Məhkəmə qərarları › İş №2(004)-4656/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4656/2023

16.10.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4656/2023 16.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X7 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə qarşı “əmrin ləğvi” tələbinə dair iddir ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin xx.xx.2023-cü il tarixli 411k nömrəli əmrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 10 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Kürdəmir, Ucar və Göyçay rayonları üzrə kommunal istismar sahəsində bağban işinə düzəlmişdir. O, işlədiyi müddətdə işinə daim vicdanla yanaşmış, rəhbərliyin tapşırıqlarına əməl etmişdir. Müvəqqəti məskunlaşdığı Kürdəmir rayonundakı qaçqınlar şəhərciyində və həmçinin Kürdəmir rayonu ərazisində bağban kimi öz işinin öhdəsindən layiqincə gəlmişdir. İdarənin rəhbəri İddiaçı bir növ “üzüyola” olmasından sui-istifadə edərək, onu iş vaxtından əlavə işlərə cəlb etmiş, nəinki Kürdəmir, hətta İmişli və Ucar rayonları ərazisində bağban kimi yox, süpürgəçi kimi işlərə cəlb etmişdir. İddiaçı buna etiraz etdikdə, onu işdən çıxaracağı barədə hədələmiş və sonunda onu xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmışdır. Bu maddə ilə işdən azad olunan iddiaçı himayəsində bir azyaşlı övladı, digər övladı isə hərbi xidmətdə, həmçinin dializ və şəkər xəstəsi olan valideynləri vardır. Ailənin yeganə qazanc gətirən iddiaçı olmasını fikirləşilsə, ailənin hansı çətin, çıxılmaz vəziyyətdə olmasını təsəvvür etmək belə çətindir. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin xx.xx.2023-cü il tarixli 411k nömrəli əmrin ləğv edilməsi, işə bərpa və buraxılmış günlər üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında cavabdehin nümayəndəsi X13 etiraz təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılır ki, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə onunla bağlanmış müqaviləyə xitam verilmişdir. Müqaviləyə xitam ona görə verilmişdir ki, iddiaçı cavabdehin Kürdəmir, Ucar və Göyçay rayonları üzrə kommunal istismar sahəsində bağban işlədiyi müddətdə xidmət vaxtı nizam-intizam qaydalarını pozaraq və rəhbərliyə qarşı kobud rəftar etdiyi üçün ona Əmək Məcəlləsinin 186cı maddəsinin a bəndi ilə 03 may 2023-cü il tarixdə 37 nömrəli əmrlə töhmət verilmişdir. İddiaçı bundan da nəticə çıxarmayaraq əksinə nizam-intizam qaydalarını pozmağa davam edib və rəhbərliyə qarşı təkrar kobud rəftar etdiyindən ona Əmək Məcəlləsinin 186-cı maddəsinin a bəndinə əsasən 17 may 2023-cü il tarixdə 42 nömrəli əmrlə şiddətli töhmət verilmişdir. Beləliklə, iddiaçının barəsində töhmət və şiddətli töhmət tətbiq edilsə də, o nəticə çıxarmayıb, intizamsızlığa və rəhbərliyə qarşı kobud rəftara davam etdiyindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, nümayəndə və vəkilinin dediklərini təsdiq edir. Əlavə olaraq izahatında bildirir ki, Kürdəmirdə işləyirdi. Əlavə olaraq onu İmişliyə gübrə yığmağa aparmışlar. O da narazılıq etmiş və bildirmişdir ki, burada işləməli deyil. Çünki vəzifələrinə bu işin aidiyyatı yoxdur. Bundan əlavə məktəblər istifadəyə təhvil verilməmişdən öncə məktəbin həyətini də o və onun iş yoldaşlarına təmizlətmişlər. Vəzifəsinə aid sayılmayan işləri gördüyünə görə o da etirazını bildirmiş, lakin buna baxmayaraq həmin işləri də yerinə yetirmişdir. Ancaq dövlət tədbirləri zamanı əlavə işlər görməyə etiraz etməmişdir. Əlavə işlərdə çalışdırıldığına görə etiraz etdiyi üçün işdən azad edilmişdir. İşə gecikməsi olmamışdır və işlərini yerinə yetirən işçi olmuşdur. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X13 etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş edir. Əlavə olaraq izahatında bildirir ki, iddiaçı bağban kimi vəzifəsini doğru qaydada yerinə yetirmirmiş, vəzifəsi ilə bağlı işlərini kənara atıb, digər işçilərin də işlərinə nəzarət etməyə çalışır və onların əvəzinə danışırmış. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, işdən çıxarılması ilə bağlı Həmkarkar ittifaqında iclasın keçirilməsi barədə İddiaçı şifahi məlumat verilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı 2Q1W3C000600 saylı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı 10 iyun 2020-ci il tarixdən müddətsiz əmək müqaviləsi ilə Kürdəmir-Ucar-Göyçay rayonları Mənzil- Kommunal İstismar Sahəsində bağban kimi işə qəbul olunmuşdur. Əmək haqqı 260 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin xx.xx.2020-ci il tarixli, 496 nömrəli əmrinin surətinə əsasən Kürdəmir-Ucar-Göyçay Mənzil-Kommunal İstismar Sahəsinin Kürdəmir ərazisinə bağban işinə təyin edilməsi əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin işçilərin vəzifə təlimatından görünür ki, bağban tinglərin, qələmlərin, ağacların, gül bitkilərin əkilməsi, dibinin boşaldılması, mineral gübrələrin verilməsi və bitkiləriə qulluq edilməsi və digər işləri yerinə yetirməlidir. İş materiallarında olan Kürdəmir-Ucar-Göyçay rayonları Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli aktına əsasən, aktı tərtib edib imza edənlər MKİS-in rəisi N.İbrahimov, mühəndis Ə.Məmmədov, sahə nəzarətçisi N.Cabbarov, kompüter operatoru A.Feziyeva və kargüzar A.Göyüşlü bildirmişlər ki, Kürdəmir MKİS-nin bağbanı İddiaçı xidmət vaxtı nizam-intizam qaydalarını pozduğuna və rəhbərliyə qarşı kobud rəftar etdiyinə görə tədbir görülməsini xahiş etmişlər. İş materiallarında olan Kürdəmir-Ucar-Göyçay MKİS-in rəisi N.Ş.İbrahimov tərəfindən Departament direktoruna ünvanlanmış xx.xx.2023-cü il tarixli xidməti məlumata əsasən Kürdəmir MKİS-nin bağbanı İddiaçı xidmət vaxtı nizam-intizam qaydalarını pozduğuna və rəhbərliyə qarşı kobud rəftar etdiyinə görə tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin xx.xx.2023-cü il tarixli, 37 nömrəli əmrinin surətinə əsasən Kürdəmir-Ucar-Göyçay Mənzil-Kommunal İstismar Sahəsində bağban vəzifəsində çalışan İddiaçı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq xidmət vaxtı nizamintizam qaydalarını pozduğu və rəhbərliyə qarşı kobud rəftar etdiyi üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin “a” bəndinə əsasən “töhmət” verilmişdir. İş materiallarında olan Kürdəmir-Ucar-Göyçay rayonları Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli aktına əsasən, aktı tərtib edib imza edənlər MKİS-in rəisi N.İbrahimov, mühəndis Ə.Məmmədov, sahə nəzarətçisi N.Cabbarov, kompüter operatoru A.Feziyeva və kargüzar A.Göyüşlü bildirmişlər ki, Kürdəmir MKİS-nin bağbanı İddiaçı xidmət vaxtı nizam-intizam qaydalarını pozduğuna və rəhbərliyə qarşı kobud rəftar etdiyinə görə tədbir görülməsini xahiş etmişlər. İş materiallarında olan Kürdəmir-Ucar-Göyçay MKİS-in rəisi N.Ş.İbrahimov tərəfindən Departament direktoruna ünvanlanmış xx.xx.2023-cü il tarixli xidməti məlumata əsasən Kürdəmir MKİS-nin bağbanı İddiaçı xidmət vaxtı nizam-intizam qaydalarını pozduğuna və rəhbərliyə qarşı kobud rəftar etdiyinə görə tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin xx.xx.2023-cü il tarixli, 42 nömrəli əmrinin surətinə əsasən Kürdəmir-Ucar-Göyçay Mənzil-Kommunal İstismar Sahəsində bağban vəzifəsində çalışan İddiaçı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq xidmət vaxtı nizamintizam qaydalarını pozduğu və rəhbərliyə qarşı kobud rəftar etdiyi üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin “b” bəndinə əsasən “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Həmkarlar İttifaqı Komitəsinin sədrinə ünvanlanmış 21 iyun 2023-cü il tarixli 310 saylı təqdimatının surətindən görünür ki, Kürdəmir- Ucar-Göyçay Mənzil-Kommunal İstismar Sahəsində bağban vəzifəsində çalışan İddiaçı əmək intizamını pozaraq iş vaxtında nizam-intizam qaydalarına əməl etmədiyi və rəhbər işçilərə qarşı kobud rəftar etdiyi barədə, işçilər tərəfindən tərtib edilmiş aktlara, MKİS rəisi tərəfindən daxil olmuş xidməti məlumatlara və bunun əsasında adı çəkilən işçilərə verilmiş şiddətli töhmətlərə əsasən həmin işçilərlə bağlanmış əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam verilməsi məsələsinə baxılması və qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Su Təsərrüfatı X5 Respublika Komitəsinin xx.xx.2023-cü il tarixli, 03 nömrəli qərarına əsasən Komitə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə pozulmasına etiraz etmir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli, 411 nömrəli əmrin surətinə əsasən Kürdəmir-Ucar-Göyçay Mənzil- Kommunal İstismar Sahəsində bağban vəzifəsində çalışan İddiaçı AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən 2023-cü ilin 24 iyun tarixindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan MKİS-nin işçiləri X2, X11, X14 və X8, X3 04 oktyabr 2023-cü il tarixli teleqramlardan və ərizələrin məzmunlarından görünür ki, İddiaçı müdriyyətə qarşı kobudluq etmiş, rəhbərliyin verdiyi tapşırıqları yerinə yetirməmişdir. İş materiallarında olan AA seriyalı 289465 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür. İş materiallarında olan DSMF-nin Kürdəmir rayon şöbəsinin 033650 nömrəli vəsiqəsinin surətindən görünür ki, İddiaçı 1-ci qrup müddətsiz əlildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Kürdəmir- Ucar-Göyçay Mənzil-Kommunal İstismar Sahəsinin rəisidir. İddiaçı MKİS-də bağban vəzifəsində işləyirdi. Onu şəxsi məkanlarında işlətməmişdir. İlqara deyilirmiş ki, ağac əkiləcək, o isə deyilən şeyi yerinə yetirməkdən imtina edir və işçilər arasında konflikt yaradırmış. O isə qeyd etdiyi məsələyə görə aktlaşdırma aparmış və rəhbərliyə təqdim etmişdir. Bundan üç il öncə süpürgə təminatında qıtlıq olduğuna görə işçiləri süpürgə yığmağa aparmışlar. Qeyd etdiyi kimi bu məsələdən üç il keçmişdir. O, İlqara çox sayda xəbərdarlıqlar etmiş, o isə ona bildirmişdir ki, “get nə edirsən et”. İşdən çıxarıldıqdan sonra isə ondan prokurorluğa və digər orqanlara şikayət vermişdir. Məktəb məsələsi barədə isə bildirmək istəyir ki, iməcilik təşkil etmişlər və bu, 2020-ci ildə olmuşdur. İlqar etdiyi səhvləri qəbul etmək istəmir, ancaq vəziyyət izah etdiyi kimi idi. İşin müəyyən edilmiş halları odur ki, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Kürdəmir-Ucar-Göyçay Mənzil- Kommunal İstismar Sahəsində 2020-ci ildən işə başlamış və xx.xx.2023-cü il tarixədək bağban vəzifəsini icra etmişdir. İşlədiyi dövrdə xidmət vaxtı nizam-intizam qaydalarını pozduğuna və rəhbərliyə qarşı kobud rəftar etdiyi barədə iki dəfə akt tərtib olunaraq ona töhmət və şiddətli töhmət verilmişdir. İşəgötürənin xx.xx.2023-cü il tarixli əmrinə əsasən iddiaçı AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Hazırda iddiaçı onun işdən azad edilməsi barədə xx.xx.2023-cü il tarixli, 411k nömrəli əmrinin ləğv edilərək onun məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yerinə, tutduğu vəzifəyə bərpa edilməsini və buraxılmış günlər üçün əmək haqqının ödənilməsini xahiş edir. Cavabdeh iddiaçının işdən azad edilməsi haqqında xx.xx.2023-cü il tarixli, 411k nömrəli əmrin əsaslı olduğunu bildirir və iddianın rədd olunmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia tələbi aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə aşağıdakı şərtlər daxilində yol verilir : a) işçi öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməməlidir, b) işçinin bu hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalıdır, c) işçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir. Əgər göstərilən şərtlərə əhəmiyyət vermədən əmək müqaviləsi ləğv edilərsə, bu zaman əmək müqaviləsinin ləğv edilməsi hüquqauyğun olmayacaqdır və həmin işçi ilə əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi yolverilməzdir. Eyni zamanda əmək müqavilisinə xitam verilməsi barədə əmrdə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmalıdır. Hazırda iş materiallarından müəyyən olunur ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmr ümumiyyətlə əsaslandırılmamışdır. Əmək Məcəlləsinin 80-ci maddəsinə görə, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Həmkarlar İttifaqı Komitəsinin iclasına İddiaçı dəvət olunması barədə iş materiallarına heç bir sübut əlavə olunmamışdır. Məhkəmə qeyd edir ki, iş materiallarına əsasən iddiaçının xidmət vaxtı nizam-intizam qaydalarını pozduğuna və rəhbərliyə qarşı kobud rəftar etdiyi barədə işçilərin aktı xx.xx.2023-cü il tarixdə tərtib edilmiş, bundan sonra 03 may 2023-cü il tarixli əmrlə iddiaçıya töhmət verilmiş, eyni məzmunlu akt 16 may 2023-cü il tarixdə tərtib edilmiş və onun əsasında xx.xx.2023-cü il tarixli əmrlə şiddətli töhmət verilmişdir. Göründüyü kimi sözügedən aktlar əsasında iddiaçıya inzibati tənbeh verilmiş, şiddətli töhmət verildikdən sonra iddiaçının özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə təkrarən pozmasına dair hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə şahid ifadəsi ilə bağlı qeyd edir ki, X1 ifadəsi onun həmin müəssisənin rəisi olması, iddiaçıya münasibətdə rəhbər vəzifəsində olması nəzərə alınaraq müdafiə xarakterlidir və mötəbər sübut kimi qəbul edilmir. Məhkəmə, bundan əlavə məhkəməyə ünvanlanmış teleqram və ərizələrlə bağlı bildirir ki, sözügedən ərizələrdə iddiaçının hansı tarixlərdə nizam-intizam qaydalarını pozduğu və rəhbərliyə qarşı kobud rəftar etdiyi göstərilmədiyindən (töhmət, şiddətli töhmət tənbeh tədbiri verilməsindən əvvəl və ya sonra), eyni zamanda həmin şəxslərin hal-hazırda da həmin müəssisədə çalışmalarını nəzərə alaraq, həmin sübutları təqzibolunmaz və əsaslı hesab etmir. Əmək Məcəlləsinin 11.1-ci maddəsinin d bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək hüququ vardır. Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmrdən də göründüyü kimi, İddiaçı işdən azad edilməsi barədə xx.xx.2023-cü il tarixli, 411k nömrəli əmri ümumiyyətlə əsaslandırılmamışdır. Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən töhmət verə, sonuncu sonuncu xəbərdarlıqla şiddətli töhmət verə, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə edə və onunla bağlanmış əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək kimi inzibati tənbeh verə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Həmin məcəllənin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Həmin məcəllənin 189-cu maddəsinin 1-ci hissəsinə əsasən bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinə görə, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il kimi məlumatlar göstərilir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əks halda, əmək müqaviləsinin ləğv olunması ilə bağlı tərəflər arasında fərdi əmək mübahisəsi yaranarsa, digər əlavə araşdırma aparılmadan işə baxan məhkəmə tərəfindən əmrin (sərəncamın, qərarın) etibarsız hesab edilməsi barədə qətnamə (qərar) çıxarıla bilər. Azərbaycan Respublikası Əmək Məcələsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 411 nömrəli əmri ləğv edilməli, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentin “Kürdəmir, Ucar və Göyçay rayonları Mənzil Kommunal İstismar Sahəsinin bağbanı vəzifəsinə bərpa edilməli, İddiaçı işdən çıxarıldığı xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 411 nömrəli əmri ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentin “Kürdəmir, Ucar və Göyçay rayonları Mənzil Kommunal İstismar Sahəsinin bağbanı vəzifəsinə bərpa edilsin. İddiaçı işdən çıxarıldığı xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar