Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4637/2020 14.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçı XXX İddiaçı iştirakı ilə, İddiaçı XXX İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı XXX İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi ilə bağlı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 istifadə hüquqlarının itirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, cavabdehlərin qeydiyyat olduğu ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətdə olan fərdi yaşayış evinə onun adına verilmiş Daşınmaz əmlakın dövət reyestrindən **********23 qeydiyyat nömrəli çıxarışa əsasən onun və qonşularının ümumi paylı mülkiyyətindədir. Qeyd olunan həyət evində onlara ayrı-ayrı ünvan verilməmiş, lakin mənzillərə giriş-çıxışları ayrıdır, yaşayış sahələri ayrıdır. Cavabdehlərdən Cavabdeh1 onun uzaq qohumu olmuşdur. Heç vaxt onun mənzilində yaşamamışdır. Onun ünvan 2 ünvanına pasport qeydiyyatı formal xarakter daşımışdır. Hal-hazırda onun harda olduğu iddiaçıya məlum deyil. Cavabdeh2 isə onun tanışı olmuşdur. Təxminən 3-4 il əvvəl ona hansısa işə düzəldiyi üçün Bakıda qeydiyyata düşməyinin lazım olduğunu bildirmiş və ondan onu evinə qeydiyyata salmağı xahiş etmişdir. O söz vermişdir ki, işləri qaydasına düşdükdən sonra qeydiyyatdan çıxacaq. Daha sonra o özünün tanışları cavabdehlər Cavabdeh4 və Cavabdeh3 da onun razılığı ilə ünvanına qeydiyyata düşməsini xahiş etmişdir. Onun müvafiq qurumda verdiyi ərizələr əsasında həmin şəxslər də qeyd olunan ünvan üzrə pasport qeydiyyatına alınmışlar. Onlar heç vaxt ona məxsus yaşayış sahəsində yaşamamışlar. Qeydiyyatları formal xarakter daşımışdır. Lakin bir müddət keçdikdən sonra onlarla əlaqə saxlamamışlar. Hal-hazırda onların harada yaşadıqları ona məlum deyil. Cavabdehlər heç vaxt ona məxsus mənzildə yaşamamışlar. Cavabdehlərin onun mənzilinə qeydiyyatları formal xarakter daşımışdır. Beləliklə, cavabdehlər heç vaxt onun mənzilində yaşamamaqlarına baxmayaraq, əsassız olaraq həmin ünvanda formal pasport qeydiyyatında qalmışlar. Bu da bir mülkiyyətçi kimi onun bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək, təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlərə ünvanlanmış məhkəmə bildirişi onun məlum olan axırıncı yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına (mənzil kommunal təsərrüfatı birliyi) göndərilmişdir. Bildiriş üzərində “göstərilən ünvanda qeydiyyatdadırlar, lakin yaşamırlar” qeydi məhkəməyə geri qaytarılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 147-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışından görünür ki, ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinin 2/24 hissədən qalan hissə İddiaçı paylı mülkiyyətindədir. İş materiallarında olan AR Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında 35399194 nömrəli arayışından görünür ki, cavabdehlər ünvan 3 ünvanında yerləşən yaşayış sahəsində qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli ev iddiaçının mülkiyyətində olduğundan, cavabdehlər həmin mənzildə pasport qeydiyyatı olmasına baxmayaraq faktiki olaraq mübahisəli mənzildə yaşamadığından və hal-hazırda hansı ünvanda yaşaması barədə heç bir məlumat olmadığından, mənzilə olan qeydiyyatı formal xarakter daşıdığından, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalması onun mənzil üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Odur ki, iddiaçının iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-4637/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4637/2020
14.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver