Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4644/2023 31.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi Rəhman qızının maraqlı şəxs Bakı şəhəri 12 saylı Notariat Ofisinə qarşı “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair xüsusi icraat qaydasında verilmiş ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Rəhman qızı maraqlı şəxs Bakı şəhəri 12 saylı Notariat Ofisinə qarşı “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək xalası X1 xx.xx.2003-cü il tarixdə vəfat etdikdən sonra ona məxsus ünvan 1 ünvanında yerləşən 18 saylı evin 2/4 hissəsinin miras kimi ərizəçinin anası X4 tərəfindən qəbul edilməsi, anası X4 xx.xx.2019cu il tarixdə vəfat etdikdən sonra ondan miras qalmış ünvan 1 ünvanında yerləşən 18 saylı evin 2/4 hissəsinin faktiki olaraq onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və onun adına vərəsəlik haqqında müvafiq şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə X2, X5 və X8 maraqlarına toxunan şəxs qismində ərizə ilə məhkəməyə müraciət edərək mülki iş üzrə onların vərəsə olaraq miras paylarının müəyyən olunmasını məhkəmədən xahiş etmişlər. Beləliklə, məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılan mülki iş üzrə ərizəçinin iddia etdiyi hüquq haqqında mübahisənin mövcudluğu müəyyən edildiyindən məhkəmənin xx.xx.2023-cü il tarixli ilkin hazırlıq iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4-cü maddəsinin tələbi izah edilməklə ona xüsusi icraat qaydasında verilmiş ərizəni geri götürülməsi təklif edilmiş, ərizəçinin nümayəndəsi-vəkili Nümayəndə isə mübahisə olduğu halda işin faktiki hallarını hüquqlarını müdafiə etdiyi şəxslə birgə araşdırıb ərizəni geri götürülməsi ilə bağlı ona vaxt verilməsini və hazırlıq iclasının təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Ərizəçinin nümayəndəsi-vəkilinin şifahi vəsatəti təmin olunaraq məhkəmənin hazırlıq iclası təxirə salınmış və növbəti hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli hazırlıq iclasında iştirak edən ərizəçinin nümayəndəsi-vəkili Nümayəndə ərizənin geri götürülməsindən imtina edərək mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə tərəfindən maraqlarına toxunan şəxslərin ərizəsi, eyni zamanda AR MPM-nin 170 və 306.4-cü maddələrinin tələbləri nəzərə alınaraq, ərizəyə mahiyyəti üzrə hüquqi qiymət verilməsi üçün mülki işin məhkəmə baxışına təyin edilməsi barədə qərardad qəbul edilmiş və xx.xx.2023-cü il tarixə məhkəmə baxış iclası təyin edilmişdir. Məhkəmə baxış iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə izahat verərək bildirir ki, ərizəni geri götürmək istəmir, lakin hazırkı halda ərizənin baxılmamış saxlanılmasına etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq qeyd edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarında olan marağına toxunan şəxslər X2, X5 və X6 xx.xx.2023cü il tarixli ərizələrindən görünür ki, mülki iş üzrə mübahisə predmeti olan əmlak barədə hüquqlar üzrə mübahisə mövcuddur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.10-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 306.4-ci maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.5-ci bəndinə əsasən, hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. Göründüyü kimi, qanunvericilik birmənalı şəkildə xüsusi icraat qaydasında baxılan işlərdə hüquq haqqında mübahisənin yarandığı zaman ərizənin baxılmamış saxlanmalı olmasını müəyyən etmişdir. Hazırki mülki iş üzrə isə marağına toxunan şəxslər X2, X5 və X6 xx.xx.2023-cü il tarixli ərizələri mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə mübahisə yaranmışdır. Beləliklə məhkəmə hesab edir ki, Ərizəçi Rəhman qızının maraqlı şəxs Bakı şəhəri 12 saylı Notariat Ofisinə qarşı “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair xüsusi icraat qaydasında verilmiş ərizəsi üzrə mülki işə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edildiyindən ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, ərizə geri qaytarıldığından ödənilmiş dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 114, 259.0.11-ci, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Ərizəçi Rəhman qızının maraqlı şəxs Bakı şəhəri 12 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair xüsusi icraat qaydasında verilmiş ərizəsi baxılmamış saxlanılsın. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi Rəhman qızına qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi andan on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-4644/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4644/2023
31.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver