Məhkəmə qərarları › İş №2(004)-4684/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4684/2023

22.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4684/2023 22.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 iştirakı ilə, İddiaçı X14, X4, X13 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb olunmaqla cavabdeh 03 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Kontoruna qarşı “vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh 03 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Kontoruna qarşı “vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu ildə vəfat etmiş X5 miras qalmış əmlaka dair İddiaçı vərəsəlik şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh 3 saylı Bakı ASAN xidmət mərkəzində notariat ofisinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X27 iddiaçının atası X28 ilə xx.xx.1978-ci il tarixdən nikahda olmuşdur. Cavad Əlibəyov xx.xx.2014-cü ildə vəfat etmişdir. X15 isə xx.xx.2019-cu ildə vəfat etmişdir. X17 övladı olmayıb. Yəni mərhumun 1-ci növbədən vərəsəsi yoxdur. Cavad Əlibəyovun isə 3 qızı və 1 oğlu (İddiaçı) olmuşdur. İzacət Əlibəyova həyat yoldaşının övladlarına sağ olduğu müddətdə həmişə analıq etmişdir. X6mış miras əmlak Qusar rayonu Yuxarı Zeyxur kəndində yerləşən ümumi birgə mülkiyyətdə sahəsi 0.06 ha olan torpaq sahəsidir. Torpaq sahəsinin bir hissəsi də mərhum Cavad Əlibəyovun mülkiyyətində olmuşdur. Qeyd etmək zəruridir ki, İzacət Əlibəyovanın digər növbədən də vərəsələri yoxdur. Bugünə qədər heç kim ondan qalan miras əmlaka faktiki və qanuni sahib olmaq üçün müraciət etməmişdir. Miras əmlak iddiaçı tərəfindən qəbul edilmiş və idarə olunmuşdur. Cavad Əlibəyovdan miras qalmış 0.06 ha torpaq sahəsinə dair İddiaçı məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmişdir. Göründüyü kimi iddiaçı miras əmlakı faktiki olaraq qəbul etmişdir. Lakin, Notariat ofisinə rəsmi olaraq vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmişdir. Hazırda isə vərəsəlik işinin açılması üçün müraciət etmək istədikdə cavabdeh 3 saylı Bakı ASAN xidmət mərkəzində notariat ofisi tərəfindən vərəsə olduğunu təsdiq edən sənədləri təqdim edə bilmədiyi üçün məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. X23, X12, X24 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uygun izahat verdi və əlavə olaraq bildirdi ki, analığı X15 xx.xx.2019-cu ildə vəfat etdikdən sonra, onunla atası Cavad Əlibəyovun birgə mülkiyyətində olan ünvan 1ində yerləşən sahəsi 0.06 ha olan torpaq sahəsi var idi. Onun bacıları razılıq ərizəsi verərək, onun xeyrinə həmin torpaq sahəsindən imtina etmişlər. Bundan sonra o, atasının payına 3 saylı Bakı ASAN xidmət mərkəzində notariat ofisi tərəfindən vərəsəlik hüququ almışdır. X5 qalan, ona məxsus paya isə notariat ofisi ona imtina etmiş və bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. Analığının vərəsəsi yoxdur, o, vəfat etdikdən sonra bu 4 il ərzində heç kəs onun mirasını qəbul etmək üçün ortaya çıxmayıb. Analığı ona və bacılarına çox yaxşı baxıb, onun atası ikinci dəfə ailə həyatı quranda o, 9-cu sinifdə oxuyurdu. Onun Moskva şəhərində ali təhsil almağında analığın böyük rolu olub. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X24 izahat verərək bildirdi ki, onların analığı ilə münasibətləri çox yaxşı olub, mehriban yaşayıblar. Analığının uşaqları olmadığı üçün o, həmişə deyirdi ki, Allah ona dörd uşaq göndərib. O, analığı bir-iki il yaşamış, sonra o, və bacısı X12 ailə həyatı qurmuş, digər bacısı X23 və qardaşı İddiaçı onunla birgə yaşamış, o, onlara həmişə yaxşı baxmış, hər zaman mehriban olmuşlar. Atası analığı ilə ailə həyatı quranda o, 10-cu sinifdə oxuyurdu və analığı onların ailəsinə anası ili birgə gəlmişdi. O, da onlarla birgə yaşamış və o, bacıları və qardaşı ilə onu nənə kimi qəbul edirdilər. Sonra nənələri rəhmətə gedəndən sonra da, analığı onlarla yaşamış və rəhəmətə gedənə kimi onlar ona qulluq etmiş, bazarlıq etmişlər. Onun balaca bacısı X23 və qardaşı İddiaçı onun yanına tez-tez gedirdilər. Analığının heç bir vərəsəsi, yaxın qohumu olmayıb. O, xx.xx.2019-cu ildə vəfat etmişdir. O, X5 miras qalmış əmlaka dair İddiaçı vərəsəlik şəhadətnaməsinin verilməsinə etiraz etmir. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş cavabdeh 03 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Kontorunun nümayəndəsi və digər müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmiş, mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin və digər müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş materiallarında olan: - Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X28 və X9 arasında 11 aprel 1978-ci il tarixdə nikah bağlanmışdır. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxxx 1961ci il tarixdə anadan olmuşdur, anası Məryəm Tağıyeva, atası X19. - Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Qusar rayonu Yuxarı Zeyxur kəndində yerləşən ümumi birgə mülkiyyətdə sahəsi 0.12 ha olan torpaq sahəsi xx.xx.1998-ci il tarixli qərarla X28 və X7 mülkiyyətinə verilmişdir. - Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışdan görünür ki, mərhum X26 məxsus ünvan 1i ünvanında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qediyyata alınmışdır. Həmin 0,12 ha torpaq sahəsinin mülkiyyətçiləri X28 və X10r. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə xx.xx.2005-ci il tarixdə verilmişdir. - AZ-İİ № 024209 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 14 iyun 2019-cu il tarixdə vəfat etmişdir. - AZ-İ № 668836 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X28 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. - 03 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, onun 3 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat ofisində xx.xx.2019-cu il tarixdə vəfat etmiş atasının arvadı X5 miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün şifahi müraciətinizə baxıldığı, vərəsə olduğunu təsdiq edən sənədləri təqdim edə bilmədiyi üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. - Vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, X28 mülkiyyətində olan torpaq sahəsinin 4/6 hissəsindən X29 pay almalıdır. - Məcburi paya vərəsəliik hüququ haqqında şəhadətnamədən görünür ki, X22 mülkiyyətində olan torpaq sahəsindən X12 və İddiaçı hər biri 1/6 hissədə pay almalıdırlar. - X23, X12 və X24 tərəfindən verilmiş ərizədən görünür ki, həmin şəxslər vərəsəlik üzrə atalarından qalan paydan qardaşlarının xeyrinə imtina etdiklərini və hazırda analıqlarına münasibətdə isə ondan qalan payın qardaşları İddiaçı adına keçirilməsinə etiraz etmədiklərini bildirmiş və məhkəmədən iddianın təmin olunmasını xahiş etmişlər. - xx.xx.2021-ci il tarixli Miras payın bağışlanma müqavilələrindən görünür ki, X23, X12 miras əmlakdakı payını İddiaçı bağışlamışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinin tələbinə görə Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2-ci maddəsinin tələbinə görə Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olubolmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1151.1-ci maddəsinin tələbinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı Birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1159.1.2-ci maddəsinə əsasən övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Beləliklə də məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X28 və X9 arasında 11 aprel 1978-ci il tarixdə nikah bağlanmış, həmin vaxtdan X8 hazırkı iş üzrə xx xxxxxxx 1961-ci il təvəllüdlü İddiaçı və 3 qızı ilə birlikdə yaşamış, ailə kimi birgə təsərrüfat idarə etmişlər. X9 tərəfindən İddiaçı və bacılarının övladlığa götrülməsi müəyyən edilməsə də, məhkəmə müəyyən etmişdir ki, X1 Malik Cavad oğluna və bacılarına analıq etmiş, X9 vəfat edənə qədər İddiaçı ilə birlikdə yaşamış, ona İddiaçı baxmışdır. Həmçinin müəyyən edilmişdir ki, X3 anasından başqa övladları və yaxud başqa kimsəsi olmamış, hətta anası da onlarla bərabər yaşamış və daha sonra vəfat etmişdir. Yəni miras əmlkadan pay hüququnu kimsə tələb etməmişdir. Mübahisə predmeti olan 0,12 ha torpaq sahəsi X28 və X3 birgə nikah dövründə əldə edilmiş və X26 məxsus 0,06 ha torpaq sahəsi ondan qalan miras əmlak kimi övladlarının arasında bölüşdürülmüş və X23, X12, X11ra düşən miras paydan İddiaçı xeyrinə imtina etmişlər və ya sonuncuya bağışlamışlar. Qeyd edilən torpaq sahəsi uzun müddətdir İddiaçı istifadəsindədir və beləliklə o mirasa faktiki sahiblik və istifadə edir. Məhkəmə humanizm və ədalət prinsipinə əsaslanaraq, eyni zamanda İddiaçı X9 tərəfindən övladlığa götürülməsə də, ona analıq etməsini, onların ailə kimi bir yerdə yaşamalarını, İddiaçı qeyd edilən torpaq sahəsinə uzun müddətdir sahiblik və ondan istifadə etməsini, yəni mirası faktiki qəbul etməsini, həmçinin X3 yüksələn xətt üzrə başqa qanun üzrə vərəsələrinin olmasının müəyyən edilməməsini, eləcə də, qanunun analogiyasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin hallaır ilə X9 tərəfindən İddiaçı və bacılarının övladlığa götrülməsi müəyyən edilməsə də, X28 və X9 arasında 11 aprel 1978-ci il tarixdə nikah bağlandıqdan sonra, həmin vaxtdan X8 hazırkı iş üzrə xx xxxxxxx 1961-ci il təvəllüdlü İddiaçı və 3 qızı ilə birlikdə yaşamış, ailə kimi birgə təsərrüfat idarə etmişlər, analıqları (ögey anaları), miras qoyan X9 hazırki iddiaçı və digər bacılarına analıq etmişdir. Qanunvericiliyə əsasən qanun üzrə vərəsəlik zamanı Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Yəni iddiaçı miras qoyan analıqları tərəfindən rəsmi övladlığa götürülmüş olsaydı, hazırda onun qanun üzrə vərəsəlik hüququ yaranmış olardı. Məhkəmə eyni zamanda nəzərə alır ki, miras əmlak X28 və X3 birgə nikahı dövründə əldə edilmişdir. Əgər X1 Cavad İsayeviçdən öncə vəfat etmiş olsaydı həmin 0,06 ha torpaq sahəsi birgə nikah dövründə əldə edilmiş əmlak kimi X22 mülkiyyətinə veriləcək və həmin torpaq sahəsinə miras hüququ İddiaçı və X23, X12, X21 keçəcəkdi. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Azərbaycan Respublikasının MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2019-cu il tarixdə vəfat etmiş X7 vərəsəsi kimi tanınsın və miras qalmış ünvan 1ində yerləşən sahəsi 0,06 ha olan torpaq sahəsindən ibarət miras paya dair İddiaçı adına vərəsəlik şəhadətnaməsinin verilməsi 03 saylı Bakı “Asan Xidmət” Mərkəzi Notariat Kontoruna həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar