Məhkəmə qərarları › İş №2(004)-4647/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4647/2023

02.11.2023 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4647/2023 02.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı "xxxx" Bank olmayan kredit təşkilatı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Bank olmayan kredit təşkilatı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Bank olmayan kredit təşkilatı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə bağlanmış 13 aprel 2022-ci il tarixli ACAM2-2643-690 saylı kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1030,06 manat əsas borc, 37,20 manat faiz borcu və 39,16 manat cari dəbbə borcu olmaqla, cəmi 1106,42 manat kredit borcu və 32,40 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Bank olmayan kredit təşkilatı MMC ilə Cavabdeh1 arasında ikinciya illik 25% olmaqla 24 ay müddətinə 2500 manat kredit verilməsini nəzərdə tutan 13 aprel 2022-ci il tarixli ACAM2-2643-690 saylı kredit müqaviləsi imzalanmış və kreditin aylıq 133 manat olmaqla ödənilməsi müəyyən edilmişdir. Qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliklərin lazımi qaydada icrasını təmin etmək məqsədilə "xxxx" Bank olmayan kredit təşkilatı MMC, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında 13 aprel 2022-ci il tarixli ACAM2-2643-690+ACAM2- 4160 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün "xxxx" Bank olmayan kredit təşkilatı MMC məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh1 01 sentyabr 2023-cü il tarixə kredit üzrə borcu 1030,06 manat əsas borc, 37,20 manat faiz borcu və 39,16 manat cari dəbbə borcu olmaqla, cəmi 1106,42 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Bank olmayan kredit təşkilatı MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək cavabdehlər tərəfindən müəyyən ödənişlər edildiyindən iddianın qismən təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1, 385.1, 386.1, 427.3, 429.1.3., 442, 467, 739.1, 739.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, "xxxx" Bank olmayan kredit təşkilatı MMC ilə Cavabdeh1 arasında bağlanmış 13 aprel 2022-ci il tarixli ACAM2-2643-690 saylı kredit müqaviləsindən görünür ki, Bank Borcalan Cavabdeh1 illik 25% olmaqla 24 ay müddətinə 2500 manat məbləğində kredit vermişdir. "xxxx" Bank olmayan kredit təşkilatı MMC ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 13 aprel 2022-ci il tarixli ACAM2-2643-690+ACAM2-4160 saylı Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 13 aprel 2022-ci il tarixli ACAM2- 2643-690 kredit müqaviləsi üzrə Cavabdeh1 zamin durmuşdur. Məhkəmə iclasında iddiaçı "xxxx" Bank olmayan kredit təşkilatı MMC tərəfindən təqdim olunan maliyyə arayışından görünür ki, Cavabdeh1 13 aprel 2022-ci il tarixli ACAM2-2643-690 nömrəli kredit müqaviləsi üzrə banka 984,56 manat əsas, 7,94 manat faiz və 23,59 manat dəbbə borcu olmaqla, ümumilikdə 1016,09 manat məbləğində borcu yaranmışdır. Göründüyü kimi, bank kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin tələblərinə görə bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Odur ki, iddiaçı haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Habelə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Məhkəmə AR Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunun azaldılmasını məqbul saymışdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi qanuni və əsaslı olduğundan qismən təmin edilməli, kredit müqaviləsi ləğv edilməklə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 984,56 manat əsas, 7,94 manat faiz və 23,59 manat dəbbə borcu olmaqla, ümumilikdə 1016,09 manat məbləğində borc və 32,40 manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" Bank olmayan kredit təşkilatı MMC-nin xeyrinə ödənilməlidir. AR Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi qismən təmin edilsin. "xxxx" Bank olmayan kredit təşkilatı MMC ilə Cavabdeh1 arasında bağlanmış 13 aprel 2022-ci il tarixli ACAM2-2643-690 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 984,56 manat əsas, 7,94 manat faiz və 23,59 manat dəbbə borcu olmaqla, ümumilikdə 1016,09 (bir min on altı manat 09 qəpik) manat məbləğində borc və 32,40 (otuz iki manat 40 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" Bank olmayan kredit təşkilatı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar