Məhkəmə qərarları › İş №2(004)-4638/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4638/2020

05.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4638/2020 05.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində istifadə hüququnun itirlmiş hesab edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1, mənzil 7 ünvanda yerləşən mənzilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsindən xx.xx.2012-ci ildə verilmiş, nömrə üzrə qeydə alınmış hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Cavabdeh formal olaraq yuxarıda göstərilən ünvanda qeydiyyatda olmuş olsa da orada yaşamır. Onun əvəzindən kommunal xərclər və ev pulları ödəyir. Cavabdehin mülkiyyətində olan yuxarıda göstərilən mənzildə qeydiyyatda formal olaraq qalması onun əmlaka hüquqlarını məhdudlaşdırır. O, əmlakının üzərində hər-hansı hüquqi hərəkət etmək istərkən cavabdehin razılığı tələb olunur. Cavabdeh olan oğlu 1994-cü ildən Ukrayna Respublikasında yaşayır, sonuncu dəfə Azərbaycan Respublikasına bir-neçə il bundan əvvəl gəlmişdir. Cavabdehin dəfələrlə mənzildən qeydiyyatdan çıxmasını xahiş etmiş olsa da heç bir nəticə əldə edilməmişdir. Belə ki, onun Azərbaycan Respublikasında olmaması cavabdehin onun tələbi ilə bağlı hər-hansı hərəkət etməsini məhdudlaşdırır. Bu isə cavabdehin yuxarıda göstərilən əmlak ilə bağlı münasibətlərin məhkəmə qaydasında həllini vacib edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, cavabdeh onun oğludur. O, 1993-cü ildən etibarən Kiyev şəhərində yaşayır. O, 2006-cı ildə digər oğlu və qızı avtomobil qəzasında dünyasını dəyişəndən sonra Samir vəfat edən qızının oğlunu övladlığa götürdü. Bütün sənədləşdirmə işini onun adından etibarnamə əsasında o həyata keçirmişdir. Bundan sonra cavabdeh onları Kiyev şəhərinə aparmış və 2 ay sonra gecə vaxtı onları evdən qovmuşdur. Onlar 1 həftə ərzində Kiyev şəhərində tanışlarının evində qalmışlar. Azərbaycandan onlara pul göndərildikdən sonra Bakı şəhərinə qayıtmış və o, uşağı öz himayəsinə götürmüşdür. Cavabdehin onun mülkiyyətində olan mənzildə qeydiyyatı formal xarakter daşıyır. O, sonuncu dəfə Azərbaycan Respublikasına bir neçə il bundan əvvəl gəlmişdir. Cavabdehin dəfələrlə mənzildən qeydiyyatdan çıxmasını xahiş etmiş olsa da bir nəticə əldə etməmişdir. Göstərilənləri nəzərə alaraq o, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə ünvanlanmış məhkəmə bildirişi onun məlum olan axırıncı yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına (mənzil kommunal təsərrüfatı birliyi) göndərilmişdir. Məhkəməyə geri qaytarılmış bildirişin üzərində “vətəndaş həmin ünvanda yaşamadığına görə bildiriş ona təqdim etmək mümkün olmamışdır.” Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, iddiaçı onun qonşusudur, onunla qonşu kimi yaxşı münasibətləri var, cavabdeh isə onun oğludur və o cavabdehi neçə ildir ki həmin evdə görməyib. Mübahisəli mənzildə cavabdeh demək olar ki, 20 ildir yaşamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, iddiaçı qonşusudur. Onun oğlu Samir neçə ildir ki, xarici ölkəyə gedib və mübahisəli mənzildə cavabdeh 20 ildir yaşamır. O, axırıncı dəfə nənəsi rəhmətə gedəndə gəlmişdir. Məhkəmə iddiaçının izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 7 saylı mənzil İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən 7 saylı mənzildə qeydiyyatdadır. 43 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, 1974-cü il təvəllüdlü Cavabdeh 1991-ci ildən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 7 saylı mənzildə qeydiyyatdadır. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən 7 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh ünvan 1 ünvanında yerləşən 7 saylı evdə qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yaranadığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, hazırkı mübahisəyə 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan MənzilMəcəlləsininnormalarıtətbiqolunmalıdır. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Qeyd edilən Məcəllənin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla birgə təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. Məhkəmə cavabdehin mübahisəli mənzildə yaşamaması səbəblərini araşdıraraq hesab edir ki, cavabdehin uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmayıb, onun daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədardır. Ona görə ki, işin materialları ilə mübahisəsiz şəkildə təsdiq olunur ki, cavabdeh mübahisəli mənzildən köçüb getmiş, ailə üzvü sırasından çıxmış və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli mənzillə əlaqəsini kəsmişdir. Odur ki, cavabdehin uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı üzrlü səbəblə əlaqədar ola bilməz. Buna görə də cavabdehin mübahisəli mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Belə ki, 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır, müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər, habelə ehtiyatda olan zabitlər 3 ilədək müddətə həqiqi hərbi xidmətə çağırıldıqda –həqiqi hərbi müddətində, praporşik, miçman və müddətdən artıq həqiqi hərbi xidmətdə olduqda - hərbi xidmətin birinci beş ili ərzində müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi daha uzun müddətə saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Sadalanan qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzildə yaşamaması və bu müddət ərzində mübahisəli mənzilə gəlməməsi, yalnız onun başqa yaşayış sahəsinə köçmələri ilə izah oluna bilər. Belə ki, cavabdeh 1994-cü ildən Ukrayna Respublikasında yaşayır, sonuncu dəfə Azərbaycan Respublikasına bir-neçə il bundan əvvəl gəlmişdir. Həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin tələblərindən də göründüyü kimi icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Cavabdeh isə artıq neçə ildir ki, həmin ünvanda yaşamır. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh ünvan 1, 7 saylı mənzil üzərində istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia ərizəsi təmin edilsin. Cavabdeh ünvan 1, 7 saylı mənzil üzərində istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar