Məhkəmə qərarları › İş №2(107)-389/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-389/2022

07.02.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-389/2022 07.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə İddiaçılar İddiaçı4, İddiaçı3, X3, İddiaçı1 və İddiaçı2 cavabdeh Şəki şəhər 2 saylı Notariat Kontoruna və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin-əqdin etibarsız sayılması” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 2(075)-439/2020 nömrəli qərardadından iş üzrə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil verdiyi şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçılar İddiaçı4, İddiaçı3, X3, İddiaçı1 və İddiaçı2 cavabdeh Şəki şəhər 2 saylı Notariat Kontoruna və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31 may 2005-ci il tarixdə Şəki rayonu 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış Şəki rayonu, Sarıca qəsəbəsində yerləşən 14,59 hektar torpaq sahəsindən 9 (8,5925) hektarının Cavabdeh2 satılması barədə alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Şəki Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2 (075)-439/2020 saylı qətnaməsi ilə iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmışdır. Həmin qətnamədən iddiaçı (həmçinin digər iddiaçıların nümayəndəsi) İddiaçı4 apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpasına dair ərizə vermişdir. Şəki Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 2(075)-439/2020 nömrəli qərardadı ilə ərizə təmin edilərək, apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli 2(075)-439/2020 saylı apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi haqqında qərardadından Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin 13.12.2021-ci il tarixli qərardadı ilə razı deyil. Hazırki qərardadı əsassız hesab edir. Apellyasiya şikayəti verən şəxsin tələbi iddiaçılar İddiaçı4 və digərləri apellyasiya şikayəti verərək müddətinin bərpa edilməsini xahiş etmişlər. Məhkəmə AR MPM-nın 133.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə tərəfindən işdən göründüyü kimi cavabdehin ünvanına qətnamənin alınması üçün rəsmi sənədlər göndərilmişdir. İddiaçılar Məhkəmə proseslərində hər biri iştirak etmişdir. Məhkəmənin yekun aktı çıxarılarkən qərardan xəbərləri olmuşdur. Pandemiya dövründə qadağalar qurtarandan sonra belə şəxs Məhkəməyə müraciət etməmişdir. Göründüyü kimi 15 sentyabr 2021-ci il tarixindən bu günə kimi 1 il 4 ay keçmişdir. Şəxsin Məhkəməyə təqdim etdiyi ünvan konkret olaraq məlumdur. Məhkəmədə həmin ünvana qətnaməni göndərmişdir. Şəxs bilərəkdən şüurlu surətdə müddəti ötürmüşdür. Bu şəxslər ailədir. Buna baxmayaraq məhkəməni aldatmağa və hazırki qərarı çıxarmağa nail olmuşlar. Şəki Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli, 2(075)-439/2020 nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməyərək, müzakirə olunması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli və Şəki Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 2(075)-439/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki iş materialından görünür ki, Şəki Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli 2 (075)-439/2020 saylı qətnaməsinin surəti poçt vasitəsi ilə tərəflərə, o cümlədən iddiaçılar İddiaçı4, İddiaçı3, Zeynalova Aytən ayıl qızı, İddiaçı1 və İddiaçı2 göndərilsə də, həmin qətnamənin iddiaçılar İddiaçı4, İddiaçı3, X3, İddiaçı1 və İddiaçı2 tərəfindən alınmasına dair iş materiallarında heç bir sənəd yoxdur. İddiaçılar İddiaçı4, İddiaçı3, X3, İddiaçı1 və İddiaçı2 həmin qətnamədən verdiyi apellyasiya şikayəti 14 noyabr 2021-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi iş materiallarında Şəki Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli 2 (075)- 439/2020 saylı qətnaməsinin surətinin iddiaçılar İddiaçı4 və qeyrilərinə göndərilməsi barədə poçt reyestri olsa da, sonuncuların sözügedən qətnamənin surətini alması barədə heç bir məlumat mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 364-cü maddəsinə əsasən apellyasiya şikayətini aldıqdan sonra birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 363.1.3-ci maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, qaytarılır. 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər həmin Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. 130.1. maddəsinə müvafiq olaraq, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 135.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.3-cü maddəsinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2007-ci il 13 fevral tarixli Qərarında göstərilmişdir: “İmperativ xarakterə malik prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur”. X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 46-cı maddəsinə əsasən tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. Kollegiya sonda qeyd edir ki, apellyasiya şikayəti qanunvericiliyin tələblərinə riayət etməklə verildiyindən, Mülki Prosessual Məcəllənin 357-363-cü maddələrinin tələbləri baxımından şikayətin uyğunluğunun müəyyən edilməsi məqsədilə yenidən birinci instansiya məhkəməsinə qaytarılmasına ehtiyac yoxdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 2(075)-439/2020 qərardadı dəyişdirilmədən saxlanılmalı, iddiaçı (həmçinin digər iddiaçıların nümayəndəsi) İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya icraatına qəbul edilməli və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263- 264, 357, 360, 398.0.1, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 2(075)-439/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı (həmçinin digər iddiaçıların nümayəndəsi) İddiaçı4 Şəki Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(075)-439/2020 nömrəli qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti üzrə mülki iş qeydə alınaraq icraata verilməsi ilə bağlı Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar