Məhkəmə qərarları › İş №2(004)-4715/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4715/2022

26.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4715/2022 26.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5.000 (beş min) manat borcun, hüquqi yardıma görə vəkilə çəkilən 400 (dörd yüz) manat xərcin və iddia ərizəsi üçün ödənilmiş 70 (yetmiş) manat məbləğində dövlət rüsumunun ümumilikdə 5470 (beş min dörd yüz yetmiş) manatın alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Şahəddin oğıu iddia ərizəsini onunla əsaslandırmışdır ki, o Cavabdeh 2011-ci ildən tanıyır, onunla normal münasibətləri olmuşdur. İddiaçı avtomobil almaq istəmiş, bu səbəbdən cavabdeh Pərvizin avtomobil alqı-satqı və ya RENTA-CAR işləri ilə məşğul olduğu üçün Pərvizə yaxınlaşmışdır. Pərvizdə ona bununla bağlı heç bir problemin olmayacağını bildirmişdir. İddiaçı X1 2020-ci ilin mart ayının sonunda Pərvizlə Bakı şəhəri Nərimanov rayon Prokurorluğunun yaxınlığında görüşmüş, Pərvizə 26.000 (iyirmi altı min) manat pul vermiş, Pərvizdə pulu götürüb ona iki avtomobil yəni ABŞ istehsalı olan “Şevrolet modelinin Cruz markalı avtomobillərini üç gün ərzində gətirməyi öhdəsinə götürmüşdür. Lakin Pərviz pulu alsa da avtomobilləri gətirə bilməmişdi. İddiaçı dəfələrlə Pərvizlə əlaqə saxlamış, hər dəfə min cür bəhanələr gətirmiş, sonda isə avtomobilləri gətirə bilmədiyini bildirmişdir. Təxminən 6 (altı) aydan sonra pulun xeyli hissəsini Cavabdeh geri qaytarsa da 5.000 (beş min) manat borcu qalmışdır. Cavabdeh isə hər gün müxtəlif bəhanələr gətirərək, nəhayət həmin məbləği verməkdən imtina etmişdir. Cavabdeh bu hərəkətlərindən aldadıldığını görən İddiaçı 01 mart 2022-ci il tarixində ərizə ilə Abşeron Rayon Polis İdarəsinə müraciət edərək, ona qarşı dələduzluq edildiyini bildirmişdir. İddiaçı şikayəti əsasında Abşeron Rayon Polis İdarəsində araşdırlma aparılmış, Cavabdeh polis idarəsinə dəvət olunmuş və izahatı alınmışdır. Araşdırılma zamanı izahatı alınmış Cavabdeh etiraf edərək bildirmişdir ki, həqiqətən də Vüqarla 2020ci ilin mart ayının ortalarında Bakı şəhəri Nərimanov rayonu Atatürk parkının yaxınlığında görüşüb, razılaşdıqları kimi ona iki ədəd ABŞ-ın istehsalı olan Cruz markalı avtomobili Gürcüstan Respublikasından gətirmək üçün 26.000 (iyirmi altı min) manat pul almışdır. O həmin pulu götürüb Gürcüstan Respublikasına getmişdir. Pandemiya nəticəsində gömrük məntəqələrinin keçidləri bağlanmışdır. O, Gürcüstan Respublikasına keçə bilməmiş geri qayıtmışdır. Bundan sonra digər ölkələrə keçmək məsələlərində problemlər yaranmış, yəni bu səbəbdən onun işi alınmamışdır. O bunları Vüqara bildirmiş, sonradan onun işləri alınmadığı üçün Vüqardan aldığı 26.000 (iyirmi altı min) manat puldan 21.000 (iyirmi bir min) manatını özünə qaytarmışdır. Hal-hazırda onun Vüqara 5.000 (beş min) manat borcu qalmışdır. Hazırda həmin pulu qaytara bilmir amma o qısa müddətdə ödəyəcəyinə söz vermişdir. Araşdırılma zamanı Abşeron Rayon Polis İdarəsinin 10 mart 2022-ci il tarixli qərarı ilə Cavabdeh barəsində cinayət işinin başlanması rədd olunmuş və İddiaçı isə mülki qaydada məhkəməyə müraciət etməsi izah olunmuşdır. Abşeron Rayon Polis İdarəsinin 10 mart 2022-ci il tarxli cinayət işinin başlanmasının rədd olunması barədə qərarına əsasən Cavabdeh İddiaçı borclu olduğunu etiraf etmiş və həmin qərarda öz təsdiqini tapmışdır. Hazırda cavabdehin iddiaçıya 5.000 (beş min) manat borcu var və cavabdeh bu günə kimi pulu qaytarmamış, iddiaçının vəsaitilə əsassız varlanmış, gəlir əldə etmişdir. Bundan əlavə, iddia tələbi üzrə iddiaçıya göstərilən hüquqi yardıma görə Bakı şəhəri 3 saylı Vəkil Bürosu ilə müqavilə bağlamaqla 400 (dörd yüz) manat məbləğində pul ödənilmişdir. Ona görə də, hüquqi yardıma görə ödənilən 400 (dörd yüz) manat da cavabdehdən tutulmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Abşeron RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru Qasım Abbasov tərəfindən İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2, 58, 207.5.2 və 212-ci maddələrinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Qərardan eyni zamanda, müəyyən olunur ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh etiraf edərək bildirmişdir ki, həqiqətən Vüqarla 2020-ci ilin mart ayının ortalarında Bakı şəhəri Nərimanov rayonu Atatürk parkının yaxınlığında görüşmüş, razılaşdıqları kimi ona iki ədəd ABŞ istehsalı olan Cruz markalı avtomobilləri Gürcüstan Respublikasından gətirmək üçün getmişdir. Pandemiya nəticəsində gömrük məntəqələrinin keçidləri bağlanmışdır. O, Gürcüstan Respublikasına keçə bilməmiş, geri qayıtmışdır. Bundan sonra digər ölkələrə keçmək məsələlərində problemlər yaranmış, yəni bu səbəbdən onun işi alınmamışdır. O bunları Vüqara bildirmiş, sonradan onun işləri alınmadığı üçün Vüqardan aldığı 26000 manat puldan 21000 manatını özünə qaytarmışdır. Hal-hazırda onun Vüqara 5000 manat borcu qalmışdır. Hazırda həmin pulu qaytara bilmir, amma o qısa müddətdə ödəyəcəyinə söz vermişdir. İş materiallarında olan 17 avqust 2022-ci il tarixli 26016 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri 3 saylı Vəkil Bürosu- Vəkil adına 412 manat ödəniş edilmişdir. İş materiallarında olan 18 avqust 2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 70 (yetmiş) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə araşdırması zamanı İddiaçı ABŞ-dan avtomobil gətirmək məqsədilə Cavabdeh 26000 manat məbləğində pul vermiş, avtomobilləri gətirə bilməmiş, 26000 manat məbləğdən 21000 manatı geri qaytarmış, lakin 5000 manatı qaytarmamışdır. Bu hal cavabdehin Bakı şəhəri Abşeron RPİ-nin İŞ-də vermiş olduğu izahatında öz təsdiqini tapmışdır. Bununla əlaqədar məhkəmə belə qənaətə gəlir ki, İddiaçı məxsus 5000 manat məbləğində pul hər hansı hüquqi əsas olmadan Cavabdeh saxlanılmış, bununla da Cavabdeh əssassız varlanmış və cavabdeh tərəfindən hüquqi əsas olmadan iddiaçının hesabına əmlak (pul) əldə etmə kimi qiymətləndirilməlidir. Odur ki, Cavabdeh 5000 (beş min) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə eyni zamanda, hesab edir ki, iddia tələbi təmin edildiyindən, hüquqi xidmətə görə ödənilmiş 400 (dörd yüz) manat və ödənilmiş 70 (yetmiş) manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) manat məbləğində pul, hüquqi yardıma görə 400 (dörd yüz) manat və ödənilmiş 70 (yetmiş) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar