Məhkəmə qərarları › İş №2(004)-4646/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4646/2025

25.11.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4646/2025 25.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X15 “Respublika Təcili və X4 Mərkəzi” X7rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X15 “Respublika Təcili və X4 Mərkəzi” X7rşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilərək, AR “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X15 “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Ərazi Yardım Mərkəzi” X12 direktoru Mirələm Camalovun 25 iyun 2025-ci il tarixli, 18-1-88/3-1-10168/2025 nömrəli əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi və işə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, AR "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" X15 "Respublika Təcili və X4 Mərkəzi" X12 direktoru Mirələm Calalovun 25 iyun 2025-ci il tarixli, 18-1-88/3-1-10168/2025 nömrəli əmri ilə iddiaçı, Mərkəzi qaraj Şöbəsinin 2-ci dərəcəli sürücüsü İddiaçı ilə bağlanmış 1073 nömrəli əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 72-ci maddəsinin "f" bəndində nəzərdə tutulmuş hüquq pozuntularına görə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilmişdir. Əmrdə sadalanan hallar həqiqəti əks etdirmir. O, Qaradağ TTTYS bölməsinin TTTY üzrə həkimi Gülnarə Ağamirzəyevanın yatdığı yerdə şəklini çəkməmiş və paylaşmamışdır. Bunlar hamısı X1 ona qarşı olan şəxsi qərəzli münasibətlərinin nəticəsidir. X3 ona və həyat yoldaşına qarşı şər, böhtan xarakterli şayələr yayaraq onları kollektivdə nüfuzdan salmaqla məşğuldur. Aralarında çoxsaylı məhkəmə mübahisələri olmuşdur. O dayanmadan iddiaçı barəsində həqiqətə uyğun olmayan məlumatları rəhbərliyə çatdırmaqla onun şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirib. İddiaçı barəsində şiddətli töhmət verilməsi barədə əmr verilir, həmin əmr ona təqdim edilmədən məlumatı olmadan X2 verilir və onun tərəfindən müəssisə rəhbərliyinə təqdim edilir. İddiaçı həmişə işinə məsuliyyətlə yanaşmışdır. 44-günlük ikinci Qarabağ müharibəsində göstərdiyi xidmətlərə görə fəxri fərmanlarla təltif edilmişdir. Həmkarlar ittifaqı təşkilatı tərəfindən bu barədə ona hər hansı formada məlumat verilməyib və onların razılığının olub-olmaması barədə onda məlumat yoxdur. İdarə rəhbərliyin bu qanunsuz hərəkətləri iddiaçı və ailəsinin Azərbaycan Respublikası Konistitusiyasında nəzərdə tutulmuş işləmək, yaşamaq və s. hüquqlarını pozur. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, AR “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X15 ”Respublikası Təcli və X4 Mərkəzi” X12 direktoru Mirələm Calalovun 25 iyun 2025-ci il tarixli,18-1-88/3-1- 10168/2025 nömrəli əmrinin qanunsuz hesab ediərək ləğv edilməsi, “Respublika Təcili və X4 Mərkəzi” X12 1 saylı (keçmiş 15 saylı) Qaradağ bölməsinə sürücü işinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə3 elektron kabinet vasitəsilə iddiaya etirazını məhkəməyə təqdim edərək, etirazın qəbul edilməsi, iş üzrə xx.xx.2025-ci il tarixdə, saat 11:45-ə təyin edilmiş məhkəmə iclasına iştirakları olmadan baxılması və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ilə bağlı məsələ Mərkəzdə araşdırılan zamanı məlum olmuşdur ki, Mərkəzin 15 saylı bölməsinin sürücüsü İddiaçı növbədə olduğu müddətdə ona təhkim olunmuş xidməti avtomobildə çəkiliş apararaq “Tik-Tok” sosial şəbəkəsində yaydığı videolarda ünvansız qeyri-etik ifadələr işlətmiş, Mərkəzin həkimi Gülnarə Ağamirzəyevanın yatdığı yerdə fotosunu çəkərək digər şəxslər arasında yayılmasına və paylaşılmasına səbəb olmuş, bununla da işlədiyi Mərkəzin nüfuzuna xələl gətirmişdir. Sürücü İddiaçı ona təhkim olunmuş xidməti avtomobildə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerdə (“tütün çəkmək qadağandır” yazılmış nəqliyyat vasitəsində), yəni oksigen balonu yerləşdirilmiş xidməti avtomobildə yüksək səsli musiqi sədaları altında tütün məmulatından istifadə edərək həmin video görüntünü “Tik-Tok” sosial şəbəkəsində paylaşmışdır. Vətəndaş N.Quliyevanın şikayət xarakterli müraciəti ilə bağlı daha öncə aidiyyəti üzrə Daxili nəzarət və monitorinq departamentində xidməti araşdırma aparılmış, xidməti araşdırmanın nəticəsində sürücü İddiaçı xx.xx.2024-cü il tarixli 18-1-88/3-1- 12536/2024 nömrəli əmrlə növbədə olduğu müddətdə qeyri-etik ifadələr işlətdiyinə, müəssisənin nüfuzuna xələl gətirən hərəkətlərə yol verdiyinə və əmək intizamı qaydalarını kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “a” bəndinə uyğun olaraq töhmət verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 212.1-ci maddəsinə əsasən bu Məcəllənin 299, 305, 306.4, 318 və 322.0.4-cü maddələrində nəzərdə tutulan yerlər istisna olmaqla, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş digər yerlərdə tütün çəkməyə görə 30 manat məbləğində cərimə edilir. “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması” haqqında Azərbaycan Respublikasının Qanununun 10.1.18-ci maddəsinə əsasən, yanacaqdoldurma məntəqələrində, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələrdə, habelə bu maddələrin daşındığı nəqliyyat vasitələrində tütün çəkilməsi qadağandır. Həmin Qanunun 10.1.2-ci maddəsinə əsasən tibb müəssisələrində və tibbireabilitasiya müəssisələrində, habelə onların ərazilərində tütün çəkilməsi qadağandır. Beləliklə də, İddiaçı qadağan edilmiş yerdə (“tütün çəkmək qadağandır” yazılmış nəqliyyat vasitəsində), yəni oksigen balonu yerləşdirilmiş xidməti avtomobildə tütün məmulatından istifadə etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 212.1-ci maddəsinin tələbini pozaraq inzibati xəta törətmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, cavabdehin nümayəndəsi Nümayəndə3 elektron kabinet vasitəsilə məhkəməyə ərizə verərək, üzürlü səbəbdən iclasda iştirak edə bilmədiklərini, hazırki iş üzrə bu günə təyin edilmiş məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdareətmə Birliyi” X15 “Respublika Təcili və X4 X11 Şəxsin xx.xx.2025-ci il tarixli, 18-1-88/3-1- 10168/2025 nömrəli “İddiaçı vəzifədən azad edilməsi barədə” əmrinə əsasən Mərkəzi qaraj şöbəsinin 2-ci dərəcəli sürücüsü İddiaçı ilə bağlanmış 1073 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndində nəzərdə tutulmuş (iş vaxtı ərzində bilavasitə ş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi) hüquqpozuntularına yol verdiyinə görə xx.xx.2025-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən xitam verilməsi, İddiaçı ilə son haqq-hesabın aparılmasını, o cümlədən Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən ona işlədiyi müddətdə istifadə etmədiyi 33 təqvim günü əsas məzuniyyətlərinə görə pul əvəzinin, ödənilməsinin təmin edilməsi əmr edilmişdir. Həmin əmrdə əsas olaraq Cavabdeh (TƏBİB) X12 Hüquq departamenti tərəfindən hazırlanmış və 18-1/3-674/2025 nömrəli xx.xx.2025-ci il tarixirli Xidməti məruzəsinin nəticəsinə uyğun olaraq TƏBİB-in insan resursları departamenri tərəfindən Respublika Təcili və X5 Mərkəzinə (Mərkəz) təqdim olunmuş 18- 1/2-4219/2025 nömrəli xx.xx.2025-ci il tarixli rəsmi məktubu, həmçinin 4 aprel 2025-ci il tarixində 18-1- 88/3-1-4538/2025 nömrəli əmrlə isə xx.xx.2025-ci il tarixində növbədə olarkən tibb bacısı Kərimova Şəfa ilə işə aid olmayan məsələlər haqqında mübahisə apardığına, kollektiv arasında nəlayiq sözlər işlətdiyinə və əmək intizamı qaydalarını pozduğuna görə ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “b" bəndinə uyğun olaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət edildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin "f” bəndində nəzərdə tutulmuş (iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi) hüquq pozuntularına yol verdiyinə görə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verildiyi qeyd olunmuşdur. İş materiallarında olan Füzuli rayon Diaqnostika mərkəzi Füzuli MDM-in Direktoru Ş.Şükürov tərəfindən verilmiş Fəxri Fərmana əsasən sürücü İddiaçı 44 günlük 2-ci Qarabağ müharibəsində Şəhid və yaralıların təxliyə edilməsində yaxından kömək göstərdiyinə görə təltif olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Fəxri Fərmana əsasən X6 PHŞ işçisi İddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyünün bərpası uğrunda 2-ci Qarabağ müharibəsində aparılan əməliyyatlar zamanı yaralı əsgər və zabitlərin döyüş bölgəsindən çıxarılması və təxliyə olunmasında göstərdiyi xidmətlərə görə təltif olunmuşdur. İş materiallarında olan AR "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" X9 xx.xx.2025ci il tarixli, 18-1/3-322/2025 nömrəli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün sənədlərin aidiyyəti üzrə göndərilməsinə münasibət bildirilməsi haqqında” xidməti məruzəyə əsasən Mərkəzin 15 saylı X13 bölməsinin (Bölmə) sürücüsü İddiaçı növbədə olduğu müddətdə ona təhkim olunmuş xidməti avtomobildə çəkiliş apararaq “Tik-tok” sosial şəbəkəsində yaydığı videolarda ünvansız qeyri-etik ifadələr işlətmiş, Mərkəzin həkimi Gülnarə Ağamirzəyevanın yatdığı yerdə fotosunu çəkərək digər şəxslər arasında yayılmasına və paylaşılmasına səbəb olmuş, bununla da işlədiyi Mərkəzin nüfuzuna xələl gətirmişdir. Bundan əlavə sürücü İddiaçı ona təhkim olunmuş xidməti avtomobildə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerdə (“tütütn çəkmək qadağandır” yazılmış nəqliyyat vasitəsində), yəni oksigen balonu yerləşdirilmiş xidməti avtomobildə yüksək səsli musiqi sədaları altında tütün məmulatından istifadə edərək həmin video görüntünü “Tik-tok” sosial şəbəkəsində paylaşmışdır. Vətəndaş N.Quliyevanın şikayət xarakterli müraciəti ilə bağlı daha öncə aidiyyəti üzrə Daxili nəzarət və monitorinq departamentinə xidməti araşdırma aparılmış, xidməti araşdırmanın nəticəsində sürücü İddiaçı xx.xx.2024-cü il tarixli 18-1- 88/3-1-12536/2024 nömrəli əmrlə növbədə olduğu müddətdə qeyri-etik ifadələr işlətdiyinə, müəssisənin nfuzuna xələl gətirən hərəkətə yol verdiyinə və əmək intizamı qaydalarını kobud şəkildə pozduğuna görə Azərbaycan Respulikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “a” bəndinə uyğun olaraq töhmət verilmişdir. İş materiallarında olan AR "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" X9 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 18-1/2-Q-1- 6657/2025 nömrəli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” məktubuna əsasən “Respublika Təcili və X4 Mərkəzi” X12 (Mərkəz) strukturuna daxil olan 15 saylı X13 bölməsinin fəaliyyəti haqqında vətəndaş X1 şikayət xarakterli müraciəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xx.xx.2025-ci il tarixli 1-1-23/2- Q-773- 105/2025 nömrəli müşayiət məktubu ilə baxılması üçün Cavabdeh X15ə (TƏBİB) göndərilmişdir. Vətəndaşın müraciəti ilə bağlı araşdırma zamanı məlum olmuşdur ki, Mərkəzin 15 saylı X13 bölməsinin (Bölmə) sürücüsü İddiaçı növbədə olduğu müddətdə ona təhkim olunmuş xidməti avtomobildə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerdə (“tütün çəkmək qadağandır” yazılmış nəqliyyat vasitəsində), yəni oksigen balonu yerləşdirilmiş xidməti avtomobildə yüksək səsli musiqi sədaları altında tütün məmulatından istifadə edərək həmin video görüntünü “Tik-Tok” sosial şəbəkəsində paylaşmışdır. Vətəndaş N.Quliyevanın şikayət xarakterli müraciəti ilə bağlı daha öncə aidiyyəti üzrə TƏBİB-in Daxili nəzarət və monitorinq departamentində xidməti araşdırma aparılmış, xidməti araşdırmanın nəticəsində sürücü İddiaçı xx.xx.2024-cü il tarixli 18-1-88/3-1- 12536/2024 nömrəli əmrlə növbədə olduğu müddətdə qeyri-etik ifadələr işlətdiyinə, müəssisənin nüfuzuna xələl gətirən hərəkətlərə yol verdiyinə və əmək intizamı qaydalarını kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “a” bəndinə uyğun olaraq töhmət verilmişdir. Beləliklə, yuxarıda qeyd edilən qanunvericiliyin normalarını hazırkı işin halına tətbiq edərək qeyd edirlər ki, Mərkəzin 15 nömrəli bölməsinin sürücüsü İddiaçı qadağan edilmiş yerdə (“tütün çəkmək qadağandır” yazılmış nəqliyyat vasitəsində), yəni oksigen balonu yerləşdirilmiş xidməti avtomobildə tütün məmulatından istifadə etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 212.1-ci maddəsinin tələbini pozaraq inzibati xəta törətmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Mərkəzin 15 nömrəli bölməsinin sürücüsü İddiaçı barəsində toplanılan müvafiq materiallar inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə iddiaçı və onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 9-cu maddəsinin “q” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq hüququ vardır. 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 72-ci maddəsinin f bəndinə əsasən iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80-ci maddəsinin 2-ci hissəsinə əsasən Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 292-ci maddəsinin 1-ci hissəsinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 oktyabr 2023-cü il Qərarında qeyd olunmuşdur ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı xx.xx.2013-cü il tarixdə BBSİ-nin X6 ehtiyat qrupuna 2-ci dərəcəli sürücü vəzifəsinə təyin olunmuş, daha sonra TƏBİB-nin Müşahidə Şurasının 19 iyul 2023-cü il tarixli 13-Q/2023 nömrəli Qərarı ilə “Respublika Təcili və X4 Mərkəzi” X14 yaradılmış, xx.xx.2024-cü il tarixdə “Mərkəzi Qaraj” şöbəsinə 2-ci dərəcəli sürücü vəzifəsinə təyin edilmiş, daha sonra xx.xx.2025-ci il tarixdə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən tutduğu vəzifədən azad edilmişdir. Hazırda İddiaçı cavabdeh”Respublikası Təcli və X4 Mərkəzi” X12 25 iyun 2025-ci il tarixli,18-1-88/3-1-10168/2025 nömrəli əmrinin qanunsuz hesab ediərək ləğv edilməsi, əvvəlki vəzifəsinə işinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya etiraz edərək, İddiaçı növbədə olduğu müddətdə ona təhkim olunmuş xidməti avtomobildə çəkiliş apararaq “Tik-Tok” sosial şəbəkəsində yaydığı videolarda ünvansız qeyri-etik ifadələr işlətdiyini, Mərkəzin həkimi Gülnarə Ağamirzəyevanın yatdığı yerdə fotosunu çəkərək digər şəxslər arasında yayılmasına və paylaşılmasına səbəb olduğunu, ona təhkim olunmuş xidməti avtomobildə “tütün çəkmək qadağandır” yazılmış nəqliyyat vasitəsində, yəni oksigen balonu yerləşdirilmiş xidməti avtomobildə yüksək səsli musiqi sədaları altında tütün məmulatından istifadə edərək həmin video görüntünü “Tik-Tok” sosial şəbəkəsində paylaşdığını, vətəndaş N.Quliyevanın şikayət xarakterli müraciəti ilə bağlı daha öncə aidiyyəti üzrə Daxili nəzarət və monitorinq departamentində xidməti araşdırma aparıldığını, xidməti araşdırmanın nəticəsində sürücü İddiaçı xx.xx.2024-cü il tarixli 18-1-88/3-1-12536/2024 nömrəli əmrlə növbədə olduğu müddətdə qeyri-etik ifadələr işlətdiyinə, müəssisənin nüfuzuna xələl gətirən hərəkətlərə yol verdiyinə və əmək intizamı qaydalarını kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “a” bəndinə uyğun olaraq töhmət verildiyini, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 212.1ci maddəsinə əsasən qadağan edilmiş yerlərdə tütün çəkməyə görə 30 manat məbləğində cərimə edildiyini, beləliklə, İddiaçı inzibati xəta törətdiyini bildirsə də, həmin halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X10 “İddiaçı vəzifədən azad edilməsi haqqında” 25 iyun 2025-ci il tarixli, 18-1-88/3-1-10168/2025 nömrəli əmrin verilməsinə əsas olmuş sənədlər və işçi İddiaçı əmək müqaviləsinin ləğv edilməsi ilə əlaqədar həmkarlar ittifaqı əsaslandırılmış yazılı qərarın təqdim edilməsi ilə bağlı sorğu ünvanlanmış, lakin sorğuya cavab verilməmiş, əmrin verilməsinə əsas olmuş sənədlər və həmkarlar ittifaqının yazılı qərarı məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinə əsasən Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Həmçinin, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Göründüyü kimi, Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi hallarının mövcudluğu ilə şərtləndirilmişdir. Cavabdeh iddiaçı ilə bağladığı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam versə də, iddiaçının əməli nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya işəgötürənin, habelə əmək kollektivinin, onun ayrı-ayrı üzvlərinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad etməmiş və bu barədə məhkəməyə sübut təqdim etməmişdir. Qeyd olunmalıdır ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X15 ”Respublikası Təcli və X4 Mərkəzi” X12 25 iyun 2025-ci il tarixli,18- 1-88/3-1-10168/2025 nömrəli K.ARəşidzadənin vəzifədən azad edilməsi haqqında” əmri ləğv edilməli, İddiaçı əvvəlki vəzifəsinə, yəni Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X15 “Respublika Təcili və X4 Mərkəzi” X9 “Mərkəzi Qaraj” şöbəsinə 2-ci dərəcəli sürücü vəzifəsinə bərpa edilməli və məcburi iş buraxma müddəti üçün ödənilməli olan əmək haqqı hesablanaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X15 ”Respublikası Təcli və X4 Mərkəzi” X12 25 iyun 2025-ci il tarixli,18-1-88/3-1-10168/2025 nömrəli “İddiaçı vəzifədən azad edilməsi haqqında” əmri ləğv edilsin. İddiaçı əvvəlki vəzifəsinə, yəni Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X15 “Respublika Təcili və X4 Mərkəzi” X9 “Mərkəzi Qaraj” şöbəsinə 2-ci dərəcəli sürücü vəzifəsinə bərpa edilsin. Cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X15 “Respublika Təcili və X4 Mərkəzi” X14 tərəfindən məcburi iş buraxma müddəti üçün ödənilməli olan əmək haqqı hesablanaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar