Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4701/2020 22.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Rzayeva Sevər Rövşən qızının iştirakı ilə, İddiaçı cavabdeh Rzayeva Sevər Rövşən qızına qarşı “pul tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Rzayeva Sevər Rövşən qızına qarşı “pul tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, onun zamin kimi borcalan Rzayeva Sevər Rövşən qızının əvəzindən xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış borca görə ləğv prosesində olan “xxxxxxxx” ASC-yə xx.xx.2020ci il tarixli mədaxil qəbzi ilə ödədiyi 2.252,80 manat vəsait, məhkəmədə hüquqlarının müdafiəsi üçün vəkilə ödədiyi 210 manat vəsait, iddia ərizəsinin verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.492,80 manat pulun cavabdeh Rzayeva Sevər Rövşən qızından tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, “xxxxxxxx” ASC-nin Mərkəzi ofisi ilə cavabdeh Rzayeva Sevər Rövşən qızı arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmış və iddiaçının həmin bankda olan 11.000 manat depozitinin altında cavabdehə 12 ay müddətiə 2513 manat kredit verilmişdir. Eyni zamanda həmin kredit müqaviləsinə əlavə olaraq iddiaçı ilə xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. “xxxxxxxx” ASC ləğv prosesində olduğundan, bankda olan əmanətlərin vətəndaşlara geri qaytarılmasına başlamış, lakin iddiaçının əmanətinin (depozit) altında cavabdehə kredit verildiyindən və həmin kredit ödənilmədiyinə görə, İddiaçı əmanətinin geri qaytarılmasından imtina edilmişdir. Bu səbəbdən İddiaçı məcburiyyət qarşısında qalıb cavabdehin banka olan 2.252,80 manat borcunu xx.xx.2020-ci il tarixdə ödəmişdir. xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinin 3.6-cı bəndinə əsasən bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan öhdəliyi icra etmiş “zamin”ə “Bank”ın həmin öhdəlik üzrə hüquqları və “bank”a girovsaxlayan kimi mənsub hüquqları “zamin”in “bank”ın tələbini ödədiyi həcmdə keçir. Bundan başqa, “zamin” həmçinin “borclu”dan “bank”a ödənilmiş məbləğdən faiz ödəməyi və borclunun əvəzinə məsuliyətlə bağlı çəkdiyi digər zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Odur ki, Rzayeva Sevər Rövşən qızından 2.252,80 manat pulun, vəkilə ödədiyi 210 manat pul vəsaitin və ödədiyi 30 manat dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Rzayeva Sevər Rövşən qızı məhkəmə iclasında iddianı qismən qubul edərək bildirdi ki, “xxxxxxxx” ASC-nin Mərkəzi ofisi ilə onun arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən o, bankdan 12 ay müddətiə 2513 manat kredit götürmüşdür. İddiaçı ona zamin durmuş və bankda olan 11.000 manat vəsaitini girov qoymuşdur. O, müqavilə üzrə aldığı borcdan 4 ay ərzində hər ay 260 manat olmaqla banka qaytarmışdır. 2020-ci ilin yanvar ayından heç bir ödəniş etməmişdir. Hesab edir ki, onun borcu 2.252,80 manat deyil, daha az olmalıdır. Bu barədə məhkəməyə hər hansı yazılı sübut təqdim edə bilmir. O, maddi imkanı olmadığına görə borcunu vaxtında ödəyə bilməmişdir. Odur ki, ədalətli nqərar qəbul edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2019-cu il tarixli 00/14581/DİK nömrəli kredit müqaviləsinə əsasən “xxxxxxxx” ASC borcalan Rzayeva Sevər Rövşən qızına 12 ay müddətinə 2513 manat kredit vermişdir. xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əlavə olaraq borclunun öhdəliklərinin icra edilməsi məqsədilə “xxxxxxxx” ASC-nin Mərkəzi ofisi ilə zamin İddiaçı arasında xx.xx.2019-cu il tarixli 00/14581/DİK nömrəli zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, borcalan Rzayeva Sevər Rövşən qızının əvəzindən İddiaçı xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış borca görə ləğv prosesində olan “xxxxxxxx” ASC-yə 2.252,80 manat vəsaiti tam ödəmişdir. Göründüyü kimi, “xxxxxxxx” ASC-nin Mərkəzi ofisi ilə Rzayeva Sevər Rövşən qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00/14581/DİK nömrəli kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu Cavabdeh müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcu vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Zamin borcalanın əvəzindən 2.252,80 manat vəsaiti banka ödədiyinə görə, həmin məbləğdə tələb hüququnu əldə etmişdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Mülki Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Məhkəmə sübutlara qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, zamin İddiaçı borcalan Rzayeva Sevər Rövşən qızının əvəzindən xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış borca görə ləğv prosesində olan “xxxxxxxx” ASC-yə xx.xx.2020ci il tarixli mədaxil qəbzi ilə ödədiyi 2.252,80 manat vəsait, məhkəmədə hüquqlarının müdafiəsi üçün vəkilə ödədiyi 210 manat vəsait, iddia ərizəsinin verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.492,80 manat pul cavabdeh Rzayeva Sevər Rövşən qızından tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda şərh olunanlara əssən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Zamin İddiaçı borcalan Rzayeva Sevər Rövşən qızının əvəzindən xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış borca görə ləğv prosesində olan “xxxxxxxx” ASC-yə xx.xx.2020-ci il tarixli mədaxil qəbzi ilə ödədiyi 2.252,80 manat vəsait, məhkəmədə hüquqlarının müdafiəsi üçün vəkilə ödədiyi 210 manat vəsait, iddia ərizəsinin verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.492,80 (iki min dörd yüz döxsan iki manat səksən qəpik) manat pul cavabdeh Rzayeva Sevər Rövşən qızından tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-4701/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4701/2020
22.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver