Məhkəmə qərarları › İş №2(004)-4640/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4640/2022

05.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4640/2022 05.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.316.000 manat məbləğində borcun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə uzun illərdir ki, dostdur, əksər hallarda, zamanlarda bir yerdə olmuşlar. 2013-cü ilin əvvəllərində Maarif ona böyük torpaq sahəsini arendaya götürdüyünü və pul lazım olduğunu demişdir. Dost olduğunu nəzərə alaraq ona 200.000 manat pul vermişdir. Bir xeyli vaxt keçəndən sonra o yenə pul istəmiş və demişdir ki, işi yarımçıq qalır, həm də ev tikdirir və onun köməyi lazımdır. Ona yenə pul vermişdir. Onu evinə baxmağa dəvət etmişdir. Xeyli böyük ev idi, onun tikinti və təmirinə xeyli pul lazım olacaqdı, o elə bil fikrini başa düşmüş və demişdir ki “Sən varsan evi tikim sonra hər şey düzələcək.” Beləliklə, ona dörd dəfəyə 1.316.000 AZN məbləğində pul vermişdir. Axırıncı dəfə 2019-cu ilin payızında 500.000 AZN və sonralar isə yenə 5-10 min manat vermiş, ümumilikdə onun qəbzə imza edərək borc aldığı pullar cəmi 1,316,000 AZN təşkil edir. Cavabdeh bu borcun əksər hissəsini qəbul etsə də, tam qəbul etmir, lakin faktiki olaraq ona pulu borc vermiş və o bu pulu qaytarmalıdır. Ondan faiz və ya əlavə bir şey istəmir, nağd verdiyi pulları qaytarsın. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilmiş hazırlıq iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən etiraf edərək verdiyi izahatında həqiqətən də, İddiaçı 2013-cü ildən 2019-cu ilə qədər müxtəlif vaxtlarda 1.316.000 manat məbləğində borc pul aldığını, aldığı borcdan müxtəlif vaxtlarda 46.000 manatını iddiaçıya qaytardığını göstərmiş və qeyd edilənlərə dair yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3. 429,1.3, 442, 448.1, 448.2, 739.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, iş materiallarında olan Cavabdeh tərəfindən yazılıb imzalanmış aprel 2013-cü il tarixli qəbzə əsasən, cavabdeh İddiaçı 200000 manat, yanvar 2015-ci il tarixli qəbzə əsasən, 400000 manat, dekabr 2016-cı il tarixli qəbzə əsasən 216000 manat və sentyabr 2019-cu il tarixli qəbzə əsasən 500000 manat olmaqla, cəmi 1.316.000 manat pul borc almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıdan yuxarıda göstərilən məbləğdə borc pul götürməsi işin mübahisəsiz hallarını təşkil edir. Buna baxmayaraq, cavabdeh tərəfindən hal-hazıradək borc məbləği iddiaçıya qaytarılmamışdır. Cavabdeh qeyd olunan borcdan 46000 manatını qaytardığını göstərməsinə baxmayaraq, bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı və qanuni olub təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 1.316.000 manat məbləğində borc və 1448 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstrilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1.316.000 (bir milyon üç yüz on altı min) manat məbləğində borc və 1448 (min dörd yüz qırx səkkiz) manat dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar