Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4741/2020 02.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Bakı Şəhəri Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı Şəhəri Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X.X.1947ci il ildə Laçın rayonu, Minkənd kəndində anadan olmuş X3 xx.xx.1999-cu il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 1947-cı il təvəllüdlü anası X1 rayon, Minkənd kəndində qeydiyyatda olmaqla, müvəqqəti olaraq Yasamal rayon 2-ci Alatava küşəsi 46 c ünvanında məcburi köçkün kimi məskunlaşaraq onunla birlikdə yaşayırmış. Anasının səhhətində heç bir problem olmamışdır. Lakin xx xxxxxx 1999-cu il tarixdə qəflətən anasının vəziyyəti pisləşərək vəfat etmişdir. Başı yas mərasiminə qarışdığından və anasının ölüm haqqında şəhadətnaməsinə ehtiyac olmadığı üçün ölüm haqqında şəhadətnamənin alınması üçün heç bir yerə müraciət etməmişdir. Lakin son dövlərdə övladlarına məcburi köçkün vəsiqəsinin təqdim edilməsi üçün tələb olunan sənədlərin siyahısında anası mərhum X2 ölüm haqqında şəhadətnaməsi də tələb olunduğundan həmin şəhadətnamənin alınması zəruridir. Bu səbəbdən də anasının ölməsi barədə şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etdikdə, həmin şöbədən xx.xx.2020-ci il tarixdə gələn cavabda ölümü haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Tibbi şəhadətnamənin alınması üçün yaşayış yeri üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 39 nömrəli Şəhər Poliklinikasına müraciət etsə də, 39 nömrəli şəhər poliklinikasının 27 saylı, xx xxxxxx 2020-ci il tarixli cavab məktubunda bildirilir ki, 39 nömrəli şəhər poliklinikası 2015-ci ildən fəaliyyət göstərir, mərhum ƏmrəliyevaTəyarə Bəşir qızının poliklinikada ambulator kartı olmadığından, heç bir xəstəliklə müraciət qeydə alınmadığından ölüm haqda tibbi şəhadətnamənin verilməsi mümkün deyildir. Abşeron Rayonu Ceyranbatan Bələdiyyəsinin 63 nömrəli, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, anası X5 xx.xx.1999-cu il tarixdə vəfat edib və Ceyranbatan qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi yuxarıda qeyd olunan məzmunda izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, X7 onun anasıdır. O, uzun müddət qaraciyər serrozundan əziyyət çəkirdi. O, 1999-cu ilin qış aylarında Yeni Yasamal, İİ Alatavadakı evlərində vəfat etmiş, Ceyranbatan qəsəbəsində dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, X7 onun anasıdır. O, qaraciyər serrozu xəstəliyindən əziyyət çəkirdi. Sumqayıt xəstəxanasında müalicə alırdı. Lakin həkimlər vəziyyətinin yaxşı olmadığını, müalicənin əhəmiyyətsiz olduğunu bildirdiklərindən onu evə gətirmişlər. 1999-cu ildə Yasamal rayonunda yerləşən evlərində vəfat etmişdir. Vəfat edərkən bütün qohumlar yanında olmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan pasportdan görünür ki, X7 1947-ci il tarixdə Laçın rayonunun Minkənd kəndində anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi Bəhram oğluna ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, ərizəçinin anasının ölümünün qeydiyyatı barədə ərizəsinə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndalıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyindən ölümün qeydə alınması mümkün deyil. Ərizəçiyə aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 05/Q-1018/69 saylı arayışdan görünür ki, X2 barəsində Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 39 nömrəli Şəhər Poliklinikası tərəfindən ərizəçiyə ünvanlanmış məktubdan görünür ki, X2 poliklinikda ambulator kartı olmadığından, heç bir xəstəliklə müraciət qeydə alınmadığından ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün deyildir. İş materiallarında olan Ceyranbatan bələdiyyəsi tərəfindən verilmiş Arayışdan görünür ki, X4 xx.xx.1999-cu il tarixdə vəfat etmiş, Ceyranbatan qəbiristanlığında dəfn edilmişdir. İş materiallarında olan qəbirüstündə çəkilmiş fotoşəkillərdən görünür ki, X2 1947-ci ildə anadan olduğu və xx.xx.1999-cu il tarixdə vəfat etdiyi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin qərarın 9.1-ci maddəsinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmin qərarın 9.3-cü maddəsinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X.X.1947-ci il tarixdə Laçın rayon Minkənd kəndində anadan olmuş X2 xx.xx.1999-cu il tarixdə Bakı şəhərində ölməsi faktı tədqiq olunmuş, sübutlarla tam təsdiq olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X.X.1947-ci il tarixdə Laçın rayon Minkənd kəndində anadan olmuş X2 xx.xx.1999cu il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-4741/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4741/2020
02.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver