Məhkəmə qərarları › İş №2(004)-4687/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4687/2020

12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4687/2020 12.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pulun tutulması, tələbin girov predimetinə yönəldilməsi, girov predimetinin açıq hərracda satılması və s.” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pulun tutulması, tələbin girov predimetinə yönəldilməsi, girov predimetinin açıq hərracda satılması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli, YSLMB- 6096 saylı kredit müqaviləsi üzrə kredit görə 1915.30 manar əsas, faiz borcuna görə 116.48 manat, cərimə borcuna görə 0 manat olmaqla, borcun cəmi məbləği 2031.78 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tutulmanın Cavabdeh məxsus olan girov qoyulmuş qızıl-zinət əşyası olan 1 ədəd saata (çəkisi 46.4 qr., əyarı 583) yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2020-ci il tarixli, YSLMB- 6096 saylı kredit müqaviləsi üzrə kreditə görə cəmi 2031.78 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun ödənilməsi, girov predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2020-ci il tarixli, YSLMB-6096 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh digər əmlakına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Yasamal” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, YSLMB-6096 saylı kredit müqaviləsinə əsasən illik 30 % dərəcəsi olmaqla 24 ay müddətinə 2060 manat məbləğində cavabdehə kredit verilmişdir. xx.xx.2020-ci il tarixli, YSLMB-6096 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2020-ci il tarixli, YSLMB-6096 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 1915.30 manat əsas, faiz borcuna görə 116.48 manat, cərimə borcuna görə 0 manat olmaqla, borcun cəmi məbləği 2031,78 manat təşkil edir. xx.xx.2020-ci il tarixli, YSLMB-6096 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyaları xx.xx.2020-ci il tarixli, YSLMB-6096 saylı müqaviləsinə əsasən banka girov qoyulmuşdur. Həmin qızılzinət əşyaları xx.xx.2020-ci il tarixli saxlanc girovunun qiymətləndirilməsinə əsasən İddiaçı ASC-nin “Yasamal” filialına saxlanca verilmiş və 1 ədəd çəkisi - 46.4 qr. olan, əyarı – 583 olan qızıl saatdan ibarətdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etdiyini və iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borc alan Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, YSLMB-6096 saylı kredit müqaviləsinin, 1.1-ci bəndindən görünür ki, “Kreditverən” “Kreditalan”a isteklak məqsədilə 2060 AZN məbləğində 24 ay müddətinə, illik 30% ödənilməsi şərtilə təminatlı borc vermişdir. “Kreditalan” isə aldığı borcu ödəniş gününə 115.18 manat məbləğində qaytarmağı və bu müqavilə ilə şərtləndirilmiş miqdarda kreditdən istifadəyə görə faizləri ödəməyi öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi 31.09% təşkil edir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli 5431 nömrəli arayışdan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, YSLMB-6096 saylı müqaviləsi üzrə xx xxxxxx 2020-ci il tarixinə banka 1915.3 manat əsas borc, 116.48 manat faiz borcu, cəmi 2031.78 manat borcu vardır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, YSLMB-6096 saylı saxlanc girovu haqqında müqavilənin 1.1-ci bəndinə əsasən Girovsaxlayan Girovqoyana istehlak məqsədilə xx.xx.2020-ci il tarixli YSLMB-6096 nömrəli Kredit müqaviləsinə əsasən 2060 manat məbləğində 24 ay müddətinə, illik 30% ödənilməsi şərtilə təminatlı borc verir. Kreditalan isə aldığı borcu ödəniş gününə 115.18 manat məbləğdə qaytarmağı və bu müqavilə ilə şərtləşdirilmiş miqdarda kreditdən istifadəyə görə faizləri ödəməyi öhdəsinə götürür. Bu müqaviləyə əsasən “Girov Qoyan” müqavilənin 1.1-ci bəndində göstərilən müqavilə öhdəliklərini icra etmədiyi hallarda “Girov Saxlayan” girov qoyulmuş əşyanın dəyərindən təminat almaq hüququna malikdir. Eyni zamanda sözügedən müqavilənin 4.2-ci bəndindən görünür ki, girov qoyulan əşyanın həmin müqaviləyə görə tərəflərin razılaşmasına və qiymətləndiricinin təyin etməsinə əsasən dəyəri 3059.15 AZN təşkil edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Cavabdeh razılıq ərizəsindən müəyyən olunur ki, xx.xx.2020-ci il tarixli, YSLMB-6096 saylı kredit müqaviləsi əsasında bankdan aldığı 2060 manat məbləğində kreditin təminatı olaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Yasamal” filialına saxlanc girova verdiyi qızıl-zinət əşyasının öhdəliklərini lazımınca yerinə yetirmədiyi, banka gəlmədiyi halda bank tərəfindən satılmasına etiraz etmir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair aktdan müəyyən olunur ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, YSLMB-6096 saylı kredit müqaviləsi əsasında bankdan alacağı 2060 manat məbləğində pul vəsaitinin təminatı olaraq girov qoyduğu 46.4 qram qızıl-zinət əşyasını kredit mütəxəssisinin iştirakı ilə kassaya təhvil-təslimini həyata keçirmiş, qızıl-zinət əşyasının dəyəri 2064.8 AZN, bazar dəyəri isə 3059.15 AZN təşkil etmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh 2060 AZN məbləğində pul verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, RBxx/xx-5060 nömrəli pretenziya məktubundan görünür ki, Cavabdeh 3 iş günü müddətində borcu qaytarmayacağı təqdirdə aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət ediləcəyi haqqında xəbərdarlıq edilmişdirlər. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, YSLMB-6096 saylı kredit müqaviləsinə əsasən cavabdehə 2060 manat məbləğində kredit verilmiş, kredit müqaviləsinin təminatı olaraq çəkisi 46.4 qr olan 583 əyarlı 1 ədəd qızıl saat girov predmeti kimi qoyulmuşdur. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmiş və nəticədə onun İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında xx.xx.2020-ci il tarixli, YSLMB-6096 saylı kredit müqaviləsinə əsasən, əsas borc üzrə 1915.3 manat, faiz üzrə 116.48 manat olmaqla ümumilikdə 2031.78 manat borcu yaranmışdır. Azərbaycan Respublika Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.3-cü girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasəngirov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Bundan əlavə Mülki Məcəllənin 297-ci maddəsinə girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2020-cı il tarixli, YSLMB-6096 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 1915.3 manat, faiz üzrə 116.48 manat olmaqla ümumilikdə 2031.78 manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, tutma girov müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh məxsus çəkisi 46.4 qr olan 583 əyarlı 1 ədəd qızıl saata yönəldilməli, həmin qızıl zinət əşyası açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına cavabdehin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu ödənilməlidir. Girov predmeti olan qızıl-zinət əşyalarının satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaiti Cavabdeh verilməlidir. Girov predmetinin satışından əldə olunan vəsait iddiaçının tələbini ödəməyə kifayət etmədikdə, qalan məbləğ ümumi qaydada Cavabdeh tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 1915,30 (bir min doqquz yüz on beş manat otuz qəpik) manat əsas borc, 116,48 (yüz on altı manat qırx səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 2031,87 (iki min otuz bir manat səksən yeddi qəpik) manat və 30 (otuz) manat dövlət rüsumuiddiaçı olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi Cavabdeh məxsus 1 ədəd 46.4 qram çəkisi olan 583 əyarlı saata yönəldilərək, açıq hərracda satılsın. 1 ədəd 46.4 qram çəkisi olan 583 əyarlı saatın satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilsin. İddiaçının tələbi ödənildikdən sonra 46.4 qram çəkisi olan 583 əyarlı saatın satışından əldə olunan vəsaitin artıq qalan hissəsi Cavabdeh verilsin. Girov predmetinin satışından əldə olunan vəsait iddiaçının tələbini ödəməyə kifayət etmədikdə, qalan məbləğ ümumi qaydada Cavabdeh tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar