Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4700/2020 22.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndələri və vəkili X3, Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qilal oğluna qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qilal oğluna qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı2 və İddiaçı1 azyaşlı övladları - xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 ilə birlikdə Bakı şəhəri Yasamal rayonu Lev Tolstoy küçəsindəki 68/5 nömrəli evin 10 nömrəli mənzilinə köçürülmələri, həmin mənzildən maneəsiz istifadə etmələrinə və yaşamalarına maneə törədilməsinin cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndələri və vəkili X5 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı2 və İddiaçı1 xx.xx.2013-cü il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar, birgə nikahdan onların xx.xx.2014-cü il təvəllüdlü Rəna və xx.xx.2018-ci il təvəllüdlü Leyla adlı iki uşaqları var. İddiaçı2 xx.xx.2010-cu il tarixli çsıxarışa əsasən ünvan 1 ünvanda olan 3 otaqlı mənzilin 26.01 kv.m-dən ibarət olan bir otağının ½ pay hissəsinin mülkiyyətçisidir. Cavabdehlər İddiaçı2 valideynləri və mübahisəli mənzilin mülkiyyətçiləridir. İddiaçılar məcburiyyət qarşısında qalıb bir müddət kirayədə qalıblar, lakin maddi imkanları olmadığına görə Nigar uşaqlarla birlikdə öz ata evində qalır. Hazırda İddiaçı2 ailəsi ilə birlikdə mülkiyyətində olan mənzilə köçmək istəyir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etdi və izahatında bildirdi ki, Bakı şəhəri Yasamal rayonu Lev Tolstoy küçəsindəki 68/5 nömrəli evin 3 otaqlı 10 nömrəli mənzili xx.xx.2006cı il tarixli çıxarışa əsasən onun xüsusi mülkiyyətində olmuşdur. O, xx.xx.2010-cu il tarixli bağışlama müqaviləsinə əsasən mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Lev Tolstoy küçəsindəki 68/5 nömrəli evin 3 otaqlı 10 nömrəli mənzilinin sahəsi 26,01 kv.m olan bir otağın ½ hissəsini əri Cavabdeh2 Qilal oğluna, ½ hissəsini isə oğlu İddiaçı2 bağışlamış, 2 otağını isə öz mülkiyyəitində saxlamışdır. O, İddiaçı2 ailəsi ilə birlikdə Bakı şəhəri Yasamal rayonu Lev Tolstoy küçəsindəki 68/5 nömrəli evin 10 nömrəli mənzilinin sahəsi 26,01 kv.m olan bir otağın özünə məxsus olan ½ hissəsinə köçürülməsinə etiraz etmir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin verdiyi xx.xx.2020-ci il tarixli məktubundan müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayonu Lev Tolstoy küçəsindəki 68/5 nömrəli evin ümumi sahəsi 52,9 kv.m olan 3 otaqlı 10 nömrəli mənzili xx.xx.2006-cı il tarixdə Cavabdeh1 adına ilkin hüquqi qeydiyyadan keçmişdir. xx.xx.2010-cu il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Lev Tolstoy küçəsindəki 68/5 nömrəli evin 3 otaqlı 10 nömrəli mənzilinin sahəsi 26,01 kv.m olan bir otağının ½ hissəsini əri Cavabdeh2 Qilal oğluna, ½ hissəsini isə oğlu İddiaçı2 bağışlamış, 2 otağını isə öz mülkiyyəitində saxlamışdır. Məhkəmə qeyd edir ki, İddiaçı2 Bakı şəhəri Yasamal rayonu Lev Tolstoy küçəsindəki 68/5 nömrəli evin 10 nömrəli mənzilinin sahəsi 26,01 kv.m olan bir otağın özünə məxsus olan ½ hissəsinə öz ailə üzvləri ilə birlikdə köçmək hüququna məxsusdurlar. Lakin anası Cavabdeh1 mülkiyyətində olan 2 otağa köçmələri üçün hüqunqi əsas yoxdur. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçılar İddiaçı2 və İddiaçı1 azyaşlı övladları - Rəna və Leyla ilə birlikdə İddiaçı2 ilə Cavabdeh2 Qilal oğlunun paylı (hər birinin payı ½ hissədən ibarətdir) mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Lev Tolstoy küçəsindəki 68/5 nömrəli evin 10 nömrəli mənzilinin sahəsi 26,01 kv.m olan 1 otağına köçürülməlidirlər. Həmin otaqdan iddiaçıların maneəsiz istifadə etmələrinə və yaşamalarına maneə törədilməsi Cavabdeh2 Qilal oğluna qadağan edilməlidir. İddia tələbi - Cavabdeh1 qarşı olan hissədə rədd edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı1 aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçılar İddiaçı2 və İddiaçı1 azyaşlı övladları - xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2018ci il təvəllüdlü X1 ilə birlikdə İddiaçı2 ilə Cavabdeh2 Qilal oğlunun paylı (hər birinin payı ½ hissədən ibarətdir) mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Lev Tolstoy küçəsindəki 68/5 nömrəli evin 10 nömrəli mənzilinin sahəsi 26,01 kv.m olan 1 otağına köçürülsünlər. Həmin otaqdan iddiaçıların maneəsiz istifadə etmələrinə və yaşamalarına maneə törədilməsi Cavabdeh2 Qilal oğluna qadağan edilsin. İddia tələbi - Cavabdeh1 qarşı olan hissədə rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı1 aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-4700/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4700/2020
22.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver