Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-466/2021 12.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X4, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi (qızı) X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə olan istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair ilk iddiası; Cavabdeh2 İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə olan istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Nazim Hikmət küçəsi 28 nömrəli evin 15 nömrəli mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun qeydiyyatda olduğu Bakı şəhəri Yasamal rayonu Nazim Hikmət küçəsi 28 nömrəli evin 15 nömrəli mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X15 iddia tələbini müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi və izahatında bildirdi ki, xx.xx.2010-cu il tarixli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu Nazim Hikmət küçəsi 28 nömrəli evin 15 nömrəli mənzili İddiaçı xüsusi mülkiyyətindədir. xx.xx.1976-cı il tarixli orderə əsasən Bakı şəhəri Yasamal rayonu Nazim Hikmət küçəsi 28 nömrəli evin 15 nömrəli mənzili 5 nəfər ailə tərkibində İddiaçı və əri X12 verilmişdir. İddiaçı həmin vaxtdan ailəsi ilə birlikdə bu mənzildə yaşamışdır. Cavabdeh2 İddiaçı qızı, Cavabdeh1 isə nəvəsidir. Cavabdeh2 1980-ci ildə ərə getmiş və yaşadığı Bakı şəhəri Yasamal rayonu Nazim Hikmət küçəsi 28 nömrəli evin 15 nömrəli mənzilindən köçüb ərinin evinə getmişdir. Həmin nikahdan xx.xx.1983-cü il təvəllüdlü Elvira adlı bir qızı doğulmuşdur. Cavabdeh2 1985-ci ildə boşanaraq geri qayıtmış və iddiaçı onun tənha ana kimi mənzil uçotuna qoymuşdur. Cavabdeh2 ikinci dəfə 1992-ci ildə X17 ilə ailə qurmuş və İmişliyə köçmüşdür. Həmin evlilikdən xx.xx.1993-cü ildə Cavabdeh1 doğulmuşdur. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli orderlə Cavabdeh2 üç nəfər ailə tərkibində özü, qızı Elvira və oğlu Aslan birlikdə Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsi 121 nömrəli evin bir otaqlı 37 nömrəli mənzili verilmişdir. Bundan sonra Cavabdeh2 Bakı şəhəri Yasamal rayonu Nazim Hikmət küçəsi 28 nömrəli evin 15 nömrəli mənzilindən qeydiyyatdan çıxmaqla daimi yaşamaq üçün özünə məxsus olan Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsi 121 nömrəli evin 37 nömrəli mənzilinə köçmüşdür. Cavabdeh2 xx.xx.1998-ci ildə yaşadığı Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsi 121 nömrəli evin 37 nömrəli mənzili özəlləşdirmişdir. İddiaçı oğlu X9 1997-ci ildə X5 ilə evləndirmiş və yaşadıqları Bakı şəhəri Yasamal rayonu Nazim Hikmət küçəsi 28 nömrəli evin 15 nömrəli mənzilini faktiki olaraq oğlu Racu Bayramova vermişdir. X6 xx.xx.1999-cu il təvəllüdlü X13 adlı bir uşağı doğulmuşdur. xx.xx.1999-cu ildə Racu Bayramov 25 yaşında vəfat etmişdir. Bundan sonra Racu Bayramovun arvadı və qızı iddiaçı ilə birlikdə həmin evdə yaşamağa davam etmişdir. Cavabdeh2 biznesi ilə bağlı mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsi 121 nömrəli evin 37 nömrəli mənzilini xx.xx.1998-ci ildə həmin mənzili Saməddin Sərdarova satmışdır. Bundan sonra evsiz qaldığına və qeydiyyata düşməyə yerləri olmadığına görə İddiaçı cavabdehlər Cavabdeh2 xx.xx.2000-ci ildə və Cavabdeh1 isə xx.xx.2009-cu ildə formal olaraq özünün yaşadığı Bakı şəhəri Yasamal rayonu Nazim Hikmət küçəsi 28 nömrəli evin 15 nömrəli mənzilinə qeydiyyata saldırmışdır. Cavabdeh1 qeydiyyata düşsə də heç vaxt həmin mənzildə yaşamamış, İddiaçı məxsus olan Bakı şəhəri 8-ci km qəsəbəsi Tofiq Abbasov küçəsi 43 nömrəli evin 25 nömrəli mənzilində yaşamışdır. Cavabdeh2 isə bir müddət Bakı şəhəri Yasamal rayonu Nazim Hikmət küçəsi 28 nömrəli evin 15 nömrəli mənzilində yaşasa da, sonradan qızı X1 adına Bakı şəhəri Yasamal rayonu Xiyabani küçəsi 2A nömrəli evin 83 nömrəli mənzilini “xxxx” MTK-dan müqavilə əsasında 2015-ci ildə almış və həmin evə köçmüş, qızı ilə birlikdə orada yaşamışdır. Cavabdeh2 2000-ci ildən başlayaraq tez-tez İrana və Türkiyəyə gedib gəlmiş, ticarətlə məşğul olmuşdur. İddiaçının əri Cahid Bayramova 2000-ci ildə Bakı şəhəri Nizami rayonu 8-ci km qəsəbəsi T.Abbasov küşəsindəki 43 nömrəli evin 2 otaqlı 25 nömrəli mənzili verilmişdir. Bundan sonra İddiaçı və əri Cahid Bayramov həmin mənzildə yaşamağa başlamışlar. İddiaçının həyat yoldaşı C.Ə.Bayramov xx.xx.2003-cü ildə vəfat etməsi ilə əlaqədar olaraq Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli 399 saylı cərəncamına əsasən yaşadıqları Bakı şəhəri Yasamal rayonu Nazim Hikmət küçəsi 28 nömrəli evin 15 nömrəli mənzilinin kirayə müqaviləsi İddiaçı ilə bağlanaraq ailə tərkibi 6 nəfər göstərilmişdir: iddiaçı özü; gəlini X5; nəvəsi - oğlunun qızı X13; qızı Bayramova Təranə; nəvəsi X7; nəvəsi Cavabdeh1. Həmin mənzili xx.xx.2010-cu il tarixdə İddiaçı öz adına özəlləşdirmişdir. Mənzili özəlləşdirərkən iddiaçının qəlini Sevinc Bayramova, nəvəsi Elvira Ağayeva və qızı Cavabdeh2 razılıq ərizələri vermişlər. Cavabdeh1 azyaşlı olduğuna görə razılıq ərizəsi tələb olunmamışdır. Cavabdeh1 ailə qurana kimi anası və bacısının yaşadığı Bakı şəhəri Yasamal rayonu Xiyabani küçəsi 2A nömrəli evin 83 nömrəli mənzilində, onlarla birlikdə yaşamışdır. 2016-ci ildə ailə qurduqdan sonra cavabdeh PCavabdeh1 arvadı X10 məxsus olan Bakı şəhəri Yasamal rayonu M.Rəhimova küçəsi 535-ci məhəllə 47 nömrəli mənzilə köçmüş və hazırkı vaxta kimi orada öz ailəsi ilə birlikdə yaşayır. Hazırda Bakı şəhəri Yasamal rayonu Nazim Hikmət küçəsi 28 nömrəli evin 15 nömrəli mənzilində iddiaçının oğlu Racu Bayramovun ailəsi (həyat yoldaşı və qızı) faktiki olaraq yaşayırlar. Həmin mənzilin bütün kommunal xərclərini İddiaçı özü ödəyir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1995-ci ildən Bakı şəhəri Yasamal rayonu Nazim Hikmət küçəsi 28 nömrəli evin 15 nömrəli mənzilində faktiki olaraq yaşamadığına və həmin yaşayış sahəsində onların pasport qeydiyyatı formal xarakter daşıdığına görə, cavabdehlərin istifadə hüququ itirilmiş hesab edilməlidir və xitam verilməlidir. Cavabdeh Tərənə Bayramlı xx.xx.2004-cü ildə Türkiyə vətəndaşı Çukurova Mustafa ilə evlənib daimi yaşamaq üçün Türkiyə Respublikasına köçmüşdür. Nikah xx.xx.2004-cü il tarixdə X8 Evləndirmə Müdürlüyündə qeydə alınmışdır. Türkiyədə oturma izni əldə etmədiyinə görə 2016-cı ildə Bakı şəhərinə qayıdaraq qızı Elvira Ağayevaya məxsus Bakı şəhəri. Yeni Yasamal rayonu Xiyabani küçəsi 2A nömrəli evin 83 nömrəli mənzilində 2019-cu ilə kimi yaşamışdır. 2019cu ilin mart ayında bir il müddətinə oturma izni aldıqdan sonra Cavabdeh2 təkrarən Türkiyəyə yaşamağa qayıtmışdır və bu günə kimi Ankara şəhərində yaşayır və işləyir. Faktiki olaraq Cavabdeh2 Türkiyədə, Cavabdeh1 arvadına məxsus mənzildə, Elvira Ağayeva isə Yeni Yasamalda özünə məxsus mənzildə yaşayırlar. Odur ki, iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, o, nənəsi İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Nazim Hikmət küçəsi 28 nömrəli evin 15 nömrəli mənzilində qeydiyyata düşsə də, heç vaxt orada yaşamamışdır. O, nənəsi İddiaçı ilə 12-13 yaşlarından Bakı şəhəri 8-ci km qəsəbəsi Tofiq Abbasov küçəsi 43 nömrəli evin 25 nömrəli mənzilində yaşamışdır. 18 yaşına çatanda həmin evdən əsgərliyə getmiş və geri qaydanda nənəsi İddiaçı ona bildirmişdir ki, artıq onlarla birlikdə yaşaya bilməz, özünə başqa yerdə yaşamağa yer axtarsın. Bu səbəbdən əsgərlikdən gələndən sonra kirayədə yaşamış və 2016-cı ildə X16 ilə ailə qurmuş və arvadına məxsus olan Bakı şəhəri Yasamal rayonu M.Rəhimova küçəsi 535-ci məhəllədə yerləşən 47 nömrəli mənzilə köçmüş və orada öz ailəsi ilə birlikdə yaşamışdır. Hazırda Rəna ilə boşanma ərafəsində olduğuna görə məcbur olub Rəsulzadə qəsəbəsində kirayədə qalır. Nənəsi İddiaçı bildirdi ki, Binə qəsəbəsində evi var, onu sataraq onlara ev alacaqdır. Çünki, dayısı Racu Bayramovun borclarına görə onun anası Cavabdeh2 məxsus olan və onların yaşadıqları Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsi 121 nömrəli evin 37 nömrəli mənzili satılıb. Hazırda onun qeydiyyatda olduğu Bakı şəhəri Yasamal rayonu Nazim Hikmət küçəsi 28 nömrəli evin 15 nömrəli mənzilindən başqa yaşamağa yeri yoxdur. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Cavabdeh2 nümayəndəsi (qızı) X7 məhkəmə iclasında ilki iddianı qəbul etməldi, qarşılıqlı iddianı müdafiə etdi və izahatında bildirdi ki, anası Cavabdeh2 daimi olaraq Bakı şəhəri Yasamal rayonu Nazim Hikmət küçəsi 28 nömrəli evin 15 nömrəli mənzilində qeydiyyatdadır və orada yaşamışdır. Cavabdeh2 1980-ci ildə ərə getmiş və yaşadığı Bakı şəhəri Yasamal rayonu Nazim Hikmət küçəsi 28 nömrəli evin 15 nömrəli mənzilindən köçüb ərinin evinə getmişdir. Həmin nikahdan xx.xx.1983-cü ildə o, doğulmuşdur. Cavabdeh2 1985-ci ildə boşanaraq geri qayıtmış və tənha ana kimi mənzil uçotuna durmuşdur. Cavabdeh2 ikinci dəfə 1992-ci ildə X17 ilə ailə qurmuş və həmin evlilikdən xx.xx.1993-cü ildə Cavabdeh1 doğulmuşdur. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.1995-ci il tarixli orderlə Cavabdeh2 üç nəfər ailə tərkibində özü, qızı Elvira və oğlu Aslan birlikdə Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsi 121 nömrəli evin bir otaqlı 37 nömrəli mənzili verilmişdir. Bundan sonra Cavabdeh2 Bakı şəhəri Yasamal rayonu Nazim Hikmət küçəsi 28 nömrəli evin 15 nömrəli mənzilindən qeydiyyatdan çıxmaqla daimi yaşamaq üçün özünə məxsus olan Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsi 121 nömrəli evin 37 nömrəli mənzilinə köçmüşdür. Cavabdeh2 xx.xx.1998-ci ildə yaşadığı Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsi 121 nömrəli evin 37 nömrəli mənzili özəlləşdirmişdir. İddiaçı oğlu X9 1997-ci ildə X5 ilə evləndirmiş və yaşadıqları Bakı şəhəri Yasamal rayonu Nazim Hikmət küçəsi 28 nömrəli evin 15 nömrəli mənzilini faktiki olaraq oğlu Racu Bayramova vermişdir. X6 xx.xx.1999-cu il təvəllüdlü X13 adlı bir uşağı doğulmuşdur. xx.xx.1999-cu ildə Racu Bayramov vəfat etmişdir. Anası İddiaçı qardaşı Racu Bayramovun borclarına görə Cavabdeh2 məxsus olan Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsi 121 nömrəli evin 37 nömrəli mənzili satdırmışdır. Cavabdeh2 evsiz qaldığına görə yenidən Bakı şəhəri Yasamal rayonu Nazim Hikmət küçəsi 28 nömrəli evin 15 nömrəli mənzilinə qayıtmış və xx.xx.2000-ci ildə qeydiyyata alınmaqla orada yaşamağa davam etmişdir. X21 2003-cü ildə vəfat etmişdir. Racu Bayramov vəfat etdikdən sonra arvadı evə yad kişlər gətirməyə başlamışdır. Bu səbəbdən İddiaçı qızı Cavabdeh2 bildirmişdir ki, mənzilin onun adına özəlləşdirilməsinə razılıq versinlər ki, gəlin evi ələ keçirməsin. Cavabdeh2 anasının təklifi ilə özü və qızı Elvira Ağayeva mənzilin İddiaçı adına özəlləşdirilməsinə razılıq vermişlər. xx.xx.2010-cu il tarixdə Bakı şəhəri Yasamal rayonu Nazim Hikmət küçəsi 28 nömrəli evin 15 nömrəli mənzili İddiaçı adına özəlləşdirilmişdir. Təranə Bayramova mənzilin özəlləşdirilməsinə razılıq verdiyinə görə, həmin mənzildən istifadə hüququna malikdir. İddiaçı tərəfindən müvafinq puol kompensasiyası ödənilərsə, Cavabdeh2 həmin mənzildən qeydiyyatdan çıxmağa razı olar. Hazırda iddiaçı özü də həmin mənzildə yaşamır, mənzildə iddiaçının gəlini Sevinc Bayramova və onun nikahdan kənar övladları yaşayırlar. Cavabdeh2 bu günə kimi anasını məhkəməyə verməyi özünə ayıb bilmişdir. Hazırda anası onu məhkəməyə verdiyinə görə, mənzilə köçürülməsini istəyir. X14 müvəqəti olaraq Ankarada yaşayır və bir yaşlı qadına qulluq edir. 2019-cu ilə kimi daima Bakıya gedib-gəlib və mübahisəli mənllə əlaqəsini kəsməmişdir. Hazırda pasportunun müddəti müddəti bitib, covid-19 pandemiyası ilə bağlı ölkəyə gəlməkdə çətinlik çəkir. Hesab edir ki, Cavabdeh2 mübahisəli evi daimi olaraq tərk etmədiyinə görə, ilk iddia rədd edilməli, qarşılıqlı iddia isə təmin edilməlidir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan və təqdim edilmiş sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ilk iddia Cavabdeh1 aid hissədə qismən təmin edilməli, Cavabdeh2 aid hissədə rədd edilməli, qarşılıqlı iddia təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən araşdırılmış həqiqi halları və rəsmi sənədlərlə müəyyən edilir ki, xx.xx.1976-cı il tarixli orderə əsasən Bakı şəhəri Yasamal rayonu Nazim Hikmət küçəsi 28 nömrəli evin 15 nömrəli mənzili 5 nəfər ailə tərkibində İddiaçı və əri X12 verilmişdir. İddiaçı həmin vaxtdan ailəsi ilə birlikdə bu mənzildə yaşamışdır. Cavabdeh2 İddiaçı qızı, Cavabdeh1 isə nəvəsidir. Cavabdeh2 1980-ci ildə ərə getmiş və yaşadığı Bakı şəhəri Yasamal rayonu Nazim Hikmət küçəsi 28 nömrəli evin 15 nömrəli mənzilindən köçüb ərinin evinə getmişdir. Həmin nikahdan xx.xx.1983-cü il təvəllüdlü Elvira adlı bir qızı doğulmuşdur. Cavabdeh2 1985-ci ildə boşanaraq geri qayıtmış və tənha ana kimi mənzil uçotuna durimuşdur. Cavabdeh2 ikinci dəfə 1992-ci ildə X17 ilə ailə qurmuş və xx.xx.1993-cü ildə Cavabdeh1 doğulmuşdur. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli orderlə Cavabdeh2 üç nəfər ailə tərkibində özü, qızı Elvira və oğlu Aslan birlikdə Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsi 121 nömrəli evin bir otaqlı 37 nömrəli mənzili verilmişdir. Bundan sonra Cavabdeh2 Bakı şəhəri Yasamal rayonu Nazim Hikmət küçəsi 28 nömrəli evin 15 nömrəli mənzilindən qeydiyyatdan çıxmaqla daimi yaşamaq üçün özünə məxsus olan Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsi 121 nömrəli evin 37 nömrəli mənzilinə köçmüşdür. Cavabdeh2 xx.xx.1998-ci ildə yaşadığı Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsi 121 nömrəli evin 37 nömrəli mənzili özəlləşdirmişdir. Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsi 121 nömrəli evin 37 nömrəli mənzilini xx.xx.1998-ci ildə həmin mənzili Saməddin Sərdarova satmışdır. Bundan sonra evsiz qaldığına və qeydiyyata düşməyə yerləri olmadığına görə İddiaçı cavabdehlər Cavabdeh2 xx.xx.2000-ci ildə və Cavabdeh1 isə xx.xx.2009-cu ildə formal olaraq özünün yaşadığı Bakı şəhəri Yasamal rayonu Nazim Hikmət küçəsi 28 nömrəli evin 15 nömrəli mənzilinə qeydiyyata saldırmışdır. Cavabdeh1 qeydiyyata düşsə də heç vaxt həmin mənzildə yaşamamış, İddiaçı məxsus olan Bakı şəhəri 8-ci km qəsəbəsi Tofiq Abbasov küçəsi 43 nömrəli evin 25 nömrəli mənzilində yaşamışdır. Cavabdeh2 anasının təklifi ilə özü və qızı Elvira Ağayeva qeydiyyatda olduqları Bakı şəhəri Yasamal rayonu Nazim Hikmət küçəsi 28 nömrəli evin 15 nömrəli mənzilinin anası İddiaçı adına özəlləşdirilməsinə razılıq vermişlər. xx.xx.2010-cu il tarixdə Bakı şəhəri Yasamal rayonu Nazim Hikmət küçəsi 28 nömrəli evin 15 nömrəli mənzili İddiaçı adına özəlləşdirilmiş və çıxarış verilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2016-cı il tarixli Qərarında göstərmişdir ki: “Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.” “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə müvafiq olaraq şəxsin yaşayış yeri dedikdə, şəxsin Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi və digər bu kimi yaşayış yerləri başa düşülür. Mülki Məcəllənin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Mülki Məcəllənin 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Mülki Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. “X3rşı iş üzrə” Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, “İnsan Hüquqlarının və X2 haqqında” Konvensiyanın 8-ci maddəsinin mənası baxımından 19 il həmin evdə yaşamayan şəxslər həmin evi öz mənzilləri adlandıra bilərlər. Bu nəticə belə bir fakta əsaslanır ki, uzun müddət həmin evdə yaşamadıqlarına baxmayaraq, ərizəçilərin həmişə ora qayıtmaq fikirləri vardır və mənzilin kirayəçiləri ilə daimi əlaqələri mövcud idi ki, həmin əlaqələr onların evini öz mənzili hesab etmək üçün yetərli idi. Cavabdeh2 xx.xx.2000-cı ildə yenidən Bakı şəhəri Yasamal rayonu Nazim Hikmət küçəsi 28 nömrəli evin 15 nömrəli mənzilinə daimi qeydiyyata alınmaqla, xx.xx.2009-cu il tarixə kimi qüvvədə olmuş Mənzil Məcəlləsinin 53 və 54-cü maddəsinin tələbinə uyğun olaraq anası İddiaçı ilə bərabər istifadə hüququ əldə etmişdir, 2010-cu ildə isə mənzilin özəlləşdirilməsinə razılıq ərizəsi verməklə, hələ də mənzilə olan marağını itirmədiyini nümayiş etdirmişdir. Təranə Bayramova hazırda həmin mənzildə faktiki olaraq yaşamasa da, daimi olaraq başqa yaşayış sahəsinə köçməsi ilə bağlı tərk etməsi və onun iddiaçıya məxsus olan yaşayış sahəsinə ehtiyacının aradan qalxması öz təsdiqini tapmamışdır. Cavabdeh2 uzun müddət həmin mənzildə yaşamasa da, həmişə oraya qayıtmaq fikrində olmuş və mənzilin mülkiyyətçisi olan anası ilə daimi əlaqələri mövcud olmuşdur. Bu səbəbdən Cavabdeh2 iddiaçıya məxsus mənzilə olan istifadə hüququna xitam verilməsi kompensasiya ödənilmədən mümkün deyildir. İddiaçı qızı Cavabdeh2 müvafiq pul kompensasiyası ödəməyi təklif etməmişdir. Odur ki, ilk iddia tələbi - Cavabdeh2 Bakı şəhəri Yasamal rayonu Nazim Hikmət küçəsi 28 nömrəli evin 15 nömrəli mənzilinə olan istifadə hüququnun itirilməsi” hissəsində iddia rədd edilməlidir. Cavabdeh2 qarşılıqlı iddiası təmin edilməli və o, həmin mənzilə köçürülməlidir. Digər Cavabdeh1 isə xx.xx.2009-cu ildə formal olaraq Bakı şəhəri Yasamal rayonu Nazim Hikmət küçəsi 28 nömrəli evin 15 nömrəli mənzilinə qeydiyyata alınsa da, heç vaxt orada yaşamamış və istifadə hüququ əldə etməmişdir. Cavabdeh1 İddiaçı məxsus olan Bakı şəhəri 8-ci km qəsəbəsi Tofiq Abbasov küçəsi 43 nömrəli evin 25 nömrəli mənzilində yaşamış, 18 yaşı olanda həmin mənzildən əsgər getmiş, əsgərliyini başa vurub qayıdandan sonra isə müxtəlif ünvanlarda kirayədə yaşamış və 2016-cı ildə Rəna ilə evlənərək sonuncuya məxsus olan Bakı şəhəri Yasamal rayonu M.Rəhimova küçəsi 535-ci məhəllədə yerləşən 47 nömrəli mənzilə köçmüş və orada öz ailəsi ilə birlikdə hazırkı vaxta kimi yaşamışdır. Hazırda Cavabdeh1 hazırda Rəna ilə boşanma ərafəsində olduğuna görə məcbur olub Rəsulzadə qəsəbəsində kirayədə qaldığını iddia edir. Məhkəmə qeyd edir ki, mübahisəli mənzillə bağlı tərəflər arasındakı hüquq münasibəti xx.xx.2009-cu il tarixdən sonrakı dövrdə yarandığına görə hazırkı mübahisəyə Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Mənzil Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Göründüyü kimi, Cavabdeh1 iddiaçının mülkiyyətindəki mənzilə qeydiyyata alınsa da, iddiaçının ailə üzvü olmamış, qanunvericilikdə nəzərdə tutulmuş qaydada həmin mənzildən istifadə hüququ yaranmamışdır. Bu səbəbdən, məhkəmə qeyd edir ki, Cavabdeh1 iddiaçının mülkiyyətində olan mənzilə qeydiyyata alınması, onun həmin mənzil üzərində daimi istifadə hüququnun yaranmasını özündə ehtiva etmir. Cavabdeh1 xx.xx.2009-cu ildə Bakı şəhəri Yasamal rayonu Nazim Hikmət küçəsi 28 nömrəli evin 15 nömrəli mənzilinə qeydiyyata alınsa da, heç vaxt orada yaşamamış və qanunla müəyyən edilmiş qaydada istifadə hüququ əldə etməmişdir. Bu səbəbdən o, həmin mənzilə istifadə hüququ olmayan şəxs hesab edilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən şəxsin hər hansı mənzildə rəsmi qeydiyyatda olması, onun həmin mənzildən daimi istifadə etmək hüququnun mövcud olmasına dəlalət etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarında qeyd etmişdir ki, müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz... Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxx 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər... Müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Nazim Hikmət küçəsi 28 nömrəli evin 15 nömrəli mənzilinə olan istifadə hüququ olmayan şəxs hesab edilməlidir. İddia tələbi - “Cavabdeh2 Bakı şəhəri Yasamal rayonu Nazim Hikmət küçəsi 28 nömrəli evin 15 nömrəli mənzilinə olan istifadə hüququnun itirilməsi” hissəsində iddia rədd edilməlidir. Qarşılıqlı iddia təmin edilməli, Cavabdeh2 istifadə hüququ olan və yaşayış yeri üzrə qeydiyyatda olduğu Bakı şəhəri Yasamal rayonu Nazim Hikmət küçəsi 28 nömrəli evin 15 nömrəli mənzilinə köçürülməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Nazim Hikmət küçəsi 28 nömrəli evin 15 nömrəli mənzilinə olan istifadə hüququ olmayan şəxs hesab edilsin. Bu qətnamə, Cavabdeh1 Bakı şəhəri Yasamal rayonu Nazim Hikmət küçəsi 28 nömrəli evin 15 nömrəli mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. İddia tələbi - “Cavabdeh2 Bakı şəhəri Yasamal rayonu Nazim Hikmət küçəsi 28 nömrəli evin 15 nömrəli mənzilinə olan istifadə hüququnun itirilməsi” hissəsində iddia rədd edilsin. Qarşılıqlı iddia təmin edilsin. Cavabdeh2 Bakı şəhəri Yasamal rayonu Nazim Hikmət küçəsi 28 nömrəli evin 15 nömrəli mənzilinə köçürülsün. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya, qarşılıqlı iddia üzrə ödənilmiş 10 manat dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-466/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-466/2021
12.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver