Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-464/2023 23.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh“pul tələbinə dair'" əvvəlki iddia ərizəsinin Bakı şəhəri Yasamal rayon Məhkəməsinə təqdim edildiyi 23 oktyabr 2017-ci il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 11 noyabr 2022-ci il tarixədək olan 5 il müddətində Bakı Apellyasiya Məhkəməsinin cinayət işləri və inzibati xətalara dair işlər üzrə kollegiyasının 24 avqust 2007-ci il tarixli qərarı ilə Cavabdeh alınaraq İddiaçı ödənilməli olan 12047(on iki min qırx yeddi)manat məbləğində pulun 5 il müddətinə illik 5 faizi olan З011 (üç min on bir) manatın (12047/100%=120,47 x 5%=602,35 manat, 602.35 Azn x 5 il = 3011,75 manat və ödənilmiş 51(əlli bir) manat dövlət rüsumunun, cəmi 3061 (üç min altmış bir) manat pulun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 21 may 2007-ci il tarixli A-0564/07 saylı hökmünə əsasən təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Məhkəmənin həmin hökmü ilə Cavabdeh 14598,40(on dörd min beş yüz doxsan səkkiz manat qırx qəpik) manat pulun alınaraq zərərçəkmiş şəxs olaraq ona ödənilinəsi qərara alınıb.Bakı Apellyasiya Məhkəməsinin cinayət işləri və inzibati xətalara dair işlər üzrə kollegiyasının 24 avqust 2007-ci il tarixli qərarı ilə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 21 may 2007-ci il tarixli A-0564 07 saylı hökmü dəyişdirilmiş, Cavabdeh barəsində təyin edilmiş cəzanın müddəti 8 ildən 4 ilə endirilmişdir. Məhkəmənin hökmü ilə 14598 manat məbləğində dəymiş ziyanın 2551 manatının ödənilməsi nəzərə alınaraq 12047 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi qərara alınmışdır. 22 yanvar 2011-ci il tarixdə cəza müddətinin qurtarması ilə əlaqədar Cavabdeh cəzadan azad edilmişdir. Lakin Cavabdeh cəzadan azad edildikdən sonra Bakı Apellyasiya Məhkəməsinin cinayət işləri və inzibati xətalara dair işlər üzrə kollegiyasına 24 avqust 2007-ci il tarixli qərarı ilə müəyyən edilmiş 12047 manat məbləğində pul vəsaitini ödəməkdən yayınmışdır. Bununla əlaqədar olaraq iddaçı Cavabdeh qarşı "pul tələbinə dair'" iddia ərizəsi ilə müraciət edərək cavabdehdən hökmün qəbul edildiyi 2007-ci ildən iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 2013-cü il tarixədək olan 6 il müddətində hər il üçün 1445 manat olmaqla cəmi 8670 manat pulun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 oktyabr 2014-cü il tarixli 2(0040-652/2014 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilərək Cavabdeh 8670 (səkkiz min altı yüz yetmiş) manat məbləğində pul tutularaq İddiaçı Qurban qızına ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 10 aprel 2018-ci il tarixli 2(103)-2680/2018 saylı qətnaməsi ilə qismən təmin edilərək Yasamal ravon Məhkəməsinin 08 oktyabr 2014-cü il tarixli qətnaməsi dəyişdirilərək Cavabdeh 3564 manat pulun tutulması qət edilmişdir. Daha sonra iddaçı Cavabdeh qarşı "pul tələbinə dair” iddia ərizəsi ilə müraciət edərək Cavabdeh əvvəlki iddia ərizəsinin Bakı şəhəri Yasamal rayon Məhkəməsinə təqdim edildiyi 19 noyabr 2013-cü il tarixdən hazırkı iddia ərizəsinin Bakı şəhəri Yasamal rayon Məhkəməsinə təqdim edildiyi 23 oktyabr 2017-ci il tarixədək olan 4 il müddətində məhkəmə qərarının icrasından yayındığı üçün 2409 manat pulun alınaraq İddiaçı Qurhanəli qızına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 26 fevral 2019-cu il tarixli 2(004)-2019/2019 saylı qətnaməsi ilə İddiaçı iddia ərizəsi təmin edilərək Cavabdeh 2409 manat pul və ödənilmiş 30.40 manat dövlət rüsumu, cəmi 2439.40 (iki min dörd yüz otuz doqquz manat qırx qəpik) pul alınaraq İddiaçı Qurban qızına ödənilməsi qət edilmişdir. Lakin buna baxmayaraq məhkəmənin hökmü ilə müəyyən edilmiş pul məbləğini yenə də ödəməmişdir. "Pul tələbinə dair" əvvəlki iddia ərizəsinin Bakı şəhəri Yasamal rayon Məhkəməsinə təqdim edildiyi 23 oktyabr 2017-ci il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 11 noyabr 2022-ci il tarixədək olan 5 il müddətində Bakı Apellyasiya Məhkəməsinin cinayət işləri və inzibati xətalara dair işlər üzrə kollegiyasının 24 avqust 2007-ci il tarixli qərarı ilə Cavabdeh alınaraq İddiaçı Qurhanəli qızına ödənilməli olan 12 047 manat məbləğində pulun 5 il müddətinə illik 5 faizi olan 3011 (üç min on bir) manatın (12047/100=120.4x 5%=602.35 manat 602.35 manat x5 il= 3011,75 manat) cavabdehdən alınaraq ıddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixdə teleqram ünvanlayaraq təyin edilmiş məhkəmə iclasında üzürlü səbəblərə görə iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının iddia ərisəini və iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarinda olan Bakı şəhəri Yasamal rayon Məhəkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)2019/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia tələbi təmin edilərək, Cavabdeh 2409(iki min dörd yüz doqquz) manat məbləğində pul və ödənilmiş 30,40(otuz manat qırx qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 2439,40 (iki min dörd yüz otuz doqquz manat qırx qəpik) manat məbləğində pul tutularaq, İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarinda olan xx.xx.2022-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 51 (əlli bir) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli 478/22 saylı pretenziya məktubundan görünür ki, yaranmış borcla bağlı 5 gün müddətində З011 (üç min on bir) manat pulun İddiaçı ödəniş edilməyəcəyi təqdirdə iddiaçı tərəfindən məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdar etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 21 may 2007-ci il tarixli hökmü ilə Cavabdeh AR CMnin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 8 il müddətinə azadlıqdanməhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 24 avqust 2007-ci il tarixli qərarı ilə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 21 may 2007-ci il tarixli A- 0564 07 saylı hökmü dəyişdirilmiş, Cavabdeh barəsində təyin edilmiş cəzanın müddəti 8 ildən 4 ilə endirilmişdir. Məhkəmənin hökmü ilə 14598 manat məbləğində dəymiş ziyanın 2551 manatının ödənilməsi nəzərə alınaraq 12047 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal rayon Məhəkəməsinin xx.xx.2019cu il tarixli 2(004)2019/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh 2409(iki min dörd yüz doqquz) manat məbləğində pul və ödənilmiş 30,40(otuz manat qırx qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 2439,40 (iki min dörd yüz otuz doqquz manat qırx qəpik) manat məbləğində pulun tutularaq, İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Hazırda İddiaçı Yasamal Rayon Məhəkəməsinə əvvəlki iddia ərizəsinin verildiyi 23 oktyabr 2017-ci il tarixdən hazırkı iddia ərizəsinin birinci instansiya məhkəməsinə təqdim edildiyi 11 noyabr 2022-ci il tarixədək olan müddət üçün illik 5 faiz olmaqla, 3011 (üç min on bir) manat pulun tutularaq, ona ödənilməsini iddia edir. AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək, daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı və qanuni olduğundan təmin edilməli, Cavabdeh (12047/100=120.4x 5%=602.35 manat 602.35 manat x5 il= 3011,75) 3011 (üç min on bir) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 51 (əlli bir) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3011 (üç min on bir) manat məbləğində pul və ödənilmiş 51 (əlli bir) manat dövlət rüsumu olmaqla, cəmi 3061 (üç min altmış bir) manat məbləğində pul tutularaq, İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-464/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-464/2023
23.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver