portalda onun həmin şirkətdə işləməyi barədə məlumat göstərildiini bildirmiş və o, cavabdehdən işdən azad edilməsini xahiş etmişdir. Lakin cavabdehdən ona heç bir cavab verilməmişdir. Hazırda İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-cimaddəsininh bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən bu məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 68-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Bundan əlavə həmin Məcəllənin 69-cu maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Beləliklə, iş materiallarından da göründüyü kimi iddiaçı xx.xx.2020-ci il və xx.xx.2020ci il tarixlərdə cavabdehə işdən azad olunması barədə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən ona heç bir cavab verilməmiş və iş materiallarında olan Əmək Müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən də görünür ki, İddiaçı ilə xx.xx.2016-cı ildən müddətsiz əmək müqaviləsi bağlanmış və hazırda da onun adı portalda xadimə kimi qeydiyyatdadır. Əmək qanunvericiliyinin tələblərinə əsasən isə əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsi xx.xx.2020-ci il tarixdən ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-cimaddəsinəəsasənhər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsi xx.xx.2020-ci il tarixdən ləğv edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-4636/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4636/2020
18.11.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver