Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4725/2021 05.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X3, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi Cavabdeh2 MMC-nin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi Cavabdeh2 MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsinin ləğv edilməsi, iş bərpa və əmək haqqı tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi Cavabdeh2 MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsinin ləğv edilməsi, iş bərpa və əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, X17 ilə ictimai işlərə cəlb edilməyi ilə bağlı 06.08.2019-cu il tarixdə əmək müqaviləsi bağlamışdır. Bundan sonra İmişli rayon mənzil kommunal təsərrüfatı istehsalat birliyində təmizlik işləri üzrə və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təhkim olunmuşdur. Haqqı ödənilən ictimai işlərə qəbul olunan işçilərə əmək münasibətlərində tərəflərin hüquqları, məsuliyyəti, səlahiyyət və vəzifə bölgüsü İmişli rayon icra hakimiyyəti, İmişli rayon mənzil kommunal təsərrüfatı istehsalat birliyi və X17 arasında bağlanılmış işçi qüvvəsinin təmin edilməsinə dair sazişlə müəyyən edilmiş qayda və prinsiplərlə xidmətə başlamışdır. Əmək haqqı icraçı qurum tərəfindən X16 təqdim edilən iş davamiyyəti cədvəlinə əsasən hər ayın sonu yeni ayın başlanğıcında ödənilmişdir. Əmək müqaviləsinə əsasən 2020-ci ilin Avqust ayına qədər əmək haqqı hesabalanaraq bank hesabına köçürülmüş və həmin aylardan iyul, avqust aylarını çıxmaq şərtilə qalan ayların əmək haqqısını almışdır. Belə ki, X9 filial müdürü Nofəl Atakişiyev və İmişli MKTİB-nin sabiq müdürü Cahangir adlı şəxsin dəfələrlə təhdidindən sonra 2020-ci ilin may ayının əvvəllərində əmək müqaviləsinə uyğun olaraq ona verilən əmək haqqı kartını həmin idarə rəhbərləri ondan almış və iki ayın əmək haqqısını çıxardıqdan sonra yenidən kartı qaytaracaqlarına söz vermişdir. O, 2 ay müddət ötdükdən sonra kartını həmin şəxslərdən geri alsa da, artıq kartın istifadə müddəti bitmiş və karta mədaxil olmuş 2 aylıq əmək haqqı məsul şəxslər və ya onların yaxınları vasitəsilə kartdan məxaric edilmişdir. Bundan sonra o, yeni əmək haqqı kartını almış və həmin şəxslər əmək müqaviləsinə uyğun olaraq əmək haqqının kart hesabına köçməsi üçün 500 manat məbləğində vəsait tələb etmişlər. Lakin, onlara verəsi pulu olmadığından yeni kartını onlarda qalmasına və əmək haqqının əlavə olaraq 2 ay yəni 2020-ci ilin payız ayları üçün çıxarılmalarını təklifini onlardan almış və etirazını bildirmişdir. Bundan sonra 2020-ci ilin dekabr ayının 13-dək müqaviləsindən irəli gələn xidmətləri üzrə işləsə də, həmin idarə rəhbərlərinin bilavasitə rüşvət tələbləri ödənilmədiyindən onun əmək haqqını buraxmamış və qeyd etmişlər ki, guya o, xidmətə gəlməmiş, davamiyyəti yoxdur və bu səbəbdəndə əmək haqqı tabelinə adı qeyd edilməmişdir. Qeyd edir ki, X15 və İmişli MKTİB-nin müdürlərinin qanunsuz hərəkətləri ilə bağlı aidiyyatı orqanlara ƏƏSMN-ə, ƏƏSMN-nin məşğulluq mərkəzinə, ƏƏSMN-nin X16, Ombusdman Aparatına, Prokurorluğa, İmişli RİHnə Əmək Müfəttişliyinə çox saylı şikayətlər etsəmdə heç bir müsbət nəticə əldə edə bilməmişdir. Bundan sonra 13 dekarb 2020-ci il tarixdən ödənişsiz xidmət etdiyindən xidmətə getməmişdir. X15 X13 25 yanvar 2021-ci il tarixdə qanunsuz və əsassız olaraq guya xidmətə getməməyi ilə bağlı ona xəbərdarlıq məktubu göndərmişdir. 17 mart 2021-ci il tarixdə Dost İş X1 məktub göndərərək bildirmişdir ki, göndərilən xəbərdarlıq məktubuna uyğun olaraq 2021-ci ilin fevral ayında siz davamiyyət cədvəli üzrə işə çıxmamışdır. Lakin, Firudin müəllim 2020-ci ilin avqust ayından dekabr ayınadək X15 yerdəki nümayəndəliyi İmişli Məşğulluq X2suz hərəkətlərindən və əmək haqqını oğurlamasından heç bir söhbət açmamışdır. Beləliklə, 12.03.2021-ci il tarixdə X17 ilə bağladığı ictimai işlərə cəlb edilməyə dair əmək müqaviləsinə, əmək məcəlləsinin 70-in ç bəndinə əsasən xitam verilmişdir. Həmin xitam qərarı qanunsuz və ədalətsiz olduğundan ləğv edilməli, onun əmək müqaviləsi bərpa olunmalı, ötən müddət ərzində ona ödənilməmiş əmək haqqlar ödənilməlidir. Göstərilənlərə əsasən X17 ilə 06.08.2019-cu il tarixdə onunla bağlanılmış, ictimai işlərə cəlb etmə barədə əmək müqaviləsinə 12.03.2021-ci il tarixdə əmək məcəlləsinin 70-in ç bəndi ilə xitam verilməsi barədə cavabdeh X15 qərarının ləğv edilməsi, əmək müqaviləsi ləğv edildiyi andan qüvvəyə minmiş hesab ediməsi, 2020-ci ilin avqust ayından bu günə kimi ödənilməmiş əmək haqqının cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi Cavabdeh2 MMC-nin nümayəndəsi X12 iddia tələbini qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, İddiaçı ilə Cavabdeh2 MMC arasında 06.08.2019-cu il tarixində əmək müqaviləsi bağlanılaraq İmişli rayonu ərazisinə təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təhkim olunmuşdur. İmişli rayonu üzrə haqqı ödənilən ictimai işlərə qəbul olunan işçilərlə əmək münasibətlərində tərəflərin hüquqları, məsuliyyəti, səlahiyyət və vəzifə bölgüsü İmişli Rayon icra Hakimiyyəti, İmişli rayon Kommunal Müəssisələr Kombinatı və X17 arasında 10.01.2019-cu ildə bağlanmış “İşçi qüvvəsinin təmin edilməsinə dair Sazişlə müəyyən edilmiş qayda və prinsiplərə əsasən tənzimlənir. “Saziş”in 4.2-ci bəndinə əsasən İcraçı işçi qüvvəsini ictimai işlərə cəlb edərkən iş yerində əmək şəraiti şərtlərini (əmək haqqı ödənişi istisna olmaqla) əmək qanunvericiliyi normalarına uyğun təmin edir, qanunvericiliyə uyğun olaraq işçi qüvvəsinin peşə vərdişlərini, təcrübəsini, yaşını, eləcə də iş rejimini (iş və istirahət vaxtını) və digər zəruri əmək şəraitini (əməyin təhlükəsizliyi, təlimatlandırma və sair) nəzərə alır. “Saziş”in 4.4-cü bəndinə əsasən işçi qüvvəsi Mərkəzin rəsmi işçiləri hesab olunmasına baxmayaraq, əmək nizam-intizamına və gündəlik fəaliyyətinə İcraçı qurum birbaşa cavabdehdir. Bütün işçilər İcraçının tapşırığı və onun birbaşa nəzarəti altında fəaliyyət göstərir. İctimai işçilərin əməkhaqları təhkim olunduqları icraçı qurum (İmişli rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi) tərəfindən X16 təqdim edilən işə davamiyyət cədvəllərinə (tabelə) əsasən ödənilir. İmişli rayonu Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən 2020-ci ilin iyul və avqust ayları üçün təqdim edilmiş davamiyyət cədvəlinə əsasən 241,25 manat İddiaçı bank hesabına köçürülmüşdür. 2020-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr ayları və 2021-ci ilin yanvar ayı üçün təqdim edilmiş işə davamiyyət cədvəllərində İddiaçı adına iş günü qeyd edilmədiyindən, 2021-ci ilin fevral və mart ayları üçün təqdim edilmiş işə davamiyyət cədvəllərində isə onun adı qeyd edilmədiyindən İddiaçı əməkhaqqı hesablanmamışdır. İmişli rayon İcra Hakimiyyəti tərəfindən X16 göndərilmiş 1/2281 nömrəli, 15.12.2020-ci il tarixli müşayiət məktubu ilə rayon üzrə 2021-ci ildə əmək müqaviləsinin uzadılması məqsədə uyğun hesab edilməyən şəxslərin siyahısında İddiaçı adı qeyd edilmişdir. Bundan başqa İddiaçı 25.11.2020-ci il tarixindən 22.12.2020-ci il tarixinədək işə mənfi davamiyyəti ilə bağlı tərtib edilmiş 15.01.2021-ci il tarixli akt İmişli rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin müşayiət məktubu ilə Mərkəzə daxil olmuşdur. Bununla bağlı tərəflərindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müddəalarına uyğun olaraq 25.01.2021-ci il tarixli **********2 nömrəli xəbərdarlıq məktubu İddiaçı qeydiyyatda olduğu ünvana poçtla göndərilmişdir. Xəbərdarlıq məktubunun ünvana çatması barədə 04.02.2021-ci il tarixli xəbərnamə Mərkəzə daxil olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə 12.03.2021-ci il tarixində Əmək Məcəlləsinin 70.ç (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) bəndinə əsasən xitam verilmiş və son haqq-hesab olaraq 07.04.2021-ci il tarixində 124.17 manat İddiaçı bank hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər”. Həmin məcəllənin 296-cı maddəsinin 3-cü hissəsində “Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən oozulduğu gündür”. Göründüyü kimi qanunvericiliyin tələblərinə uyğun olaraq işə bərpa Dİunmaq üçün məhkəməyə iddia qaldırmaq müddətini İddiaçı ötürmüşdür. Qeyd olunanlara əsasən iddiaçının cavabdehə qarşı iddiası üzrə iddia müddəti tətbiq edilərək iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb tədqiq edərək, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə X17 arasında 06.08.2019-cu il tarixində əmək müqaviləsi bağlanılaraq İmişli rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi üzrə təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təhkim olunmuşdur. Haqqı ödənilən ictimai işlərə qəbul olunan işçilərlə əmək münasibətlərində tərəflərin nüquqları, məsuliyyəti, səlahiyyət və vəzifə bölgüsü İmişli Rayon İcra Hakimiyyəti, İmişli rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi və X17 arasında bağlanmış “İşçi qüvvəsinin təmin edilməsinə dair Sazişlə müəyyən edilmiş qayda və prinsiplərinə əsasən tənzimlənir və ictimai işçilərin əməkhaqları təhkim olunduqları icraçı qurum İmişli rayon Mənzil Kommunal Təsərrüfatı təqdim edilən işə davamiyyət cədvəllərinə (tabellərə) əsasən ödənilir. İmişli rayonu üzrə X16 təqdim edilən ictimai işçilərin işə davamiyyət cədvəllərinə əsasən iddiaçı əmək müqaviləsi bağlanıldığı tarixdən 2020-ci ilin avqust ayına qədər tam əməkhaqqı hesablanaraq bank hesabına köçürülmüşdür. 2020-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr və 2021-ci ilin yanvar və fevral ayları üçün isə adına iş günü qeyd edilmədiyindən iddiaçıya əməkhaqqı hesablanmamışdır. 21-22 yanvar 2020-ci il tarixində X17 tərəfindən İmişli rayonuna təhkim edilmiş ictimai işçilərin işə davamiyyəti ilə bağlı keçirilmiş monitorinq zamanı iddiaçının işə mənfi davamiyyəti müşahidə olunmuşdur. İmişli rayon İcra Hakimiyyəti tərəfindən iddiaçının 25.11.2020-ci il tarixindən 22.12.2020-ci il tarixinədək işə mənfi davamiyyəti barədə tərtib edilmiş 15.01.2021-ci il tarixli akt X16 daxil olmuşdur. Qeyd edilənlərlə əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müddəalarına uyğun olaraq 25.01.2021 -ci il tarixində X17 tərəfindən iddiaçıya qeydiyyatda olduğu ünvana poçtla xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq icraçı qurum tərəfindən 2021-ci ilin fevral ayı üçün təqdim olunmuş davamiyyət cədvəlində işə çıxmadığı məlum olmuşdur. Bundan sonra iddiaçı ilə bağlanılmış əmək müqasinə 12.03.2021-ci il tarixində Əmək Məcəlləsinin 70.ç (işçi özünün əmək funksiyasını və ya müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobudşəkildə pozduqda) bəndinə əsasən verilmiş, son haqq hesabı da ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Məhkəmə baxışı zamanı cavabdeh tərəf yazılı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin iddia müddətinin ötürülməsi ilə verildiyindən rədd edilməsini xahiş etmiş və vəsatətini onunla əsaslandırmışdır ki, iddiaçı 4 aya yaxın müddət keçdikdən sonra hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, hesab edir ki, iddia tələbi iddia müddətinin ötürülməsi ilə verildiyindən rədd edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci bəndində göstərilən haldan başqa qalan bütün hallarda işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Məhkəmə iclasında iddiaçı tərəf iddia müddətinin buraxılmasını səbəbini müxtəlif qurumlara müraciət etməsi və maddi vəsaitinin olmaması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.01.2001-ci il tarixli «Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair» Qərarına əsasən iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 03.04.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktaybr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. «E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 06.11.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin Məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). Məhkəmə qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə çıx surətdə bağlıdır. Vətəndşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək iddia tələbinin əsassız olması səbəbindən rədd edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 360- 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi Cavabdeh2 MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsinin ləğv edilməsi, iş bərpa və əmək haqqı tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-4725/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4725/2021
05.08.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver