Məhkəmə qərarları › İş №2(004)-471/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-471/2021

28.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-471/2021 28.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, İddiaçı İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Rüfət oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “icarə hüquq münasibətlərinə xitam verilməsi, icarə obyektinin boşaldılması və təhvil verilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “icarə hüquq münasibətlərinə xitam verilməsi, icarə obyektinin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, X5 Naxçıvani küçəsi 22 ünvanında yerləşən qeyri-yaşayış obyekti ilə bağlı icarəçi Cavabdeh ilə onun arasıda mövcud olmuş icarə hüquq münasibətlərinə xx xxxxxxxx 2020-ci il tarixdən xitam verilməsinə, obyektin boşaldılması və ona təhvil verilməsinə, obyekt boşaldılmadığı və təhvil verilmədiyi üçün 2020-ci ilin 30 sentyabr tarixindən başlayaraq ödənilməyən hər bir tam ay üçün mövcud bazar qiymətləri əsas götürülməklə aylıq 4000 manat, natamam ayın hər günü üçün 133,30 manat olmaqla kompensasiya məbləğinin cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, X5 Naxçıvani küçəsi 22 ünvanında 1-ci mərtəbədə yerləşən, 193.24 kv.m-dən ibarət olan qeyri-yaşayış obyekti xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində onun adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış və ona hüququnu təsdiq edən RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. O, həmin obyekti alarkən burada kirayəçi/icarəçi Cavabdeh artıq var idi, əmlakı satan şəxs də ona bu barədə məlumat vermişdi. Əslində, o, həmin zaman icarəçi ilə münasibətlərə xitam vermək istəyirdi. Lakin əmlakı ona satan mülkiyyətçi X1 bildirdi ki, “icarəçi ilə yenicə müqavilə bağlayıblar, belə tezliklə müqaviləni ləğv etmək yaxşı olmaz, bir müddət işləsinlər, narazı qaldığın hallar olsa, onda onları buradan çıxarar. Beləcə, icarəçi öz işlərinə davam etməyə başlamış, ondan əvvəlki mülkiyyətçi (X1) ilə aralarında bağladığı icarə müqaviləsi əsasında aylıq icarə haqqını vaxtlı-vaxtında ödəmək şərti ilə obyektdən əvəzli istifadə etməsinə etiraz etməmişdir. Cavabdehlər əlavə, yaxud yeni müqavilə, hər hansı yazılı razılaşma isə bağlanmamışdır. O, obyekti aldıqdan və mülkiyyət hüququ əldə etdikdən sonra həmin müqavilə, hüquqi cəhətdən öz qüvvəsini itirmişdir. Belə ki, həmin müqavilədə varislik məsələsi (yəni, yeni mülkiyyətçi üçün imperativ olan tələb, yaxud yeni mülkiyyətçinin öhdəliyi ilə bağlı tələb) müəyyən edilməmişdir. Alqı-satqı müqaviləsi bağlanarkən mövcud icarə müqaviləsini davam etdirəcəyinə dair üzərinə hər hansı öhdəlik də götürməmişdir. Bununla belə, icarəçinin xahişlərini nəzərə alaraq və iddiaçı tərəfindən humanistlik göstərilərək obyektlə bağlı xüsusi mülkiyyət hüququnu əldə etdikdən sonra da aralarındakı icarə münasibətləri yazılı müqavilə bağlanmadan, ondan əvvəlki mülkiyyətçi ilə bağlanmış müqavilənin şərtləri əsasında davam etdirilmişdir. Pandemiya və karantin qaydaları ilə bağlı olaraq artıq altı aydır ki, ona heç bir icarə haqqı ödənilməmişdir və o da vəziyyəti nəzərə alaraq icarəçidən icarə haqqı tələb etməmişdir. Lakin, ölkədə və dünyadakı vəziyyəti nəzərə alaraq, iqtisadiyyatın bir çox sahələrində yaranmış durğunluğu görərək mülkiyyətində olan obyektini özü işlətmək qərarına gəlmişdir. İcarəçi Cavabdeh ilə ondan əvvəlki İcarəyəverən arasındakı müqavilə 5 (beş) il müddətinə bağlanmış və həmin müqavilənin müddəti 2018-ci ilin 30 sentyabr tarixində bitmişdir. Tələbinə və xahişlərinə baxmayaraq, obyekt qarşılıqlı razılaşma ilə indiyə kimi boşaldılmamış və təhvil verilməmişdir. Cavabdehlə apardığı danışıqlardan anladığı odur ki, cavabdeh pandemiyanı bəhanə edərək obyekti boşaltmaqdan yayınır və gələcəkdə də xx xxxxxxxx 2020-ci il tarixindən sonra da yayınmaq istəyindədir. Bu üzdən məhkəməyə müraciət etmək və hüquqlarını məhkəmə vasitəsilə qorumaq məcburiyyəti qarşısında qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia tələnin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə Rüfət oğlu izahatında bildirmişdir ki, İddiaçı ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsini 2013-cü ildə alqı-satqı yolu ilə almışdır. İndiki Cavabdeh həmin vaxtda orda icarədar olub. Hal-hazırda icarə müqaviləsinin vaxtı bitib, ancaq cavabdeh ordan çıxmaq istəmir. Cavabdehin fəaliyyət növü hal-hazırkı pandemiya dövrü ilə əlaqədar məhdudlaşdırılıb, yəni fəaliyyət göstərmir. Ona görə də o, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan RX ******* saylı Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X5 Naxçıvani 22 ünvanında yerləşən 193,24 kv.m qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli İcarə müqaviləsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X5 Naxçıvani 22 ünvanında yerləşən 193,24 kv.m qeyri-yaşayış sahəsi “İcarəyə verən” X2 tərəfindən “İcarəçi” Cavabdeh icarəyə verilmişdir. Müqavilə 5 il müddətinə bağlanmışdır. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli icarə münasibətlərini ləğvinə və obyektin təhvil verilməsinə dair bildirişdən görünür ki, “İcarəçi” Cavabdeh icarə haqqının vaxtı vaxtında ödəmədiyindən o, İcarəyəverən İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixə qədər obyektin boşaldıəlaraq təhvil verilməsini xahiş etmiş, obyekt 15 gün ərzində boşaldılmadığı təqdirdə ona qarşı obyektin boşaldılması ilə yanaşı öhdəliyin icrasının gecikdirilməsi, öhdəliyin vaxtında icra olunmaması nəticəsində vurulmuş zərərin ödənilməsi tələblərinə dair iddia ərizəsi ilə onun tərəfindən aidiyyəti məhkəmə orqanına müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə ilk olaraq iddia tələbinin cavabdehin iddiaçıya məxsus qeyri yaşayış obyektindən çıxarılması və obyektin boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsi üzrə hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2013-cü il tarixli İcarə müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, X5 Naxçıvani 22 ünvanında yerləşən 193,24 kv.m qeyri-yaşayış sahəsi onun əvvəlki “İcarəyə verən”i X2 tərəfindən “İcarəçi” Cavabdeh icarəyə verilmişdir. Müqavilə 5 il müddətinə bağlanmışdır. Hazırda Bakı şəhəri, Yasamal rayonu, X5 Naxçıvani 22 ünvanında yerləşən 193,24 kv.m qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı mübahisəli obyektin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə mübahisəli obyektə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdehin mübahisəli obyekti könüllü olaraq boşaltmaması nəticəsində iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. İddiaçı ilə “İcarəçi” Cavabdeh arasında yeni icarə müqaviləsi bağlanmamış, münasibətlər əvvəlki xx.xx.2013-cü il tarixli İcarə müqaviləsinə əsasən şifahi razılıq əsasında davam etmişdir. İş materiallarında olan xəbərdarlıq məktubundan da görünür ki, cavabdeh iddiaçı tərəfindən obyektin boşaldılması ilə xəbərdar edilmiş, lakin cavabdeh obyekti iddiaçıya təhvil verməmişdir. Cavabdehin mübahisəli obyektdə qanunsuz fəaliyyəti iddiaçının bir mülkiyyətçi kimi hüquqlarını pozur. Ona görə də məhkəmə hesab edir ki, mübahisəli obyekt iddiaçının xüsusi mülkiyyətində olduğundan, cavabdehin həmin obyektdən istifadəsi üçün tərəflər arasında hər hansı bir müqavilə və digər qanuni əsas olmadığından, iddiaçı haqlı olaraq, cavabdehin qeyri yaşayış sahəsindən çıxarılması və obyektin ona təhvil verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbi həmin hissədə təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, X5 Naxçıvani küçəsi 22 ünvanında yerləşən qeyri-yaşayış obyekti boşaldılmalı və İddiaçı təhvil verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi Bakı şəhəri, Yasamal rayonu, X5 Naxçıvani küçəsi 22 ünvanında yerləşən qeyri-yaşayış obyekti ilə bağlı içarəçi Cavabdeh ilə onun arasıda mövcud olmuş icarə hüquq münasibətlərinə xx xxxxxxxx 2020-ci il tarixdən xitam verilməsi, obyekt boşaldılmadığı və təhvil verilmədiyi üçün 2020-ci ilin 30 sentyabr tarixindən başlayaraq ödənilməyən hər bir tam ay üçün mövcud bazar qiymətləri əsas götürülməklə aylıq 4000 manat, natamam ayın hər günü üçün 133,30 manat olmaqla kompensasiya məbləğinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında icarə müqaviləsi mövcud deyildir, bununla da tərəflər arasında daşınmaz əmlaka dair etibarlı icarə hüquq münasibətləri yaranmamışdır. İş materiallarında olan sənədlər onu təsdiq edir ki, xx.xx.2013-cü il tarixli icarə müqaviləsi Cavabdeh ilə məhz həmin qeyri yaşayış sahəsinin əvvəlki mülkiyyətçisi X1 arasında 5 il müddətinə bağlanmışdır. Müqavilə müddəti bitdikdən sonra isə onlar qeyri yaşayış sahəsinin cavabdehin sahibliyində və istifadəsinə olmasına şifahi qaydada razılığa gəlmişlər. Ona görə də iddia tələbi bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia ərizəsi qismən təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, X5 Naxçıvani küçəsi 22 ünvanında yerləşən qeyriyaşayış obyekti boşaldılsın və İddiaçı təhvil verilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar