Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-467/2024 14.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə, Üçüncü şəxs 3 saylı Mediasiya Təşkilatının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs 3 saylı Mediasiya Təşkilatına qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və üçüncü şəxs 3 saylı Mediasiya Təşkilatına qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, 06 iyul 2023cü il tarixli K279 saylı əmrin ləğv edilməsi və mənim işə bərpa olunmağı, qətnamə icra olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi və mediasiya xərclərinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o əmək fəaliyyətini 1989-ci ildən 33 ildir ki, Cavabdehndə davam etdirir. İşlədiyi müddətdə Maddi texniki təchizat şöbəsində “agent ekspeditor”, “mülki müdafiə qərargahı”nın rəisi, “xüsusi şöbə”nin rəisi,"fövqəladə hallar və texniki təhlükəsizlik şöbəsi”nin müdiri kimi vəzifələrdə çalışmış, yəni 26 ildir ki, müxtəlif şöbələrdə texniki rəhbər vəzifələrində çalışmışdır. Son vaxtlar 2 il 6 aydan artıqdır ki, əməyin mühafizəsi və texniki təhlükəsizlik şöbəsində aparıcı mühəndis vəzifəsinə keçirilmişdir. 2020-ci ilin dekabr ayında Universitetə yeni təyin olunmuş rektor, professor Vilayət Vəliyev onu dəvət edib tutduğu vəzifəyə başqa bir adamın təyin edəcəyini söylədi. O, Universitetdə 26 ildən çox müddətdə müdir vəzifəsində işləməyini, şöbənin fəaliyyət istiqamətləri üzrə əlaqəli olaraq Universitetdə dərs deməyini, dərs dediyi sahələr üzrə dissertasiya işinin yekunlaşdığını, təkmilləşmə mərkəzlərində sertifikatlar aldığını və işlədiyi 33 ildə bir dəfə də olsun hər hansı bir qaydada məsuluyyətə layiq görülmədiyi halda onun tutduğu vəzifədən uzaqlaşdırmaq istədiyinin səbəbini Vilayət müəllimdən soruşdu və etirazını bildirdi. Rektor isə etiraz edəcəyi halda şöbənin adını dəyişdirməklə struktur dəyişikliklər aparacağını və şöbəyə yeni “təcrübəli” işçinin daha asan şəkildə təyin edəcəyini bildirdi. 2021-ci ilin əvvəlində artıq rektorun təşəbbüsü ilə elmi şuranın iclasında “fövqəladə hallar və texniki təhlükəsizlik şöbəsi”nin adının dəyişdirilərək “Əmək mühafizəsi və texniki təhlükəsizlik şöbəsi” kimi adlandırılması haqqında qərar qəbul olunmuşdu. Həmin vaxtlar ona bildirildi ki, öz xahişi ilə işdən çıxmaq haqqında ərizə yazmalıdır. O, isə bu tələblə razılaşmayıb ərizə yazmaqdan imtina etdi. O atestasiya yaxud müsabiqə yolu ilə həmin vəzifənin tutulmasınin daha ədalətli və Qanuni olduğunu bildirsə də təklifi rektor tərəfindən nəzərə alınmadı. Sonra o, ona əmək haqqı saxlanılmaqla həmin şöbədə əmək mühafizəsi üzrə aparıcı mühəndis vəzifəsinə keçiriliməyi üçün ərizə yazmağını təklif etdi və gələcəkdə imkan yaranan kimi yəni, əgər yeni müdir öz işini layiqincə yerinə yetirməzsə onu ya həmin şöbəyə müdir kimi qaytarar ya da şərait yaranan kimi digər struktur bölmədə nisbətən yüksək vəzifədə yer tuta biləcəyimi bildirdi. Əks təqdirdə struktur dəyişiklikləri edib yeni şöbəyə müdir təyin edib onu isə işdən uzaqlaşdıracağını söylədi. Əlacsız qalıb həmin şöbədə əmək haqqı saxlanılmaqla aparıcı mühəndis vəzifəsinə keçirilməyi üçün ərizə yazdı və o gündən həmin vəzifədə fəaliyyət göstərməyə başladı. Sonradan məlum oldu ki, şöbənin adının dəyişdirilməsinə baxmayaraq ştat cədvəlində heç bir struktur dəyişiklikləri edilməmiş, fəaliyyət istiqamətləri əvvəl olduğu kimi saxlanılmışdır. Məqsəd isə onu tutduğu vəzifədən uzaqlaşdırmaq imiş. Bir neçə gün keçdikdən sonra ona bildirildi ki, o da digərləri kimi müddətli əmək fəaliyyəti haqında tərtib olunmuş “Razilaşma”nı imzalamalıdır. 1989-cu ildən müddəsiz müqavilə ilə fəaliyyət göstərdiyi halda hansı əsasla müddətsiz əmək müqaviləsinə müddətli əlavə “razılaşma”nın imzamalı olduğumu soruşanda, ona “AR ƏM nin 47ci maddəsinin (f) bəndinə müraciət etmək yetər” dedi və tələb dəyişmədi. İşini itirməkdən ehtiyat edib iradə əleyhinə olan tələbə tabe olub “Razılaşmanı” imzaladı. Çünki onun əmək haqqı ailə gəlirinin əsasını təşkil edirdi. Bu Rektor tərəfindən növbəti Qanun pozuntusu idi. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edildiyi halda onun həmin dövrə 32 illik müddətsiz əmək fəaliyyəti nəzərə alınmamışdır. Sonralar o həmin razılaşmanın iradə ifadəsi olmadan əldə olunduğundan etibarsız hesab edilməsi haqqında rektora məktubla müraciət etdi. Əlbəttə o heç bir əsas olmadan müddətsiz əmək müqaviləsinin müddətli əmək müqaviləsinə keçməyi könüllü şəkildə razılıq verə bilməzdi. Amma tək o deyil, bütün işçilər buna məcbur edilirlərmiş. Onun işlədiyi vəzifəyə təyin olunan yeni müdir isə, bir gün də olsun əmək mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi üzrə təcrübəsi olmayan və təhsili, ixtisası uyğun gəlməyən və ixtisas imtahanı verməyən əvvələr hərbi sahədə çalışmış bir hərbi təqaüdçü idi. Bu da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin 20 dekabr 2017ci il tarixli N-81-1 saylı Qərarı ilə təsdiq olunmuş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin vahid X4 kitabçası”nın tələblərinə zidd olmaqla yanaşı, eyni zamanda Əmək Məcəlləsinin (Maddə 16) “Əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi” haqqında olan maddənin tələblərinin pozulması demək idi. Yeni təyin olunmuş müdir isə öz vəzifəsinin öhdəsindən gələ bilmədiyi üçün 1 ildən sonra vəzifəsindən uzaqlaşdırıldı. Hesab edirdi ki, həmin vəzifədən başqa bir vəzifəyə keçirildiyimdən o, əvvəlki vəzifəyə qaytararılmalı idi. Əvvəlki vəzifəyə geri qaytarılmağı haqqında rektora ərizə də yazdı, lakin ərizə cavablandırılmadan həmin vəzifəyə yenə də, həmin vəzifə üzrə bir gün də iş təcrübəsi olmayan təhsili və ixtisası uyğun gəlməyən digər bir təqaüddə olan hərbçi həmin vəzifəyə təyin edildi. Qeyd edir ki işlədiyi şöbədə 4 nəfər işçinin 4-ü də müddətli müqavilə ilə fəaliyyət göstərir. Baxmayaraq ki, bu vəzifələrin hamısı daimi xarekterə malik vəzifələrdir (xidmətlərdir) ki, qanunvericiliklə işəgötürən tərəfindən bu vəzifələrə, yəni, əmək mühafizəsi və texniki təhlükəsizlik şöbəsinin müdiri, əmək mühafizəsi üzrə aparıcı mühəndis, əmək mühafizəsi üzrə mühəndis, yanğın təhlükəsizliyi üzrə mühəndis və mülki müdafiə işləri üzrə mühəndis vəzifələri daimi xarakterə malik vəzifələr olduğu üçün bu vəzifələrə, işçi ilə müddətsiz müqavilə bağlanılması tələb olunur. 1 il müddətin tamamında, həmin əlavə razılaşmaya əsaslanaraq müddətin bitməsi ilə əlaqədar müqaviləyə xitam veriləcəyi ilə işdən azad olmağı tələb olundu. Qeyd edir ki, rektor işə başlayan andan indiyə kimi qəbul etdiyi və yerlərini dəyişdiyi işçilərin demək olar ki, hamısı ilə müddətli müqavilə bağlamışdır. Nəticədə Universitetdə onun kimi müddətli müqavilə ilə işləyən işçilərin sayı 1100 (min yüz) nəfəri keçmişdir, yəni, daimi xarakterə malik vəzifələrdə çalışan işçilərin 95%-dən çoxu əsassız olaraq müddətli müqavilə ilə fəaliyyət göstərməyə məcbur edilmişlər. Onların müddətli müqavilə adı altında davamlı olaraq bu cür psixoloji və mənəvi sarsıntılara məruz qalmağı həm AR Qanunvericiliyinə həm də qoşulmuş olduğu X1 konvensiya və protokolları ilə yolverilməz hesab edilir. Müddətsiz əmək müqaviləsinə əlavə razılaşmanın əsaslara uyğun olmaması və etibarsız hesab edilməsi haqqında xx.xx.2022-ci il tarixli ərizəyə əvvəlki ərizələrim kimi indiyə qədər cavab verilməmiş, yazdığı ərizəyə əhəmiyyət verilmədən, AR ƏM 68-ci maddəsinin 2-ci hissəsinə istinad edilərək əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar xx.xx.2022-ci il tarixdə 490-ş/s saylı əmri ilə onun işdən azad olmağı haqqında əmr vermişdir. Əslində həmin tarixə qədər, iradə ifadəsi olmadan əldə olunmuş “müddətli razılaşma”nın qanunsuz olması haqqında çoxsaylı ərizə və şikayətlərim hərtərəfli araşdırılmaqla, izahlı şəkildə və vaxtında ona cavab verilməli idi. Bununla da “Vətəndaşların müraciətləri haqqında ” AR Qanununun əblərinə əməl etməməklə növbəti dəfə qanun pozuntusuna yol verilmişdir. Qanunpozuntuları ilə müşayət olunan əmrin ləğv olunması və iş yerinə bərpa olunmağı haqqında Baş Nazirə, Elm və Təhsil Nazirinə şikayət etdkdən sonra rektor onu dəvət edib, onun işə qaytarilmağının tələb edildiyini bildirdi və əlavə etdi ki, pensiya yaşına qədər işə qəbul olunmağına etiraz etmədiyini, təqaüd yaşından sonra isə hər dəfə 1 il olmaqla əmək müqaviləsinin vaxtının artıracağına söz verib və ona “Qaydalar”ın bu cür tələb etdiyini də izah etdi. Əlavə olaraq Nazirlər kabinetindən “mənim Universitetə qarşı heç bir iddiamın olmaması” haqqında yazılı qəbz verməyimin tələb olunduğunu bildirildi. Mən də şikayətimin əsasını “Qaydalardan” daha yüksək qüvvəyə malik Qanun pozuntusundan ibarət olduğunu söyləsəm də, “başqa yolun olmadığım” bildirdi. Mən də iradə ifadəsi olmadan “ işə yenidən qəbul haqqında” ərizə və "... rektorla əldə olunan razılığa əsasən “hal-hazırda Universitetə qarşı heç bir iddiam yoxdur" kimi yazılı qəbz təqdim etdi və əmr tərtib olunaraq rəsmiləşdirildi. Sonradan ona məlum oldu ki, məqsəd onun əsas müqaviləmin müddətsiz müqavilə olmasına nail olmaqdan ibarət imiş. Müqavilənin dəyişdirilməsinə ehtiyac yox idi və onun işində fasilə də yaranmamışdı onun qanuni müqaviləsi əvvəlki müddətsiz əmək müqaviləsi hesab olunmalıdır. Beləliklə, o 9 gün fasilədən sonra, 23 noyabr 2022ci il tarixli 508 ş/s saylı əmrlə öz tutduğu vəzifəyə yenidən qəbul olundu. Təqaüd yaşı yaxınlaşanda Əmək məcəlləsinin 4-cü maddəsinin 3-cü bəndinə əsaslanaraq öz işlədiyi vəzifədə qalıb işləmək istəyində olduğu haqqında rektora xx.xx.2023-cü il tarixli Ərizə yazdı. Ərizə indiyə qədər cavablandırılmamış saxlanılmışdır. Əvəzində xx.xx.2023-cü il tarixli 279 saylı əmrlə onun AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar işdən azad olmağı haqqında Əmr verilmişdir. Yenə də Həmkarlar İttifaqı Komitəsinin razılığı olmadan onun həmin tarixə qədər müddətsiz əmək müqaviləsinə iradə əleyhinə əldə olunmuş “müddətli razılaşma”nın qanunsuz olması haqqında ərizələrini, fikir ayrılığını və bundan sonra da işləmək arzusunda olmağını nəzərə alıb Həmkarlar İttifaqı Komitəsi ilə razılıq əldə olunmalı idi. Lakin qanunsuz əmrin daha dar çərçivədə həll olunması üçün rektor HİK-dən razılığın alınmasını məqsədəuyğun hesab etməmişdir. Əmr verərək onu işdən azad etmiş və işdənçıxma sənədlərini ona 33 gün sonra təqdim etmişdir. Hesab edir ki, ona qarşı edilən çoxsaylı hüquq pozuntularınin aradan qaldırılması məqsədi ilə 06 iyul 2023-cü il tarixli K279 saylı əmr ləğv olunmalı və o öz iş yerinə bərpa olunmalıdır. Cavabdeh nümayəndəsi 3 saylı mediasiya təşkilatının, mediasiya prosesinin tətbiqi barədə təklifini və dəvətini qəbul etməmiş və təyin olunan yerə gəlməmişdir. O yenidən 3 saylı mediasiya təşkilatına müraciət etmiş və xx.xx.2023-cü il tarixə təyin olunmuş İlkin Mediasiya sesiyasında Cavabdeh iştirak etməkdən imtina edilməsi haqqında xx.xx.2023cü il tarixli mediasiya təşkilatı tərəfindən arayış almış və bununla da mediasiya prosesi tamamlanmışdır. Cavabdeh etirazla məhkəməyə müraciət edərək iddianın təmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının iddiası əsassızdır. Belə ki, İddiaçı 1989cu ildən hazırki tarixədək Cavabdehndə müxtəlif vəzifələrdə əmək fəaliyyəti ilə məşğuldur. İddiaçı 03.06.215-ci il tarixinədək “Fövqəladə hallar və təhlükəsizlik texnikası” şöbəsinin müdiri vəzifəsində çalışmışdır. AzTU-da uzun illər fövqəladə hallar və əməyin təhlükəsizliyi ilə bağlı məsələlər düzgün formada təşkil edilmədiyindən aparılan struktur dəyişiklikləri bağlı islahatların nəticəsində AzTU Elmi Şurasının 3 fevral 2021-ci il tarixli onlayn iclasının qərarına əsasən “Fövqəladə hallar və təhlükəsizlik texnikası” şöbəsinin adı dəyişdirilərək “Əməyin mühafizəsi və texniki təhlükəsizlik şöbəsi” adlandırılmış və şöbənin fəaliyyəti yenidən təşkil edilmişdir. Şöbədə struktur dəyişiklikləri aparıldığı üçün iddiaçıya həmin şöbədə eyni vəzifə maaşı ilə başqa vəzifəyə - aparıcı mühəndis vəzifəsinə keçirilməsi təklif olunmuşdur və iddiaçı bu təkliflə razılaşmışdır. Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. İddiaçının aparıcı mühəndis vəzifəsinə keçirilməsi barədə xx.xx.2021-ci il tarixli H-0991 nömrəli ərizəsinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə xx.xx.2021-сil tarixli 083/21 nömrəli əmək müqaviləsinə dəyişiklik edilməsi barədə razılaşma imzalanmışdır. Müraciət ərizəsindən və razılaşmanı imzalamasından da aydın görünür ki, İddiaçı başqa işə keçirilməkdə razılığı olmuşdur. Həmçinin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müddətli imzalana bilər. Beləliklə Əmək Məcəlləsinin 59-cu maddəsinə və 47-ci maddəsinin f bəndinə istinad edərək iddiaçı ilə yeni vəzifə üzrə müddətli əmək müqavilə imzalanmışdır. Əmək müqaviləsinin müddəti bitdikdən sonra bir neçə dəfə İddiaçı əmək müqaviləsinin müddəti uzadılmış və əmək müqaviləsinə dəyişiklik edilməsi barədə razılaşmalar imzalanmışdır. Həmin razılaşmalar imzalanan zaman İddiaçı əmək müqaviləsinin müddətli imzalanmasına hər hansı etirazını bildirməmiş və əmək fəaliyyətinə bu formada uzun müddət davam etmişdir. Bütün bunlar təsdiq edir ki, İddiaçıla münasibətlər qarşılıqlı razılıq əsasında qurulmuş və bütün hüquqi prosedurlara riayət edilmişdir. Sonuncu dəfə iddiaçı AzərbaycanTexniki Universitetinin xx.xx.2023-cü il tarixli 490–Ş(s) nömrəli əmri ilə 14 noyabr 2022-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olaraq, Kimya texnologiya, təkrar emal və ekologiya kafedrasında 0,5 ştat baş müəllim vəzifəsində saxlanılmaqla, aparıcı mühəndis vəzifəsindən azad edilmişdir. Lakin İddiaçı 22 noyabr 2022-ci il tarixində H-3809 nömrə ilə daxil olmuş ərizəsinə əsasən o, yenidən Cavabdeh müvafiq əmri ilə Kimya texnologiya, təkrar emal və ekologiya kafedrasında əvəzçiliklə 0,5 ştat baş müəllim vəzifəsində saxlanılmaqla, 23 noyabr 2022-ci ildən 01 iyul 2023-cü ilədək Əməyin mühafizəsi və texniki təhlükəsizlik şöbəsinə aparıcı mühəndis vəzifəsinə qəbul edilmişdir. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin bitməsi əmək müqaviləsinə xitam verilməsi əsaslarından biridir. Müvafiq maddəyə əsasən əmək müqaviləsinin müddəti bitdiyindən xx.xx.2023-cü il tarixində İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin bildirir ki, iddiaçı hazırda Kimya texnologiya, təkrar emal və ekologiya kafedrasında əvəzçiliklə 0,5 ştat baş müəllim vəzifəsində fəaliyyətini davam etdirir. Uzunmüddətli fəaliyyəti zamanı iddiaçıya qarşı hər hansı qərəzli münasibət olmamış, əmək hüquqlarının pozulması ilə bağlı hər hansı orqana şikayəti qeydə alınmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə etirazla eyni məzmunlu izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış 56/12 nömrəli xx.xx.2012-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Cavabdehndə xüsusi şöbənin müdiri vəzifəsində çalışmağa başlamışdır. xx.xx.2015-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdehndə şöbə rəisi vəzifəsinə qəbul edilmişdir. Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi barədə razılaşmadan görünür ki, İddiaçı ilə bağlanmış xx.xx.2015-ci il tarixli 63/15 saylı əmək müqaviləsinə struktur dəyişikliyi ilə əlaqədar müvafiq dəyişikliklərin edilməsi məqsədilə bu şərtlərlə bağlanmışdır: işçinin yeri Fövqəladə hallar və təhlükəsizlik texnikası şöbəsi, aparıcı mühəndis, əmək müqaviləsinin müddəti: 1 il xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək, əmək haqqı hər ay 650 manat və müqavilənin digər şərtləri dəyişilməz olaraq qalmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli 490-Ş/Ş nömrəli əmrdən çıxarışa əsasən İddiaçı əməyin mühafizəsi və texniki təhlükəsizlik şöbəsinin aparıcı mühəndisi xx.xx.2022-ci ildən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən işdən azad edilməsi və kimya texnologiya, tək emal və ekologiya kafedrasında əvəzçiliklə 0,5 ştat baş müəllim vəzifəsində əsas işçi hesab edilməsi əmr edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli 508-Ş/Ş nömrəli əmrdən çıxarışa əsasən İddiaçı kimya texnologiya, təkrar emal və ekologiya kafedrasının 0,5 ştat baş müəllimi həmin kafedrada tutduğu vəzifədə əvəzçiliklə 0,5 ştatda saxlanılmaqla, əməyin mühafizəsi və texniki təhlükəsizlik şöbəsinə ştat cədvəlinə uyğun aylıq əmək haqqı ilə xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək aparıcı mühəndis vəzifəsinə təyin edilməsi əmr edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli K279 nömrəli əmrdən çıxarışa əsasən İddiaçı əməyin mühafizəsi və texniki təhlükəsizlik şöbəsinin aparıcı mühəndisi xx.xx.2023-cü ildən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən işdən azad edilməsi və kimya texnologiya, tək emal və ekologiya kafedrasında əvəzçiliklə 0,5 ştat baş müəllim vəzifəsində əsas işçi hesab edilməsi əmr edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyət orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən hüquq münasibətlərini tənzim etdiyindən məhkəmə qeyd edir ki, mübahisənin həlli üçün əmək qanunvericiliyinin normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilməşdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 287-ci maddəsinə əsasən, fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. 292-ci maddəsinin 1-ci bəndinə əsasən, pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. 294-cü maddəsinin 5-ci hissəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci bəndinə görə bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci bəndinə görə isə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinə görə fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Əmək Məcəllənin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 45.5-ci maddəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli qərarına əsasən işəgötürən və işçinin hüquq bərabərliyinin real təmin edilməsi şərti ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmır və Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğundur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Cavabdehndə uzun müddət müxtəlif vəzifələrdə çalışmışdır. Sonuncu dəfə tərəflər arasında müddətli müqavilə bağlanmış və həmin müqavilənin müddəti bitdikdən sonra Cavabdeh xx.xx.2023-cü il tarixli K279 nömrəli əmrinə əsasən İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. Odur ki, məhkəmə işin faktiki hallarını və tərəflərin qarşılıqlı münasibətlərini araşdıraraq belə nəticəyə gəlir ki, İddiaçı ilə Cavabdeh ilə bağlanmış əmək müqaviləsi müddətli bağlanmış və müqavilənin müddəti xx.xx.2023-cü il tarixdə bitmişdir. Buna görə də, Cavabdeh xx.xx.2023-cü il tarixli K279 nömrəli əmrinə əsasən müqavilənin müddəti bitdiyindən İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən də məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh və üçüncü şəxs 3 saylı Mediasiya Təşkilatına qarşı “işə bərpa” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-467/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-467/2024
14.03.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver