Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4688/2023 15.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi Ərizəçi Maraqlı şəxs nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi xx.xx.1964-cü il tarixdə, Ermənistan Respublikasının Sisyan rayonunun, Urud kəndində anadan olması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin atası X13 ilə X3 birgə nikahından - 08 dekabr 1951-ci il təvəllüdlü Tahirova (Abdullayeva) Zərifə Əvəz qızı, xx.xx.1960-cı il təvəllüdlü X14, xx.xx.1968-ci il təvəllüdlü X9, ərizəçi - xx.xx.1964-cü il təvəllüdlü Ərizəçi və 1971-ci il təvəllüdlü X7 dünyaya gəlmişdir. X1 öz mülkiyyətində olan mənzili ərizəçiyə bağışlaması üçün notariat kontoruna müraciət edilmiş, lakin orada onların qohum olmasının təsdiqini tapması üçün doğum haqqında şəhadətnamənin təqdim edilməsi tələb olunmuşdur. Bundan əlavə onun ölkə xaricində yaşayan qardaşı da müvəqqəti qeydiyyata alınmaq üçün müraciət etdikdə, eyni problemlə üzləşmiş və bildirilmişdir ki, qohumluğu təsdiq edən sənəd təqdim edilməlidir. Ərizəçi doğum haqqında şəhadətnaməni əldə etmək üçün Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin ona imtina məktubu verilərək məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Bu səbəblə də həmin faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qoşmaya əlavə edilmiş bacı və qardaşlarına məxsus doğum haqqında şəhadətnamələrin tərcümə edilmiş nüsxələrindən də göründüyü kimi ataları X13, anaları isə X5r. Ata, ana və bacısına aid məzar fotoşəkillərindən də göründüyü kimi, ata, ana və bacısı vəfat etmişdir və adlar, soyadlar doğum haqqında şəhadətnamələrdə göstərilən kimidir. Ərizəçi məxsus şəxsiyyət vəsiqəsinin və xarici pasportun surətindən də göründüyü kimi, ərizəçi xx xxxxxx 1964-cü il tarixdə Ermənistan Respublikasının Sisyan rayonunda anadan olmuşam. SSR pasportunda doğulduğu kənd - Urud kəndi qeyd edilmişdir. Həmin vəsiqənin surəti ərizəçidə mövcud olmadığına görə kəndi qeyd edə bilməmişdir. Bacı və qardaşları da həmin kənddə dünyaya gəlmişdir. Məhkəmə iclasında ərizəçi ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi Nümayəndə ərizəçi tərəfindən doğum haqqında şəhadətnamə təqdim olunmadığından, doğum haqqında akt qeydinin bərpa edilməsindən imtina olunduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismidə dindirilmiş X10 ərizəçinin onun doğma qardaşı olduğunu, qardaşının ondan təxminən 5-6 yaş kiçik olduğunu və onun Sisyan rayonunun, Urud kəndində anadan olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismidə dindirilmiş X6 ərizəçinin onun doğma qardaşı olduğunu, xx.xx.1964-cü il tarixdə Sisyan rayonunun, Urud kəndində anadan olduğunu, onun doğum haqqında şəhadətnaməsinin Ermənistan Respublikasında qaldığını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı “Asan Xidmət” X2 3-16-5/8- 13-2691/2023 saylı məktubundan görünür ki, şöbəyə doğum akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənəd (doğum haqqında şəhadətnamə) təqdim olunmadığından, doğum haqqında akt qeydinin bərpa edilməsi mümkün olmamış, ərizəçiyə aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Yasamal Rayon Polis İdarəsi tərəfindən verilmiş AZE № 06124266 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və P0897392 saylı ümumvətəndaş pasportundan görünür ki, Ərizəçi xx.xx.1964-cü il tarixdə Ermənistan Respublikası, Sisyan rayonunda anadan olmuşdur. Bakı şəhər Oktyabr rayon Hərbi Komissarlığı tərəfindən verilmiş H3 No ******* saylı hərbi biletdən görünür ki, Ərizəçi xx.xx.1964-cü il tarixdə Ermənistan Respublikası, Sisyan rayonunda anadan olmuş, milliyyəti Azərbaycanlıdır. İ-3 Ж № ******* nömrəli doğum haqqında şəhadətnamədən, görünür ki, X10, xx.xx.1968-ci il tarixdə Ermənistan Respublikası, Sisyan rayonu, Urud kəndində doğulmuş, atası X13, milliyəti Azərbaycanlı, anası isə X8, milliyəti Azərbaycanlı olmuşdur. 3 Ж № 408084 nömrəli doğum haqqında şəhadətnamədən, görünür ki, X11 xx.xx.1951-ci il tarixdə Sisyan rayonu, Urud kəndində doğulmuş, atası X13, milliyəti Azərbaycanlı, anası isə X8, milliyəti Azərbaycanlı olmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 162.1. Vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Maddə 162.2. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1 və 305.1.1-ci maddələrinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2 və 307.2.3-cü maddələrinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, tədqiq olunmuş sübutlarla ərizəçinin doğum akt qeydinin məhkəmədən kənar əldə edə bilməməsi, onun doğum faktının müəyyən edilməsinin ərizəçiyə hüquqi rəsmiləşdirmə işləri ilə əlaqədar lazım olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ərizəçinin doğum faktı, yəni xx.xx.1964-cü il tarixdə, Ermənistan Respublikasının Sisyan rayonunun, Urud kəndində doğulması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1964-cü il tarixdə, Ermənistan Respublikasının Sisyan rayonunun, Urud kəndində anadan olması, atası X13, milliyəti Azərbaycanlı, anası X8, milliyəti Azərbaycanlı olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-4688/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4688/2023
15.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver