Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4770/2021 23.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi ilə, İddiaçı, onun vəkili X3 iştirakı ilə İddiaçı cavabdehlər Bakı şəhəri 12 saylı notariat ofisi, Cavabdeh2, Cavabdeh3 MMC və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, özəlləşmənin etibarsız hesab edilməsi və əmlakın qaytarılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 12 saylı notariat ofisi, Cavabdeh2, Cavabdeh3 MMC və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, özəlləşmənin etibarsız hesab edilməsi və əmlakın qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən 1118.9 kv.m. olan ticarət və xidmət sahəsini Cavabdeh2 və X1 dair Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontorunda təsdiq olunmuş 07.02.2006-cı il tarixli AN- 1 ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin (Cavabdeh2 satılması hissəsində) etibarsız hesab edilməsi; ünvan 1 ünvanında yerləşən 1118.9 kv.m. olan ticarət və xidmət sahəsinin (X2 aid hissəsinin) onun mülkiyyətinə qaytarılması; Cavabdeh3 MMC tərəfindən sahəsi 4198.5 kv.m. olan əmlak kompleksinin özəlləşdirilməsinin qanunsuz hesab edilərək ona qaytarılması və qalan 2435.4 kv.m. ərazinin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı cavabdehlər Bakı şəhəri 12 saylı notariat ofisi, Cavabdeh2, Cavabdeh3 MMC və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, özəlləşmənin etibarsız hesab edilməsi və əmlakın qaytarılması tələbinə dair 2(004)-4770/2021 saylı mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Şəhər Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmənin hazırlıq iclasında müəyyən edilmişdir ki, hazırki mübahisə üzrə mübahisə predmeti olan qeyri-yaşayış sahəsi Bakı şəhəri Nizami rayonunda yerləşir. Məhkəmə iclasında iştirak edən iş üzrə İddiaçı və onun vəkili X5 2(004)-4770/2021 saylı mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Şəhər Nizami Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi, əmlakın qaytarılması ilə bağlı olduğundan, məhkəmə tərəfindən işin obyektiv və icra intizamına riayət edilərək araşdırılmasının təmin edilməsi məqsədi ilə, eləcə də mübahisəli əmlaka ekspertlərin iştirakı ilə məhkəmə baxışı keçirilməsi zərurətinin də, yarana biləcəyini və mübahisəli əmlakın Nizami rayonu ərazisində yerləşməsini nəzərə alaraq, mülki iş müstəsna aidiyyət üzrə baxılması üçün Bakı Şəhər Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 12 saylı notariat ofisi, Cavabdeh2, Cavabdeh3 MMC və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, özəlləşmənin etibarsız hesab edilməsi və əmlakın qaytarılması tələbinə dair 2(004)-4770/2021 saylı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Şəhər Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-4770/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4770/2021
23.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver