Məhkəmə qərarları › İş №2(102)-4791/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4791/2022

13.09.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4791/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3nə, Bakı şəhəri 12 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icraata xitam, iş mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3nə, Bakı şəhəri 12 saylı Notariat Ofisinə və Azərb aycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin və özəlləşmənin etibarsız hesab edilməsi və əmlakın qaytarılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3574/2022 nömrəli, 7 iyul 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 13 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" Elmi-İstehsalat Müəssisəsi 3 mart 1990-cı ildə, "xxxx" Elmi-İstehsalat Müəssisəsinin “Maral” Bakı şöbəsi 20 dekabr 1990-cı ildə yaradılmışdır.

2. İddiaçı 20 dekabr 1990-cı ildən "xxxx" Elmi-İstehsalat Müəssisəsinin “Maral” Bakı şöbəsinə d irektor vəzifəsinə təyin edilmişdir.

3. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 25 may 1992-ci il tarixli 751 saylı sərəncamı ilə Nizami rayon İH-nin xahişi təmin olunaraq "xxxx" Elmi-İstehsalat Müəssisəsinin “Maral” Bakı şöbəsinə Bakı şəhər İHB-nın 12 dekabr 1991-ci il tarixli 153 saylı sərəncamına əsasən Nizami rayonu, Naxçıvanski küçəsində bulvar üçün ayrılan ərazidə ticarət-məişət və mədəni təyinat üzrə layihələndirmə və tikinti məqsədilə torpaq sahəsi ayrılmışdır. 4. ünvan 1 ünvanda yerləşən 1118.9 m2 ticarət və xidmət sahəsinə dair "xxxx" müəssisəsinin adına xx.xx.2001-ci il tarixdə 000788 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. 5. ünvan 1 ünvanda yerləşən 1118.9 m2 qeyri-yaşayış sahəsinə dair İddiaçı adına xx.xx.2006-cı il tarixdə 000058 nömrəli mülkiyyət hüququ ha qqında şəhadətnamə verilmişdir.

6. Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontorunun böyük dövlət notariusu tərəfindən təsdiq edilmiş 7 fevral 2006-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 1118.9 kv.m qeyri-yaşayış sahəsini 450000 manat məbləğinə Cavabdeh3 MMC-yə satmışdır.

7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski, 50 ünvanında yerləşən ümumi sahəsi 4689.9 kv.m olan əmlak kompleksi kimi müəssisə tam mülkiyyət hüququ üzrə "xxxx" MMC-nin adına 4 dekabr 2009-cu ildə qeydiyyata alınmışdır.

8. Daşınmaz Əmlakın Dövlət Reyestr i Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş məktuba əsasən ünvan 1 ünvanda yerləşən 1303,2 m2 əmlak kompleksinə dair "xxxx" müəssisəsinin adına xx.xx.2001-ci il tarixdə 000750 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə verilmiş, 15 saylı DNK-da rəsmiləşdirilmiş xx.xx.2001-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən "xxxx" müəssisəsi əmlakın 184,3 m2 hissəsini X10 adına özgəninkiləşdirmiş, yerdə qalan 1118,9 m2 əmlak kompleksinə dair "xxxx" müəssisəsinin adına xx.xx.2001-ci il tarixdə yeni şəhadətnamə verilmiş, 12 saylı DNK-nın 4Ə-01-8 reyestr nömrəli xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasən "xxxx" müəssisəsi ünvan 1 ünvanda yerləşən 1118,9 m2 əmlak kompleksini İddiaçı adına özgəninkiləşdirmiş, həmin əmlak kompleksinə dair İddiaçı adına xx.xx.2006-cı il tari xli 000058 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə verilmiş, 12 saylı DNK-nın 4Ə113 reyestr nömrəli xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasən İddiaçı əmlakı Cavabdeh3 MMC-nin adına özgəninkiləşdirmiş, sözgedən əmlak kompleksinə dair Cavabdeh3 MMC-nin adına xx.xx.2006-cı il tarixli 000249 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə verilmiş, tikinti-quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının xx.xx.2007-ci il tarixli aktı ilə Cavabdeh3 MMC-nin adına ünvan 1 ünvanda yerləşən 4198,5 m2 əmlak kompleksinə dair xx.xx.2007ci il tarixli 000362 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə, xx.xx.2009-cu il tarixdə isə müvafiq çıxarış verilmişdir.

9. Bakı Hərbi Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli hökmü ilə X6 və qeyriləri Azərbaycan Respublikası CM-nin 145.3, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 228.4, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə təqsirli bilinərək müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzalarına məhkum edilmiş, hökmlə zərərçəkmiş şəxs X7 X4 qarşı verdiyi mülki iddia qismən təmin olunaraq, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 50 ünvanda yerləşən ticarət və xidmət sahəsinin İddiaçı, sonradan isə "xxxx" müəssisəsinin mülkiyyətinə verilməsinə dair müvafiq olaraq xx.xx.1995-ci il tarixli 26985 saylı qeydiyyat şəhadətnaməsi və xx.xx.2001ci il tarixli 000788 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə, eləcə də həmin ticarət və xidmət sahəsinə aid 2001-ci ildən xx.xx.2013-cü il tarixədək olan bütün əqdlər, yəni "xxxx" müəssisəsinin təsisçisi İddiaçı xx.xx.2002-ci il tarixli 0102-A1-340 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatından keçmiş, özünə məxsus 50% payı alıcı X11 684 000 manata satmasına dair notarial qaydada təsdiq olunmuş xx.xx.2002-ci il tarixli alqısatqı müqaviləsi; X7 Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 50 ünvanda yerləşən 1118,9 kv.m. olan ticarət və xidmət sahəsini 276 000 manata alıcı İddiaçı satmasına dair notarial qaydada təsdiq olunan xx.xx.2006-cı il tarixli AN-1 ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi; İddiaçı Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 50 ünvanda yerləşən 1118,9 kv.m. olan ticarət və xidmət sahəsini Cavabdeh2 və X2 dair notarial qaydada təsdiq olunan xx.xx.2006-cı il tarixli AN-1 ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi (yalnız X3 hissə sində), X5 Cavabdeh3 MMC-nin kapitalında ona məxsus olan 50% payın X13 20 manata satmasına dair notarial qaydada təsdiq olunan xx.xx.2013-cü il tarixli 3M/346 nömrəli reyestrdə qeydə alınmış müqavilə etibarsız hesab edilmiş və rəsmi olaraq X14, faktiki olaraq isə məhkum Akif Çovdarova məxsus olan yuxarıda qeyd edilən ünvanda 1118,9 kvadrat metr sahədə yerləşən ticarət və xidmət sahəsinin 50% payı cinayət yolu ilə əldə edilən əmlak kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehlər Bakı şəhəri 12 saylı Notariat Ofisinə, Cavabdeh3 MMC-yə, Cavabdeh2 və AR ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski k üçəsi, 50 ünvanda yerləşən 1118,9 kv.m olan ticarət və xidmət sahəsini Cavabdeh2 və X1 dair Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontorunda təsdiq olunan xx.xx.2006-cı il tarixli AN-1 ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 50 ünvanda yerləşən 1118,9 kv.m olan ticarət və xidmət sahəsi onun mülkiyyətinə qaytarılması, Cavabdeh3 MMC tərəfindən sahəsi 4198,5 kv.m olan əmlak kompleksinin özəlləşdirilməsinin qanunsuz hesab edilməsi və ona qaytarılması, qalan 2435,4 kv.m ərazinin ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının sərəncamına əsasən Nizami rayonu Naxçıvanski küçəsində bulvar üçün ayrılan ərazidə ticarət-məişət və mədəni təyinat üzrə layihələndirmə və tikinti üçün torpaq sahəsi ayrılıb. Bundan sonra ümumi sahəsi 7752,8 kv. metr olan həmin ərazidə o, abadlıq işləri aparmağa başlamış, kənd təsərrüfatı məhsullarının topdan satış ticarət mərkəzini yaratmışdır. Bu minvalla o, 2002-ci ilə qədər həmin kənd təsərrüfatı məhsullarının topdan satış ticarət mərkəzini işlətmiş, yəni həmin mərkəzi icarəyə vermişdir. 1999-cu ildən 2002-ci ilə qədər olan müddət ərzində X15 həmin mərkəzdə müəyyən sahəni ondan icarəyə götürüb, işlədirdi. İcarədarlardan bəziləri, o cümlədən Səfərov Cəfər, onun işləməsinə mane olurdular, buna görə də 1999-cu ildə o, polisə və vergi idarəsinə müraciət edərək, fəaliyyətinin dayandırılması barədə məlumat ver mişdir. Onun işinə maneçilik törədən əslən Cəlilabad rayonundan olan Cəfər Səfərov və onun dəstəsi idi. Onlar da Fərhad və Rafiq Əliyev qardaşlarına arxayın idilər. 2002-ci ilin aprel ayında Cəfər Səfərovla aralarında növbəti dəfə mübahisə olan zaman oraya Rafiq Əliyev öz avtomaşını ilə gəldi. Sonuncunun rəhbərliyi altında 50-60 nəfər əslən Cəlilabad rayonundan olan şəxslər onun ofisinə hücum çəkib, iş otağını darmadağın etdilər, seyfini sındırıb, bütün sənədləri götürdülər, özü, qardaşı X9 və işçilərini döyüb, oradan qovdular. Rafiq Əliyevin göstərişi ilə yeganə təsisçisi olduğu "xxxx" müəssisəsinin bazasında məcburiyyət qarşısında Cəfər Səfərovla "xxxx" tam-ortaq müəssisə yaratılar. Həmin vaxtdan etibarən o, müxtəlif dövlət orqanlarına müəssisəsinin əlindən qanunsuz alınmasına dair çox saylı şikayətlər edirdi, lakin heç bir müsbət nəticə əldə edə bilmədi. Əksinə, onun şikayət etdiyini görən Cəfər Səfərov və onun qardaşları qardaşı Əsrəddin Əsədovu evindən oğurlayıb, aparıb «Yeganə» şadlıq evində saxlayırdılar. Eyni zamanda onun mənzilindən 12 karatlıq kolyeni və 123000 ABŞ dolları pulu oğurlamışdılar. Həmin vaxt ona telefonla Mamed adlı şəxs zəng edib bildirdi ki, qardaşın Əsrəddini azad etmək üçün 1 milyon dollar ödəməlsən. O, həmin şəxsə dedikdə ki, Sizin adamlarınız mənzilimdən 400000 ABŞ dollarlıq dəyərində əmlakımı oğurlayıblar, onda Mamed dedi ki, 600000 dollar verərsən, qardaşını azad edərik. Eyni zavanda Mamed dedi ki, Cəfər Səfərovun dediklərinin hamısına əməl etməlisən. Bundan sonra o, Cəfər Səfərova 600000 ABŞ dolları Dərnəgül yolunda Eyyub-Petrol yanacaq dold urma stansiyasında vermişdir. Bundan 2 saat sonra qardaşı Əsrəddini azad etmişlər. Bildirmək istəyir ki, 600000 ABŞ dollarını Cəfər Səfərova verəndə tək olmamışdır, onunla birlikdə keçmiş müavini Fərəməz Əliyev də var idi. Bundan sonra, 2005-ci ilin dekabr ayına qədər onu ticarət mərkəzinə buraxmırdılar, ona vəsait vermirdilər, ümumiyyətlə, onu həmin ticarət mərkəzindən kənarlaşdırmışdılar. 2005-ci ilin ikinci yarısında eşitdi ki, Fərhad Əliyev həbs edilib, buna görə MTN-ə şikayət etdi, şikayəti nazir müavini Hilal Əsədovun adına ünvanladı. Elə həmin gün onu X18 qəbul otağında Akif Çovdarov qəbul etdi, bütün sənədləri ondan götürdü və o, bütün əhvalatı ona danışdı. O, orada olduğu zaman Cəfər Səfərovu və qardaşlarını oraya gətirdilər, onları da dinlədilər və Cəfər Səfərov bildirdi ki, obye kti ona qaytarmağa hazırdı, lakin, Çingiz 300000 ABŞ dolları ödəməlidir. Məcburiyyət qarşısında qalıb bu təkliflə razılaşdı. 24 dekabr 2005-ci il tarixdə onlar, yəni o, Akif Çovdarov, Cəfər Səfərov, Qulu Səfərov və Cavabdeh2 Bakı şəhəri İnşaatçılar prospektində yerləşən 12 saylı Dövlət Notariat Kontorunda görüşüb, obyektin alqı-satqısı barədə müqavilə imzaladılar. X16yınatası olan Cavabdeh2 bildirdi ki, sənin obyektin onlara keçir, qaytarılmır. O, qorxduğu üçün bütün sənədləri imzaladı və beləliklə 300000 ABŞ dolları Cəfər Səfərova ödəyərək, obyekti alqı-satqı müqaviləsinə əsasən keçirdi Elşən Hüseynov və Cavabdeh2 adlarına. Bakı Hərbi Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli, 1(093)10/2017 saylı hökmü ilə X6 və qeyriləri Azərbaycan Respublikası CM-nin 145.3, 179.3.1, 179.3.2, 182.3.1, 1 82.3.2, 228.4, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə təqsirli bilinərək, müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzalarına məhkum edildilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5. maddəsinin tələblərinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmalı, mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Güclü təsir altında imzaladığı alqısatqı müqasiləsi məhkəmə tərəfindən etibarsız hesab edildiyi halda nəyə görə ona məxsus olan obyekt dövlətin nəfinə müsadirə edilməlidir? Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 50 ünvanda yerləşən 1118,9 kv.m. olan t icarət və xidmət sahəsi onun mülkiyyətində olub, 6 yanvar 2006-cı il tarixdə Bakı şəhəri 12 saylı DNK-da alqı-satqı müqaviləsinə əsasən təsir altında, məcburiyyət qarşısında tərəfindən Elşən Hüseynova və Cavabdeh2 satılıb. Bakı Hərbi Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli hökmü ilə həmin alqı-satqı müqaviləsi yalnız cavabdeh Elşən Hüseynova satılması hissəsində etibarsız hesab edilib. Əgər alqı-satqı müqaviləsinin bir hissəsi etibarsız hesab edilirsə digər hissəsi necə qüvvədə qala bilər? Axı həmin alqı-satqı müqaviləsinə əsasən o, guya könüllü olaraq mülkiyyətində olan bazarı MTN generalı Akif Çovdarovun qonşusu Elşən Hüseynova və MTN generalı Hilal Əsədovun qayınatası olan Cavabdeh2 satmışdır. Hökmə görə isə E.Hüseynova «könüllü» satdığı, mülkiyyətimdə olan sahəsi 1118,9 kv. metr təş kil edən əmlak kompleksinin 50% payı cinayət yolu ilə əldə edilən əmlak kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınıb. Axı bu əmlak onun mülkiyyətində olub və o, heç bir cinayət törətməmişdir. Nəyə görə onun əmlakı olmuş bazar müsadirə olunmalıdır? Həmin əmlakın digər 50%-nə gəldikdə isə başa düşmür nəyə görə həmin 50% pay Cavabdeh2 mülkiyyətində qalmalıdır? Yuxarıda adı çəkilən Bakı şəhər İcra Hakimiyyəti Başçısının 25 may 1992-ci il tarixli, 751 saylı sərəncamının 54-cü maddəsinə əsasən ümumi sahəsi 7752,8 kv. metr ərazi təsisçisi olduğu "xxxx" Elmi-istehsalat müəssisəsinin «Maral» Bakı şöbəsinə ticarət-məişət və mədəni təyinat üzrə layihələndirmə və tikinti üçün ayrılıb. Bunun 1118,9 kv. metr ərazisi meyvə-tərəvəz bazarı altındadır. Bəs ona verilən qalan torpaq sahəsi nə yə görə özünə qaytarılmır? Sadə hesablama yolu ilə müəyyən edilir ki, təsisçisi olduğu "xxxx" MMC- yə ayrılan 7752,8 kv.metrdən 1118,9 kv.metr çıxdıqda 6633,9 kv.metr qalır. Bəs bu 6633.9 kv. metr sahənin taleyi necə oldu? Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsindən sorğusa cavab olaraq 17 may 2021-ci il tarixli, **********76 saylı məktubdan görünür ki, tikintiquraşdırma işləri başa çatan obyektin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının xx.xx.2007-ci il tarixli aktı ilə Cavabdeh3 MMC-nin adına ünvan 4 ünvanda yerləşən 4198,5 kv.m. əmlak kompleksinə dair xx.xx.2007-ci il tarixli 000362 saylı mülkiyyət hüququ haqqında şəhadətnamə verilib. 1 saylı Bakı Ərazi idarəsinə - hansı qəbul komissiyasıdır, 4198,5 kv. m əmlak kompleksi hansı sənədə əsasən ö zəlləşdirilib və mülkiyyət hüququ haqqında şəhadətnamə nəyə əsasən verilməsinə dair sorğu təqdim etdikdə ona şifahi bildirdilər ki, bu suallara cavab verə bilməyəcəklər, onlarda bu suallara cavab yoxdur. Bu halı da qanuni hesab etsələr belə, 7752,8 - 1118,9 - 4198,5 = 2435,4 kv. metr alınır. Bəs bu ərazi kimdədir?

12. Cavabdeh2 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı ilə Cavabdeh2 və X12 arasında Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 50 ünvanda yerləşən 1118,9 kv.m olan ticarət və xidmət sahəsinə dair AN-1 ******* alqı-satqı müqaviləsi Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontorunda xx.xx.2007-ci il tarixdə bağlanılmışdır. İddiaçı yuxarıda qeyd edilən əqdin etibarsız hesab edilməsi üçün qanunla müəyyən olunmuş prosessual müddəti buraxmışdır. Qeyd olunanları və iddiaçı tə rəfindən qanunla müəyyən olunmuş prosessual müddətin buraxıldığını nəzərə alaraq iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Cavabdeh3 MMC-nin nümayəndəsi iddianı qəbul etməyərək bildirmişdir ki, Cavabdeh3 MMC vicdanlı alıcı olmuşdur. Qanunvericiliyin tələbinə uyğun olaraq ödənişini edib alqı-satqı rəsmiləşdirilib və hüquqlarını müdafiə etdiyi müəssisənin adına mülkiyyət sənədi verilmişdir. İddianın rədd olunmasını xahiş etmişdir.

14. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-3618/2021 nömrəli iş üzrə 10 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Fikrət Mirzəyev) iddia təmin edilməmişdir.

15. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı müqaviləni imzalayarkən onun iradə azadlığının olmamasını, ona qarşı edilən təzyiqlər və hədə-qorxu nəticəsində məcbur qalaraq həmin əqdi imzalamasını bildirsə də, məhkəməyə işin bu halını təsdiq edən hər hansı bir sübutu təqdim etməmişdir.

16. Məhkəmə qeyd etmişdir ki, iddiaçı hal-hazırda mübahisələndirdiyi əqdi 2006-cı ildə bağlamış, lakin əqdin etibarsız hesab olunmasına dair iddia ilə məhkəməyə 2021-ci ildə müraciət etmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı həm əqdin etibarsızlığı üçün müəyyən olunmuş 1 illik iddia müddətini, həm də 10 illik ümumi iddia müddətini açıq-aşkar ötürmüşdür.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 339.1, 351.3, 354.1, 372, 373, 375-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. İddiaçı apellyasiya şik ayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Məhkəmə sorğusu əsasında əldə edilmiş Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş şəhadətnamələrə əsasən Cavabdeh3 MMC ünvan 5 ünvandakı qeyri-yaşayış sahəsinin yerləşdiyi 7752,8 m2 torpaq sahəsini xx.xx.2006-cı il tarixdə, 128,5 m2 torpaq sahəsini isə xx.xx.2008-ci il tarixdə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən satın almışdır.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3574/2022 nömrəli mülki iş üzrə 7 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Xumar Mə rdanova) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının “Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 50 ünvanında yerləşən 1118,9 kv.m. ticarət və xidmət sahəsini Cavabdeh2 və X2 dair Bakı şəhəri 12 saylı Dövlət notariat kontorunda təsdiq olunan xx.xx.2006-cı il tarixli AN-1 ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, həmin əmlakın mülkiyyətinə qaytarılması, kompleksin, habelə qalan 2435,4 kv.metr ərazinin ona qaytarılması” tələblərinin təmin olunmaması ilə bağlı hissələrdə ləğv olunması və həmin hissədə yeni qətnamə çıxarılmaqla, iddiaçının qeyd olunan iddia tələblərinin təmin edilməməsi qət edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-3574/2022 nömrəli mülki iş üz rə 7 iyul 2022-ci il tarixli qərardadı ilə (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Xumar Mərdanova) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh3 MMC tərəfindən sahəsi 4198,5 kv.metr olan əmlak kompleksinin özəlləşdirilməsinin qanunsuz hesab edilməsi” tələbinin təmin edilməməsi ilə bağlı hissədə ləğv edilməsi, iddiaçının Cavabdeh3nə və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı Cavabdeh3 MMC tərəfindən sahəsi 4198,5 kv.m olan əmlak kompleksinin özəlləşdirilməsinin qanunsuz hesab edilməsi” tələbi üzrə icraata xitam verilməsi qərara alınmışdır.

22. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh3 MMC-nin adına ünvan 6 ünvanda yerləşən 4198,5 m2 əmlak kompleksinə dair xx.xx.2007-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə hər hansı mülki-hüquqi əqd əsasında deyil, Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı qanunvericilik çərçivəsində verilmişdir. Beləliklə, iddiaçının Cavabdeh3 MMC tərəfindən sahəsi 4198,5 kv.metr olan əmlak kompleksinin özəlləşdirilməsinin qanunsuz hesab edilməsi” tələbi üzrə hüquq münasibəti dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə (dövlət əmlakının özəlləşdirilməsi) aid olmuş, həmin hüquq münasibəti bununla bağlı qəbul olunmuş xüsusi qaydalara əsasən normativ hüquqi aktlarla müəyyən olunmuş inzibati orqan tərəfindən həyata keçirilmiş; iddiaçı isə faktiki olaraq həmin münasibət çərçivəsində qəbul ed ilmiş qərarın (özəlləşdirmə qərarının nəticələrinin) qanunsuz olduğunu iddia etmişdir. Mübahisəli əmlakın yerləşdiyi torpaq sahəsinə dair inzibati orqan olan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) ilə bağlanmış alqı-satqı müqavilələri, həmçinin həmin əmlakla bağlı verilmiş çıxarış Dövlət əmlakının özəlləşdirilməsinin rəsmiləşdirilməsi qaydalarına əsasən bağlandığı və ya tərtib edildiyi üçün həmin münasibətlər də qeyd olunan publik hüquq münasibətlərinin tərkib hissəsi kimi qiymətləndirilməlidir.

23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi dövlət mülkiyyətində olan əmlakın xüsusi mülkiyyətə verilməsi ilə bağlı bağlanan müqavilələrin, habelə onların hüq uqi nəticələrinin mübahisələndirilməsinə dair iddiaların inzibati mübahisə olduğunu nəzərə almadan Cavabdeh3 MMC tərəfindən sahəsi 4198,5 kv.metr olan əmlak kompleksinin özəlləşdirilməsinin qanunsuz hesab edilməsi” tələbinə mülki məhkəmə icraatı qaydasında baxmış və mahiyyəti üzrə qərar qəbul etmişdir.

24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1, 1.2-ci, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddələrinə, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi vəkilinin vəsatətinə əsasən Bakı şəhər İH-nə sorğu ilə müraciət etmiş və 14 sentyabr 2021-ci il tarixli, 7-3919/17 saylı cavab almışdır. Həmin cavaba əsasən Bakı şəhər İcra Başçısının 25 may 1992-ci il tarixli, 751 saylı sərəncamının 54-cü maddəsinə əsasən ümum sahəsi 7752,8 kv.m ərazi təsisçisi olduğu "xxxx" Elmi-istehsalat müəssisəsinin “Maral” Bakı şöbəsinə ticarət-məişət və mədəni təyinat üzrə layihələndirmə və tikinti üçün ayrılmışdır. Həmin sərəncam bu gün də qüvvədədir. Ona verilmiş torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin xəbəri və razılığı olmadan, onun verdiyi sərəncam qüvvədə olduğu halda Cavabdeh3 MMC tərəfindən özəlləşdirilmiş və onun mülkiyyətinə keçmişdir.

27. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu

29. Maddə 8.1. Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

30. Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir.

31. Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu

32. Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir.

33. M addə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il Qərarı

34. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər v ə heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirak çısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvaf iq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

39. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassa siya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara ist inad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd ed ilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz.

47. Belə ki, işin halları ilə müəyyən edilir ki, əmlak kompleksinin özəlləşdirməsinin qanunsuz hesab edilməsi məsələlərində cavabdeh bu özəlləşdirməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı olduğundan, yəni verilən tələb inzibati orqanın hərəkətlərinin mübahisələndirməsindən ibarət olduğundan həmin tələblərə İnzibati Prosessual Məcəlləsinin, “İnzibati icraat haqqında” Qanunun tələblərinə, o cümlədən “İnzibati və Mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyatına dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarında da ifadə edilmiş hüquqi mövqeyə əsasən inzibati məhkəmə icraatında baxılmalıdır.

48. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə almış, prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir.

49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3574/2022 nömrəli, 7 iyul 2022-ci il il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar