Məhkəmə qərarları › İş №2(004)-4688/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4688/2020

22.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4688/2020 22.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tutulması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “pul tutulması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli YSLMB-5207 nömrəli kredit müqaviləsi üzrə 311,23 manat əsas borc, hesablanmış 3,5 manat faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 344,73 manat pul tutulması; tutmanın Cavabdeh məxsus girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməsi; bu əmlakların hərracda satılması və satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh borcunun ödənilməsi; girov predmetlərinin satılmasından əldə ediləcək vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, digər əmlakına yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxışı xx.xx.2020-ci il tarixə saat 11:15-ə təyin olunmuşdur. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Lakin İddiaçı ASC xx.xx.2020-ci il tarixli KB05/PK-6126 nömrəli ərizə ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli YSLMB-5207 nömrəli kredit müqaviləsi üzrə borcunu tam ödədiyini bildirmiş, Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinin tələbinə uyğun olaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsinin geri qaytarılması barədə ərizəsini, iş materiallarını araşdırıb hesab edir ki, Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 259.0.11, 260, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tutulması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar